Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə3/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   2   3   4   5   6   7   8   9   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

…Mənim öyrəndiyim ispan dili ispan poeziyasının Qızıl dövründən, bir də Romansero 



poeziyasından qaynaqlanır. Mən ispan poeziyasını çox gözəl bilirəm və bu poeziyanın mənə çox 

köməyi olub. Bütün bunlar «Patriarxın payızı»nda şüurlu şəkildə öz təzahürünü tapıb. Əsər 

Qəraib xalqlarının şerləri ilə, xüsusən də Ruben Dario poeziyası ilə doludur. Bu mənada, əsərin 

mütərcimlərinin hansı çətinliklər qarşısında qaldıqlarını yaxşı təsəvvür edirəm. Mütərcimlər 

üçün problem ondan ibarətdir ki, nikaraqualı şair Ruben Darionun poeziyası ispan dünyasından, 

Latın Amerikasının hüdudlarından kənarda az bəllidir. Bu poeziya, ayrı dillərə demək olar ki, 

tərcümə olunmayıb. «Patriarxın payızı» isə əslində Ruben Dario poeziyasının dili üstündə 

qurulub. 

 

*** 


Mən «Patriarxın payızı»nı «Yüz ilin tənhalığı»ndan qabaq yazmağa başlamışdım, amma nədənsə 

iş ləng gedirdi.  

…Kuba inqilabı nəhəng bir işə – Batistanın generalı Soso Blankanın edam edilməsinə imza atdı. 

Blankanın işinə, bütün dünya ölkələri jurnalistlərinin iştirakı ilə açıq məhkəmədə baxılırdı. Bu, 

həyatımda gördüyüm ən müdhiş mənzərələrdən idi. Onun törətdiyi bütün qanlı cinayətlər, 

şübhəsiz ki, sübuta yetirildi və müttəhim ölümə məhkum edildi. Sarsıntılar içində kirimişcə 

oturub dinləyirdim. Ölüm hökmü oxunanda, mən Blanko ilə üz-üzə dayanmışdım: onun sifətində 

bircə əzələ də tərpənmədi, yalnız dizləri azacıq titrədi. Bu, mənim üçün kəşf kimi bir şey oldu və 

düşündüm ki, çoxdan axtardığım, həsrətində olduğum diktator məhz odur. Lakin sonralar çox 

götür-qoy elədim, diktatorlar haqqında bütün yazılanları – məktubları, bioqrafiyaları, reportajları 

oxudum. Yazmağa başlayanda isə həmin faktlardan istifadə eləməməyə çalışırdım. İstəyirdim ki, 

mənim qəhrəmanım mövcud diktatorlardan heç birinin əkiz tayı olmasın. 

 

*** 


 

…Mənim yaratdığım diktator obrazında Samosadan da, Truxilyodan da, Frankodan da, 

Qomesdən də nə isə var. İkihücrəli qəfəsi qoca Samosa ixtira etmişdi – bu qəfəsin bir hücrəsinə 

siyasi dustaqları salırdılar. Bununla belə, Samosa ailəsinin diktaturası sönük təsir bağışlayırdı. O 

ki, qaldı Qomesə – Xuan Visenta Qomes ayrı aləm idi… O, elə bir nadir şəxsiyyət idi ki, 

venesuelalılar özlərini saxlaya bilməyib, ona, görəkəmli bir venesuelalı kimi bəraət də 

qazandırmışdılar. Bütün diktatorlardan ən çox isə, məni Qomes maraqlandırırdı və mənim 

personajım daha çox ona oxşayır. 

 

 

 



 

 

 



 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

 



 

 

 



 

 

 



 

 

PATRĠARXIN PAYIZI 

 

Həftənin sonuna yaxın quzğunlar, pəncərələrin dəmir qəfəslərini söküb prezident sarayına 



doluşdular, qanadlarını çırpa-çırpa, saray otaqlarının uzun müddətdən bəri dəyişilməyən kifsəmiş 

havasını çalxaladılar və öz çürük əzəməti ilə bir əsrlik ölüm yuxusuna getmiş şəhər, bazar 

ertəsinin ala-toranında nəhayət ki, yuxudan ayıldı... biz, yalnız bundan sonra içəri girməyə ürək 

elədik və artıq, nə bəzi qoçaqların dediyi kimi, qədim qala divarlarına dırmaşmağa, nə də o 

birilərin düşündüyü kimi, giriş qapılarını öküz qoşqularıyla dağıdıb-sökməyə ehtiyac olmadı, bir 

vaxtlar Uilyam Deymperin gürzlərinə şərəflə davam gətirən binanın qapıları, yüngülcə 

toxunmaqla öz-özünə açıldı və biz, ötüb keçən əsrə qədəm qoyduq, sakitliyinin özü belə köhnə 

və kövrək olan, içindəki əşyalarıyla bir bu kövrəkliyin və ilğımın içində dumanlanan bu qəsrin 

xarabalıqlarında az qala boğulduq; döşəməsi, az qala buludlara dirənən qanqalın ağırlığından 

çatlayıb cadar-cadar olmuş birinci həyətdə biz, saray qarovulunun, qəfil düşən qovhaqovdan, 

tələm-tələsik ora-bura atıb qaçdığı silah-sursatı, həyətin ortasındakı uzun, taxta stolda yarımçıq 

qalan naharın niməçələrdə çürüyən artıqlarını, bir vaxt dəftərxana yerləşən yarıqaranlıq tikilini, 

bu tikilinin divarlarını basmış rənbərəng, zəhərli göbələkləri, uzun müddətdən bəri yaddan 

çıxdığından, gedişatı məzmunsuz həyatın özündən də uzun çəkən, lakin baxılmadığından, 

qovluqlarının araları araları mamır bağlayan şəxsi işləri, qüllələri az qala buludlara dirənən bu 

sarayda üzü qədimdən bu yana yaşamış beş nəslin xaç suyuna çəkildiyi iri çəni, həyətin lap 

qurtaracağında vitse-kralın anbarı kimi işlədilən tövləni, orda güvə dumanı içində qaralan Böyük 

Qalmaqal dövrünün karetini, Taun dövrlərindən qalan üstübağlı faytonu və Dünyanın Birinci 

Əsrinin əfsanəvi limuzinini gördük; bunların hamısı yaxşı vəziyyətdəydi, hər biri milli bayraq 

rəngində rənglənmiş halda, qalın tozun və hörümçək torlarının altında bozarmaqlarına davam 

edirdilər; o biri həyətdə isə, dəmir çəpərin o biri üzündə, sanki ay tozundan tökülmüş gümüşü 

rəngli qızılgüllər açmışdı; bir vaxtlar bu güllərin kölgəsində cüzamlı xəstələr sığınıb yatardı, indi 

isə baxımsızlıq üzündən, bu əfsanəfi gül kolları çoxalıb az qala bütün həyəti bürümüşdü və bu 

səbəbdən, havadan da qızılgül ətri gəlirdi… bu ətrə, bağın dərinliyindən yayılan digər üfunətli 

iylər də – toyuq hininin, mal təzəyinin, qatı əsgər sidiyinin iyləri qarışmışdı; biz qızılgül 

kollarının boğanağından keçib, içinə qərənfil, ətirli astra, inciçiçəyi basdırılmış dibçəklərlə dolu 

tacşəkilli artırmaya çıxdıq; bura onun, qadınlarıyla əyləndiyi yer idi, üst-üstə qalanmış 

qarmaqarışıq tullantılardan, müxtəlif növ zir-zibildən və saysız-hesabsız tikiş maşınlarından 

təxminən bilmək olurdu ki, bu barakda nə qədər qadın və nə qədər, bəlkə də azı minəcən 

vaxtından tez doğulan uşaqlar yaşayıb; biz həmçinin, çoxdannan bəri işlənməyən kimsəsiz 

mətbəxlərdəki iyrəncliyi - ləyənlərdə qalıb iylənmiş yaş camaşırı, kişilər və qadınlar üçün 

genişləndirilmiş ümumi ayaqyolunu, bir vaxtlar Kiçik Asiyanın torpağında bitib göyərən, həmin 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə