88
cəhalətdən, avamlıqdan, savadsızlıqdan uzaqlaşaraq sırf dini mövqe tutanlar
həyatın əsl mənasını dərk edir, bütün gücünü, qüvvəsini, vaxtını, ağıl və düşün
cəsini insanların xoşbəxtliyi, xoş həyatı uğrunda mübarizəyə həsr edirlər.
Üçüncü cərəyanı pessimist cərəyan adlandırmaq olar. Bu cərəyanın nüma
yəndələri insanın mövcudluğunun mənasını inkar edir, onun absurd, mənasız
olduğunu sübut etməyə çalışırlar. Kinik (e.ə. IV əsr, əxlaq normalarını inkar
edən fəlsəfi məktəb) məktəbinin etikasında, ekzisten sia list lərdə (mövcudluq
fəlsəfəsi) və sairdə bunun izlərinə rast gəlmək olar.
Etika tarixində həyatın mənası, onun sevincləri haqqında ilk təlimin yara
dıcısı Epikur sa yılır. O, həyatın mənasını müdriklikdə görür. Onun fikrincə,
insan ağlı ilə bütün mənasız arzu lardan əl çəkməli, qəlbin rahatlığına nail
olmalıdır. Qədim Yunan filosoflarından Gegesi hesab edirdi ki, o vaxt yaşa
mağa dəyər ki, həyatın gətirdiyi həzzin miqdarı iztirablardan çox olsun. Əgər
əksinədirsə, onda insan ölsə yaxşıdır. Siseronun dediyinə görə, bu filosof sonra
lar Peysi tanatos ləqəbi qazanır ki, bu da “intihar carçısı” mənasını verir. Onun
mühazirələri İskəndəriy yədə bu səbəbdən qadağan edilmişdi.
XVIII əsr fransız materialistləri həyatın mənasını insanın dünyəvi maraqla
rından ayırmağa qarşı qətiyyətli çıxış etdilər. Bu, onların əvəzsiz xidmətləridir.
Onlar həyatın mənasını xoşbəxt liyə, dünyəvi ideala qovuşmaqda görür, elmi
nailiyyətləri, bəşəriyyətin tərəqqisinə sonsuz inamı bunun əsası hesab edirdilər.
Psixoloq E.Fromm yazır ki: “İnsan yeganə heyvandır ki, onun var lığı özü üçün
problemə çevrilir, o, bu problemi həll etməlidir və ondan heç yerə qaça bilməz”.
Keçmişini və gələcəyini, özünü və ətrafdakıları, etdiyi hərəkətləri və gətirə
biləcəyi yeni likləri düşünməyən adamın həyatını mənalı hesab etmək olmaz.
İnsan təbiətən praktik məxluq dur. O, qarşısına məqsəd qoyur və onlara çatma
ğa çalışır. Məqsəd və vəzifələrsiz insan heyvana çevrilir. İnsan öz inkişaf və
fəaliyyət perspektivlərini, həyatının məqsədini, nəyə əsaslanmalı olduğunu
başa düşməli, bilməli və görməlidir.
Həyatın mənası və həyatın məqsədi anlayışları birbiri ilə sıx bağlı olsa
da, eyniyyət təşkil etmir. Həyatın mənası – insanın istəyindən asılı olmayaraq,
obyektiv şəkildə mövcuddur. Həyatın məqsədi – daxili, şəxsi və konkret olub,
insanın özü tərəfindən qoyulur. Bu, hər hansı peşəyə yiyələnmə, konkret bir
işdə hansısa nəticəni əldəetmə və s. ola bilər. İnsanın bütün həya tının məqsədi
ayrıayrı konkret hissələrdən ibarət ola bilər ki, bunun da məcmusu bütöv bir
proqram təşkil edir. Şüurlu surətdə qarşıya qoyulmuş məqsədin əxlaqi tərəfi
onun həyatın məna sına olan münasibəti ilə ölçülür.
Bütün tələbatları birdən yerinə yetirmək mümkün deyil. Böyük və kiçik
məqsədlər mövcuddur. Kiçik məqsədlər yaxın, bilavasitə, birgünlük olduğu
halda, böyük məqsədlərə çat maq üçün insan bəzən bütün ömrünü həsr etməli
olur. Məsələn, dissertasiya müdafiə etmək, milyon dollar toplamaq, Amerika
89
ya getmək, özü üçün ayrıca ev almaq və s. Bunlar məqsədideallardır. Həyatın
mənası ayrıayrı məqsədlərin əhəmiyyətliliyi ilə deyil, insanın bütün həyat
boyu davranışı, götürdüyü istiqamətlə müəyyənləşir.
Bəzən insanın məqsədi şəxsi mənfəət çərçivəsindən, karyeradan “o yana”
getmir. Hətta əxlaqa zidd məqsədlər də olur ki, bunlara bəraət qazandırmaq
mümkün deyil. Lakin belə də düşünmək düzgün olmazdı ki, həyatın mənası,
guya, yalnız ictimai rifahla bağlı olmalıdır. Cəmiyyət ayrıayrı fərdlərdən
ibarət olduğu üçün hər bir insanın səadəti mühüm əhəmiyyət kəsb edir. Hər bir
insan ilk növbədə özü, öz şəxsi xoşbəxtliyi barədə düşünməlidir. Cəmiyyətin
xoşbəxtliyi ali məqsəd olduğu halda, fərdin xoşbəxtliyi son məqsəddir.
Həyatın mənası anlayışı sosial amillərlə yanaşı, şəxsi həyatda baş verən
bəzi hadisələrlə də bağlıdır. Bura yaxın adamların itirilməsi, şəxsi həyatdakı
qəfil dəyişikliklər, müəyyən yaş dövrü və s. aiddir. Bu zaman yüksək əxlaqi
dəyərlərə söykənmək zəruridir. Çünki belə olduqda insan istəristəməz xeyir,
şər, ədalət, borc haqqında düşünür və bunları öz həyatı, taleyi, plan və ümidləri
ilə əlaqələndirir. Həyatın mənasız olduğunu dərk edən insan mənəvi cəhətdən
sarsılır, əsəbləri pozulur. Əlbəttə, həyatın mənası haqqında düşünmək və nara
hat olmaq qabiliyyəti bütün insanlarda eyni deyil. Bu, insanın peşəsindən, iş
qabiliyyətindən və başqa keyfiyyətlərindən asılı deyil.
İnsanın mənəvi həyatında belə bir fikir əsas rol oynayır ki, həyatın mənası
var və son məqamda xeyir şərə qalib gəlməlidir. Bu inam olmasa (hətta zəif
formada), insan həyatı ağır, məşəqqətli, yorucu və əzablı keçər.
İnsanın həyatı onun yaşadığı illərin sayı ilə yox, məzmunu ilə, ətrafdakılara
münasibəti, cəmiyyətə verdiyi xeyirlə, əxlaqi keyfiyyətləri, həmçinin şərəfi,
namusu, vicdanı, ləyaqəti ilə qiymətləndirilir.
90
III HİSSƏ
PEŞƏ ETİKASI
1. Tətbiqi etika nəyi öyrənir?
İnsanın biliyinin və texnoloji imkanlarının inkişafı etik problemlərin də
sayca çoxalmasına səbəb olduğundan, biologiya, fizika, kimya, təbabət və digər
elmlərin nailiyyətlərinin əldə edil məsində etik təfəkkür də iştirak edir. Bu, eti
kanın da bir elm kimi müəyyən dəyişikliyə uğra ma sına səbəb olur. Təbabət,
siyasət, ekologiya, biznes və s. kimi müxtəlif sahələri məhz etika, daha doğru
su, bunlarda mövcud olan ortaq etik problemlər birləşdirdiyi vaxt etikanın yeni
sahəsinin – “Tətbiqi etika”nın meydana gəlməsinə ehtiyac yarandı.
“Tətbiqi elm” termini ilk dəfə təbiətşünaslıqda fundamental elmlərin tərki
bində yaranıb, sonra humanitar elmlərə, o cümlədən fəlsəfə və etikaya keçib.
Bunun üçün həmin elmlərin nəzəri hissələri həddindən artıq inkişaf etməli və
praktikadan uzaqlaşmalı idi. Nəzəriyyə və praktika arasında fərqi ilk dəfə klas
sik alman fəlsəfəsinin banisi İ.Kant görərək “təcrübi zəkanı” əxlaqi idrak və
davranışın sinonimi kimi işlətmişdir. Kanta qədər etikanın əsaslandırılması
müxtəlif empirikhedonist, utilitar (həzz prinsipinə, mənfəət prinsipinə
əsas lan maq) üsullarla əlaqədar idi. İlk dəfə olaraq Kant etikanın nəzəri
əsaslandırılmasının mümkünlüyünü sübut etmişdir. Məhz bu səbəbdən Kantı
“Tətbiqi etikanın” ilk nümayəndəsi hesab etmək olar.
Müasir dövrdə tətbiqi etikanın əhatə dairəsi genişdir: bioetika, ekoetika,
biznes etikası, pedaqoji etika, hüquqi etika, siyasi etika, parlament etikası,
incəsənət etikası, hərbi etika, senzura etikası, kompüter etikası və s. Bu sahə
lərin hər biri, öz növbəsində, kifayət qədər müstəqil olub, özünəməxsus
prob lematikaya malikdir. Məsələn, bioetikada “gen mühəndisliyi”, “klonlaş
dırma”, “surroqat (saxta, əvəzedici) analıq”; ekoetikada “təbiət və onun
hüquqları”, “atılmışlar”; hüquqi etikada “şpionaj”, “ölüm hökmü”; kompüter
etikasında robotlardan insan əməyinin əvəzedicisi kimi istifadə edilməsi;
tibbi etikada evtanaziya, insan orqanlarının transplantasiyası və s. prob lemlər
mövcuddur.
İnsanın özünün bir fərd kimi cəmiyyətdə real statusunun dəyişməsi və
bununla əlaqədar dövlətin onun hüquqlarının qorunmasına təminat verməsi,
inkişaf etmiş texnologiyanın insanın sağlamlığına və rifahına xidmət etməsi
və s. tətbiqi etikanın inkişafı ilə əlaqədardır. Əxlaqın insanların milliyyəti,
mədəniyyəti, peşəsi və s. ilə əlaqədar dəyişməsi tələbatı da bu qəbildən olan
problemlərin yaranmasına səbəb olur. Bu problemlər içərisində peşə etikası
özünəməxsus əhəmiyyət kəsb edir
Dostları ilə paylaş: |