Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə48/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   44   45   46   47   48   49   50   51   52

108
onların  qüvvə  və  enerjisini  artırır,  fikrini  aydınlaşdırır,  çətin  məsələni  tez  və 
asanlıqla həll etməsinə kömək edir.
Frustrasiya (latınca frustratio – aldanma, nahaq gözləmə, əhval pozğunlu­
ğu) – insanın öz məqsədinə çatmasına maneçilik real və ya xəyali maneələrlə 
rastlaşdığı zaman düşdüyü psixi vəziyyətdir. Bu emosional halətin mahiyyətini 
başa düşmək üçün, hər şeydən əvvəl, maneənin xarakterinə, onun insan üçün 
şəxsi  mənasına  diqqət  yetirmək  lazımdır.  Məsələn,  insanın  istədiyi  kinoya, 
konsertə getməməsi və s. – onda narazılıq doğurur, lakin şüur və fəaliyyətini 
poza  bilmir.  Bəzən  isə  insan  elə  maneələrlə  rastlaşır  ki,  bunlar  onun  arzu  və 
istəklərini ürəyində qoyur, yaranan davamlı mənfi emosional halət onun şüur 
və fəaliyyətini pozur. 
Frustrasiya yalnız o zaman meydana çıxır ki, insanın narazılıq və ya təmin 
olunmamaq səviyyəsi onun dözüm səviyyəsindən üstün olur. Frustrasiya daha 
çox şəxsiyyətin mənfi sosial qiymətləndirilməsi, onun üçün müqəddəs sayılan 
hiss  və  duyğularına  həqarətlə  yanaşılması  və  s.  kimi  hallarda  özünü  itirmək, 
qəzəb, küskünlük və s. şəkildə təzahür edir. Frustrasiya halətində insanda dərin 
psixi sarsıntılar baş verir. Frustrasiya haləti bəzən insanın xarakterinə təsir edir, 
onda bir sıra dəyişikliklər törədir: onun davranış və rəftarında özünə inamsız­
lıq, şablon davranış tərzinə meyletmə və s. nəzərə çarpır. Bir sıra nevrozların 
baş  verməsi  də  frustrasiya  haləti  ilə  izah  edilə  bilər.  Bunun  qarşısını  almaq 
üçün psixi gərginliyə dözüm tərbiyə edilməlidir.
Şagirdlərdə  frustrasiya  halları  müşahidə  edildikdə,  onlara  maneələri  ara­
dan  qaldırmağın  daha  səmərəli  yollarını  tapmaqda,  çətinlikləri  düzgün 
qiymətləndirməkdə kömək göstərmək, ən başlıcası isə özlərinə inam hissi aşıla­
maq zəruridir. Bu cəhət gənclər üçün də gərəklidir. 
10. Temperament
Temperament nəzəriyyəsi qədim tarixə malikdir. Onun mahiyyəti haqqında 
ilk təlim hələ e.ə. V əsrdə əmələ gəlmişdir. Temperament haqqında təlimlərin 
tarixi nə qədər zəngin olsa da, müxtəlif dövrlərdə insan orqanizminin aşağıdakı 
bioloji sistemləri temperamentin əsası kimi irəli sürülmüşdür:
1.  Humoral  sistem:  antik  dünyanın  məşhur  həkimi  Hippokratın  (e.ə.  460­
377) təlimində temperament qan, öd, qara od və seliyin bədəndəki nisbəti ilə 
əlaqələndirilirdi.
2.  Somatik  sistem:  alman  psixiatrı  E.Kreçmer,  amerikan  alimlər  U.Şeldon 
və S.Stivens temperamenti insan bədəninin quruluşu kimi izah edirdilər.
3.  Sinir  sistemi:  insanın  temperamentini  akademik  İ.P.Pavlov  ali  sinir 
fəaliyyətinin (ASF) tipləri ilə izah edirdi. Sovet fizioloqları onları son zamanlar 
həm də beyin strukturlarının xüsu siyyətləri ilə əlaqələndirirdilər.


109
Qədim  yunanlara  (Hippokrat  və  b.)  orqanizmdə  4  cür  maye  qan:  (sanq­
vus),  öd  (xole),  qara  öd  (meleyna  xole)  və  selik  (fleqma)  məlum  idi.  Onlar 
belə  güman  edirdilər  ki,  insanların  dav ranışındakı  fərqlər  orqanizmdə  həmin 
mayelərin müəyyən nisbətindən asılıdır. Guya, orqanizmdə bu mayelərdən biri 
– ya qan, ya öd, ya qara öd, ya da selik, müasir terminlərlə desək, daha çox bio­
loji aktivliyə malik olur. Hansı mayenin üstünlük təşkil etməsindən asılı olaraq 
adamın davranışında özünəməxsus xüsusiyyətlər əmələ gəlir. Qədim yunanlar 
bəzi adamların coşqun olmasını onların orqanizmində qanın, soyuqqanlı olma­
sını  isə  seliyin  bioloji  cəhətdən  daha  mühüm  rol  oynaması  ilə  izah  edirdilər. 
Onlar bu baxımdan 4 temperament tipini – sanqvinik, xolerik, melanxolik və 
fleqmatik tiplərini fərqləndirirdilər. 
Yeri gəlmişkən qeyd edək ki, bu terminlərin taleyi uğurlu olmuşdur. Onlar 
yarandıqları gündən müasir dövrə qədər, sözün əsl mənasında, nəinki psixolo­
giya elmi tarixində vətəndaşlıq hüququ qazanmış, həm də ümumişlək sözlərə 
çevrilmişlər.
Hal­hazırda  temperament  haqqındakı  bu  təsəvvürlər  ancaq  tarixi  əhəmiy­
yətə  malikdir:  hər  şeydən  əvvəl,  qeyd  etmək  lazımdır  ki,  orqanizmdə  çoxlu 
miqdarda hormonlar və mediatorlar vardır, yəni mayenin miqdarı 4 deyil, daha 
çoxdur. Bundan başqa, indi tamamilə aydındır ki, onlar insanın davranışına bir­
başa deyil, dolayısı ilə – sinir sistemi vasitəsilə təsir göstərirlər. 
11. Temperamentin xassələri
Müasir psixologiyada temperamentin əsas formal – dinamik xarakteristika­
sı kimi aşağıdakı xassələrinə xüsusi diqqət yetirilir: ümumi aktivlik – tempe­
ramentin strukturunda xüsusilə böyük əhəmiyyətə malikdir. Onun mahiyyətini 
insanın  özünü  ifadə  etmək,  xarici  aləmi  səmərəli  surətdə  mənimsəmək  və 
dəyiş mək  meyli  təşkil  edir.  Temp,  ritm,  sürət,  intensivlik,  plastiklik,  dözüm­
lülük və s. ümumi aktivliyin əsas göstəriciləridir. Süstlük, ətalətlilik və passiv 
seyrçilikdən tut muş, yüksək enerjilik və daimi coşqunluğa qədər, ümumi aktiv­
lik müxtəlif temperamentli adamlarda, müxtəlif dərəcədə özünü göstərir.
Hərəki aktivlik də mahiyyət etibarilə ümumi aktivliyin tərkib hissəsi kimi 
meydana  çıxır.  Onda  hərəki  (və  xüsusilə  nitq­hərəkət)  aparatla  bağlı  key fiy­
yətlər əsas yer tutur.
Sanqvinik temperamenti tipi. Sanqvinik üçün nə səciyyəvidir? Hər şey­
dən əvvəl, yüksək reaktivlik. Sanqvinik yüksək fəallıqla da fərqlənir. Sanqvi­
nik  temperamentə  malik  olan  adam larda  aktivlik  və  reaktivlik  müvazinətdə 
olur.  Onların  reaksiyalarının  tempi  kifayət  dərəcədə  yüksəkdir.  Sanqvinikin 
dav ranışı yüksək plastikliyi ilə səciyyələnir. Nəhayət, sanqvinik tem peramentli 
adamlar onlara bilavasitə təsir edən xarici qıcıqlara olduqca həssasdır.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə