Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə42/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   38   39   40   41   42   43   44   45   ...   52

93
həkimlik  sənətinin  zəngin  təcrübəsini  ümumiləşdirməklə  yanaşı,  tibbi  etika 
tarixində ilk dəfə olaraq həkimlik fəaliy yətinin uzun illər əhəmiyyətini itirmə­
yən əsas əxlaqi prinsip və normalarını elmi cəhətdən formalaşdırmışdır. Onla­
rın  müəyyən  hissəsi  bu  gün  də  aktuallığını  qoruyub  saxlayıb.  “Hippokrat 
and”ının bəzi müddəalarını nəzərdən keçirək: “Hansı evin kandarına ayaq bası­
ramsa, xəstənin xeyrindən başqa heç nə düşünmürəm. ...Mən xəstələrin rejimi­
ni onların xeyrinə yönəldərkən öz qüvvə və biliyimi nəzərə alır, hər cür ziyan 
və ədalətsizlikdən uzaq olmağa çalışıram. Mən heç kimə özünü öldürmək üçün 
yol və vasitə göstərmərəm”.
Tibb fakültələrini bitirənlər üçün “Hippokrat andı” əsasında müvafiq and­
içmə mərasiminin keçirilməsi artıq çoxdandır ki, ənənə şəklini almışdır.
Orta əsrlərdə həkimlik etikasının əsas prinsipləri bir qədər də inkişaf etdi ri­
lir, qədim dövr də formalaşmış ayrı­ayrı müddəaların ümumi cəhətləri konkret­
ləşir, həkimlik sənəti və ləya qəti barədə aforizmlər geniş yayılmağa başlayır.
Orta  əsrlərdə  həkimlik  etikası  sahəsində  ərəb  filosofu,  həkim  İbn  Sinanın 
(980­1037) böyük xidmətləri olmuşdur. “Həkimlik elminin qanunları” əsərində 
xəstəliklərin öyrənilməsi, müalicəsi və qarşısının alınması ilə yanaşı, xəstənin 
şəxsiyyətinə  münasibət  və  həkimin  özünün  əxlaqi  simasına  olan  tələblər  də 
şərh olunmuşdur. Müasir dövrümüzdə tibbi etika və həkimlik əxlaqı normaları­
nın pozulması hallarına heç də az təsadüf olunmur. Saxta dərmanlar hazırlamaq 
və  satmaq,  xəstə  ilə  pis  rəftar  etmək,  ona  soyuqqanlı  münasibət  göstərmək, 
xəstəyə  qarşı  bilik  və  bacarığını  əsirgəmək,  öz  xeyri  üçün  bahalı  firma  dər­
manları yazmaq, xəstədən rüşvət tələb et mək, eləcə də uşaq alveri və s. buna 
misaldır. Tibb sənəti laqeydliyi sevmir. Həkimin özünə arxayınlığı, təmkinliyi, 
işə can yandırması, diqqətcilliyi, xoşniyyətliliyi, optimizmi, qayğıkeşliyi və s. 
onun nüfuzunu qaldırır, xəstəyə isə ruh yüksəkliyi verir. Həkim dən başqa, heç 
bir sənət sahibi xəstə ilə belə yaxın ünsiyyətdə olmur. Buna görə də həkimlik 
əxlaqı  hətta  digərlərinə  nü munə  ola  bilər.  Həkim  qədər  heç  bir  sənət  sahibi 
insanın bioloji və sosial həyatına belə hərtərəfli və dərindən yanaşmır. Həkimin 
qarşısındakı yalnız xəstə və onun xəstəlikləri deyil, bütün həyat tərzi, özünə­
məxsus xarakter və həyəcanları olan insandır. Həm də həkimin insanla görüşü 
ona məhz bədbəxtlik üz verəndə – yəni insan xəstələnəndə baş verir. Bu vəziy­
yət həkimin daha diqqətli və qayğıkeş olmasını tələb edir. Həkimin əməyinin 
əsas  çətinliyi  ondadır  ki,  o,  digər lərindən  fərqli  olaraq,  heç  cür,  hətta  kiçicik 
səhv  və  ehtiyatsızlıq  edə  bilməz.  Burada  səhlənkarlıq,  etinasızlıq,  formallıq 
dözülməzdir.  Həkimin  işi  yalnız  diaqnozu  düzgün  qoymaq  deyil,  o  həm  də 
pasiyentin  vəziyyətini  başa  düşməli,  onun  iztirablarını  azaltmağa  çalışmalı, 
xəstəliklə əlaqədar qorxusunu, çıxardığı nəticə və şübhələrini dağıtmalı, sağal­
mağa inamını artırmalı, emosional vəziyyətini yüksəltməlidir. Təbabətdə peşə 
və əxlaqi problemlərin vəhdəti psixoterapiyada özünü göstərir. Hansı xəstəliyi 


94
müalicə etməsindən asılı olmayaraq, həkim maddi vasitələrlə yanaşı (dərman, 
fizioterapiya, tibb alətləri, operativ müalicə, qida rejimi və s.), insanlara həmçi­
nin mənəvi­psixoloji və əxlaqi­etik təsir də göstərir. Psixoterapiya ilə həkimin 
əxlaqı arasındakı bila vasitə mövcud olan əlaqə onunla şərtlənir ki, psixoterapi­
ya xəstəliklə mübarizə aparmaqdan ötrü xəstənin fiziki və mənəvi qüvvələrini 
səfərbərliyə almağı bacarmaq üçün tibb işçisinin davranış prinsiplərini forma­
laşdırır. Çünki xəstəlik prosesi insanı xeyli dəyişə bilər. İnsan fikirli ola bilər, 
xəstəliyi barədə çox və ciddi düşünər, özünün cəmiyyətdəki rolunu və imkanla­
rını  götür­qoy  edər  ki,  bu  da  onun  ruhdan  düşməsinə  gətirib  çıxarar.  Həkim 
bütün bunları nəzərə alaraq, xəstəyə çox diqqət və qayğı ilə yanaşmalı, əlindən 
gələn  köməyi  göstərməklə  onu  həm  fiziki,  həm  də  mənəvi  baxımdan  həyata 
qaytarmağa çalışmalıdır. Psixoterapiyanın bu elementləri, demək olar ki, bütün 
xəstəliklərin müalicə metodlarında mövcuddur.
Həkimlik etikasına həkimlik sirri də aiddir. Bu, iki cür olur: 1) xəstə haq­
qında xəstənin özündən alınan və ya müalicə prosesində üzə çıxan və gizli qal­
malı olan məlumat; 2) xəstə haq qında o gizli məlumat ki, onu xəstənin özünə 
qətiyyən  demək  olmaz.  Məsələn,  çarəsi  olmayan  xəstəlik  haqqında  diaqnoz 
və  s.  Bu  problem,  yəni  tibbi  sirrin  qorunması  hələ  qədim  dövrdən  mövcud 
idi.  Feodalizm  dövründən  başlayaraq  isə  tibbi  sirrin  saxlanması  zərurəti  bəzi 
ölkələrin  hətta  qanunvericilik  aktlarında  öz  əksini  tapdı.  Həkimlik  etikasının 
peşə  kodeksi  insanpərvərlik  naminə  “müqəddəs  yalan”  danışmağa,  diaqnozu 
“yüngülləşdirməyə” də yol verir.
Tibbi etikaya bir sıra başqa problemlər – evtanaziya, klonlaşdırma, orqanla­
rın trans plan ta siyası, koma vəziyyətində uzun müddət həyatın süni surətdə sax­
lanması və s. də aiddir. Dünə nədək fantastik sayılan bu əməliyyatların müm­
künlüyü bu gün bir çox ənənəvi norma və təsəv vürlərə yenidən baxmağı, insa­
nın həyatı və ölümü ilə əlaqədar məsuliyyətli qərarlar qəbul etməyi tələb edir 
ki, bunlar da bir sıra əxlaqi problemlər yaradır. Bu problemlərlə nisbətən yeni 
sahə olan bioetika məşğul olur. Bioetika XX əsrin 70­ci illərində ABŞ­da daha 
intensiv inkişaf ta paraq tətbiqi etikanın əsas hissələrindən birinə çevrilmişdir. 
Bioetika terminini ilk dəfə 1971­ci ildə amerikalı V.R.Rotter işlətmişdir.
Bioetikanın əsas anlayışlarından olan evtanaziya “gözəl (yüngül, xoş) ölüm” 
deməkdir. Bu termin canverən insanın ölümünü asanlaşdırmağı, ölmə yinə kömək 
etməyi bildirir. Qədim yu nan lar bu terminlə orqanizminin zəiflə diyini və ölü­
münün  yaxınlaşdığını  başa  düşən  insanın  vəziyyətini  təsvir  edir dilər.  Həmin 
söz bugünkü mənada VII əsr ingilis filosofu F.Bekonun dövründən işlənməyə 
başlayıb.  Hələ  orta  əsrlərdə Avropa  dinşünas  alimləri  müqəddəs Avqustin  və 
Akvianlı Foma bunun əleyhinə çıxaraq söyləyirdilər ki, insanın ölümünə yalnız 
Allah qərar verə bilər. Bu problem XX əsrin 30­cu illərində ABŞ­da və Böyük 
Britaniyada  qalxmışdı.  1938­ci  ildə  yaradılan  Amerika  evtanaziya  cəmiyyəti 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə