Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə14/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   10   11   12   13   14   15   16   17   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

29 


səliqəylə yığılmış əsgər çarpayısını, əntiqçilərin, evlərdən ucuz qiymətə alıb yığdıqları qədim 

mizi, içindən doxsan iki orden çıxan dəmir sandığı, qartalların, meyidin əynində dağıdıb tökdüyü 

nişansız hərbi səhra formasını tapdıq, lakin sandıqdan tapıb çıxardığımız hərbi mundirin döş 

hissəsi, altı irihəcmli güllə ilə deşilmiş, güllələrin açdığı dəliklərin kənarları yanıb qaralmışdı və 

bu mənzərə bizi, onun ölməzliyi barədə gedən söz-söhbətlərə az qala inandırmışdı. Deyilənə 

görə, guya ona heç bir güllə-filan təsir eləmirdi, guya kürəyinə xaincəsinə atılan güllə, onun 

bədənindən xətərsiz-zədəsiz sivişib bu biri üzə düşür, üzbəüz açılan digər güllələr isə sinəsinə 

dəyib geriyə qayıdaraq, gülləni atanın sinəsini dəlib keçirdi. Deyirdilər, o yalnız bircə halda, ona 

son dərəcə sədaqətli olan, yolunda ölümə getməyə hazır olan adamın gülləsindən ölə bilərdi. 

Güllə yalnız rəhmlə atılmalıydı ki, təsiri olsun, deyirdilər… onu yalnız rəhmlə atılan gülləylə 

öldürmək olardı. Tapdığımız bütün meyidlər onun bədəninə görə balaca idisə də, ələ 

keçirdiyimiz geyimin məhz onun mundiri olduğuna qəti əmin idik, çünki az-maz da olsa, onun 

yüz yaşınacan boy atıb böyüməyindən xəbərimiz vardı, onu da bilirdik ki, yüz əlli yaşına çatanda 

o, üçüncü dəfə təzə diş çıxarmışdı. Ağzındakı dişlər də elə xırdaydı, elə bil süd dişləriydi, 

sarımtıl ləkəli dərisi isə elə sallanırdı, elə bil o, nə vaxtsa həddindən artıq kök olmuşdu… qalan 

hər bir şeyi isə qaydasındaydı, bədəni, orta boylu adi adam bədəni idi, əcaib ölçülü yekə 

qarnından, qızılquşun caynağına bənzər əyridırnaqlı, dördkünc ayaqlarından savayı qeyri-adi bir 

şeyi yox idi. Bir də, nə vaxtsa qartalların dəlib çıxardıqları kədərli gözlərinin dəlikləri niyəsə 

həddindən artıq yekəydi. Bir sözlə, bu adam, tarixçilərin təsvir elədiyi kimi, o qədər də 

hündürboylu deyildi ki, sarayın dar və alçaq qapılarından keçə bilməsin. Bu, deyilən kimi

uşaqları və qaranquşları sevən, bir çox heyvanların dilini bilən, təbii fəlakətləri qabaqcadan hiss 

eləyən, gözlərə baxıb ürəkləri oxuyan, bir çimdik duzla cüzamlı yaralıları sağaldan, iflicli 

xəstələri ayağa qaldıran, şəfqət duzunun sirrini bilən adama oxşamırdı, onun haqqında bütün 

danışılanlar, əlimizə keçən mundirlərinin ölçülərindən fərqli olaraq, onun, həddindən artıq 

möhtəşəm cüssəsindən xəbər verirdi. Mənşəyinə gəldikdə isə, bu barədə bütün məlumatların və 

qaynaqların məhv edilməsinə baxmayaraq, hamı bilirdi ki, o, aran adamı idi, çünki onda, bütün 

aranlılara məxsus hakimiyyət hərisliyi vardı. Qəddar idarəçilik üslubu - daim qanıqara gəzməsi 

də buna bir sübut idi, dənizimizi, bilərəkdən xarici dövlətlərə satıb, bizi, ölü külünü andıran 

qupquru tozanağa bürünmüş ucsuz-bucaqsız səhrada yaşamağa məhkum etməsi də. Şəxsi 

həyatına qalanda isə, deyirdilər, saysız-hesabsız sevgililərindən, daha doğrusu, yatdığı 

arvadlardan (əslinə qalsa, bu qadınların heç birini o sevməmişdi) onun beş mindən çox uşağı 

vardı və bu uşaqlardan heç birinə, ağıllı-başlı, tamam-kamal adam demək olmazdı. Bu uşaqların 

heç biri onun nə adını, nə də soyadını daşımırdı. Bircə Letisiya Nasarenodan olan oğlundan 

savayı. Bu uşaq, dünyaya gələr-gəlməz, general rütbəsi almış və ilk övlad hüququyla dairə 

diviziyasının komandanı vəzifəsinə təyin edilmişdi. O da ona görə ki, bu uşağı Letisiya 

doğmuşdu. Qalan uşaqlara gələndə isə, sahibləri belə hesab edirdi ki, uşaq tək bir anayla da 

kifayətlənə bilər. Çünki o özü də, digər görkəmli despotların taleyinə uyğun olaraq, atasının 

üzünü görməmişdi. Görüb tanıdığı, bircə anası Bendisyon Alvarado olmuşdu. Bütün dərsliklərdə 

də yazılmışdı ki, Bendisyon da, Müqəddəs Mariya kimi, yuxuda ikən bakirə hamiləlik möcüzəsi 

ilə boylu olmuş və ali qüvvələr uşağın alnına möminlik taleyi yazmışdı. Odu ki, hakimiyyət 

zirvəsinə çatan kimi o, xüsusi dekretlə Bendisyon Alvaradonu Vətən anası elan etdi – çünki belə 

ana dünyada bircə dənə idi, «Ona görə ki, lənət şeytana, bu mənim anamdır!» 

Əslində isə bu, nəsli-kökü bilinməyən, ağlasığmaz dərəcədə sadəlövh və dağınıq təbiətinə görə, 

saraydaxili qayda-qanunları bütün ciddiliyi ilə qoruyub saxlayan əyanların nifrətini qazanan 

qəribə bir qadın idi. Heç kim bu qadının, yəni dövlət rəhbərinin anasının, qəm-kədər çəkməsin 

deyə, döşünə çörəkotu düyünü taxıb gəzməsiylə, kürünü çəngəllə, özü də hər dənəsini çəngələ 

ilişdirə-ilişdirə yeməsiylə, laklı çəkmələrini, ayaqlarından ağır qandallar asılıbmış kimi, 

arxasınca sürüyən yerişiylə heç cür barışa bilmir, onun, musiqi məşqləri keçirilən şüşəbənddə arı 

pətəkləri bəsləməyindən, dövlət idarəsinin binasında toyuq saxlamağından hiddətlənir, tükləri 

bozarmış, ütük quşları akvarel rəngləri ilə rəngləyib bazarda satmasından, əzəldən tarixi nitqlər 

söylənilmiş mötəbər prezitdent eyvanında, yuyulmuş paltarları qurutmağından əsəbiləşirdilər. 

Rəsmi qəbulların birində isə, onun giley-güzarından hamının az qala ürəyi dayanmışdı. O, 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

30 


oğlunun prezidentlik əsarətindən azad olunması üçün gecə-gündüz Allaha yalvarmaqdan bezdiyi 

üçün prezident sarayında yaşamağın çətinliklərindən şikayətlənirdi: «Elə bil gecə-gündüz 

projektorların altındayam, senyor!» O, bu sözləri mili bayram günündə, əlində boş şüşələrlə dolu 

səbət, fəxri qarovulu itələyib özünü prezident limuzininə dürtüşdürəndə dediyi kimi, elə-beləcə 

də demişdi. Camaat əl çalır, təntənəli musiqi səslənir, yollara güllər səpilir, limuzin fəxri paradı 

açmağa hazırlaşır, Bendisyon Alvarado isə şüşə dolu səbətini maşina soxuşdurub: «Onsuz da 

dükana tərəf gedirsən, oğul, bu şüşələri də qaytar!» - deyirdi. Yazıq ana… Axı o, nə biləydi ki, 

tarixi an nə deyilən şeydi?! Bu qadında zərrə qədər də olsun, siyasi həssaslıq yox idi. Bu 

çatışmazlıq, ələlxüsus, admiral Xiqqinsin rəhbərlik etdiyi Amerika hərbi donanmasının 

yerləşdirilməsi şərəfinə verilən banketdə özünü büruzə verdi. Banketdə, oğlunu ilk dəfə parad 

geyimində – döşü qızılı orden-medallarla bəzədilmiş formada, ipək əlcəklərdə görən Bendisyon 

Alvarado, içinə sığmayan analıq qürurunu gizlədə bilməyib, diplomatik korpus boyunca 

bərkdən-bərkdən: «Bilsəydim balam bu boyda ölkənin prezidenti olacaq, heç olmasa onu 

oxudardım!» - dedi. Bu, misli görünməmiş fəlakət idi… 

Prezident biabır olmuşdu... Buna görə Bendisyon Alvarado təcili surətdə saraydan birbaşa şəhər 

kənarındakı on bir otaqlı malikanəyə köçürüldü. Bu malikəni oğlu, həmin o tarixi gecə – qaçaq 

düşmüş konservatorların dəbdəbəli evləri qumara qoyulan gecə, qələbə çaldığı Federasiya 

tərəfdarlarının başçılarından udmuşdu. Lakin bu imperiya vaxtından qalan qədim ev qətiyyən 

Bendisyon Alvaradonun ürəyinə yatmırdı: «Buralara baxanda, senyor, elə bilirəm, Roma 

papasının arvadıyam». Odur ki, qadın evin, ağalar yaşayan hissəsində yox, altı nəfər sədaqətli

ayağıyalın qulluqçularıyla birlikdə xidmətçilərin otağında yaşayır, vaxtının çox hissəsini həyətin 

kənarındakı sərin otaqda - quş qəfəslərinin və tikiş maşınının önündə keçirirdi. Bu yarıqaranlıq 

zirzəmiyə bənzər otağa, demək olar, heç vaxt isti toxunmurdu, axşamlar ağcaqanadlar da burda 

bir elə zəhlə tökmürdü. Bendisyon Alvarado burda, kimsəsiz həyətdən içəri sızan zəif işığın 

altında sakitcə öz işləri ilə məşğul olur, tikiş tikir, quşları, hər biri qu quşuna çönənəcən, akvarel 

rəngləri ilə rəngləyir, tamarinlərin təmiz havasını ciyərlərinə çəkə-çəkə öz-özünə: «Yazıq balam, 

bu nə zülümdü çəkir?!... Andıra qalmış o dəniz ordusu onu saray dustağı eləyib. Yanında ana 

yox, qədirbilən arvad yox. Ayda aldığı ütük üç yüz pesoya görə canını əldən salıb. Yorulub əldən 

düşəndə, ağrısı kürəyindən çıxanda, kim onun başına sığal çəkəcək?!.. Yazıq balam!..» - deyə 

deyinirdi. 

Ana bu sözləri elə-belə demirdi. Axı, oğlu, demək olar, günaşırı - bütün şəhər siesta saatlarında 

bürküdən boğulanda anasına baş çəkməyə gəlir, onun xoşladığı şirniyyatlardan gətirir, dəniz 

piyadalarının əldəqayırma başçısı qismində payına düşən miskin qazancından, gətirdiyi bu 

şirniyyatı, təsadüfən nahar süfrəsinin üstünə atdığı salfetin altından çırpışdırdığından, xərclədiyi 

hər qəpiyin, yeməyinin qalığının belə, lənətə gəlmiş qrinqoçuların öz hesab kitabçalarına qeyd 

etməsindən gileyli-gileyli danışır, qeybət qırıb ürəyini boşaldırdı. Bu yaxınlarda isə, deyirdi, 

zirehli gəminin komandiri, başa düşmək olmurdu, astronomlar idi, ya xəritəçilər idi, kimlər idisə, 

sürüyüb özüylə saraya gətirmişdi. Onlar ona Allahın salamını belə verməmiş, onu adam yerinə 

qoymadan, dinməz-söyləməz, yerölçənlərlə otaqları eninə-uzununa ölçə-ölçə, ağızlarının içində 

nə isə hesablaya-hesablaya, onun üstünə tərcüməçi vasitəsi ilə: «Çəkil burdan! İşıqdan keç! 

Mane olma!» - deyə çımxırmışdılar. O da deyilənlərə sakitcə əməl edib, «çəkil» deyəndə, 

çəkilmiş, işığın qabağını kəsməmək, əl-ayağa dolaşıb mane olmamaq üçün az qala küncə 

qısılmışdı. O birilər isə elə hey ölçüb-biçir, onu burdan-ora, ordan-bura qova-qova, hər bir şeyi, 

hətta eyvanların hər pəncərəsindən içəri dolan işığın düşmə dərəcəsini belə hesablayırdılar. 

«Hələ bu harasıdır, ana!» Sonra məlum oldu ki, onun iki aşnasını da saraydan qovub çölə atıblar, 

çünki admiral Qrinqonun fikrincə, «bu əyrimçə qızlar prezidentə layiq deyilmişlər…» Bu 

səbəbdən prezident elə vəziyyətdəydi ki, anasıyla xudahafizləşib evdən çıxanda, oğlunun, çönüb 

özünü boş otaqlara salmasını, orda qabağına keçən qulluqçularla gizlənpaç oynamasını hiss 

eləyəndə, quşlarını didişdirib qarmaqarışıqlıq saldı ki, yarıqaranlıq otaqlardan eşidilən biabırçı 

səslər – oğlunun yalvarışları, qulluqçunun boğuq səslə: «Əl çəkin, yoxsa ananıza deyərəm!» - 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə