Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün


Qədim Hindistanda və Çində etik fikir



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə9/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   5   6   7   8   9   10   11   12   ...   52

25
2. Qədim Hindistanda və Çində etik fikir
Fəlsəfə kimi, etika da Qədim Şərq ölkələrində inkişaf etməyə başlamışdır. 
Misir, Babilistan, Hindistan və Çində formalaşmağa başlayan etik nəzəriyyələr 
sonralar Qədim Yunanıstan və Qə dim Romada özünün tam ifadəsini tapır.
Qədim Hindistanda xüsusi ayin şəklində mövcud olan əcdadlara münasibət 
sonralar  müx təlif  etik  nəzəriyyələrin  formalaşmasında  müəyyən  izlər  burax­
mışdır.
Vedant etikasına görə (məktəbin adı “Vedin sona çatması” mənasını verir), 
hər şeyin əsası və başlanğıcı mütləq substansiya olan Brahmanlardır, hər şey 
ondan əmələ gəlir və ona qayıdır. Lakin o, etiqad obyekti yox, abstrakt təfəkkür 
obyektidir ki, bunun vasitəsilə dindarlar ona qo vuşmağa çalışırlar və həm də bu – 
yeganə reallıqdır. Bu fəlsəfəyə görə, idrakın məqsədi dünya haqqında olan səhv 
təsəvvürlərdən  xilas  olmaqdır.  Brahmanda  ifadə  edilən  həqiqətə  çatmaqdırsa, 
əxlaqın məqsədi aldadıcı bağlılıqdan, ehtiraslardan və “yeddi günahdan” (sər­
xoşluq, sümük oyunları, qadınlar, ovçuluq, çubuq vurma, söyüş və şəxsi mül­
kiyyət hüquqlarının pozulması) xilas olub, təmizlənməkdir. Yalnız xeyirxahlıq 
nümunəsi  olan  Brahmana  bələd  olanlar  yüksək  sərvətlərə  nail  ola  bilərlər. 
Xeyirxahlıq  3  əməllə  konkretləşdirilir:  təmkinli  olmaq,  ürəyiyumşaq  olmaq, 
hədiyyələr  etmək.  İnsanın  əxlaqi  borcu  hər  kəs  üçün  müəyyən  edilmiş  həyat 
tərzi qanu nuna riayət etməkdir ki, buna da “dharma” deyilir. Vacib fərdi əxlaq 
qanunu kimi işlənən bu ifadə nəinki Vedant etikası, həm də bütünlükdə Qədim 
Hind etikası üçün mühüm əhəmiyyət kəsb edir. Bu haqda “Upanişad” və xüsu­
sən də “Manu qanunları”nda ətraflı məlumat verilir. Müxtəlif davranış forma ları 
(həzz, xeyir, borc, xilasolma) müxtəlif kateqoriyalı insanlar üçün (şagird, ailə 
başçısı, dilənçi, dərviş) başqa­başqa mənalar kəsb edir. Məsələn, insanların öz 
vəzifələrini yerinə yetirməsi – adət və ənənələrə riayət etmək, ata və babaların 
yolu ilə getmək dir. Bu yolla gedənlər məhv olmurlar. Xeyirxahlıqdan uzaqla­
şan ların  isə  ya  özləri,  ya  da  öv ladları  və  ya  nəvələri  cəzaya  məruz  qalırlar. 
Həmçinin özü də əvvəl­axır ziyan çəkməkdən ya xasını qurtara bilmir. Vedant 
təlimi obyektiv idealizmə yaxın idi. Bu təlimin tərəfdarları üçün digər təlimlərə 
riayət edənlər kafir sayılırdılar.
Yoq fəlsəfi­etik konsepsiyası “Yoqa­sutra” ilə əlaqədar olub, kifayət qədər 
son dövrləri əhatə edir (e.ə. II əsr). Lakin praktik baxımdan yoq məşğələlərinin 
tarixi daha qədim olub, nəinki “Mahabharata”da, hətta “Upanişad”da da xatır la­
nır. Yoqa aid edilən bəzi hərəkətlərə Vedlərdə də təsadüf olunur. Yoqla məşğul 
olanların əsas vəzifəsi əqli yanlışlıqdan, səhv olandan təmiz ləmək və aydınlığa 
çıxmaqdır. Həyat sakitliyə və sülh axtarışlarına həsr olunmalıdır. Bunun üçün 
bütün əzablardan yaxa qurtarmaq lazımdır. Yoq təlimini Qədim Hind fəlsəfə si­
nin  digər  cərə yanlarından  fərqləndirən  odur  ki,  o,  insana  passiv  icraçı  kimi 


26
deyil (məsələn, “Vedanta”da olduğu kimi), aktiv və öz hərəkətləri üçün məsuliy­
yət hiss edən insan kimi baxır. Yoq məşğələlərinin populyarlığı yalnız bu təlimin 
tərəfdarları arasında deyil, daha geniş auditoriya daxilində möv cuddur. İnsanın 
fiziki və psixi halı arasında əlaqə yaratmağa çalışan yoq məşğələləri psixoloji 
problemləri həll edərkən özünəməxsus “psixoterapiya” və “autotreninq” üsulla­
rından istifadə edir.
Caynizm. Ortodoksal məktəblər brahmanların maraqlarını ifadə etdiyindən, 
demokratik təlimlərin yaranması zəruri oldu. “Kafir” təlimləri sayılan qeyri­orto­
doksal  məktəblər  e.ə.  VII­VI  əsrlərdə  yaranaraq,  ənənəvi  brahmanizmə  qarşı 
müxalifətə  çevrildi.  Öz  mövcudluğunun  ilk  yüzilliyində  caynizm  əhəmiyyətli 
dərəcədə geniş yayılaraq, e.ə. IV­III əsrlərdə hətta buddizmlə rəqabət aparırdı. 
Lakin yeni dövrdə o, tədricən qapalı təriqətə çevrilməyə başladı.
Caynist etikasında insanın ruhu mühüm yer tutur. Bədənə yapışmasına bax­
mayaraq, ruhun azad seçim hüququ var. Ruhu azad etmək üçün onu materi ya­
dan ayırmaq lazımdır. Kamil bilik, kamil intuisiya və ali nemətlər – ruhun bu 
dünyada insana məlum olmayan atributlarıdır. Bilik – ruhu materiyadan azad 
etmək üçün lazımdır, çünki cahillikdən ehtiraslar yaranır. Düzgün inam, düz gün 
idrak və düzgün davranış – azadlığa çıxmağın üç yoludur ki, bunun üçün də 
müəllimlərin  dediklərini  öyrənmək,  onların  nüfuzunu  təsdiq  etmək  və  onlara 
inanmaq  lazımdır:  düzgün  inam  həqiqətə  hörmət  etməkdir.  O,  fanatik  yox, 
rasionaldır. Həqiqət axtaran müəllimlərin baxışlarının dərininə getdikdə kamil 
inam əldə edilir. Düzgün idrak – “mən” və “qeyri­mən”in, yəni ruhun və mate ri­
yanın real təbiətini dərk etməkdir. Kamil bilik və kamil inam birləşərək düzgün 
dav ranışa  təsir  edir.  Düzgün  davranışın  məğzi  buddistlərin  də  riayət  etdiyi 
“5 böyük andın” yerinə yetirilməsindən ibarət idi: 1) canlıya ziyan toxun dur ma­
maq (bura heyvanlar və bitkilər də aid idi, çünki onların ruhu var. Ov, balıq çı lıq, 
hətta  əkinçilik  də  qadağan  edilirdi,  çünki  torpağı  şumlayan  zaman  həşəratlar 
məhv ola bilərdi ki, bu da günah hesab edilirdi. Caynistlər hətta nəfəs alanda 
parçadan istifadə edirdilər ki, təsadüfən ağızlarına və ya burunlarına həşərat gir­
məsin); 2) ya landan uzaq olmaq, həmişə düz danışmaq; 3) oğurluq etmə mək; 
4) tamahını saxlamaq (həzz aldığın bütün şeylərdən imtina etmək, hətta evlən­
məmək,  cənnətdə  olmağı  belə  arzulamamaq);  5)  bütün  xoşagələn  şeylərdən 
imtina  etmək  –  səs,  təmas,  rəng,  dad,  qoxu.  Caynist  təriqətlərinin  birində  – 
diqambarada hətta geyimdən də imtina edirdilər, çünki bədənin parça ilə örtül­
məsi  gündəlik  rahatlıq  üçün  edilən  rəzil  cəhd  sayılırdı.  Onların  avadanlığı 
kokos  çanağından  dü zəldilmiş  qab  və  oturmaqdan  əvvəl  yeri  süpürmək  üçün 
opaxalo (iri yelpik) idi. Onlar sərgərdan həyat sürür və dilənçilik edirdilər. Ən 
böyük qəhrəmanlıq isə yalnız rahiblərə icazə verilən aclıq vasitəsilə ölüm idi.
Buddizm – e.ə. VI­V əsrlərdə yaranmışdı. Banisi Sidxarta Qautama idi. Son­
ralar Budda (mənası nurlu deməkdir) adını almışdı. Əvvəlcə buddizm Varna və 



Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə