Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə41/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   37   38   39   40   41   42   43   44   ...   52

91
2. Peşə etikası
Peşə  etikası  insanların  peşə  fəaliyyəti  ilə  əlaqədar  aralarındakı  münasi­
bətlərin mənəvi xa rakterini təmin edən davranış kodeksidir. Bir çox əxlaq nor­
malarının  ümumbəşəri  xarakter  daşı masına  baxmayaraq  (yəni  bu  prinsiplərin 
hər  bir  insana  aid  olması,  məsələn,  bütün  fəaliyyətin  borc,  vicdan,  sədaqət 
prinsipləri,  dostluq,  yoldaşlıq  münasibətləri  əsasında  qurulması,  böyüklərə 
hörmət etmək, yalan danışmamaq, xəyanət etməmək, ziyan vurmamaq və s.), 
müxtəlif  peşələrlə  əlaqədar  fəaliyyət  növlərinin  də  özünəməxsus  davranış 
normaları  var.  İnsanın  mənəvi  həyatı  rəngarəng  olduğu  üçün  bəzən  gündəlik 
həyatda nəinki yüksək mənəvi dəyərlərə, hətta adi əxlaq normalarına da riayət 
etmək asan olmur. Məsələn, işin xeyri üçün insan yalan danışır, müna sibətləri 
düzəltmək  naminə  nəyi  isə  başqasına  xəbər  verməli  olur,  həqiqəti  üzə  çıxar­
maq üçün şantaj üsuluna əl atmağa məcbur olur və s. Bəzi peşə sahibləri isə 
bu  problemlərlə  daha  tez­tez  rastlaşdıqları  üçün  onların  işi  xüsusi  gərginlik 
tələb edir və mənəvi prinsipləri həyata keçirmək mürəkkəbləşir. Rəhbər işçinin, 
müəllimin,  həkimin,  hüquqşünasın,  din  xadiminin  fəaliyyəti  bu  qəbildəndir. 
Məhz  peşə  etikası  müxtəlif  peşələrin  əxlaq  problemləri  ilə  əlaqədar  konkret 
hadi sələri  öyrənir,  təhlil  edir  və  müəyyən  tip  peşələrin  mürəkkəb  və  qeyri­
adi  fəaliyyəti  zamanı  əx laqi  dəyərlərin  gerçəkləşməsinə  və  həyata  keçməsinə 
kömək edir. Lakin peşə etikası əxlaqi şüura aid yeni prinsip və anlayışlar yarat­
mır.  O,  bunları  insanın  həyat  fəaliyyəti  ilə  bağlı  müvafiq  sa hələrlə  uyğunlaş­
dırır.  Beləliklə,  peşə  əxlaqını  öyrənən  peşə  etikası  əxlaq  mədəniyyətinin  əsas 
komponentidir.  Peşə  əxlaqının  prinsip  və  normaları  nisbi  müstəqilliyə  malik 
olduğu üçün peşə etikası özü də müstəqildir.
Peşə  latınca  “professio”  sözündən  olub,  mövcudluq  mənbəyi  sayılan  və 
əmək fəaliyyətinin müəyyən hazırlığa ehtiyacı olan ixtisas, rəsmi məşğuliyyət 
mənasını  verir.  Peşə  əxlaqının  prinsip  və  normaları  cəmiyyətin  inkişafının 
müəyyən mərhələsində yaransa da, dəyişməz deyil. Peşə əxlaqı normaları sivi­
lizasiyanın, əxlaq mədəniyyətinin, insan münasibətlərindəki humanizmin inki­
şafı ilə bağlı olub, əxlaqi tərəqqinin bir forması kimi də nəzərdən keçirilə bilər. 
Peşələr  mövcud  olduqca  tarixən  formalaşmış  peşə  etikası  normaları  da  yaşa­
yacaq. Bunlar hər kəsi öz çalışdığı sahədə məsuliyyətli olmağa sövq edir. Peşə 
etikasının bəzi prinsipləri hər bir cəmiy yətin, millətin bu və ya digər prinsipləri 
ilə  uyğun  gəlsə  də,  müəyyən  konkret  şəraitdə  dəyişikliyə  məruz  qalaraq 
fərdiləşə bilər. Hər bir peşənin öz ictimai funksiyaları, ictimai məqsəd və vəzi­
fələri  var.  Bu  peşə  qruplarının  daxilində  insanların  bir­birinə  və  gerçəkliyə 
müəyyən  müna sibətləri  yarandığı  üçün  konkret  əxlaq  qaydaları  və  normaları 
məhz bununla əlaqədar formalaşır.
Peşə  etikası  ictimai  şüur  formaları,  o  cümlədən  əxlaqın  özü  kimi  quldar­
lıq  cəmiyyətində  ictimai  əmək  bölgüsünün,  peşələrin,  spesifik  peşə  əxlaqının 


92
meydana gəlməsi ilə əlaqədar yara nıb. Peşələr hamısı eyni zamanda yaranma­
dığı üçün, peşə qrupları da müxtəlif vaxtlarda for malaşıb. Yeni­yeni peşələrin 
əmələ  gəlməsi  insanlar  arasında  da  xüsusi  münasibətlər  yaradırdı.  Əməyin 
obyektindən,  istifadə  etdiyi  alətdən,  metod  və  üsullarından  asılı  olaraq  insan 
bənzəri olmayan situasiyalarla rastlaşır ki, bu da müvafiq metod, ritm, hərəkət, 
psixoloji reaksiya tələb edir. Hər bir peşənin məhz özünəməxsus ziddiyyətləri 
və  bu  ziddiyyətlərin  dəfedilmə  üsulları  var  ki,  burada  insanın  subyektiv 
münasibətləri,  mənəvi  aləmi  özünü  göstərir.  Peşə  münasibətləri  ilə  əlaqədar 
çoxsaylı  situasiyalar  içərisində  nisbətən  tez­tez  təsadüf  olunanlar,  həmin 
peşələrə  aid  əxlaq  normalarının  spesifikasını  formalaşdırır.  İnsanlar  öz  dav­
ranışlarını  müvafiq  situasiyalarda  bu  normalara  uyğun  qurmalı  olurlar.  Bütün 
bunlar  peşə  etikası  və  peşə  əxlaqı  problemlərinin  mühüm  əhəmiyyətə  malik 
olmasını  göstərir.  Peşə  əxlaqı  məsələləri  antik  dövrdən  mövcud  olsa  da,  nə 
antik filosoflar, nə də onlardan sonrakılar bu problemləri lazımi səviyyədə işıq­
landıra bilməmişlər.
Hal­hazırda  mövcud  olan  peşələrin  sayı  40  minə  yaxındır.  Bunlardan 
daha  qədim  tarixə  malik  olanlar  həkim  və  müəllim  peşələridir.  Həkimlik  eti­
kası (tibbi etika) anlayışı e.ə. VI­V əsrlərdən yaranmağa başlayaraq, XIX­XX 
əsrlərədək həkimlik əxlaqı anlayışı ilə sinonim kimi işlənirdi. Bu anlayış tibb 
işçilərinin gündəlik fəaliyyəti, davranış və hərəkətlərindəki mənəvi dəyərlərini 
bildirir. Həkimlik etikası anlayışına həkimin borcu haqqında təlim – həkimlik 
deon tolo giyası  da  daxildir.  Həkimlik  deontologiyası  normaları  yalnız  həkim 
və  xəstə  arasındakı  münasibətləri,  həkimlik  etikası  isə  həkimin  kollektiv, 
cəmiyyət, dövlət, digər tibb işçiləri ilə münasibətlərini tənzimləyir. İlk elemen­
tar, ümumtibbi normalar, həkimlərin qarşısına qoyulan əxlaqi tələblər haqqında 
yazılar  Qədim  Misir  və  Çinə  aiddir.  Həkimin  davranış  normalarının  nisbətən 
sistemləşdirilmiş  variantı  e.ə.  VIII­VI  əsrlərdə  Qədim  Hind  həkimlərinin 
təlimlərində  verilib.  Bu  yazılardan  məlum  olur  ki,  həkimlər  xeyirxah  olmalı, 
xəstəyə ürəyi yanmalı, özünü itirməməli, təmkinli, dözümlü olub xəstəyə atalıq 
etməli, sağalmağa doğru gedənləri qorumalı, sağlamların dostu olmalı, hamı­
nın  sağalmasına  ümid  verməlidirlər.  Qədim  Hind  etikasının  başlıca  tələbləri 
bu gün də maraq doğurur: “Təcrübə vaxtı uğur qazanmaq istəyən həkim sağ­
lam, dözümlü, təvazökar, xoşagəlimli olmalı, qısa saqqal saxlamalı, dırnaqları 
səliqə ilə tutulmuş və təmizlənmiş, geyimi ağ və ətirli olmalı, evdən çıxarkən 
çəlik  və  çətir  götürməli,  qadınlarla  zarafat  və  boşboğazlığa  qətiyyən  yol 
verməməlidir. Həkimin nitqi asta, xoşagələn və həvəsləndirən olmalıdır. Onun 
təmiz  və  başqalarını  düşünən  ürəyi,  sakit  temperamenti  olmalıdır.  O,  daim 
xeyirxahlığa  və  müdrikliyə  can  atmalıdır”.  Qədim  yunan  həkimi  Hippokratın 
məşhur “And”ındakı vəsiyyətləri bütün dövrlərdə populyar olub. Dahi həkim 
özünün  “Həkim  haqqında”,  “Xoş  rəftar  haqqında”,  “Nəsihətlər”  əsərlərində 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə