Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə47/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   44   45   46   47   48   49   50   51   52

106
Millət necə tarac olur­olsun, nə işim var?!
Düşmənlərə möhtac olur­olsun, nə işim var?!
Qoy mən tox olum, özgələr ilə nədi karım,
Dünyavü cahan ac olur­olsun, nə işim var?!
Deməli, hər kəsin emosiya və hisləri onun özünə, ətraf aləmə bəslədiyi və 
məxsusi  səciyyə  daşıyan  şəxsi  münasibətdir.  İnsanın  emosiya  və  hislər  aləmi 
çox rəngarəng və mürək kəbdir.
9. Emosional halətlər
Hislər  qüvvə,  davamlılıq  və  sürətə  görə  müxtəlif  növlərə  ayrılır.  Bunları 
insanın emo sional haləti də adlandırırlar. Müasir psixologiyada insanın emosio­
nal halətlərinin öyrənilməsinə xüsusilə böyük əhəmiyyət verilir. Bu isə təsadüfi 
deyildir.  İnsanda  əmələ  gələn,  günlərlə,  hətta,  bəzən  həftələrlə  davam  edən 
emosional halətlər təkcə onun əmək məhsuldarlığına deyil, həm də psixi sağ­
lamlığına mühüm təsir göstərir. Onlardan bəziləri ilə tanış olaq:
Əhval  –  çox  zəif  cərəyan  edən  emosional  halətdir.  Mə sələn,  insan  qəm­
gin, şad, gümrah, qüssəli və s. əhvalda ola bilər, lakin onlar zəif cərəyan etdik­
lərindən o qədər də aydın surətdə nəzərə çarpmır və çox kəskin xarici ifadəyə 
malik olmur.
Affektlər (latın dilində affektus – ruhi təlatüm, həyəcanlanma deməkdir) – 
coşqun surətdə əmələ gəlib, kəskin xarici ifadəyə malik olan azmüddətli, lakin 
qüvvətlə cərəyan edən hislərdir. Qeyz, dəhşət, həddən artıq şadlıq, kədər, qəzəb 
və s. affektə misal ola bilər.
Affekt halları bəzi adamların fəaliyyətinə pozucu təsir göstərir, hətta onların 
belə mə qamlarda öz hərəkətləri, danışığı üzərindəki şüurlu nəzarəti də zəifləyir. 
Affekt anında bəzi adamlar qışqırır, kəskin hərəkətlər edir, aydın danışığını iti­
rir, ayrı­ayrı hallarda isə heç bir söz deyə bilmir, tutulur, “donub qalır”, “daşa 
dönür”, bayılır və s. Həmin vəziyyətlər beyində baş verən sinir prosesləri ilə 
əlaqədardır. Bu zaman beyində kəskin oyanma ocağı əmələ gəlir və ətrafdakı 
oyanmış  sahələrə  ləngidici  təsir  göstərir.  Mənfi  induksiyanın  təsiri  ilə  başqa 
sahələrdəki oyanma ocaqları ləngimə halına keçdiyinə görə adam ətrafda baş 
verən hadisələri aydın dərk etmir. O, öz hərəkətləri və onun nəticələri barədə 
sanki  düşünmür.  Qabıqaltı  sahələr  beyin  qabığının  ləngidici  təsirindən  azad 
olduğundan öz fəaliyyətlərini gücləndirir və nəticədə affekt halında insanda bir 
sıra artıq, lüzumsuz, məqsədsiz hərəkətlərdə özünü büruzə verir. 
Affekt halından yaxa qurtarmaq üçün onun nəticəsini göz önünə gətirmək, 
onu  dərk  etmək  zəruridir.  Bununla  yanaşı  olaraq,  affekti  yaradan  obyektdən 
diqqəti yayındırmaq, başqa səmtə yönəltmək də faydalıdır. Əlbəttə, affekt halı­


107
nın qarşısını almaq insanın iradə qüvvəsindən, şüur luluğundan, mədəni rəftar 
vərdişlərinə möhkəm yiyələnməsindən çox asılıdır.
Ehtiras – qüvvətli, uzunmüddətli və dərin hissdir. Ehtiras insanın şüurunun, 
daxili  qüv vələrinin  cəmləşməsində,  müəyyən  vahid  məqsədə  yönəlməsində 
öz  əksini  tapır.  Bu  zaman  his lər  iradi  cəhd  ilə  birləşərək  adamı  müəyyən 
çətinlikləri aradan qaldırmağa təhrik edir.
Ancaq ehtiras insanı həmişə fəallaşdıra bilmir. Bəzən bir obyektə olan ehti­
raslı münasibət insanı başlıca olaraq passiv surətdə əzab çəkməyə düçar edir. 
Bu cəhət ehtirasın ikili xarakterdə olduğunu: ya insanın qüvvəsini zəiflətdiyini, 
ya da artırdığını aydın surətdə göstərir. Ehtiras çox böyük qüvvəyə malik olur. 
Ancaq əsas məsələ ehtirasın nəyə, hansı obyektə yönəlməsindədir. Bu cəhətdən 
ehtiraslar iki qrupa: mənfi və müsbət ehtiraslara bölünür. İnsanın qumara, spirt­
li içkilərə, pula, varlanmağa və s. olan ehtirası mənfi ehtiraslardır.
Azərbaycan ədəbiyyatında mənfi ehtirasların əsiri olan bir sıra tiplər yara­
dılmışdır. M.F.Axundovun Hacı Qara surəti (“Hacı Qara” əsərində) pul ehtira­
sına tutulmuş klassik xəsis tipidir. O, pul yığmaq üçün hər cür alçaqlığa, hətta 
ailə  üzvlərini  belə,  fəda  etməyə  hazırdır. Yaxud  N.Vəzirovun  “Dağılan  tifaq” 
pyesində  qumara  ehtirasın  tipik  nümunəsi  verilmişdir.  Həmin  ehtiras  evin, 
ailənin, (əsərin adından da göründüyü kimi) tifağın dağılmasına gətirib çıxarır. 
Mənfi ehtiraslar əsiri olan adamlar həyatda insanların nifrətindən başqa bir şey 
qazan mırlar.
Elmə, musiqiyə, incəsənətə, zəhmətə və s. olan ehtiras isə müsbətdir. Əsl 
məsələ müsbət ehtirasları inkişaf etdirməkdir. Əməyə, elmə, incəsənətə, musi­
qiyə  ehtiraslı  məhəbbət  bəsləmə dən,  həmin  sahədə  heç  bir  yenilik  yaratmaq 
mümkün deyildir. K.Marks ehtirasa çox yüksək qiy mət vermiş və onu insanın 
öz obyektinə ciddi surətdə cəhd edən mühüm qüvvəsi hesab etmişdir. 
Stress (ingiliscə stress – təzyiq, gərginlik deməkdir) – insanın gözlənilməz 
gərgin şəraitlə rastlaşarkən keçirdiyi emosional halətdir. Yəni qəflətən təhlükəli 
vəziyyətdə və ya mürəkkəb şə raitdə təcili surətdə müstəqil qərar qəbul etmək, 
hərəkət  etmək  lazım  olarkən  insanda  özünü  büruzə  verən  halətdir.  Müasir 
dövrdə, elmi­texniki tərəqqi şəraitində insanlarda belə emosional halətlər tez­
tez  müşahidə  olunur.  Şagirdlər  imtahan  verəndə,  sərnişinlər  təyyarədə  uçan­
da,  ope rator  qəza  ilə  rastlaşanda,  rəhbər  işçi  mürəkkəb  şəraitdə  təcili  surətdə 
müstəqil qərar qəbul edəndə çox vaxt gərginlik keçirir və onu stress haləti kimi 
yaşayır.
Stress vəziyyətində adamlar çox vaxt ətraf cisimləri belə düzgün qavramır­
lar,  hafizələri  dolaşır,  diqqətlərini  başqa  səmtə  keçirə  bilmirlər,  gözlənilməz 
qıcıqlayıcılara  qeyri­adekvat  reak siyalar  verirlər.  Bəzən  bütünlüklə  çaşır, 
məqsədyönlü hərəkət edə bilmirlər. Bəzən isə, əksinə, stress vəziyyəti elə bil 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə