Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 67,26 Kb.
Pdf görüntüsü
səhifə1/52
tarix29.10.2017
ölçüsü67,26 Kb.
#7295
  1   2   3   4   5   6   7   8   9   ...   52




3
GİRİŞ
Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün 
as pekt lərinə marağı artırır. Bu, mürəkkəb dünyanın bəzi qanunauyğunluqlarını hələ də 
qəbul  edə  bil məyənlərə,  müəyyən  çətinliklərlə  qarşılaşanda  onlarla  necə  mübarizə 
aparıb aradan qaldır mağın yollarını tapmağa çalışanlara və ən əsası, bu günün şagird­
lərinə və sabahın mütəxəs sislərinə kömək edə biləcək biliklər verməkdir. İnsan şəxsiy­
yətinin xüsusiyyətləri, adamlarla ün siyyət qurmaq bacarığı, hər bir insanın ürə yinə yol 
tapmaq, iş yerində davranış qay daları haqda biliklər – müasir insana lazım olan vacib 
biliklərdir.
Müasir tarixi şəraitdə müəyyən elmlərin daha dərindən öyrənilməsinin çox böyük 
əhə miy yəti  vardır.  Bu  gün  dünyada  gedən  sosial  hadisələr,  o  cümlədən  qloballaşma 
problemi, bunu daha zəruri tələbata çevirir. İnsanların biri­birini daha yaxşı anlaması, 
onların arasında birliyin yaran ması bir çox problemlərin həllində ən gözəl vasitələrdən 
biri sayılır.
Hər  bir  insan  iş  həyatında  uğur  qazanmağını,  peşəkar  olmağını  istər,  öz  karyera 
yüksəlişini həyatının mənası kimi başa düşə bilər. Lakin bir çoxları bu uğuru və yük sə­
lişi  bilik  dairəsinin  genişliyi  ilə  və  yaxud  ali  peşə  səviyyəsi  ilə  ölçürlər.  Birmənalı 
olaraq  söyləmək  olar  ki,  insanda  mütləq  həm  bilik,  həm  də  yüksək  peşə  səviyyəsi 
olmalıdır.
Lakin sözün əsl mənasında, iş adamının irəliləyişi daha çox onun insanlarla düz gün 
ün siyyət qurmağından, iş yerində müəyyən etik norma və qaydalara riayət etmə yin dən, 
özünü in sanlara estetik cəhətdən düzgün təqdim edilməsindən və əlbəttə ki, insan psi­
xo logiyasına  bələd  ol ma ğından  asılıdır.  İnsanın  psixoloji  xüsusiyyətlərinə  yaxından 
bələd  olmaq,  fəaliyyət  və  ünsiyyət  prosesində  onları  düzgün  nəzərə  almaq  müasir 
mütə xəssis – mühəndis, zabit, həkim, bir sözlə, hər bir sahədə çalışan işçi üçün vacib 
olduğu kimi, insanla münasibətdə olan hər bir şəxs üçün də eyni dərəcədə zəruridir. 
Sözsüz  ki,  bir  insan  bütün  bu  deyilənlərə  yiyələnərsə,  onda  onun  işinin  uğurlu 
olacağına heç bir şübhə qalmır.
Bəs insanlarla (istər iş yoldaşı, istərsə hər hansı bir sifarişçi olsun) necə davran­
malı?  Bu  suala  cavab  vermək  üçün  üç  elm  haqqında  müəyyən  biliklərə  yiyələnmək 
zəruridir.  Bu  elmlər:  etika,  estetika  və  psixologiyadır.  Təqdim  etdiyimiz  bu  kitabda 
çalışacağıq  ki,  hər  bir  elm  haqqında  müəyyən  təsəvvür  yaradaq  və  yiyələnəcəyiniz 
bilik lərdən gələcək iş həyatında necə istifadə etmək barədə sizə məlumat verək.


4
I HİSSƏ
ESTETİKA ELMİNİN MÖVZUSU VƏ VƏZİFƏLƏRİ
1. Estetika elminin predmeti və strukturu
Estetika – yunan sözündən əmələ gəlmiş bir termindir, “hissi qavramaya aid 
olan”  mənasını  daşıyır.  Öncə  bildirmək  istəyirik  ki,  estetika  elmi  çox  böyük 
inki şaf yolu keçmişdir. İnsanın gerçəkliyə olan estetik münasibətini anla maq və 
bədii  yaradıcılıq  qanunauy ğunluqlarını  dərk  etmək  cəhdləri  hələ  qul dar lıq 
quruluşunun yaranma dövrünə təsadüf edir.
Estetik mülahizələrə artıq Hindistanın, Çinin, Babilistanın qədim ədəbi abi­
dələrində də rast gəlinir. Lakin ən inkişaf etmiş estetik fikirləri antik Yuna nıs tana 
aid etmək olar. Çünki bu qəbildən olan biliklər orada fəlsəfi sistemin tərkib his­
səsi kimi qəbul olunurdu. 
Orta əsrlərdə estetik fikir ilahiyyatın tərkib hissəsi kimi, İntibah dövründə 
bədii tərcümə sahəsində, XVII­XVIII əsrlərdə isə bədii tənqid və publisistika 
janrlarında yer  almışdır. Alman klassik dövrü  artıq estetikanın ayrıca bir elm 
kimi təqdim olunmasına şərait yaratmışdı və birinci bu ideyanı həyata keçirən 
elə alman filosofu 
A.Baumharten  olmuşdur.  O,  “estetika”  sözünü 
bir termin kimi tanıtma ğın dan əlavə, həm də este­
tika elminə fəlsəfi biliklərin arasında xüsusi yer də 
vermişdi.
Sonralar  estetika  predmetinin,  onun  əsas  kate­
qo riyalarının və anlayışlarının formalaşması müx­
tə lif  fəlsəfi  cərəyanların,  istiqamətlərin,  məktəb­
lərin  təsiri  altında  keçmişdir  və  o,  fəlsəfi  biliyin 
ayrılmaz his səsi olmaqla bərabər, həm də etika ilə 
daha  da  ya xınlaşmağa  başlamışdır.  Bu  qarşılıqlı 
təsiri  hər  iki  elmin  bir  mənəvi­estetik  təhlil  və 
yaradıcı potensial daşıyıcısı olan obyektə – insana 
yönəlməsi ilə izah etmək olar.
Bundan  başqa,  estetika  elminin  daim  psixolo­
giya  elmi  ilə  kəsişməsini  də  qeyd  edə  bilərik.  Bu 
elm lə rin  ümumi  nəzəri  marağı  estetik  hiss,  yara­
dıcılıq pro sesi və istedadla bağlı məsə lələrdə eyni səmtə yönəlir.
Estetikanın təbii, texniki və iqtisadi elmlərlə də sıx əlaqəsi vardır və bu, müx­
təlif idrak formalarında estetik başlanğıcın iştirakını təsdiq edir.
Aleksandr Hotlib  Baumharten 
(1714­1762) – alman filosofu
“estetika” termininin müəllifi


5
Estetikanın predmeti müasir nöqteyi­nəzərdən insan hissiyyatıdır. Estetika 
həm də bir fəlsəfə elmi kimi aşağıdakı sahələri əhatə edir:
a) gözəllik aləmi;
b) insan fəaliyyəti prosesində dünyanın estetik cəhətdən mənimsənilməsinin 
ən ümumi prinsipləri;
c) estetikanın təbiəti, gerçəklikdə və incəsənətdə onun müxtəlifliyi;
ç) varlıq və qavrayışın mahiyyəti və qanunları, incəsənətin fəaliyyəti və inkişafı.
2. Estetikanın vəzifələri
Estetikanın vəzifələri aşağıdakılardır:
a) insanda quruculuq başlanğıcını formalaşdırmaq;
b) gözəlliyi qavramaq qabiliyyətini formalaşdırmaq.
Estetika bir elm kimi reallığın gözəllik qanunlarına uyğun olaraq mənim­
sənilməsinə və estetik xüsusiyyətlərin qavranılmasına şərait yaradan müəyyən 
qanunlar,  kateqoriyalar  və  ümumi  anlayışlar  sistemidir.  Estetik  kateqoriyalar 
həmişə bir­biri ilə müəyyən əlaqədə çıxış edərək, hər hansı bir konkret tarixi 
dövrdə  öz  nizamlı  sistemlərini  təşkil  edir.  Bu  sistem  estetikanın  ən  geniş  və 
təməlli kateqoriyası olan estetik kateqoriya üzərində qurulur. O, özündə gözəl, 
çirkin, ali, rəzil, tragik, komik və həyatın başqa estetik xassələrini də əks etdi rir. 
Estetik  kateqoriyada  predmetin  həm  təbii,  həm  də  sosial  xüsusiyyətləri  ifadə 
olunur. Məsələn:
qızıl – parlaq metaldır (təbii);
qızıl – pulu təcəssüm edən metaldır, yəni ictimai münasibətlərin müəyyən 
tipidir (sosial).
Beləliklə, estetik kateqoriya – ümumbəşəri bir dəyərdir. Bu dəyər təbiətin və 
cəmiyyətin tarixi inkişafı prosesində dəyişilir və təkmilləşir.
Estetik ideal – reallıqla uzlaşan mükəmməllik təsəvvürü olaraq, insanın fəa­
liyyətində qiymət və vektor rolunu oynayır. Estetik ideal zövqün diktəsi ilə ən 
yaxşı estetik oriyentasiyaları seçmək yolu ilə formalaşır.
Estetik zövq – fərdin şüurundakı formalaşmış meyar sistemidir. Estetik zövq 
xüsusi təhlil olmadan həyat və incəsənətdə gözəllik və çirkinlik haqqında müla­
hizələr sürməyə imkan verir. Estetik zövq şəxsin estetik inkişaf səviyyəsini təyin 
edir, onun hər hansı estetik və sənət dəyərlərinə adekvat halda qiymət vermə sinə 
imkan yaradır. Estetik zövq inkişaf etmiş, yaxud inkişafdan qalmış, həqiqi, ya xud 
pozulmuş ola bilər. Estetik zövq həm fərdi, həm də mədəni­tarixi xarakter daşıyır.
Estetik hiss – fərd tərəfindən reallığa olan estetik münasibətin bilavasitə emo­
sional  yaşanmasıdır.  Estetik  hiss  görmə  və  eşitmə  kimi  psixofizioloji  hallarla 
şərtləndirilir, lakin sırf insana aiddir. Estetik hiss inkişaf etmiş, dərin, çoxşaxəli, 
yaxud inkişafdan qalmış və pozulmuş ola bilər.


Yüklə 67,26 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə