Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə51/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   44   45   46   47   48   49   50   51   52

116
Bu cəhətdən rəhbər işçinin intellektual keyfiyyətləri ilə yanaşı, kommunika­
tiv xüsusiy yətləri, təşkilatçılıq qabiliyyəti, rəhbərlik üslubu, ünsiyyət və liderlik 
qabiliyyəti, kollektivdə zəruri mənəvi və psixoloji iqlim yaratmaq və saxlamaq 
məharəti çox əhəmiyyətlidir.
Qrup  rəhbər  işçini  yüksək  qiymətləndirdikdə,  nüfuzu  ilə  hesablaşdıqda, 
onun fəaliyyətinin səmərəli olması üçün əlverişli şərait yaranır.
Bəzən kollektivin rəhbəri onun lideri ola bilmir. Kollektiv üzvləri arasında 
yaranmış müna sibətlərin təhlili zamanı aydın olur ki, kollektivdə rəhbər işçi ilə 
bərabər, heç bir rəsmi səlahiyyəti olmayan, lakin ümumi işlərin həllinə ondan 
çox təsir göstərən başqa bir işçi də vardır. Sosio logiyada və sosial psixologiya­
da belə şəxsə qeyri­rəsmi lider deyirlər. 
Rəsmi  liderlə  qeyri­rəsmi  lider  arasında  ziddiyyətin  olması  heç  də  zəruri 
deyildir. Onlar bir­birini qarşılıqlı surətdə tamamlaya da bilər. Lakin belə bir 
şəraitdə konflikt mənbəyi potensial surətdə mövcuddur və onun vaxtında qarşı­
sını almağın böyük əhəmiyyəti vardır. “İki qoçun başı bir qazanda qaynamaz” 
– atalar sözü güzəran təcrübəsinə istinad etsə də, ciddi sosial­psixoloji mənaya 
malikdir.  Bu  baxımdan  qeyri­rəsmi  liderin  meydana  çıxması  şəraitinin  təhlili 
xüsusi aktuallıq kəsb edir. 
Sosial  psixologiyada  qeyri­rəsmi  liderin  təsvir  olunmuş  tipləri  içərisində 
pozitiv və neqativ qeyri­rəsmi liderlər xüsusilə mühüm yer tutur. 
Pozitiv qeyri­rəsmi lider öz davranışında yüksək əxlaqi prinsiplərə istinad 
edir və kollektiv üzvlərinə müsbət təsir göstərir. 
Neqativ qeyri­rəsmi lider isə, adətən, mənfi əxlaqi prinsiplərə istinad edir 
və kollektiv üzv lərinə pozucu təsir göstərir.
18. Emosional stress və psixosomatik xəstəliklər
Artıq qeyd edildiyi kimi, stress ingilis sözü olub, insanın psixi halətində baş 
verən gər ginlik və sıxıntını bildirir. Yəni insanın gündəlik fəaliyyətində, xüsusi 
şəraitdə rastlaşdığı çətin və mürəkkəb amillərin yaratdığı psixi gərginliyə stress 
deyilir. Stressi törədən amillər, səbəblər isə stressorlar adlanır.
Stress orqanizmin daha çox gözlənilməz halda, qeyri­adi ekstremal təsirlərə 
məruz qalması ilə əlaqədar olaraq baş verir və müxtəlif təzahürlərə malik olur.
Hər  hansı  stressor  insanın  sağlamlıq  dərəcəsindən  və  şəxsiyyət  tipindən 
asılı  olaraq  müəy yən  təsir  gücünə  malik  olub,  bu  və  ya  digər  dərəcəli  stress 
yaradır.
İmtahanqabağı  ürəkbulanma,  qarınağrısı,  dizlərin  və  əllərin  əsməsi,  ovu­
cun  tərləməsi,  xolesterin  ifrazının  artması,  iştahanın  küsməsi  və  s.  emosio­
nal  stressə  olan  somatik  reaksiyadır.  Elə  psixomatik  reaksiyalar  var  ki,  onlar 


117
emosional  komponentsiz  baş  verir.  Məsələn,  bilavasitə  hiss  orqanlarına  təsir 
edən  limona  baxarkən  ağız  suyu  ifrazı  müşahidə  olunur.  Hətta  limon  haqda 
düşündükdə  belə,  həmin  reaksiyalar  olur.  Bu  proseslər  ali  sinif  fəaliyyətinin 
birinci  siqnal  siste minin  funksional  strukturunda  baş  verir.  İkinci  siqnal  sis­
teminin  işi  (limonun  sözlə  ifadə  olun ması)  fizioloji  reaksiya  (ağız  suyu  ifra­
zı)  yaradır.  Deməli,  qeyri­emosional  psixosomatik  reaksiya  da  mümkündür. 
Bilavasitə təsir edən qıcıqla, təxəyyüllə və sözlə ifadə şərti refleks əmələ gətirir.
Psixosomatik  proseslər  insanın  müxtəlif  orqan  və  sistemlərində  müşahidə 
olunur. Onlar müəyyən psixofizioloji mexanizmə malikdir.
Psixogen  faktorların  təsiri  nəticəsində  somatik  pozulmalar  formalaşır  və 
bunlara  psixo somatik  xəstəliklər  deyilir.  Psixosomatik  xəstəliyin  əmələgəlmə 
mexanizmi belədir: stress fak toru affektiv gərginlik əmələ gətirir. Affekt psixi 
və  somatik  sahələr  arasında  körpü  rolunu  oy nayır.  Psixosomatik  xəstəliklərin 
formaları  çoxdur:  hipertoniya,  diabet,  mədə  və  onikibarmaq  bağırsaq  xorası, 
infarkt miokard, işemiya, miqren (xroniki kəskin başağrıları), bronxial astma, 
revmatik artrit, kolit, neyrodermatit.
Hər bir işi dəqiqliklə, diqqətlə, incəliklə və çalışqanlıqla icra edənlərin əksi 
olan insanlarda zədələnməyə meyillik kimi psixosomatik pozulma olur. Psixo­
somatik pozulmanın digər forması toksik maddələrdən, tütündən və dərmandan 
asılılıqdan, alkoqolizmdən əmələ gəlir. Psixogen təsir zamanı tütündən istifadə 
nəticəsində  tənəffüs  yollarının  xəstəlikləri,  bronxit,  ağciyər  xər çəngi  və  qan­
damar  xəstəlikləri  baş  verir.  Həyat  stimulu  olmayanlar,  işsizlər,  bir  proble­
min  həl lini  səbirsizliklə  gözləyənlər  kəskin  tütün  asılılığına  düçar  olurlar. 
Yeniyetmə və gənc adamlar tütündən istifadə etməklə özlərini daha da böyük 
göstərmək, özünəinama nail olmaq üçün riskə gedirlər.
Alkoqol  qəbul  etməklə  eyforiya  (yüksək  əhvali­ruhiyyə)  hissi  keçirən 
“dərdli”,  “problem”li  şəxsiyyət  sanki  yüngülləşir,  qorxunu,  həyəcanı  və  real 
problemləri unudur. Əslində isə bu, psixo loji müdafiə reaksiyasıdır. Müəyyən 
toksik  maddələrdən  asılı  olan  adamlar  “problem”lərini  unutmaq  üçün  həmin 
maddələri  qəbul  etdiklərinin  nəticəsi  olaraq  bir  müddət  keçdikdən  sonra 
hərəkətlərinə nəzarəti artıq itirir, deqradasiyaya (dəyərlərin itirilməsinə) uğra­
yırlar. Belə hallar hətta ailədaxili zorakılığa da gətirib çıxarır.
Toksik  asılılıq  əsasən  psixi  izaha  malik  olur.  Məsələn,  siqaret  çəkdikdə 
“aclığı unutmaq”, “yuxulamanı yaxşılaşdırmaq”, alkoqol qəbul etdikdə “susuz­
luğun yatması”, “böyrəklərə xeyirli olması”, “həkimlər də içir və çəkir”, “içən 
də ölür, içməyən də ölür” sözləri ilə psixoloji bəraət müşahidə olunur. 
Bazar  iqtisadiyyatı  insanların  qarşısına  müəyyən  tələblər  qoyur.  Onlardan 
geri qalmaqla insan cəmiyyətdəki mövqeyini itirir, bu, onun həyat səviyyəsinə 
təsir  edir,  psixi  gərginliyin  və  narazılığın  səbəbinə  çevrilir.  İşsizlik,  iqtisa­
di  çətinlik  dövründə  müəyyən  əhali  qrupları  özlərini  atılmış,  lazımsız  hesab 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə