31
Platonun etik fikirlərinə “Fedon”, “Sokratın tərifi”, “Qanunlar”, “Dövlət”, “Ziya
fət”, “Teatet”, “Protaqor” və s. əsərlərində rast gəlirik.
Platon fəlsəfəsinin və etikasının həm tərəfdarları, həm də rəqibləri var idi.
Onu qəbul etməyənlər sırasında e.ə. IV əsrdə qədim yunan filosofu Antisfen
tərəfindən əsası qoyulmuş kiniklər məktəbi də var idi. Onlar Platonun xoş
bəxtlik haqqında təsəvvürlərini abstrakt və qeyrimümkün hesab edir və hər bir
insanın fərdi xoşbəxtliyini buna qarşı qoyurdular. Antisfen həzz almaq hissini
rədd edirdi: “Həzz almaqdansa, dəli olmaq yaxşıdır”. İnsan təbii halda olsa
yax şıdır. Nə varlılar olmalıdır, nə də kasıblar. Bu məktəbin digər nümayəndəsi
Sinoplu Diogendir. O harada gəldi, hətta çəlləkdə yaşayır, primitiv geyinir,
yabanı qida yeyir və yalnız su içirdi. Diogen insanları mənəvi azadlığa və
cəmiyyətdən asılı olmamağa çağırırdı. Makedoniyalı İskəndər bir dəfə görüş
zamanı ondan nə istədiyini soruşduqda, o belə cavab verib: “Burdan çəkil və
işığın qabağını kəsmə”. Maddi nemətlər və insanın həzz almağa olan təbii arzu
ları onu korlayır. Vardövlətdən, həzz almaqdan, ictimai təltiflərdən imtina
etmək və bunları qınamaq, öz mənəvi alə minin dərinliklərinə baş vurmaq qabi
liyyəti insanın ən ali fəzilətidir. Beləliklə, kiniklərin təlimi – hedonizmin neqa
tiv formasıdır.
Kirenaiklər hesab edirdilər ki, duyğular xoşagələn və xoşagəlməyən olur.
Xoşagəlməyən duyğular əzab gətirdiyi üçün şər, xoşagələn duyğular isə həzz
yaratdığı üçün xeyirdir. Aristippə görə xoşbəxtlik ləzzət və zövq hissidir.
Kirenaiklərin etikası hedonizmlə bağlıdır (hedone – latınca həzz, zövq
deməkdir). Aristipp insanın həyatının məqsədini həzz almaqda görürdü.
Onun fikrincə, insan 3 növ psixi vəziyyətə düşə bilər: 1) həzz; 2) iztirab;
3) neytral.
Stoisizm (yunanca portik – “binaya yapışıq sütunlu eyvan” sözündən olub,
stoiklərin yığıldığı yeri bildirir) e.ə. IV əsrdə Kitionlu Zenon (e.ə. 336264)
tərəfindən yaradılıb. Stoiklərin fikrincə, insan müdrik və əxlaqlı olmaq üçün
daim özünü tərbiyə etməlidir. Buna görə də fəzilət həzlə deyil, kamilləşmə ilə
əlaqədardır. Yalnız insanın mənəvi kamilliyi ətrafdakı mənəviy yat sızlığa müqa
vimət göstərə bilər. Mənəviyyatın zirvəsi ehtiraslara etinasız olmaqdır, çünki
hiss və ehtiraslara, hətta xoşniyyətli hiss və ehtiraslara tabe olmaq zəiflik əla
mə tidir. Əsl xoşbəxtliyin həzlə əlaqəsi yoxdur, vardövlət, şöhrət və digər
nemətlərin səbəbi taledir. Mədəniyyətin zirvəsi insanın onsuz da dəyişə bil
məyə cəyi hadisələrə mane olmamaqdır. Stoisizmin son, Roma dövrü – Seneka,
Epiktet, Mark Avrelinin adları ilə bağlıdır. Onların fikrincə, insan daim öz bor
cunu yerinə yetirməlidir. Əxlaqın əsas anlayışları borc, xeyir, şər və s. daimi tələb
lər olub, insanın taleyi ilə əlaqədardır. Borcu yerinə yetirmək özü xoşbəxtlikdir.
Epikur (e.ə. 341270) etikanı fəlsəfənin əsas sahəsi hesab edirdi. Onun
fikrincə, etika Yer üzündə insanın xoşbəxtliyinə nail olmaq haqqında təlimdir.
32
Xoşbəxtlik əzab və həyəcandan uzaq olan daha möhkəm və uzunmüddətli his
dir. Həyatın məqsədi və ən ali neməti bədənin sağ lam lığı, qəlbin rahatlığı,
mənəviyyatın meyarı isə hislərdir. Əxlaqın çıxış nöqtəsi xoşbəxtlikdir. Hedo
nizm kimi evdemonizm (latınca “xoşbəxtlik”) də qədim yunan etikasında
mühüm yer tutur ki, bu da daha çox Epikur yaradıcılığında inkişaf tapıb.
Xoşbəxtliyə çatmaq təbii cəhddir. Xoşbəxt həyatın əvvəli və axırı həzdir. Həzz
insanın ilk fitri nemətidir. Bu müddəa Epikuru hedonistlərlə yaxınlaşdırır. Əsl
xoşbəxt həyat – həyəcan və iztirabsız həyatdır. Ona biliklə və əxlaq normaları
na riayət etməklə çatmaq olar. Əlbəttə, heç də həmişə dərd və iztirabdan yaxa
qurtarmaq mümkün deyil, hər bir həzdə iztirab da olur. Həzz 2 cür olur:
1) qida, yaşayış yeri, geyim və sairədən alınan maddi, fiziki həzz; 2) bilik və
dostluqdan alınan mənəvi həzz. Bunlar ağılla seçilməlidir. Xəstəlik və iztirab
gətirən fiziki həzdən qaçmaq, sadə və xeyirli həzzə can atmaq lazımdır. Bəzi
müəlliflər, məsələn, V.Q.İvanov antik etikanın zirvəsində Aristoteli deyil, məhz
Epikuru görür .
Aristotel (e.ə. 384322) nəzəri problemlərin həllində öz dövrünü qabaqlaya
raq e.ə. IV əsrədək mövcud olan bir sıra elm sahələrini ümumiləşdirir. Qədim
dövrün etik fikir tarixində və onun inkişafında müstəsna rol oynayan dahi filo
sof etika elminin məsələlərini sistemləşdirir. İlk dəfə olaraq Aristotel etikanı
elmifəlsəfi biliklər sisteminə daxil edərək onu ruh haqqında elm olan psixolo
giya və dövlət haqqında elm olan politikanın ortasında yerləşdirir. Aristotel eti
kanı öz ictimaisiyasi baxışlarına uyğun işləyərək hesab edir ki, etika siyasət və
iqtisadiyyatla çox bağlıdır. “Nikomax etikası” Aristotelin əxlaq problemlərini
daha dərindən ifadə etdiyi nəzəri traktatdır. Burada Aristotel etikanı predmeti
əxlaq olan cəmiyyət haqqında elmin bir növü, tətbiqi və praktik elm kimi
nəzərdən keçirir. Əsərdə Aristotel oğluna düzgün davranışla əlaqədar öyüd
nəsihət verir. Əgər Demokritin etik təlimi aforizmlərə əsaslanırdısa, Platon öz
fikirlərini dialoq formasında, Aristotel isə monoloq formasında ifadə edirdi.
Bədiilikdən və gündəlik məişət düşüncələrindən uzaq olan “Nikomax etikası”
əsəri əsl elmi əsər kimi qiymətləndirilir. Aristo telin fikrincə, əxlaqi sistem
yaratmaq üçün əvvəlcə müəyyənləşdirmək lazımdır ki, nemət nədir? İkincisi,
insan bu nemətləri (burada hərəkətin qiymətləndirilməsi və iradə azadlığı
problemləri qoyulur) qazana bilərmi? Üçüncüsü, nemətə çatmaq üçün (fəzilət,
onun mahiyyəti və tərbiyə imkanları problemi) hansı yolla getmək lazımdır?
Və dördüncüsü, insan cəhdlərinin daha layiqli məqsədi olan ali nemətlər nədir?
Əsər nemətlər, fəzilətlər, iradə azadlığı haqqında təlimlərdən ibarətdir. Traktat
mənəvi ideal haqqında mühakimə ilə bitir ki, bunu da hamı başa düşmür. Aris
totel fəzilətlərin fitri deyil, sonradan qazanılan keyfiyyət olduğunu söyləyir.
Aristotel özünün ruh haqqında təliminə uyğun olaraq fəzilətlərin təsnifatını
verir. Fəzilətlərin spesifikasını müəyyənləşdirən Aristotel psixologiyaya müra
Dostları ilə paylaş: |