Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə39/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   35   36   37   38   39   40   41   42   ...   52

86
faciədir. Bu zaman insan öz istəklərini həyata keçirmək imkanından obyektiv 
və ya subyektiv səbəblər üzündən məhrum olur. Bəziləri hesab edirlər ki, izti­
rab çəkməyən adamlar xoşbəxtdirlər. Lakin bu, insanlıqdan uzaq haldır. İnsan 
qəlbi  özgə  iztirablarını  başa  düşməli,  onlara  şərik  çıxmağı  bacarmalı,  imkan 
dairəsində  kömək  etməyə  meyilli  olmalıdır. Yalnız  iztirablarla  qarşılaşdıqdan 
sonra insan həyatın rəngarəngliyini, onun yalnız sevincdən deyil, kədərdən də 
ibarət olduğunu dərk edir. Bədbəxtlik bəzən bəxti gətir məkdən daha çox, insa­
nın  pis  xasiyyətli  olmasının  nəticəsidir.  Heç  kim  səhv  buraxmaqdan,  günah 
işlətməkdən,  xəstəliyə  tutulmaqdan,  pis  adamların  ona  vuracağı  zərbədən  və 
yaxın adam larını itirməkdən sığortalanmayıb. Bədbəxtliyin səbəbi də çox vaxt 
elə  bunlar  olur.  Hər  adamın  həyatında  sevincli  və  kədərli  günlər  mövcuddur. 
Xoşbəxtliklə bədbəxtlik bir­birini istisna etmir. Eyni cəmiyyətdə hamının eyni 
dərəcədə  xoşbəxt  olması  mümkün  deyil.  Rəqiblərdən  hansınınsa  xoşbəxtliyi 
digərinin  bədbəxtliyinə  səbəb  ola  bilər.  Çox  vaxt  insanlar  xoşbəxtlikdən 
danışarkən yalnız şəxsi xoşbəxtliyi nəzərdə tuturlar. Çoxları isə hesab edirlər 
ki, insan məhz öz borcunu yerinə yetirdikdə xoşbəxt olur.
Bəzən həyatda insanın elə halları olur ki, o, cəmiyyət tərəfindən qınanılan 
və  özünə  heç  bir  zaman  layiq  bilmədiyi  hərəkətləri  etmək  istəyir.  Hətta  özü 
elə  vəziyyət  yaradır  ki,  qanun­qaydaya  riayət  etməli  olmasın.  Bunu  bir  anlıq 
gözünün  önünə  gətirən  insan  özünü  müstəqil  və  sərbəst  hiss  edir.  O  hətta  öz 
adətlərinə, vərdişlərinə də riayət etmir. Bəzi xalqların mədəniy yətlər ində belə 
hallar  üçün  xüsusi  şərait  mövcuddur.  Bu  cür  kütləvi  formalardan  biri  karna­
vallardır. Karnaval zamanı insan maska taxır və tanınmayacağına əmin oldu­
ğu üçün özünü sərbəst aparır, istədiyi hərəkətləri edir və öz məqsədinə çatmaq 
üçün yollar axtarır. Belə “sərbəstliyə çıxma” iri həcmli tədbir olan karnavallar­
la yanaşı, kamera xarakteri daşıyan kiçik formalar, məsələn, lətifələr vasitəsilə 
də həyata keçirilir. Lətifələrin köməyi ilə “sarı sim”ə toxunan, çox incə mövzu­
ların gülüş vasitəsilə ifşa olunmasına geniş şərait yaranır.
İnsanın həzzalma mənbələrinin çoxsaylı olmasına baxmayaraq, həzzin özü 
həmişə ani, müvəqqəti, qısamüddətli olur. O heç vaxt kifayət etmir.
Həzz  –  tələbat  və  maraqların  təmin  edilməsi  ilə  müşayiət  edilən  hiss  və 
həyəcandır. Bioloji baxımdan həzz və iztirabların təsiri (rolu) onların adaptiv 
(uyğunlaşdırıcı)  funksiya  daşıması  ilə  müəyyən  olunur.  Həzz  –  orqanizmin 
tələbatlarına  cavab  verən  fəallığı  stimullaşdırır,  həzzin  yoxluğu  və  iztirab  isə 
orqanizmi  onun  üçün  təhlükə  törədəcək  təsirlərdən  təcrid  edir.  Psixo fizioloji 
baxımdan  həzz  tələbatların  təmin  edilməsi  olub,  daxili  gərginliyin  fiziki  və 
psixi  cə hətdən  azalması  və  sönməsi  ilə  müşayiət  olunur,  orqanizmin  zəruri 
funksiyalarının bərpa edilməsinə səbəb olur. Həzzin insan üçün faydalı olması 
müəyyən normativ mövqeyə gətirib çıxarır: həzzalma, məmnunolma orqanizm 
üçün  ideal  olduğundan,  insan  bu  halı  əldə  etməyə  çalışmalıdır.  Etikada  belə 


87
mövqe hedonizm adlanır (yunanca “hedone” həzz deməkdir). Baxışlar sistemi 
və  həyat  tərzi  kimi  mövcud  olan  hedonizm  o  təsəvvürlərə  əsaslanır  ki,  insan 
fəaliyyətinin əsas mənası və xoşbəxtliyin real təməli iztirablara qarşı ikrah hissi 
keçirmək və həzzə can atmaqdadır.
Bütün  etik  sistemlərdə  xoşbəxtlik  bilavasitə  həyatın  mənası  anlayışı  ilə 
əlaqələndirilir.  Xoşbəxtlik  kimi  həyatın  mənası  da  yalnız  şəxsi  xoşbəxtlik 
üzərində qurula bilməz. Bu hal gec­tez fərdi xarakter alaraq eqoizmə aparır.
Etik  sistemlərin  çoxunda  xoşbəxtlik  insan  hüquqlarının  ayrılmaz  hissəsi, 
xoşbəxtliyə can atma isə insanın fitri xüsusiyyəti kimi nəzərdən keçirilir.
İnsan özünü dərk etməyə başlayandan onu həyati əhəmiyyətli suallar nara­
hat etməyə baş layıb: “İnsan nə üçün yaşayır?”, “Onun məqsədi nədir?”, “İnsa­
nın  xoşbəxtliyi  nədədir?”,  “Hə yatın  məzmunu  və  məqsədi  nədir?”.  Beləliklə, 
həyatın mənası problemi insandan asılı olmayaraq mövcuddur. Xoşbəxtlik və 
həyatın  mənası  problemi  etika  tarixində  çoxlarını  düşündürüb.  Bu  baxışları 
əsasən 3 qrupa bölmək olar: 1) həyatın mənasını fərdi nailiyyətlərlə bağlayan­
lar;  2)  dini  etiqadlara  tabe  olaraq  o  biri  dünyanı  qazanmaqla  bağlayanlar; 
3) insan həyatını və möv cud luğunu absurd, mənasız hesab edənlər.
Birinci  cərəyanın  nümayəndələri  fərdiçilik  konsepsiyasını  irəli  sürənlər 
hedonizm  (həzz)  və  evdemonizm  (xoşbəxtlik)  prinsiplərini  ön  plana  çəkirlər. 
Xoşbəxtliyin maksimum qane olunma kimi başa düşülməsi utilitarizm (yararlı­
lıq) etikasında da mövcuddur. Bu eqoistik kon sep siyanın əxlaqa zidd olduğunu 
onun tərəfdarları da hiss etdiklərindən özlərini təmizə çıxarmaq üçün müxtəlif 
bəhanələr tapırdılar. Epikurdan tutmuş, fransız maarifçilərinədək bu problemlə 
məşğul olanlar, yeni nəzəriyyə – “ağıllı eqoizm” nəzəriyyəsini ortaya atdılar.
İkinci  cərəyan  daha  çox  dini  etika  tərəfindən  irəli  sürülür.  Bu  dünyadakı 
həyatın insanlar üçün Allah tərəfindən sınaq kimi göndərilməsi və əsl həyatın 
o biri dünyada olması fikrindən müəyyən məqsədlər üçün istifadə edən bəzi din 
xadimləri  bu  minvalla  insanları  asketizmə  (tərki­dünyalığa)  ruhlandırır.  Keç­
miş əsrlərdə, əsasən, hakim siniflərin mənafeyinə xidmət edən bu mövqe insan­
ları ədavətə, zülmə, haqsızlığa qarşı mübarizədən çəkindirir, dinin özünə qarşı 
isə  düzgün  olmayan  münasibət  formalaşdırırdı.  Əslində,  din  insanı  xoş  həyat 
uğrunda  fəaliyyətdən,  zəhmətdən,  mübarizədən  nəinki  çəkindirmir,  əksinə, 
insanı  öz  həyatını  yaxşılaşdırmaq,  asanlaş dırmaq  üçün  elmlərə  yiyələnməyə, 
əməksevərliyə təhrik edir, öz xoşbəxtliyini düşünməyi, həm çinin digərlərinin, 
xüsusən imkansızların qayğısına qalmağı məsləhət görür. Uzun müddət ateist­
lər,  xüsusilə  İslam  dininin  düşmənləri  bu  kimi  məsələləri  təhrif  olunmuş 
şəkildə izah edərək insanları çaşdırmışlar. “Qurani Kərim”i özü şəxsən oxuma­
yan insanlar, özünü “molla” adlandıran, savadsız fırıldaqçıların danışdığı cəfən ­
giyatla kifayətlənməli olurdular. Bu gün insan ların dini şüurunun və savadının 
artması  sayəsində  İslamın  ən  humanist  din  olması  qəbul  edilir.  Fanatizmdən, 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə