Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə46/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   42   43   44   45   46   47   48   49   ...   52

103
rın  əlaqəsini,  təfəkkür  formalarının  (məfhum,  hökm  və  istidlalın)  psixoloji 
mahiyyətini geniş şərh etmiş, insan fikrinin nəticədən səbəbə doğru hərəkətinə 
diqqət yetirmişdir. 
Xaqani ünsiyyət prosesində mühüm rol oynayan doğruçuluq, təvazökarlıq, 
işgüzarlıq, mərd lik kimi psixoloji keyfiyyətlərə böyük əhəmiyyət verirdi. 
Dövrün  elmi  biliklərini  bədii  yaradıcılığında  sintez  edən  dahi  Nizaminin 
bədii  əsərlərində  çox  zəngin,  orijinal  psixoloji  ideyalar  öz  əksini  tapmışdır. 
Nizami  ruhla  bədənin  vəhdətini  qeyd  etmiş,  insanın  daxili  aləminə  dərindən 
nüfuz  edərək  əsərlərində  dəqiq  psixoloji  təsvirlər  vermiş,  mühitin  təsiri  ilə 
şəxsiyyətdə baş verən psixoloji dəyişiklikləri, onun yeniləşməsi, ehtirasın dərin 
məhəbbət hissini özgələşdirməsi və s. kimi psixoloji problemlərə toxunmuşdur.
XII­XVI  əsrlərdə,  xüsusən  Nəsirəddin  Tusi,  Nəsimi,  Füzuli  yaradıcılığın­
da  psixoloji  ideyalar  daha  qabarıq  surətdə  özünü  göstərmiş,  “Əxlaqi  Nasiri”, 
“Alicənab  insanların  xarakteri  və  keyfiyyətləri”  (N.Tusi),  “Mətləül­etiqad”, 
“Həqiqətüs­süəda” (Füzuli) kimi xüsusi fəlsəfi­psixoloji traktatlar yazılmışdır.
İmadəddin  Nəsimi  şəxsiyyətin  mənəvi  azadlığının  carçısı  kimi  insanı, 
onun  yaradıcı  düha sını  tərənnüm  etmişdir.  O,  yaradıcılığının  ilk  dövrlərində 
sufizm  mövqeyində  dayanmış,  sonralar  isə  ömrünün  axırına  kimi  hürufizmin 
əsas ideoloqlarından biri olaraq qalmışdır. Nəsiminin nöq teyi­nəzərincə, insan 
mürəkkəb  struktura  malik,  həm  genetik,  həm  də  sosial  cəhətdən  şərtlənmiş 
dərin fərdiyyəti olan şüurlu varlıqdır. Onun fikrincə, bu amillər insanın davra­
nışını  şərtləndirir,  lakin  şəxsiyyətin  formalaşmasında  üstün  mövqeyi  həyatda 
qazanılan keyfiyyətlər təşkil edir. Həm də belə insani keyfiyyətlərin təşəkkülü 
daha  çox  tərbiyə  və  özünütərbiyədən  asılı  olur.  O,  insan  münasibətlərinin 
təhlilinə də bu cəhətdən yanaşırdı. Nəsimi qəzəb, həsəd, təkəbbür, hə rislik və s. 
kimi insanı alçaldan hislərdən uzaq olmağı xüsusi olaraq qeyd edirdi.
Azərbaycanda psixoloji fikrin inkişafında XIX əsrin yazıçı və mütəfəkkir­
ləri daha mühüm rol oynamışdır. Psixi hadisələr haqqında mülahizələr materia­
list nəzəriyyəyə, xüsusən təbiətşü naslığın inkişafına istinad etmişdir.
A.Bakıxanovun  “Nəsihətnamə”  və  “Təhzibül­əxlaq”  əsərlərində  müxtəlif 
etik problemlər müəyyən psixoloji kontekstdə təhlil olunmuşdur. Onun “mənə­
viyyat  fəlsəfəsi”  adlandırdığı  etika  və  tərbiyə  nəzəriyyəsində  maraqlı  psixo­
loji  hadisələrə  toxunulmuş,  təlim  və  tərbiyənin  köməyi  ilə  insanın  əxlaq  və 
mənəviyyatını  məqsədəuyğun  surətdə  dəyişdirməyin  mümkünlüyü  ideyası 
əsaslandırılmışdır. Həmin ideya M.F.Axundovun əsərlərində daha bariz şəkildə 
özünü büruzə vermişdir.
S.Ə.Şirvani,  M.Ə.Sabir,  C.Məmmədquluzadə,  H.Zərdabi,  Ə.Haqverdiyev, 
Ü.Hacıbəyli kimi görkəmli mütəfəkkirlərin əsərlərində də psixologiyanın müx­
təlif problemlərinə aid maraqlı mülahizələr vardır. Bu daha çox həmin sənət­
karların maarifçilik ideyası, insan psixologiyasını dəyişdirmək, onu yeniləşdir­


104
mək, dövrün tələbləri səviyyəsinə qaldırmaq meyli ilə bağlı olmuş dur. Xüsusilə 
də  M.Ə.Sabirin  əsərlərində  ayrı­ayrı  qrupların,  milli  xüsusiyyətlərin  sosial­
psixoloji baxımdan xarakteristikası diqqəti cəlb edir.
XIX əsrin sonu XX əsrin əvvəllərində 
mütərəqqi  rus  pedaqoq  və  psixoloqları­
nın  əsərləri  vasitəsi  ilə  psixoloji  biliklər 
Azərbaycan  pedaqoqlarının  əsərlərində 
pedaqoji  psixologiya  məsələlərinə  daha 
geniş  yer  verilsə  də,  onlar  psixoloji 
səpkidə  də  maraqlı  idi.  Bu  halda  aydın 
təsəvvür əldə etmək üçün təkcə görkəmli 
Azərbaycan  pedaqoqu  Məhəmməd  Tağı 
Sidqinin “Nü muneyi­əxlaq” əsərini xatır­
lamaq kifayətdir.
XIX əsrin ortalarında psixologiya elmi bir sıra nailiyyətlər əldə etdi. Onlar­
dan ən başlıcası isə bundan ibarət idi ki, həmin dövrdən eksperimental üsullar 
tədricən psixologiya elminə nüfuz edirdi. 
Azərbaycanda ilk psixologiya laboratoriyası 1926­cı ildə F.Ə.İbrahimbəyli 
tərəfindən yara dılmışdır. 
7. Şəxsiyyət, fərd və fərdiyyət anlayışları
Orqanizm geniş anlayışdır. Hər bir canlı varlıq – bitki də, heyvan da, insan 
da orqanizmdir. Psixologiya insanı orqanizm kimi deyil, fərd və şəxsiyyət kimi 
öyrənir. 
Hər  bir  insan,  bir  tərəfdən,  bioloji  varlıqdır,  digər  tərəfdən,  sosial  varlıq­
dır. Onun bioloji varlıq kimi psixoloji xüsusiyyətlərini fərd termini, sosial var­
lıq  kimi  psixoloji  xüsusiyyətlərini  şəxsiyyət  termini  ilə  ifadə  edirlər.  İnsanın 
həyat fəaliyyətində bu iki cəhət bir­biri ilə elə uzlaşır ki, biz çox vaxt nəinki 
onları  aydın  şəkildə  fərqləndirmir,  hətta  bu  haqda  fikirləşmirikdə.  Halbuki 
insanın  fərd  və  şəxsiyyət  kimi  xarakteristikaları  vəhdət  təşkil  etsə  də,  onları 
eyniləşdirmək ol maz.
Fərd – özünəməxsus psixoloji xüsusiyyətləri olan, heç kəsə oxşamayan təbii 
varlıq de məkdir. Fərd anlayışının mənası da elə bundan ibarətdir. Bu baxımdan hər 
bir adam – həm təzə doğulmuş uşaq, həm də hər hansı bir yaşlı adam fərddir.
Bir  cəhəti  dəqiqləşdirək:  insan  fərd  kimi  doğulur,  cəmiyyətdə  müəyyən 
sosial keyfiyyətlər kəsb edir və şəxsiyyətə çevrilir.
Şəxsiyyətin inkişafında sosial amillər isə müəyyənedici rol oynayır. Sosial 
amillər müxtəlifdir və onlar qarşılıqlı əlaqədə şəxsiyyətin inkişafını şərtləndi­


105
rir lər. Sosial amillər içəri sində insanın yaşadığı və fəaliyyət göstərdiyi konkret­
tarixi  şərait,  yəni  məhsuldar  qüvvələrin  və  müvafiq  istehsal  münasibətlərinin 
inkişaf səviyyəsi birinci yerdə dayanır. Konkret­tarixi şərait öz əksini şəxsiy­
yətin maddi, siyasi və sosial həyat şəraitində, o cümlədən əmək şəraitində tapır.
Uşaq  doğulduğu  gündən  valideynlərin  statusu  və  ya  vəziyyətindən,  iqti­
sadi,  siyasi  və  hü quqi  mövqeyindən,  peşəsindən,  təhsilindən  və  sairdən  asılı 
olaraq  müəyyən  ictimai  mühitdə  for ma laşır. Ailənin  maddi  və  mədəni  həyat 
səviyyəsindən  əmələ  gələn  kəskin  dəyişikliklər  şəxsiyyətin  formalaşma­
sı  şəraitinə  bilavasitə  təsir  göstərir.  Ailənin  statusu  bu  və  ya  digər  dərəcədə 
davamlı  olduqda  isə  şəxsiyyətin  ayrı­ayrı  keyfiyyətlərinin  möhkəmlənməsi 
üçün əlverişli şərait yaranır.
Psixoloji  baxımdan  başlıca  məsələ  ondan  ibarətdir  ki,  həyat  şəraiti 
öz­özünə, yəni bila va sitə, birbaşa uşağın psixi inkişafını, o cümlədən onun bir 
şəxsiyyət kimi formalaşması prosesini müəyyən edə bilməz. Eyni bir şəraitdə 
uşaqlarda  müxtəlif  psixoloji  xüsusiyyətlərin  formalaşması  da  məhz  bununla 
izah edilməlidir.
A.S.Makarenko  şəxsiyyətin  formalaşması  prosesini  təhlil  edərkən  uşa­
ğın  mühitlə  müna sibətləri  sisteminə  xüsusi  diqqət  yetirirdi.  O,  düzgün  ola­
raq göstərirdi ki, uşağın ətrafdakı aləmlə münasibətləri təkcə mühitin özünün 
təsirləri ilə deyil, həm də uşağın özünün fiziki və mənəvi inkişafı ilə əlaqədar 
olaraq mürəkkəbləşir, yeni məna çalarları kəsb edir.
Mühitin  təsirləri  uşağın  özünün  inkişaf  səviyyəsindən,  psixoloji  xüsusiy­
yətlərindən asılı olaraq dəyişilir. 
8. Emosiyalar və hislər
Hiss  və  emosiya  insanın  dərk  etdiyi  cisim  və  hadisələrə,  başqa  adamlara, 
həmçinin özünün rəftar və davranışına, fikir və arzusuna bəslədiyi münasibəti 
ifadə edən psixi prosesdir. 
Hissin  obyekti  ətrafdakı  cisim  və  hadisələr,  başqa  adamlar,  onun  subyek­
ti  isə  şəxsiyyətin  özüdür.  Çünki  hər  bir  şəxs  ətrafdakı  cisimlərə,  adamlara 
başqa­başqa  münasibət  bəsləyir.  Vətənə  məhəbbət,  öz  xalqını  sevmək  insa­
nın  müqəddəs  hissidir.  Həmin  hiss,  lazım  gəldikdə,  onu  öz  həyatını  Vətən 
yolunda qurban verməyə təhrik edir. Lakin bu hiss adamların hamısında eyni 
səviyyədə  təzahür  etmir.  Bu,  insanın  dünyagörüşündən,  əqidəsindən,  sərvət 
meylindən,  həyat  idealından  asılıdır.  Yalnız  özünü  düşünən  eqoist  insanla­
rın Vətənə, millətə münasibətini dahi Azərbaycan şairi M.Ə.Sabir vaxtilə çox 
dəqiq ifadə etmişdir:


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə