Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə50/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   44   45   46   47   48   49   50   51   52

113
Xarakterin  strukturunda  insanın  başqa  adamlarla,  əməyə,  özünə  və 
şeylərə  (əşyalara)  mü nasibətlərini  bilavasitə  ifadə  edən  xarakter  əlamətləri 
müəyyənedici rol oynayır. 
Eyni bir xarakter əlamətinin müxtəlif adamlarda, müxtəlif çalarlarla təzahür 
etməsinə  bir  amil  də  təsir  göstərir:  biz  xarakter  əlamətlərinin  formalaşmasın­
da  temperamentin  rolunu  nəzərdə  tuturuq.  Adətən,  temperamentin  mühüm 
xassələrindən  biri  –  emosionallıq  xarakterin  strukturuna  daxil  olur.  Hər  bir 
xarakter əlamətinin emosionallıq baxımından çalarları məhz bununla bağlıdır. 
Lakin  nəzərə  almaq  lazımdır  ki,  temperament  tipləri  xarakterin  ancaq  dina­
mik  xüsusiyyətlərinə  təsir  göstərir,  onlar  xarakter  əlamətlərinin  məzmununu 
müəyyən  etmir  və  edə  də  bilməz.  Xarak terin  məzmun  baxımından  bütün 
xüsusiyyətləri  sosial  amillərlə  müəyyən  olunur.  Xarakter  ailədə,  uşaq  bağça­
sında,  məktəbdə,  əmək  kollektivlərində  insanlarla  birgə  fəaliyyət  və  ünsiyyət 
şərai tində formalaşır. Bu prosesdə tərbiyə ilə yanaşı, özünütərbiyə də mühüm 
rol oynayır.
Özünütərbiyə  yeniyetmə  və  gənclərin  qiymətli  xarakter  əlamətləri  haq­
qında etalon və stereotipləri ilə bilavasitə bağlıdır. Psixoloji tədqiqatlar əsaslı 
surətdə  göstərir  ki,  insan  özündə,  birinci  növbədə,  yüksək  qiymətləndirdiyi 
keyfiyyətləri,  o  cümlədən  xarakter  əlamətlərini  tərbiyə  edir.  Şagirdlər  hansı 
xarakter  əlamətlərini  yüksək  qiymətləndirirlər?  Onlar  özlərində  hansı  xarak­
ter əlamətlərini tərbiyə edirlər? Hər bir müəllim və tərbiyəçi böyük əhəmiyyətə 
malik olan bu sualları psixoloji cəhətdən vaxtında və düzgün həll etməlidir. 
15. Şəxsiyyət əmək və tədris kollektivlərində. Qrup və kollektiv
Psixologiyada qrup dedikdə tarixən müəyyən cəmiyyət çərçivəsində yaran­
mış  ümumi  mənafe,  sərvətlər  və  davranış  normalarına  malik  olan  adamların 
nisbətən sabit məcmusu nəzərdə tutulur. Hər bir qrupda fərdlərin bir­biri ilə və 
bütövlükdə cəmiyyətlə özünəməxsus qarşılıqlı rabitələri təcəssüm edirlər.
Qrup  özünəməxsus  sistemdir  və  müəyyən  struktura  malikdir.  Qrupa  daxil 
olan  hər  bir  adam  onda  müəyyən  rol  və  vəzifə  ifadə  edir.  Hər  bir  qrup  özü­
nün  məqsədlərinə,  normalarına,  sərvət  meyillərinə,  sosial  gözləmələrinə 
və  s.  müvafiq  olaraq,  müxtəlif  formalarda  öz  üzvlərinə  nəzarət  edir:  onla­
rı rəğbətləndirir və ya cəzalandırır. Qrup üzvləri müvafiq normaları və sərvət 
meyillərini  mənimsədikcə,  sosial­psixoloji  cəhətdən  qrupun  həyatında  köklü 
dəyişikliklər əmələ gəlir: qrup üzvlərində qrupa mənsubluq hissi – “biz” hissi 
yaranır. Bunun psixoloji baxımdan ilk əlaməti ondan ibarətdir ki, qrupun hər 
bir  üzvü  qrupun  nailiyyətlərini  öz  nailiyyətləri,  müvəffəqiyyətsizliyini  isə  öz 
müvəffəqiyyətsizliyi hesab edir, onları öz şəxsi nailiyyəti və ya məğlubiyyəti 


114
kimi  yaşayır:  birinci  halda  sevinir,  ikinci  halda  kədərlənir  və  s.,  yəni  qrup 
doğma qrupa çevrilir. Qrup mahiyyət etibarilə, bu andan əsl qrup kimi fəaliyyət 
göstərməyə başlayır.
16. Qrupların təsnifatı
Böyük  qruplar  bütövlükdə  cəmiyyət  (ölkə)  miqyasında  mövcud  olan 
adam ların məc musudur: siniflər, sosial təbəqələr, peşə qrupları, etnik birliklər 
(millət,  xalq,  qəbilə),  yaş  qrupları  (gənclər,  təqaüdçülər  və  s.)  böyük  qrupla­
ra  misal  ola  bilər.  Fərdlərin  böyük  qruplara  mənsu biyyəti  müəyyən  obyektiv 
əlamətlər əsasında təyin olunur.
Eyni  bir  müəssisə  işçilərini,  istehsal  birliklərini  və  ərazi  birliklərini  (bir 
kəndin,  bir  şəhərin,  rayonun  əhalisini)  sosiologiyada  orta  və  ya  lokal  qruplar 
adlandırırlar.  Lakin  özünün  strukturuna  görə  orta  qrupların  böyük  qruplara 
əsasən uyğun gəldiyini nəzərə alaraq, sosial psixologiyada onları xüsusi olaraq 
ayırd etmirlər.
Kiçik  qrupların  üzvləri  nəinki  bir­biri  ilə  müxtəlif  formalarda  gündəlik 
ünsiyyət və rabitəyə girir, bir­biri haqqında müəyyən təsəvvürə malik olurlar, 
həm də onların arasında müəyyən qeyri­rəsmi münasibətlər formalaşır. Başqa 
sözlə, onlar kontakt (təmasda olan) qruplar kimi təşəkkül tapıb, inkişaf edirlər. 
Bu xüsusiyyətlərdən heç biri böyük qruplar üçün səciyyəvi deyil.
İnkişaf etmiş qrupun ən yüksək forması kollektivdir. Kollektivin sosial­psi­
xoloji tədqiqi sovet sosial psixologiyasının ən aktual problemi olmuşdur. 
Hər bir kollektiv qrup hesab olunur. Hər bir qrup isə kollektiv deyildir. Kol­
lektiv cəmiy yətin bir hissəsi olan, birgə fəaliyyətin ümumi məqsədlərinə tabe 
olan  insan  qrupudur.  Qrup,  adamları  yalnız  cəmiyyət  üçün  tamamilə  faydalı 
fəaliyyət vəzifələri ətrafında birləşdirəndə kollektiv kimi formalaşır.
Əmək, uşaq, hərbi, idman və digər kollektivləri, habelə tədris müəssisələ­
rində  pedaqoji  kollektivi  və  şagird  kollektivini  fərqləndirirlər.  Onlardan  hər 
birinin özünəməxsus xüsusiyyətləri vardır. Kollektivlər eyni zamanda özlərinin 
inkişaf səviyyəsi etibarilə bir­birindən fərqlənir.
17. Liderlik problemi
Hər  bir  qrupun  öz  başçısı  olur.  Psixologiyada  kollektivin  idarə  edilməsi 
prosesində iki cəhəti – rəhbərlik və liderliyi fərqləndirirlər.
Rəhbərlik  –  nisbətən  yüksək  səviyyəli  təşkilatlar  tərəfindən  rəsmi  su rət­
də təsdiq edilmiş əsasnamə çərçivəsində rəsmi səlahiyyətin tətbiqi yolu ilə kol­


115
lektivin  idarəolunması  prosesidir.  Liderlik  dedikdə  işçilərdən  birinin  şəxsi 
nüfuzunun kollektivin bir çox və ya bütün üzvlərinin davranışına təsiri nəzərdə 
tutulur.
Lider  özünün  işgüzar  və  şəxsi  keyfiyyətləri,  ünsiyyətə  girmək,  adamlar­
la  rabitə  yaratmaq  qabiliyyəti  ilə  fərqlənir.  O  məhz  bu  xüsusiyyətlər  hesabı­
na insanların psixologiyasına təsir gös tərə bilir. Bir sıra hallarda lider rolunda 
müəyyən adamlar qrupu da çıxış edirlər. Sosial psixo logiyada belə qrupa kol­
lektiv subyekt deyilir. 
Liderlik  funksiyasının  həyata  keçirilməsi  dinamikası  istər  liderin  özü­
nün,  istərsə  də  qrupun  sosial­psixoloji  xarakteristikaları  ilə  bilavasitə  bağ­
lıdır.  Qrupun  öz  məqsədlərini  müvəffəqiyyətlə  həyata  keçirməsi  və  ya 
müvəffəqiyyətsizliyə  uğraması,  qrupda  həmrəylik  səviyyəsi  və  ya  konflikt 
şəraitinin yaranması – bunların hamısı özünəməxsus formalarda liderlik funksi­
yalarının həyata keçirilməsi dinamikasında əks olunur. 
Beləliklə,  rəhbərlik  və  liderlik  idarəetmə  prosesinin  iki  müxtəlif  tərəfi  – 
hüquqi hakimiyyət (rəhbərlik) və psixoloji təsir (liderlik) – kimi özünü göstərir. 
Kollektiv səviyyəsində onların hər ikisi rəhbər işçinin nüfuzunda təcəssüm edir. 
Sosial  psixologiyada  liderin  müxtəlif  tiplərini  fərqləndirirlər.  Onlardan 
ikisi  –  rəsmi  (formal)  və  qeyri­rəsmi  (qeyri­formal)  liderlər  diqqəti  xüsusilə 
cəlb edir.
Rəsmi lider kollektivdə xidmət və peşə nüfuzuna malik olan inzibati və icti­
mai rəhbərdir. Lakin nəzərə almaq lazımdır ki, rəsmi lider olmaq üçün yalnız 
müəyyən  inzibati  və  ictimai  və zifə  tutmaq  hələ  kifayət  deyildir.  Bunun  üçün 
həm  də  işgüzar  və  şəxsi  keyfiyyətlərin  elə  çul ğalaşması  zəruridir  ki,  onların 
fəal təzahürü rəhbər işçinin, sözün əsl mənasında, şəxsi nüfuzunu təmin etsin. 
Rəhbər işçi ancaq bu zaman liderə çevrilir.
Rəhbər işçi eyni zamanda lider rolunda çıxış etdikdə kollektivin ahəngdar 
inkişafı üçün əlverişli psixoloji şərait yaranır. Rəhbər işçinin lider olması həm 
də bu gün – işçilərin mədəni­texniki səviyyəsinin yüksək dərəcədə artdığı bir 
şəraitdə xüsusilə böyük əhəmiyyət kəsb edir.
Əksər  hallarda  kollektivin  rəhbəri  həm  də  onun  lideri  olur.  Bu  mürəkkəb 
proses  olub,  yu xarıda  nəzərdən  keçirilən  müxtəlif  amillərlə  şərtlənir.  Psixo­
loji  səpkidə  onlardan  biri  –  rəhbər  işçinin  özünün  şəxsi  keyfiyyətləri  diqqəti 
bilavasitə  cəlb  edir.  Həmin  məsələnin  əhəmiyyətini  düzgün  qiymətləndirmək 
üçün  nəzərə  almaq  lazımdır  ki,  işçilər  rəhbər  işçini,  adətən,  onun  şəxsi 
keyfiyyətləri vasitəsilə “görürlər”, başqa sözlə, rəhbər işçidə müşahidə üçün ən 
münasib cəhət məhz onun şəxsi keyfiyyətləridir.
Rəhbər  işçi  yüksək  peşə  keyfiyyətlərinə  malik  olduqda  liderlik  hüququ 
kəsb  edə  bilər.  Bundan  başqa,  işçilər  rəhbər  işçiyə  istehsalat  və  müəssisənin 
təşkilatçısı və tərbiyəçisi kimi də yüksək tələblər verirlər.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə