Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə4/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   2   3   4   5   6   7   8   9   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

torpaqla da doldurulub nəhəng çəlləklərdə gətirilmiş, yarpaqlarının üstü sanki narın şeh bağlamış 



vavilon söyüdlərini də gördük; söyüdlərdən sonra onun balaca sarayı – çərçivələri, dəmir 

qəfəsləriylə bir kökündən qoparılan pəncərələrində hələ də quzğunlar vurnuxan möhtəşəm, 

qəzəbli evi ucalırdı; bizə, qapıları sındırmaq lazım olmadı, onlar elə öz-özünə, elə bil səsimizin 

gücünə açıldılar və biz, daş pillələrə salınmış, inək dırnağı altında tapdanıb eybəcər kökə düşən 

təmtəraqlı, teatral xalçaların üzəriylə qalxaraq, binanın əsas mərtəbəsinə daxil olduq, birinci 

artırmadan axıracan – mərtəbənin lap qurtaracağındakı yataq otağına qədər bütün otaqlara baş 

çəkdik, xidməti yerlərdən saysız-hesabsız qəbul otaqlarına keçdik və hər yerdə, üzləri heç nə 

ifadə eləməyən inəklərlə rastlaşdıq; onlar məxmər pərdələri çeynəyir, isti təzək və mebel 

sınıqları arasında saralan müqəddəs ikonaları və sərkərdələrin portretlərini tapdalaya-tapdalaya, 

kresloların ipək üzlüklərini isladır, zəhlətökən moultularla moulaya-mouldaya qonaq otağında, 

konsert zalında ağa kimi gəzişirdilər; hər yer inəklə dolu idi… biz, sınıq domino və bilyard 

stollarını, üstləri, inəklərin sanki indicə otlayıb yalın qoyduqları yamyaşıl çəməni xatırladan açıq 

yaşıl rəngli mahudu, künclərin birində, öz doğma sahillərindən ayrı düşən ev sakinlərinə dəniz 

həsrətini unutdurmaq üçün işlədilən küləklər maşınını - dəniz küləyinin səsini çıxaran əcayib 

qurğunu, bir də, hələ ötən həftədən üstünə yaylıq atılıb yaddan çıxmış quş qəfəslərini gördük; 

saysız-hesabsız pəncərələrdən isə şəhərin özü – hələ ki, qədəm qoyduğu taleyüklü bazar ertəsinin 

ciddiliyini dərk eləməyən nəhəng əjdaha görünürdü… şəhərdən sonra isə, bir vaxtlar dənizin 

yaşıl suları dalğalanan, indi isə ay külünə bənzər kələ-kötür yarğanlar və vulkan dəlikləri açılan 

ucsuz-bucaqsız çöllər uzanırdı; onun gizli iş otağından isə, bizlərdən yalnız bəzilərinin, hələ bu 

hadisədən bir qədər əvvəl ürəklənib daxil olduğu yerdən üfunətli çürüntü və cəmdək iyindən 

boğulub təngiyən quzğunların nəfəsi eşidilirdi və biz, bu üfunətli qoxunun iziylə qartalların 

ardınca gedib, iclas zalına çıxdıq və orda da yenə həmin inəkləri - bu dəfə, zavallı heyvanların 

qurd basmış cəmdəklərini, bu cəmdəklərin, zalın nəhəng güzgülərində birə on artmış ayrı-ayrı 

əzalarını gördük; sonra biz, onun iş otağına aparan gizli qapını - arxa qapını itələdik və orda 

nəhayət ki, onun özünü – orden-medalsız hərbi səhra geyimində, sol tayında qızılı mahmız 

işıldıyan həmin uzunboğaz çəkmələrində tapdıq; o, Yer üzünün bütün canlılarından qoca 

vücuduyla, qurunun və suyun ən qədim heyvanlarından da ulu qədimliyi ilə, üzünü balışa basan 

tək, ovuclarına basıb gizlətmiş vəziyyətdə, döşəmədə üzü ütə uzanmışdı; olsun ki, həmin bu 

görkəmdə o, öz qəddar -kahin ömrünün neçə-neçə saysız-hesabsız, bitib-tükənməz, gecələrini 

yatmışdı; amma biz onu kürəyi üstə çevirib üzünə baxanda, həmin dəqiqə başa düşdük ki, onun 

şəxsiyyətinin təsdiq edilməsi, təkcə, saraya doluşan quzğunların, onun üzünü dimdikləyib 

tanınmaz hala saldığı üçün yox, həm də sağlığında heç birimiz bu üzü əməlli-başlı görmədiyimiz 

səbəbindən baş tutan məsələdeyil və hərçənd ki, onun, əjdaha şəkilli bayraqla təsvir olunmuş, 

cansız əlini sinəsinə bərk-bərk sıxdığı, qızılı çərçivəli, litoqrafik portreti hər saat, hər dəqiqə 

hamının gözləri qarşısındaydı və profili dəmir pulların hər iki tərəfinə döyülmüşdü, poçt 

markalarının, qarınağrı dərmanlarının, kəmər və sarğıların, ipək pul kisəciklərinin də üzərinə 

çəkilmişdi, biz bilirdik ki, bütün bu əkslər onun, hələ lap uzaq keçmişlərdən bizim günlərə gəlib 

çıxan keçmiş surətlərin sürətidi və Kometa ilindən bu yana etibarlı sayılmır; həmin o ildən ki, 

onun kimliyi və görkəmi barədə bizim valideynlər öz ata-analarından, onlar da öz növbələrində, 

öz dədə-babalarından eşidib-öyrənmişdilər; biz isə lap uşaq yaşlarımızdan onun əbədi olduğuna 

və əbədi olaraq, öz iqamətgahında sağ-salamat yaşadığına inanmağa alışmışdıq; biz bilirdik ki, 

kimsə, nə vaxtsa bayram axşamı onun, iqamətgahın çıraqlarını yandırdığını, kimisi, prezident 

karetinin qaranlığından baxan kədərli gözlərini, qanı qaçmış solğun dodaqlarını, karet 

pəncərəsinin, kahin cübbəsi kimi gümüşü saplardan hörülmüş pərdəsi altından kimsəsiz küçələrə 

xeyir-dua verən yuxulu əlini görmüşdü; biz onun sağ və salamat olduğunu, bir neçə il bundan 

əvvəl, unudulmuş şair Ruben Darionun şerlərini küçənin ortasında beş sentə ucadan oxuduğuna 

görə tutulan, sonradan, həmin o poeziya tədbirinə görə dəmir pulla mükafatlandırılıb azadlığa 

buraxılan, gözləri kor bir tüfeylidən də öyrənib bilmişdik; o bədbəxt, həmin o məlum səbəbdən 

generalın üzünü görə bilməmişdi, gözləri görsəydi belə, onu onsuz da o səbəbdən görə 

bilməyəcəkdi ki, hələ Sarı Titrətmə dövründən bu yana onun üzünü, Yer üzünün bir canlısı 

görməmişdi; amma, biz bilirdik ki, o sağdı, Yer kürəsi də, məhz buna görə hələ ki, hərlənir, 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

10 


həyat davam edir, poçt işləyir, nəfəsli bələdiyyə orkestri də gecədən xeyli ötənədək Armas 

meydanının tozlu palmaları və kədərli fənərləri altında gic-gic valslar çalır, yeni, gənc 

musiqiçilər, qocalıb ölənlərin yerini tutur və hətta son illər, onun hakimiyyət qəsrindən artıq 

insan səsi, mahnı, ya quş səsi eşidilməyəndə, saray hasarının zirehli darvazaları daha 

açılmayanda belə, biz bilirdik ki, sarayda kimsə var; çünki sarayın, bir vaxt dənizə açılan dəyirmi 

pəncərələrində işıq yanırdı, yaxına getməyə ürək eləyənlər isə qala divarlarının o üzündən, at 

ayaqlarının və mal-qaranın ağır nəfəsini eşidirdilər; bir dəfə isə yanvar ayında biz, prezident 

sarayının artırmalı eyvanında qürubu seyr edən inəyi də görmüşdük; siz bir təsəvvür edin, ana 

Vətənin fəxri eyvanında inək!?.. Biabırçılıq!.. Belə ölkəyə nə deyəsən?!.. Bunu görəndə hamımız 

çaşıb qaldıq: prezident sarayının eyvanı hara, inək hara?.. Yəni sarayda inək var?.. Yoxsa inkələr 

sarayın içi ilə, pilləkənlər boyu, xalçalar döşənmiş saray pillələri boyu özləri üçün rahat-rahat 

gəzişirlər?.. Onda bir hay-həşir düşdü ki, gəl görəsən, axırda heç biz özümüz də bilmədik nə baş 

verdi: bu lənətəgəlmiş inəyi biz prezident sarayının eyvanında gördük, yoxsa bu fağır heyvan 

bizim gözümüzə Armas meydanında görünmüşdü?!. Axı bu eyvanda, yaxınlıqdakı kəndçi 

xəstəxanasının məhəccərlərində mürgüləməkdən bezib həmin o həlledici cümə gününün ala-

toranında hücum çəkib sarayın pəncərələrini dağıdan qartallardan savayı, çoxdannan bəriydi ki, 

bir canlı belə görünməmişdi?!.. Həmin o gün qartallardan sonra, bir vaxt dənizin, indi isə qatı toz 

dumanının yırğalandığı uzaq üfüqdən, bir-birinin ardınca qatar-qatar ayrı quşlar da uçub 

gəlmişdi və quşların, qırmızı buxaqlı, başı lələk taclı başçısı işarə verənəcən, qartal dəstəsi bütün 

günü iqamətgahın başına dövrə vurmuşdu, sonra çilik-çilik olan şüşələrin səsi, möhtəşəm 

meyidin iyi gəlmişdi və qartallar o yan-bu yana uça-uça insan nəfəsi gəlməyən bu kimsəsiz evin 

pəncərələrində vurnuxmağa başlamışdılar; bazar ertəsi biz də ürəklənib içəri girdik, bomboş 

iqamətgahın, ötüb keçib, artıq uzaq keçmişdə qalan zəngin həyatının tör-töküntüsünü, onun, 

qartalların didişdirib tanınmaz hala saldığı meyidini, incə qadın əllərini gördük; dövlət möhürü 

olan üzüyü onda onun sağ əlinin adsız barmağındaydı, bədəninin çox hissəsində, əsasən də 

qollarında və qasığında qəribə, xırda səpkilər gözə dəyirdi, qurşağında, qartalların niyəsə 

toxunmadığı nəhəng qarnını saxlayan brezent qayışın toqqası fürülmüş öküz böyrəyini 

xatırladırdı; biz onu hamılıqla birgə, öz gözlərimizlə gördüksə də, onun ölduyünə yenə o 

səbəbdən inana bilmədik ki, onun bu sayaq «ölüsünü» bir vaxtlar da, elə bu kabinetdəcə tapanlar 

çox olmuşdu, fərq bircə burasındaydı ki, bu dəfə o, bir vaxtlar görücü-falçının suya baxıb dediyi 

kimi, deyəsən öz ölümü ilə – yuxuda ölmüşdü; o dövrlər isə, ömrünün payızı hələ təzə-təzə 

qədəm qoymağına baxmayaraq, o özünü öz iş otağında o səbəbdən tam təhlükəsiz hiss edirdi ki, 

o dövrlər ölkə hələ kifayət qədər çiçəklənirdi; bəlkə də elə buna görə ölkəni də elə idarə eləyirdi, 

elə bil qəti əmin idi ki, heç vaxt ölməyəcək; prezidentin sarayı, öz ətraf həyətləriylə bir, saraydan 

çox, eşşəklərin, ağır yüklərini boşaltdığı, dəhlizləridən - içi tərəvəz və toyuq dolu səbətlər 

daşıyan ayağıyalın əsgərlərin arasından, ac-yalavac uşaqları qucağında, pilləkənlərin üstündə 

mürgü döyə-döyə, hökumətdən mərhəmət payı uman qadınlarının arasından keçilə bilməyən 

bazar meydanını xatırladırdı; burda həm də onun, gecədən qalıb soluxan güllərini təzələyən 

deyingən aşnalarının, saray güldanlarından yuxarıdan aşağı boşalan bulanıq sulardan vaxtında 

qaçıb canını qurtarmaq lazım gəlirdi; burda döşəmələri yaş əsgilərlə silə-silə cuşa gələn 

qadındarın xatakar məhəbbətdən oxuduğu mahnılar, süpürgələrin taqqıltısına, döşəkçürüdən 

məmurların həyasız çığırtılarına qarışırdı; məmurlar yazı stollarının gözlərinə doluşub orda 

altdan-altdan yumurtlayan səfeh toyuqları qova-qova öz aralarında söyüşürdülər; bu səsə ümumi 

ayaqyolundan gələn səslər, quşların qaqqıltısı və iclas zalında boğuşan küçə itlərinin səsi 

qarışırdı; bir sözlə, it yiyəsini tanımırdı və yüzlərlə taybatay açılan nəhəng qapılarından 

boylandıqca, bu vay-həşirdə, bu basabasda nəyin harda olduğu, kimin nəyi idarə elədiyi, kimin 

kim, nəyin nə olduğu bilinmirdi və bütün bu vurhavurda, bu qarmaqarışıqlıqda saray sahibinin 

şəxsən özü nəyinki iştirak edirdi, bütün bu məşəqqətin baş ilhamvericisi və təşkilatçısı onun özü 

idi; eə ki, prezidentin yataq otağının pəncərələrində işıq yanırdı - bu işıq isə birinci xoruz 

banından çox-çox qabaq yanırdı, səhərin ala-toranında prezident qvardiyası şeypurunun cır səsi 

eşidilməyə başlayırdı; Kondanın yaxınlıqda yerləşən kazarmaları isə həmin dəqiqə şeypurlara 

züy tutub, saraydan gələn bu siqnalı daha uzaqlara - San-Xeronimodakı bazaya sarı ötürürdülər; 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə