Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə45/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   41   42   43   44   45   46   47   48   ...   52

100
Psixologiya  heyvanların  və  insanların  psixikasını  öyrənir.  Müasir  psixo­
logiyada insanı fərd (bioloji varlıq) və şəxsiyyət (sosial varlıq) kimi nəzərdən 
keçirirlər.  İnsanın  bir  fərd  və  şəxsiyyət  kimi  xüsusiyyətləri  onun  psixi 
proseslərində, psixi hallarında və s. xassələrində bütün təfərrüatı ilə əks olunur. 
Məsələn, kinli adamın ayağını təsadüfən tapdalayarkən əvəzini çıxmaq üçün az 
qala  bunu  ömrü  boyu  yadında  saxlayır;  xeyirxah  adamın  ayağı  tapdalananda 
isə o, buna əhə miyyət vermir, bu hadisəni elə oradaca yadından çıxarır. Kinli 
olmaq  və  xeyirxahlıq  –  bunlar  insanın  şəxsiyyəti  ilə  bağlı  xüsusiyyətlərdir. 
Təsadüfi  deyildir  ki,  müasir  psixologiyada  bu  problemlərin  öyrənilməsinə 
xüsusi əhəmiyyət verirlər. Hal­hazırda şəxsiyyət psixologiya elminin ən aktual 
problemlərindən birinə çevrilmişdir.
4. Şüur psixikanın yüksək forması kimi
Psixikanın ən yüksək səviyyəsini şüur təşkil edir. Şüur da psixika kimi bey­
nin funksiyasıdır. Lakin şüur obyektiv aləmin insana məxsus inikasıdır, başqa 
sözlə, şüur ancaq insana məxsusdur, heyvanlarda şüur yoxdur.
İctimai  şüur  nədir?  İctimai  şüur  dedikdə  bütöv lükdə  müəyyən  cəmiyyət 
üçün və ya müəyyən sosial qrup üçün səciyyəvi olan baxışlar, ideyalar nəzərdə 
tutulur. Cəmiyyətdə ictimai şüur müxtəlif formalarda: ictimai­siyasi və hüquqi 
nəzəriyyələr və baxışlar, fəlsəfə, əxlaq, din, incəsənət şəklində meydana çıxır, 
ictimai varlığı əks etdirib, ona fəal təsir gös tərən bu formalardan hər birinin öz 
inikas  ob yekti  və  üsulu  vardır,  hər  biri  insanların  ictimai  varlığına  özünə­
məxsus şəkildə təsir göstərir. Cəmiyyəti təşkil edən insanlar olmadan cəmiyyət 
mümkün deyildir və deməli, fərdlərin şüuru olmadan ictimai şüur da mümkün 
deyildir.
Fərdi  şüurun  özünəməxsus  xüsusiyyətləri  vardır.  Onun  “tərcümeyi­halı” 
ictimai  şüurun  “tərcümeyi­halı”ndan  fərqlənir.  Fərdi  şüur  adamın  doğulması 
ilə  doğulur,  ölümü  ilə  ölüb­gedir.  Şüur  fərdin  həyat  yolunun  təkraredilməz 
əməllərini,  tərbiyəsinin  xüsusiyyətlərini,  ona  olan  müx təlif  siyasi  və  ideoloji 
təsirləri ifadə edir. Fərdi şüur – makro və mikromühitin (sosial qrupun həyat 
şəraiti), həmçinin ailənin, dostların, tanışların və nəhayət, şəxsi həyat şəraitinin 
təsirinin nəticəsi kimi meydana çıxır. Fərdi şüur insanın inkişaf səviyyəsi, şəxsi 
xarakteri və s. kimi amillərin də təsiri altında olur.
İctimai  şüurla,  fərdi  şüur  daim  bir­birinə  qarşılıqlı  təsir  göstərir,  qarşılıqlı 
surətdə bir­birini zənginləşdirir. Hər bir insan bütün həyatı boyu başqa insan­
larla  münasibətləri  vasitəsilə,  təlim,  tərbiyə  yolu  ilə  ictimai  şüur  normalarını 
mənimsəyir. Bu, dialektik prosesdir.


101
5. İctimai münasibətlər və şəxsiyyət
Şəxsiyyət  psixologiya  elmində  əsas  kateqoriyalardan  biri  hesab  olunur. 
Lakin bununla belə, qeyd etmək lazımdır ki, həmin kateqoriya heç də xalis psi­
xoloji  kateqoriya  deyildir.  Şəxsiyyət  bir  çox  elmlər  tərəfindən  ayrı­ayrı 
istiqamətlərdə öyrənilir. Psixologiya elmini şəxsiyyətin psi xoloji siması, onun 
daxili  aləminin,  psixi  həyatının  formalaşması  prosesinin  qanunauy ğun luqları 
maraq landırır. Bu zaman psixologiya elmi yuxarıda nəzərdən keçirdiyimiz belə 
bir  fundamental  faktı  əsas  götürür  ki,  psixi  hadisələr  fəaliyyət  və  ünsiyyət 
prosesində  formalaşır,  inkişaf  və  təzahür  edir.  Lakin  öz­özlüyündə  onlar 
fəaliyyət və ünsiyyətə deyil, şəxsiyyətə məxsusdur.
Bir halda ki, biz şəxsiyyət anlayışı ilə insanı ictimai varlıq, cəmiyyətin üzvü 
kimi səciy yələn diririk, o zaman zəruri surətdə məsələyə “Cəmiyyət və şəxsiy­
yət” problemi aspektində ya naşmalı, insanın cəmiyyətdə həyatını öyrənməliyik.
Sosial  qrupların,  siniflərin  və  millətlərin  iqtisadi,  ictimai­siyasi,  mədəni 
həyatı  və  fəaliyyəti  prosesində  onların  arasında  və  öz  daxilində  əmələ  gələn 
münasibətlərə  ictimai  münasibətlər  de yilir. Ayrı­ayrı  adamlar  ictimai  münasi­
bət lərə bu və ya digər sosial ümumilik və qrupun üzvü kimi daxil olur. Fərd­
lərin münasibətləri yalnız ilk baxışda daha çox şəxsi münasibətlər kimi görü­
nür. Əslində isə onlar bir­biri ilə ünsiyyətə bu və ya digər sosial müəyyən liyə 
mənsub olan fərdlər kimi daxil olurlar.
İctimai münasibətləri maddi və ideoloji münasibətlər olmaq üzrə iki böyük 
qrupa bölürlər:
Maddi nemətlər istehsalı cəmiyyətin əsasını təşkil edir. Buna görə ictimai 
münasibətlər  içərisində  maddi  münasibətlər  –  iqtisadi  istehsal  münasibətləri 
xüsusi  yer  tutur.  Onlar  aparıcı,  müəyyənedici  münasibətlərdir.  Maddi  ictimai 
münasibətlərin xarakteri cəmiyyətin məhsuldar qüv vələri ilə müəyyən olunur, 
onlar adamların şüuru və iradəsindən asılı deyildir.
İdeoloji münasibətlərə siyasi, hüquqi, əxlaqi və başqa münasibətlər daxildir. 
Onlar maddi ictimai münasibətlərin əsasında meydana çıxır. İdeoloji müna si­
bətlərin xarakteri istehsal müna sibətləri ilə müəyyən olunur.
Şəxsiyyət üçün cəmiyyət, sadəcə olaraq, xarici mühit deyildir. O, cəmiy yə­
tin üzvü kimi, cəmiyyətdə bərqərar olmuş ictimai münasibətlər sisteminə daxil 
olur və bu əsasda onun bir şəxsiyyət kimi özünəməxsus xassələri formalaşır.


102
6. Psixologiya elminin təşəkkülü tarixindən
Azərbaycanda  ilk  psixoloji  təsəvvürlərin  təşəkkülü  xalqın  qədim  adət­
ənənə,  mərasim  və  ayinləri,  əyləncə  və  oyunları  ilə  bağlı  olmuşdur. Ailə  və 
məişət  (toy,  yas  və  s.)  mərasimlərində  kütləvi  psixoloji  hadisələrin  maraqlı 
xarakteristikalarına təsadüf edilir.
Azərbaycan şifahi xalq ədəbiyyatı da bu baxımdan diqqəti cəlb edir. Keçəl, 
küpəgirən  qarı,  kosa  obrazları  uzun  müddət,  həm  də  xalqın  müəyyən  eta­
lon  və  stereotiplərini  ifadə  etmişdir. Azərbaycan  lətifələrində  xalqın  müxtəlif 
sosial  hadisələr  haqqındakı  ictimai  rəyi  özünün  parlaq  ifadəsini  tapmış­
dır.  Molla  Nəsrəddin,  Bəhlul  Danəndə  el­oba  içərisində,  “insan  sərrafı”  kimi 
məşhurlaşmışdılar.  Onlar,  necə  deyərlər,  əsl  praktik  psixoloq  idilər. Ayrı­ayrı 
adamlara  müəyyən  ləqəblərin  verilməsi  də  psixoloji  baxımdan  son  dərəcə 
maraqlı  hadisələrdir. Azərbaycan  nağılları  və  dastanlarında  müxtəlif  psixoloji 
hadisələr  geniş  təsvir  olunmuşdur.  Vəzir,  vəkil  və  başqa  ob razlar,  əgər  müa­
sir  terminlərlə  desək,  xalqın  referent  qruplar  haqqında  təsəvvürlərini  ətraflı 
xa rakterizə etmək imkanı verir.
Hələ  e.ə.  II­I  minilliklərdə  “Avesta”da  ruh  və  psixi  hadisələr  haqqında 
müxtəlif məzmunlu təsəvvür və ideyalar öz əksini tapmışdır. Azərbaycan şifa­
hi  xalq  ədəbiyyatının  ən  qədim  yazılı  abidəsi  “Kitabi­Dədə  Qorqud”da  insa­
nın  müxtəlif  emosional  halətləri  təsvir  edilmiş,  davranış  normalarında  özünü 
büruzə verən xəyanət, həsəd, fərarilik kimi mənfi sifətlər tənqid edilmişdir.
“Kitabi­Dədə Qorqud” dastanı insanların qarşılıqlı münasibətlərinin psixo­
loji təhlili baxı mından diqqəti xüsusilə cəlb edir. Dədə Qorqud qonağa hörmət 
etməyən tənbəl qadınları pislə yir, yaxşı qadınları tərifləyirdi. Qazan xan oğlu­
nun  öz  yoldaşlarını  döyüş  meydanında  qoyub  qaçdığını  güman  etdikdə,  ona 
ağır cəza verməyi qərara alır və s.
“Kitabi­Dədə  Qorqud”  nəinki  tayfadaxili  və  tayfalararası  münasibətlərin 
psi xoloji təhlili, həm də müxtəlif sosial­psixoloji fenomenlərin, xüsusilə stress 
şə raitində qrup üzvləri arasında münasibətlərin təsviri baxımından da əhə miy­
yətlidir.
XI  əsrdən  başlayaraq  Azərbaycanda  psixoloji  ideyalar  fəlsəfi  traktat  və 
bədii ədəbiyyat nü munələrində daha geniş surətdə öz əksini tapır.
Azərbaycanda  psixoloji  ideyaların  inkişafında  Nizami  Gəncəvi,  Bəh mən­
yar, Xaqani Şirvani, Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, 
Abbasqulu  ağa  Bakıxanov,  Mirzə  Fətəli Axundov,  Üzeyir  Hacıbəyli,  Hüseyn 
Cavid,  Cəfər  Cabbarlı  kimi  görkəmli  ictimai­elmi  fikir  nümayəndələrinin, 
mütəfəkkir şair və yazıçıların böyük xidməti olmuşdur.
Bəhmənyarın zəngin fəlsəfi irsində maraqlı psixoloji ideyalara rast gəlinir. 
O, fikri “insan zehninin hərəkəti” adlandırmış, idrakda hissin və rasional anla­


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə