Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə49/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   44   45   46   47   48   49   50   51   52

110
Xolerik temperament tipi. Sanqvinik kimi, xolerik üçün də yüksək reak­
tivlik, aktivlik və reaksiyaların cəld olması səciyyəvidir. Lakin xolerikin reak­
tivliyi  onun  aktivliyindən  üstündür.  Buna  görə  də  onlar  tez  özlərindən  çıxır, 
hövsələsiz, səbirsiz və tündməcazdırlar. Onlar sanq viniklərə nisbətən az plas­
tik, lakin çox rigiddirlər (rigid – sərt, bərk), ona görə də maraqları davamlı və 
sabitdir.
Fleqmatik temperament tipi. Sanqvinik və xolerikdən fərqli olaraq, fleq­
matikdə  reaktivlik  azdır.  Bu  onda  özünü  göstərir  ki,  onları  güldürmək  və  ya 
hirsləndirmək çətindir. Səbirli, təmkinli və soyuqqanlıdırlar. Pis xəbərdən sonra 
zahirən sakit olmaları, hamı güləndə onların təmkinlə oturması, onlarda emosi­
onal oyanıqlığın zəifliyi ilə izah olunur. Fleqmatikin psixi tempi ləngdir, onun 
hərəkətləri asta, yerişi ağırdır, suallara dərhal cavab vermir. Fleqmatik tempera­
ment az plastikliyi, böyük rigidliyi və introvertliyi ( introvert – özünəqapalı) ilə 
fərqlənir.
Melanxolik  temperament  tipi.  Temperamentin  başqa  tiplərindən  fərqli 
olaraq,  melanxolik  üçün  yüksək  senzitivlik  (senzitiv  –  həssas)  səciyyəvidir. 
Bu, özünü onun ifrat həssaslığında, küsəyənliyində göstərir. Melanxolik tempe­
ramentə  xas  olan  zəif  reaktivlik  və  aktivlik  onun  nadir  hallarda  gül mə yində, 
özünə  inanmamağında,  tez­tez  özünü  itirməyində,  işi  axıra  çatdıra  bilmə mə­
yində  təzahür  edir.  Melanxolikin  hərəkətləri  süst  və  zəifdir,  o,  çox  asta­asta 
danışır. Melan xolik rigid (ətalətli) və introvertdir. 
Beləliklə, aydın olur ki, hər temperament tipinin özünəməxsus əlamətləri vardır. 
12. Peşə fəaliyyətində və təlim fəaliyyətində fərdi üslub
Hər temperament tipinin özünəməxsus xüsusiyyətləri vardır. Əslində, onları 
müsbət və ya mənfi xüsusiyyətlərə bölmək də düzgün deyildir. Sözün mütləq 
mənasında müsbət və mənfi temperament xüsusiyyətləri yoxdur. Əsas məsələ 
bu  və  ya  digər  temperament  xüsusiyyətinin  müsbət  və  ya  mənfi  olmasında 
deyil, insanın onları özünün peşə fəaliyyətində və ya təlim fəaliy yətində necə 
(nə dərəcədə düzgün) nəzərə almasındadır.
Məsələn,  sanqviniklər  qəza  hallarını  işin  gedişində,  məsələn,  sap  qırı­
lan kimi dərhal aradan qaldırırlar. Halbuki fleqmatiklər qəza hallarını tez ara­
dan  qaldıra  bilmirlər.  Sanqviniklərin,  tutaq  ki,  2  dəqiqədə  aradan  qaldırdıq­
ları qəzanı onlar, bəlkə də, 10­15 dəqiqə ərzində aradan qaldıra bilmirlər. Bəs, 
belə hallarda fleqmatik nə edir? Onlar öz xüsusiyyətlərini nəzərə alaraq hazır­
lıq işlərinə daha çox diqqət yetirirlər və bununla da qəzanın qarşısını mümkün 
qədər qabaqcadan alırlar.
Psixoloqlar  bu  faktların  təhlili  əsasında  aşağıdakı  nəticəni  çıxarıblar:  iş 
üsulları,  üslubu  fərdi  xüsusiyyətlərinə  uyğun  gələn  işçilər  daha  yüksək  isteh­


111
salat uğurları əldə edirlər. Beləliklə də, psixologiyada fərdi üslub anlayışı yara­
dılmışdır. Göründüyü kimi, anlayış iki sözdən iba rətdir. Fərdi sözünün mənası 
aydındır. Bəs, üslub nə deməkdir? Üslub çoxmənalı sözdür. Burada o, iş priyo­
mu, vasitəsi, üsulu mənasında işlənmişdir.
Eyni  bir  əmək  şəraitində  müxtəlif  tipli  adamlar,  müxtəlif  iş  üsullarından 
istifadə edirlər.
Fərdi üslub fəaliyyətin bütün sahələrində mühüm rol oynayır. Peşə fəaliy­
yəti ilə yanaşı, təlim fəaliyyətində də onun əhəmiyyəti böyükdür. Təlim prose­
sində  şagirdlərdə  özünəməxsus  fərdi  üslub  formalaşdıqda,  onlar  daha  yaxşı 
oxuyur, ev tapşırıqlarını vaxtında və səliqə ilə yerinə yetirirlər.
Fərdi  üslub  birdən­birə  yaranmır.  Onun  yalnız  kortəbii  surətdə  əmələ 
gəlməsini düşünmək də səhvdir. İnsan öz temperamentinə müvafiq olaraq daha 
yaxşı nəticə əldə etmək üçün səmərəli olan iş üsullarını fəal surətdə axtaranda, 
fərdi üslubun əmələ gəlməsi üçün əlverişli şərait yaranır. Kiçik yaşlarında fərdi 
üslubun formalaşmasında təlim və tərbiyə mühüm rol oynayır.
13. Xarakter. Xarakter və şəxsiyyətin motivasiya sahəsi
İnsanlar  özlərinin  xarakterinə  görə  də  bir­birindən  fərqlənirlər.  Onlar 
həmişə  bir­birinin  xarakterinə  böyük  əhəmiyyət  verir,  özlərinin  davranış  və 
rəftarında biri digərinin xarakterini nəzərə alır. “Yaxşı adam”, “pis adam” haq­
qındakı  etalon  və  stereotiplər  nə  qədər  ümumi  olsa  da,  onların  əsasını  insan 
xarakterləri haqqındakı təsəvvürat təşkil edir. “Qonşun pisdir köç qurtar” kimi 
10­larla  atalar  sözlərində  xalqın  insan  xarakterləri  haqqında  olan  təsəvvürləri 
öz əksini tap mışdır. Nağılların və dastanların təhlili göstərir ki, ünsiyyət pro­
sesində xarakterin mühüm rol oynaması insanlara empirik (empirik – təcrübəyə 
əsaslanan) surətdə çoxdan məlum imiş.
14. Xarakter əlamətləri
Xarakter  əlamətləri  çoxdur.  Ayrı­ayrı  dillərdə  xarakter  əlamətlərini  ifadə 
edən 4000­dən çox söz vardır. Onların çoxu olduqca müxtəlif mənalarda işlə nir, 
hətta bəzən eyni bir xarakter əlamətini müxtəlif çalarlarda səciyyələn dirirlər.
Xarakter əlamətlərini necə təsnif etmək olar? Məlumdur ki, xarakter insanın 
münasibət lə ri ni  ifadə  edir.  Bu  baxımdan  xarakter  əlamətlərini  aşağıdakı  kimi 
təsnif edirlər:
I. Kollektivə və başqa adamlara münasibəti ifadə edən xarakter əlamətləri: 
kollektivçilik, doğruçuluq, kobudluq, qayğıkeşlik, tələbkarlıq və s.;


112
II.  Əməyə  münasibəti  ifadə  edən  xarakter  əlamətləri:  əməksevərlik,  tən­
bəllik, mə suliy yət lilik və s.;
III. İnsanın özünə münasibətini ifadə edən xarakter əlamətləri: təvazökar­
lıq, lovğalıq, şöh rətpərəstlik və s.;
IV. Şeylərə (əşyalara) münasibəti ifadə edən xarakter əlamətləri: səliqəlilik, 
pintilik, qayğıkeşlik və s.
Hər şeydən əvvəl, qeyd edək ki, insanın başqa adamlara, əməyə, özünə və 
şeylərə  (əşya lara)  münasibətlərini  ifadə  edən  xarakter  əlamətləri  bir­biri  ilə 
üzvi  surətdə  əlaqədardır.  Məsə lən,  müəyyən  olunmuşdur  ki,  özünə  hör mət 
etməyən  adam  başqalarına  da  hörmət  etmir.  “Xal çasalan  özü  oturar”  –  atalar 
sözünün  dərin  psixoloji  mənası  vardır.  Bu  o  deməkdir  ki,  biz  insanın  başqa 
adamlara  münasibətini  ifadə  edən  xarakter  əlamətlərini  özünün  özünə 
münasibətini ifadə edən xarakter əlamətləri ilə və əksinə, insanın özünə müna­
si bətini  ifadə  edən  xarakter  əlamətlə rini  onun  başqa  adamlara  münasibətini 
ifadə edən xarakter əlamətləri ilə qarşılıqlı əlaqədə təhlil etməliyik. Xarakterin 
digər  əlamətləri  haqqında  da  eyni  sözləri  demək  olar.  İnsan  xarakterinin 
bütövlüyündən danışanda da, adətən, bu cəhəti – xarakter əlamətlərinin qarşı­
lıqlı əlaqədə olma sını nəzərə alırlar. Bununla əlaqədar olaraq, tərbiyə nöqteyi­
nəzərindən böyük əhəmiyyətə malik olan iki məsələni qeyd etmək lazımdır:
1. Tutaq ki, uşaqda kobudluq kimi xarakter əlaməti özünü göstərir. Tərbi­
yəçi  (ana  və  ya  müəllim)  bu  mənfi  cəhəti  aradan  qaldırmaq  üçün  onda 
nəzakətlilik kimi müsbət xarakter əlaməti tərbiyə etməyə çalışır. O, düzgünmü 
hərəkət edir?
İlk baxışda adama elə gəlir ki, tərbiyəçi məsələyə düzgün yanaşır. Halbu­
ki  ona  psixoloji  baxımdan  haqq  qazandırmaq  olmaz.  Çünki  kobudluq  uşağın 
başqa  insanlara  münasibəti  ilə  bağ lıdır.  Kobudluğu  aradan  qaldırmaq  üçün 
onun,  birinci  növbədə,  insanlara  münasibətini  dəyişmək  lazımdır.  Uşaqlarda 
insanlara düzgün münasibət tərbiyə etmədən, kobudluğa qarşı mübarizə apar­
maq və nəzakət tərbiyə etmək mümkün deyildir.
2. İnsanın xarakteri dəyişirmi? İnsanın xarakterini necə dəyişmək olar? İn sa ­
nın başqa adam lara, əməyə, özünə və şeylərə (əşyalara) münasibəti dəyişdikcə, 
yeni keyfiyyətlər kəsb etdikcə, onun xarakteri də dəyişilir. Xarakter əlamətləri 
yalnız uşaq yaşlarında deyil, bütün ömür boyu inkişaf edir və tərbiyə olunur. 
Adamların  böyük  əksəriyyəti  öz  xarakterində  25­55  yaş  arasında  müəyyən 
dəyişikliklər baş verdiyini qeyd edirlər. İnsanın xarakterini dəyişmək üçün onun 
başqa adamlara, əməyə, özünə və şeylərə (əşyalara) münasibətini dəyişmək lazım­
dır. Xarakterin tərbiyəsi və yenidən tərbiyəsinin əsas qanunauyğunluğu belədir.
Xarakterin  tipik  və  fərdi  əlamətləri  vəhdətdədir.  Onlar  həmişə  qarşılıqlı 
əlaqədədirlər. Xarakter əlamətlərini məhz qarşılıqlı əlaqədə təhlil etmək üçün 
onların strukturunu müəyyən etmək lazımdır.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə