Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə43/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   39   40   41   42   43   44   45   46   ...   52

95
evtanaziya  aktını  insanın  həyatına  onun  dəhşətli  fiziki  ağrılarının  kəsilməsi 
məqsədilə  son  qoyulması  kimi  müəyyən  edirdi.  Nasist  Al maniyasında  da 
“Reyx”ə xeyir gətirməyənlərdən – xəstələrdən və qocalardan yaxa qurtarmaq 
mövqeyi  tətbiq  edilirdi.  Uzun  illər  gizli  saxlanılan  və  yalnız  müəyyən  dairə­
lərdə məlum olan evtanaziyanı məhz bioetika üzə çıxardı. 80­ci illərin sonunda 
evtanaziya müəyyən məhdu diy yətlərlə bəzi ölkələrdə, məsələn, ABŞ­da, Fran­
sada, Hollandiyada, Belçikada və Niderlandda bu və ya digər şəkildə (həkimin 
məsləhəti  və  xəstənin  xahişi  ilə)  leqallaşdı.  Lakin  bu  ölkələrin  həkimləri, 
hüquqşünasları,  ilahiyyatçıları  və  filosofları  hələ  də  tez­tez  bu  leqallaşmanın 
əleyhinə çıxırlar. Amerika Tibb Assosiasiyası insanın həyatına qəsdən son qoy­
mağın əleyhinə olsa da, bəzi hallarda çarəsiz xəstələrin müalicəsini dayandır­
mağa icazə verir və bunu dolayı yolla hətta Hippokrat andı ilə də əlaqələndirir. 
Pedaqoji etika da humanist aspektlərlə zəngindir. Bu etikada müəyyən nor­
mativlər və ənənələr çoxdan və əsasən kortəbii şəkildə əmələ gəlmişdir. Hələ 
antik  dövrdə  müəllimdən  sa vadlı  olmaq,  uşaqları  sevmək,  təmkinli  olma­
ğı bacarmaq, nə tərifi, nə də cəzanı asanlıqla “pay lamamaq”, şagirdlərə qarşı 
diqqətli  olmaq,  onlara  dərsi  yaxşı  öyrətmək,  öz  əxlaqına  nəzarət  et mək  tələb 
olunurdu. O dövrdə müəllimin mövqeyi ata qədər, bəzən isə atadan da üstün 
olurdu.  Müəllim  daim  öz  mədəni  səviyyəsinin  yüksəlməsi  qeydinə  qalma­
lı, cəmiyyətdəki müstəsna rolu nu dərk etməli idi. Çünki pedaqoji etika yalnız 
müəllim­şagird  münasibətlərini  deyil,  həm  də  müəllim­müəllim,  müəllim­
cəmiyyət,  müəllim­dövlət,  müəllim­valideyn  münasibətlərini  öyrənir.  Buna 
görə də müəllimin nəzakətli, öz yerini bilən, gözəl nitq mədəniyyətinə malik 
olan, öz fikrini aydın ifadə etməyi bacaran olması vacibdir. M.İ.Kalinin yazırdı 
ki,  “müəllim  nəinki  öz  fənnini  yaxşı  bilməlidir,  həm  də  onu  elə  başa  salma­
ğı  bacarmalıdır  ki,  şagirdlər  o  dərsi  mənim səyə  bilsinlər”.  Bununla  yanaşı, 
müəllim  səlis  nitq  qabiliyyətinə,  gözəl  danışıq  tonuna,  zəngin  dünyagörüş  və 
leksikona malik olmalı, dərsi başa salarkən əsas, vacib məsələləri vurğulama­
ğı bacarmalıdır. Müəllim üçün vacib olan məsələlərdən biri də uşaqların ina­
mını  qazanmaqdır.  Pedaqoji  prosesdə  əsas  məqsəd  yalnız  uşaqların  inamı­
nı  qazanmaq  yox,  həm  də  uşağın  özünə  etibar  etməyi  bacarmaqdır.  Məşhur 
pedaqoq A.S.Makarenko  öz  pedaqoji  fəaliyyətini  həmişə  tərbiyəsi  ilə  məşğul 
olduğu uşaqların inam və etibarı əsasında qururdu. Belə olduqda uşaq öz şəxsi 
ləyaqətini dərk edə bilir, onda öz gücünə əminlik hissi yaranır, ona göstərilən 
etimadı doğ ruldacağına inanır, özünün yaxşı cəhətlərini nümayiş etdirməyi və 
özünə tənqidi yanaşmağı öyrənir. 
Digər anlayışlar kimi, peşə etikasının da spesifik anlayışları var. Məsələn, 
peşə borcu, peşə şərəfi, peşə ləyaqəti, peşə ədaləti, peşə nəzakəti və s.
Peşə  əxlaqının  özünəməxsus  prinsipləri  də  mövcuddur.  Bunlardan  huma­
nizm  prinsipi,  peşə  optimizmi  prinsipi,  vətənpərvərlik  prinsipi  və  s.  daha 


96
mühüm  əhəmiyyət  kəsb  edir.  Humanizm  prinsipi  peşə  etikasının  bütün  sahə­
lərinə aid olub, hər bir insanın şəxsiyyətinə hörmətlə yanaş mağı tələb edir. Bu 
prinsip insana utilitar, yəni hər hansı, hətta kifayət qədər mühüm məqsədlərlə 
əlaqədar  yanaşma  ilə  daban­dabana  ziddir.  Humanizm  prinsipinin  dərk  edil­
məsi  rəhbər  işçilər,  hüquq­mühafizə  orqanları  əməkdaşları  və  fəaliyyətini 
uşaqlara  məhəbbət  üzərində  quran  müəl limlər  üçün  daha  vacibdir.  Bu  prin­
sip optimizm prinsipi ilə uzlaşır. Məsələn, müəllim, hima yəsində olan balaca 
vətəndaşları  öz  qüvvələrinə  və  gələcəyə  inamı  olmadan  tərbiyə  edə  bilməz. 
Müxtəlif  islahedici  müəssisə  işçiləri  üçün  də  optimizm  olmadan  fəaliyyət 
göstərmək  çətindir.  Rəhbər  işçinin  də  əgər  insanlara  inamı  olmazsa,  planla­
rının  reallaşması  qəlizləşər.  Belə  inam  digər  peşə  sahiblərinə  –  həkimlərə, 
müəllimlərə  və  başqalarına,  həmçinin  onların  tabeçiliyin də kilərə  hava  və  su 
kimi lazımdır.
Peşələrin  əksəriyyəti,  xüsusən  insanla  bilavasitə  əlaqədar  olanlar  yüksək 
ideyalardan  qidalanmalıdır.  Buna  görə  də  peşə  etikası  vətənpərvərlik  ideya­
larını  da  özündə  əks  etdirməlidir.  Peşə  əxlaqının  əsas  prinsiplərindən  olan 
vətənpərvərlik prinsipi nəinki öz ölkəsinə, hətta digər ölkələrə və xalqlara da 
diqqət və hörmətlə yanaşmağı tələb edir.
Beləliklə, peşə əxlaqının əsas anlayış və prinsipləri onun özəyini təşkil edir 
ki, bu da müxtəlif həyat şəraitlərində yeni məzmunla zənginləşir.
3. Peşə etikası peşə mədəniyyətinin tərkib hissəsi kimi
Hər  hansı  bir  təhsil  ocağında  təhsil  səviyyəsinin  göstəricisi  kimi  peşə 
mədəniyyətinin tər kib hissəsi olan peşə etikası çıxış edir.
 Etik normalar peşə fəaliyyətinin özünəməxsus xüsusiyyətləri ilə təyin olu­
nur.  Bu  normalar  insan  həyatının bu  və  ya  digər  şərtlərinə,  onun  cəmiyyətlə, 
kollektivlə, yaxud ayrı­ayrı insanlarla olan münasibətinə yönlənir. Mənəvi nor­
malar bir çox hallarda insanların dəyər istiqamətləri ilə təyin edilir.
Dəyər  istiqamətləri  (oriyentasiyaları)  şəxsiyyət  quruluşunun  elementləri 
olaraq,  onun  fəa liyyət  yönlərini  xarakterizə  edir.  İnsanın  istiqamətlənmiş 
fəaliy yəti nəticəsində şəxsiyyətin yeni psixoloji cəhətləri əmələ gəlir.
Həyat  və  mədəniyyətin  əsas  dəyərləri  insanın  şəxsi  dəyərlərinə  çevri­
lir. Şəxsi dəyərlər isə, öz növbəsində, mənəvi etalonlara (etik normalara, etik 
mədəniyyətə) transformasiya olunur və insanın vicdanını yönləndirir.
Bir çox mütəxəssislərin fikrinə görə, gələcək işçilərin (kompüter üzrə ope­
ratorların,  modelyerlərin,  dərzilərin  və  digər  ixtisaslar  üzrə  liseylərdə  təhsil 
alan şagirdlərin) peşə etikasını təhsil alarkən formalaşdırmaq daha məqsədə uy­
ğundur. Tələb olunan etik normaların siyahısı da çox genişdir: müdriklik, vic­


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə