Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə44/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   40   41   42   43   44   45   46   47   ...   52

97
dan,  nəzakət,  çalışqanlıq,  dəqiqlik,  mütəşəkkillik,  intizam,  ədəb,  diqqətcillik, 
ünsiyyətçillik və s. Lakin hər bir gələcək işçidən vicdan, məsulliyət və peşə­
karlıq kimi ən vacib xüsusiyyətlər tələb olunur.
4. Peşə-etik metodların formalaşması
Peşə­etik metodları şərti olaraq aşağıdakı qruplara bölmək olar:
 1) Əsas rol təhsilə verilir (“təlim”, “müəyyən seminar məşğələlərin aparıl­
ması”, “xüsusi kurslar”, “diskussiyalar”);
  2)  Ailə  institutunun  rolu  (“ailə  tərbiyəsi”,  “uşaqlıqdan  düzgün  aparılan 
tərbiyə”);
  3)  Etika  prinsiplərini,  həmçinin  peşə  kollektivləri  formalaşdıra  bilər 
(“prak tik  tə lim”,  “nümunə  əsasında  tərbiyə”,  “müəllim  və  şagird  arasında 
huma nist və demokratik müna sibət”);
 4) Mənəvi özünütərbiyənin rolu (“öz biliyini artırma”, “inadkarlıq”).
Peşə etikası – peşə mədəniyyətinin tərkib hissəsi kimi çıxış edir. Onun for­
malaşmasına nitq və təfəkkür mədəniyyəti çox böyük təsir göstərir.
5. Peşə etikası və peşə mədəniyyətinin formalaşmasının etapları
Peşə etikası və peşə mədəniyyətinin formalaşması bir neçə etapdan ibarət­
dir:
I etapda – öz peşəsinə olan marağın artması nəzərə çarpır. Bu, laboratoriya­
larda təşkil olun muş tanışlıq və oyun şəklində keçirilən məşğələlər zamanı əldə 
olunur.
II etapda – şəxsiyyətin hər hansı fəaliyyət növünə olan intellektual­yaradı­
cı  fəallığı  for ma laşır.  Bu,  didaktik  oyunların,  təlim­yaradıcı  məsələlərin  həlli 
prosesində əldə olunur.
III etapda – şagirdlərin ünsiyyət mədəniyyəti, peşəkarlıq fəallığı artır. Bu 
daha  çox  istehsalat  təcrübəsi  keçirilərkən  özünü  büruzə  verir.  Təcrübə  proq­
ramlarında  həmçinin  təşkilatlar  tərə findən  qəbul  olunmuş  müəyyən  davranış 
qaydaları da öz yerini tutur.
 


98
IV HİSSƏ
PSİXOLOGİYA ELMİNİN MÖVZUSU VƏ 
VƏZİFƏLƏRİ 
1. Psixologiya elminin predmeti
Psixologiya  termini  yunan  sözü  olub,  psyuxe 
–  ruh,  ruhi  aləm,  loqos  –  bilik,  öy rənmək,  elm 
sözlərindən əmələ gəlmişdir, mənası “psixika haq­
qında  elm”  deməkdir.  Psixologiya  termini  elmin 
predmetini  dəqiq  ifadə  edir:  psixologiya  –  psixika 
haqqında elmdir.
Psixologiyanın  predmetini  başa  düşmək  üçün 
biz  əvvəlcə  əsas  anlayışla  –  psixika  anlayışı  ilə 
tanış  olmalıyıq.  Psixika  anlayışına  nələr  daxildir? 
Psixika  nədir?  Lakin  bu  tanışlıqdan  öncə  gəlin 
psixologiya elminin yaranma tarixinə nəzər salaq.
2. Psixologiya elminin tarixindən
Psixologiya  elmi  qədim  tarixə  malikdir.  Psixoloji  anlayışlar  sistem  şək­
lində ilk dəfə Aris totelin (eramızdan əvvəl IV əsr) “Ruh haqqında” adlı məş­
hur traktatında şərh olunmuşdur. Trak tatın adına diqqət etsək, görərik ki, o, 
psixologiya deyil, “ruh haqqında” adlanır. Bu, təsadüfi deyildir. Uzun müddət 
(XIX  əsrin  sonlarına  qədər)  psixologiya  elmi  fəlsəfəyə  (və  ilahiyyata)  aid 
fənn hesab olunmuşdur. Avropa ədəbiyyatında bəzən onu mental (“mental” – 
latın sözü olub, psixi olan deməkdir) fəlsəfə, ruhiyyət adlandırmışlar. XVIII 
əsrin  sonuna  qədər  psixologiya  sözü  nə  ingilis,  nə  də  fransız  ədəbiyyatında 
işlənməmişdir. 
Alman ədəbiyyatında isə psixologiya sözü ensiklopedist alim Xristian Vol­
fun (1679­1754) 1734­cü ildə “Empirik psixologiya” və “Rasional psixologi­
ya” adlı kitabları nəşr olunandan sonra məlum olmuşdur.
XVIII əsrin sonu XIX əsrin əvvəllərindən başlayaraq, psixologiya termini 
Amerika, Avropa və rus ədəbiyyatında vətəndaşlıq hüququ qazanmış və böyük 
əhəmiyyət kəsb etmişdir.
“Düşünən adam”.
Heygəltaraş Roden.


99
Azərbaycanda  psixologiya  termini  XIX­XX  əsrin  əvvəllərində  rus  psi­
xoloqlarının  əsərləri  vasitəsilə  işlənməyə  başlanmışdır.  Azərbaycan  psi­
xologiya  elmində  öz  sözlərini  demiş  alimlər  sırasında  F.İbrahimbəyovun, 
Ə.Əlizadənin, M.Həmzəyevin, Ə.Bayramovun, R.İbrahim bəyo vanın adlarını 
çəkmək olar.
3. Psixi hadisələr
Psixi hadisələri şərti olaraq üç böyük qrupa bölürlər: 
1. Psixi proseslər;
2. Psixi hallar (və ya psixi halətlər, vəziyyətlər);
3. Psixi xassələr (və ya xüsusiyyətlər).
 Psixi proseslər psixologiya elminin əsas kateqoriyalarından biridir. İdrak 
proseslərinə (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq və təxəyyül), iradi 
proseslərə  və  emosional  proseslərə  birlikdə  psixi  proseslər  deyilir.  Başqa 
sözlə, psixi proseslər özləri də üç yarım qrupa bölünür: idrak prosesləri, hissi 
proseslər və iradi proseslər.
Psixi hadisələrin ikinci qrupunu təşkil edən psixi hallar və ya vəziyyətlər 
də müxtəlifdir. Şən əhval, affektlər, ehtiraslar, dalğınlıq, inamsızlıq, şübhə və s. 
psixi hallara misal ola bilər.
Psixi  xassələr  də  psixologiya  elminin  kateqoriyaları  içərisində  mühüm 
yer tutur. Tem pe rament, xarakter və qabiliyyətlər əsas psixi xassələrdir. İnsa­
nın  onun  üçün  səciyyəvi  olan  əqli  keyfiyyətlərini  (ağlın  tənqidliliyi  və  ya 
müstəqilliyini), emosional xassələrini (tez özündən çıxma, emosionallıq) və s. 
də psixi xassələrə aid edilir.
Psixi  proses  termini  psixi  faktın  dinamikasını  nəzərə  çarpdırır.  Məsələn: 
Anar ayağını yün gülcə əzmişdi. Ağrı duyğusu əmələ gəlmişdi və ayağının ağrı­
sı davam edirdi. Amma bir müddət keçdik dən (1 saat, 1 gün, ya 1­2 gündən) 
sonra bu kəsildi. 
Psixi  halət  termini  psixi  faktın  nisbi  davamlılığını  bildirir.  Məsələn:  13­14 
yaşlı məktəbli şagird oğlan küçədə şit hərəkətlər edirdi. Birdən əmisinin o biri 
səkidən  keçdiyini  görüb,  tez  özünü  yığışdırdı. Ancaq  əmisinin  onu  gördüyünü 
hiss etmişdi. Oğlanın qanı qaralmışdı və bu hal onda bir neçə gün davam etmişdi.
Psixi xassə və ya psixi xüsusiyyət termini isə psixi faktın sabitliyini, onun 
şəxsiyyətin  strukturunda  möhkəmləndiyini  və  təkrar  olunmasını  ifadə  edir. 
Məsələn:  iki  şagirdə  məktəbin  həyətyanı  sahəsində  işləmək  tapşırılmışdı. 
Şagirdlərdən biri tənbəl, digəri əməksevər idi. Biri oturduğu yerdən ayağa qalx­
maq istəmir, o biri isə işdən doymurdu. Yaxud biri sakit, digəri isə coşqun idi, 
biri ünsiyyətcil, digəri isə qaradinməz idi.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə