Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə2/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   2   3   4   5   6   7   8   9   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 



Qabriel Qarsia Markes 

 

"Patriarxın payızı" 

 

Roman 

 

Tərcümə edəni: Afaq Məsud 

 

 



Afaq Məsud   

Romana ön söz 

 

Latın Amerikasının Nobel mükafatı laureatı - dünyaşöhrətli yazıçısını şah əsəri azərbaycan 

dilində… 

 

Qabriel Qarsia Markesin özü dediyi kimi, yaradıcılığında önəmli yer tutan bu məşhur romanı, 



mistik bir qoca haqqında – dünya durduqca duran, bütün vücudu və ruhuyla hakimiyyət 

zirvəsinin havasıyla qidalanan, bu «ecazkar ucalıqlarla» heç cür vidalaşmaq istəmədən, 

ölümünün astanasınacan mübarizə aparan qoca diktator haqqında, onun hakimiyyətinin qürub 

çağı – payızı haqqındadır.  

Magik realizm məktəbinin parlaq nümayəndələrindən olan Markesin, özünəməxsus yazıçı 

qələmiylə ərsəyə gətirdiyi bu əsər - unikal təhkiyə üslubu - zaman və məkan ölçülərinin itirildiyi, 

müxtəlif dövrlərdə və məkanlarda baş verən hadisə və situasiyaların, eyni bir müstəviyə - yaşı və 

məkanı dəqiq bilinməyən, ilğımvari yaddaş ərazisinə sığışdırılması, təsvir olunan olaylara və 

insan talelərinə, guya təkrar-təkrar dönə-dönə, əslində isə, yazıçının nəzarət dairəsinə düşmüş bu 

mənzərələrə, ayrı-ayrı zaman və baxış bucaqlarından daxil olunması, insan obrazlarının 

markesvari təsviri, əsəri, ilk növbədə, yüksək bədii sənət nümunəsi kimi, iyirminci əsr 

ədəbiyyatının yetirdiyi ən parlaq romanları sırasına çıxarır. Yazıçının, xüsusi bir şövqlə, adi 

insan normalarına sığmayan sirli dünyasını zərgər incəliyi ilə açdığı patriarx obrazı, Yer üzünə 

tarixin müxtəlif dönəmlərində gələn, hakimiyyəti, taleyin acı hökmüylə ələ kesirib, sonradan heç 

bir vəchlə əlindən buraxmaq istəməyən diktatorların ümumiləşmiş, gerçək simasını gözlərimiz 

önündə canlandırır. Bu baxımdan əsər, xalqların və millətlərin azad, demokratik cəmiyyətə 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

doğru irəlilədiyi ən həlledici tarixi dönəmlərdə, bütün işıqlı yolları və cığırları öz kasad 



dünyagörüşləri və əqidələriylə, ağır və keçilməz şlaqbaum kimi kəsən, zamanın bütün 

sınaqlarından – sui-qəsdlərdən və məhəlli savaşlardan, dünya müharibələrindən və inqilabi 

çevrilişlərdən, təbii fəlakətlərdən və xəstəliklərdən, anlaşılmaz xatasızlıqla ötüşən bu insanların 

mistik əbəliyini, dəfedilməzliyini fiksə edən sənədli səlnamə kimi də xüsusi əhəmiyyət kəsb edir.  

Tarixinin müxtəlif dönəmlərində Yer üzünə sınaq kimi göndərilən bu oxşar taleli insanların gizli 

mahiyyətini mahir yazıçı qələmiylə ümumiləşdirməyə nail olmuş Markes, insanlıq üçün xüsusi 

təhlükə olan «ölməz diktator» obrazını yaratmaqla, insanlıq və vətəndaşlıq hüquqları əsrlər boyu 

tapdanan, zülm və haqsızlıq üzərində qurulmuş hakim rejimlərin basqısı altında inləyən dünya 

xalqları qarşısında öz haqq səsini ucaldaraq, müqəddəs yazıçılıq missiyasını yerinə yetirmiş olur.  

A. Məsud 

 

«PATRĠARXIN PAYIZI» HAQQINDA 

 

Bir dəfə Karlos Fuentes, Xulio Kortasar və Qarsia Markes Meksikada görüşürlər və Fuentes



Latın Amerikasının diktatorları haqqında – hər yazıçı öz ölkəsinin diktatoru haqqında bir fəsil 

yazmaq şərtilə, birlikdə kitab yazmağı təklif edir. Belə qərara gəlirlər ki, Fuentes – Porfirio 

Diasın, Qarsia Markes – ötən əsrin Kolumbiya diktatorlarından hər hansı birinin, Varqas Lyosa – 

Legianın, Otero Silva (yəni mən) – Qomesin, Roa Bastos – Fransianın, Kortasar – Rosasa 

oxşayan uydurma bir diktatorun, Karpentyer isə Maçadonun obrazını yaratsın. Hətta 

Venesuelaya xəbər göndərib məndən Qomes haqqında fəsil yazmağımı da xahiş etdilər. Mən o 

xahişi yerinə yetirə bilmədim, bu günə kimi də Qomesdən bir sətir belə yazmamışam, çünki ona 

nifrət edirəm. Varqas Lyosa da, təklifi irəli sürən Fuentes də heç nə yazmadı. Bəziləri isə 

yazdılar, özü də fəsil yox, kitab yazdılar: Roa Bastosun «Mən, Ali», Karpentyerin diktator 

Maçadonun müəyyən xarakterik cizgilərini ehtiva edən «Metodun yanlışlığı» və Qarsia 

Markesin «Patriarxın payızı» kitabları bu cür meydana gəldi. Beləliklə, təsadüfi bir söhbətin 

nəticəsi kimi ən azı üç roman yarandı... 

Migel Otero Silva, Venesuela yazıçısı  

 

Q.Q.Markes özü isə  roman haqqında belə düĢünür 

 

…«Yüz ilin tənhalığı» mənim digər kitablarımdan populyar olsa da, belə hesab edirəm ki, 



«Patriarxın payızı» daha əhəmiyyətlidir və qəti əminəm ki, məni unudulmaqdan xilas etməyə 

qabil olan əsərim, məhz elə «Patriarxın payızı»dır. Mən bu fikirdəyəm ki, təkcə «Yüz ilin 

tənhalığı» yox, əvvəl yazdığım əsərlərin hamısı «Patriarxın payızı»nın prelüdüdür. Başqa sözlə 

desək, mənim, daim axtarışında olduğum və yazmaq istədiyim əsər «Yüz ilin tənhalığı» yox, 

«Patriarxın payızı» olub. Bu roman, oxucudan müəyyən ədəbi hazırlıq tələb edir ki, məhz həmin 

bu cəhətinə görə də bu əsəri çox yüksək qiymətləndirirəm. Üstəlik də, mən onu öz işimdən ləzzət 

ala-ala yazmışam: tələsmədən, özümü zorlamadan. «Yüz ilin tənhalığı»nı yazarkən isə, təəssüf 

ki, belə imkandan məhrum idim. 

 

*** 



Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə