Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə5/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   2   3   4   5   6   7   8   9   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

11 


ordan bu səslər liman qalasına çatdırılırdı, qalada isə bu siqnalı altı taktla, əvvəl paytaxtın 

sakinlərini, sonra isə bütün ölkəni oyada-oyada dönə-dönə təkrar eləyirdilər; ölkəni yuxudan 

oyadan bu «oyanma» mərasimi uzandıqca, sarayın sahibi şəxsi ayaqyolunda oturub səhər 

düşüncələrinə dalır, şeypurların səsindən başına düşən uğultunu ovutmaqdan ötrü ovuclarını 

qulaqlarına basır, topaz təki tüstü rəngli boz dənizin dalğalarıyla üzən gəmilərin işıqlarına baxır, 

sonra gün ərzində nə qədər süd sağıldığını yoxlamaq, südün paylanmasına nəzarət eləmək üçün 

fermaya yollanırdı; sağılan südün hamısını prezident kareti ilə şəhərin kazarmalarına 

daşıtdırdıqdan sonra əlavə sağılan südün həcmini yoxlamaqla prezident şəxsən özü məşğul 

olurdu; əslində o, südün paylanması məsələsinə, hələ sarayda məskən saldığı ilk gündən nəzarət 

etməyə başlamışdı; nəzarət mərasimi bitib başa çatdıqdan sonra o, mətbəxə keçib orda bir fincan 

qara qəhvə ilə bir tikə kasabe* yeyə-yeyə, yenicə başlamış günün nə ilə sona yetəcəyi barıdı 

qətiyyən düşünmədən, bunu təsəvvürünə belə gətirmədən, nə edəcəyi haqqında fikirləşmədən, 

maraqla qulluqçuların söhbətlərinə qulaq asmağa başlayırdı; onun bu iqamətgahda dil tapdığı 

yeganə insanlar qulluqçular idi; qulluqçularla davranmaq onun üçün o səbəbdən asan idi ki, o, 

onlardan öz ünvanına eşitdiyi tərifləri ciddi qəbul edir, bu sadı insanların qəlblərini asanlıqla 

oxuya bilirdi; beləliklə, bir fincan qəhvə ilə kasabesini yedikdən sonra o, saat doqquz radələrində 

həyətdəki şəxsi patiosunda, badam ağaclarının kölgəsindəki qranit vannasına girir, orda şəfalı 

otlarla ağzınacan dolu isti vannada saat on birəcən uzanaraq, gündəlik şuluqluqlardan əvvəl, 

canına yeriyən anlaşılmaz xofu əritməyə və sakitləşməyə çalışırdı; bir vaxtlar onu prezident 

kürsüsünə oturdan dəniz desantı hələ təzə-təzə şəhərə yerləşəndə o, desant qoşununun komandiri 

ilə öz kabinetinə girib qapını o üzdən kilidləyir və onunla bir vətənin taleyini həll edir, qanuna 

minmiş müxtəlif qanunları və qərarları baş barmağının möhürü ilə imzalayır, o vaxtlar tam 

savadsız olduğundan, yazıb-oxuya bilmədiyindən və bu savadsızlığı ilə vətənin taleyi həlli ilə 

üzbəüz qaldığından, o bu qərara gəldi ki, məsuliyyət və diqqət tələb edən tikanlı qanunlara uyub 

qanını qaraltmaqdansa, ölkəni, Allahın köməyi ilə idarə etsə yaxşıdı və bu minvalla ölkəni, 

yaşına uyğun olmayan qıvraqlıqla, hakimiyyət pillələrində kəndirbaz ehtiyatı ilə oynaya-oynaya 

idarə eləməyə başladısa da, ondan bir çimdik duz uman cüzamlı xəstələrin, korların, ifliclərin 

ittihamlarından can qurtara bilmədi; deyilənə görə, duz onun əlində məlhəmə dönürdü, 

ətrafındakı diplomlu siyasətbazlar, həyasız avaralar və yaltaqlar isə onu, zəlzələlərin, bütün göy 

əlamətlərinin, təhlükəli illərin və Allahın digər səhvlərinin korrexidoru* adlandırır, o, ağır 

ayaqlarını, qarda gəzən fil ləngliyi ilə sarayın dəhlizləri boyu sürüyə-sürüyə, dövlət və məişət 

məsələlərini ötəri cəldliklə – bir qapını çərçivəsindən qopartdırıb ayrı yerə saldırdığı, sonra elə 

həmin dəqiqə də ordan çıxartdırıb əvvəlki yerinə qaytardığı kimi, asanlıqla həll eləyirdi; 

ümumiyyətlə, onun bütün əmrləri, qala saatı zənginin, günortalar və gecə yarısı adəti üzrə on iki 

dəfə yox, həyat, olduğundan uzun görünsün deyə, iki dəfə çalınması üçün verdiyi əmri həmin 

dəqiqə yerinə yetirilən tək, göz qırpımındaca, tərəddsüz həll edilirdi; bircə siestanın ölü 

saatlarında, hər şey sustalıb donuxanda, o, öz yarıqaranlıq «qadın hininə» girər, arxasınca qapını 

bağlamadan, qadınların birini o birindən seçib ayırmadan, qabağına keçəni qamarlayıb 

yaxınlıqdakı taxtın, ya döşəmənin üstünə yıxar, cansıxıcı bürküyə məhəl qoymadan, nə özü, nə 

də də qadını soyundurmadan, elə pallı-paltarlı işini görərdi… bütün saray isə onun, it zingiltisini 

andıran ağır iniltisini, təngiyən nəfəsini, sol ayağının titrəyişindən əsib cingildəyən mahmızının 

səsini və arıq, qansız uşaqlarının onlara dikilən maraq dolu baxışlarından az qala yerə girən 

qadınların: «Rədd olun burdan! Marş həyətə! Belə şeylərə baxmaq olmaz! Uşaqlar belə şeylərə 

baxmaz!» - qşıqıran həyacan dolu səsləri eşidilirdi; belə məqamlar vətənin üstündən elə bil səssiz 

mələk ötüb keçirdi; səslər kəsilir, hərəkət dayanır, bütün ölkə barmağını dodağına sıxıb: «Ss-s! 

Səs salmayın… nəfəs almayın, sakit! General eyş-işrətlə məşğul olur!» – deyirdi; amma onu 

tanıyanlar, onun ikiləşmə qabiliyyətinə bələd olanlar, onun bu işarası məhəbbət fasiləsinə o 

səbəbdən inanmırdılar ki, axşam saatlarında, yeddi radılırində onu qonaq otağında domino 

oynayan yerdə görənlər onun, elə həmin vaxt, saat düz yeddidə mal təzəyini tüsdülədə-tüsdülədə 

iclas zalındakı mığmığaları qovduğunu şahidi olurdular: sarayın bütün pəncərələrində işıq 

sönməmiş, üç qıfılın, üç kilidin şırıqqıltısı, yataq otağının qapısının üç zəncirinin cingiltisi 

eşidilməmiş, onun gün ərzində gördüyü işlərdən ağırlaşmış yorğun bədəni nəhəng, sal daş kimi 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

12 


döşəməyə düşəndə və körpə yuxusu tək şirin yuxuya gedən bu fəndkir qocanın əvvəl qırıq-qırıq, 

sonra dənizin səviyyəsi ilə bir, su yuxarı qalxdıqca dərinləşib qaydasına düşən nəfəsi 

eşidilməmiş isə, onun harda olduğunu bir kəs dəqiq bilə bilməzdi və məhz onda küləyin simləri 

gecənin sakitliyində təbillərin pərdəsi üstə çalan tək tıqqıldayan cırcıramaların səsini içinə çəkir, 

nəhəng, köpüklü dalğa şahə qalxıb üzü qədimdən vitse-kralların və bukanyerlərin* məskəni olan 

bu qoca şəhərin küçələrinə axır, ordan sarayın pəncərələrinə dolub, binanı suyun içinə qərq 

edirdi; iclas zalının güzgülərinə yapışan ilbizlər isə balina ağzına bənzər ağızlarını açıb əsnəyir, 

dəniz, uzaq keçmişlərdəki kimi, okeanın dalğalandığı səviyyəyə qalxaraq, bütün Yer üzünü

fəzanı və zamanı zəbt edirdi və bircə o – öz hərbi səhra geyimində, mahmızlı uzunboğazlarında, 

üzünü balışa basan təki, ovuclarına basıb, öz ay şüalı yuxu dənizində batıb boğulan tənha meyid 

kimi üzürdü; onun ikiləşmək istedadı, yəni eyni məqamda müxtəlif yerlərdə – ikinci mərtəbədə 

ola-ola, həm də birinci mərtəbədə tək-tənha dayanaraq, dənizin uzaq ənginliklərini seyr etməsi 

və elə həmin vaxtda da eyş-işrət nəşələrində titrədib əsməsi, nə bəzi yaltaqların dediyi kimi, 

onun qeyri-adi, ali bir sima olmasına dəlalət edirdi, nə də bu, onun düşmənlərinin danışdığı kimi, 

kütləvi qarabasma-zad deyildi; sadəcə, bu adamın, ona it sədaqətlylə qulluq etməyə, yolunda 

ölümə belə getməyə hazır olan, zahiri görünüşcə əkiz tayı – Patrisio Araqones adlı inanılmış 

adamı var idi; bu adam tamamilə təsadüfən, axtarılıb-aranmadan, öz-özünə tapılmışdı; günlərin ir 

günü prezidentə bu mətnli bir məlumat çatdırılmışdı: «Mənim generalım, eyni ilə prezident 

karetinə oxşar bir karet kəndləri gəzir, karetin içində isə avaranın biri özünü sizin adınızdan 

təqdim edir və deyim ki, heç də pis alınmır, mənim generalım! Adamlar yarıqaranlıq karetdən 

onun kədərli gözlərini görüblər – bu eyniylə sizin gözlərinizdi, mənim generalım! Onun sarımtıl 

dodaqlarını – sizin dodaqları, sizin əliniz kimi incə, qadın əlinə oxşar ipək əlcəkli əlini, həmin o 

əllə karetin pəncərəsindən, yol boyu dizi üstə dayanan xəstələrə duz atdığını və kareti müşayiət 

edən zabit geyimli iki atlını görüblər. Siz bir təsəvvür edin general, allahsızlığa bir bax!..» Bu 

məlumatdan sonra prezident o fırıldaqçını yerindəcə cəzalandırmaq barədə əmr vermək əvəzinə, 

onu prezidentlə səhv salmasınlar deyə, başına çuval keçirilib gizli yolla saraya gətirilməsi barədə 

göstəriş verdi; deyilənə görə, avaranı dərhal tutub saraya gətirmişdilər və ona təhvil verəndə, özü 

özünü sanki kənardan görən prezidenti qəribə bir təhqir hiss bürümüşdü; bu küçə adamıyla bu 

qədər oxşarlıqda nə isə təhqiramiz bir şey vardı; hərçənd ki, onu görən prezident özü-özlüyündə: 

«lənət şeytana, bu adam mən özüməm ki?!..» - deyə fikirləşmişdisə də, o vaxtlar o adam heç də 

onun özü deyildi, hətta onun amiranə səsini belə təqlid edə bilmirdi, amma hərifin ovcundakı 

həyat xətti tam aydın görünürüdü və onu ən çox narahat eləyən də elə bu idi; onda bu yaramazı 

güllələmək haqqında əmr verməkdən də prezident məhz buna görə çəkinmişdi, görünür bu 

avaranın ovcundakı tale xəttinin nə cür olursa-olsun, onun taleyinə təsir etməyindən qorxmuşu; 

Patrisio Araqonesi öz rəsmi əkizi eləmək fikri isə onun ağlına çox-çox sonralar, o, bu təhlükənin 

tam əsassız olduğunu anlayanda gəlmişdi; bir müddətdən sonra Patrisio Araqones onun əmriylə, 

ona hazırlanmış altı sui-qəsdi dinməz-söyləməz öz dərisində keçirmiş, dabanlarını taxta çəkiclə 

döyüb yastıladaraq, ayaqlarını onun kimi sürüyə-sürüyə gəzməyə adət eləmiş, qulaqlarını 

ağrıdan uğultudan və köpdən əziyyət çəkməyi, rəsmi görüşlərə gecikmək məqsədi ilə, xüsusən 

qış aylarında, səhər-səhər çəkməsinin, guya dolaşıq düşən bağları ilə, qızılı mahmızı ilə uzun-

uzadı əlləşə-əlləşə ağzının içində: «Zəhrimara qalsın bunları, flamand dəmirçiləri ilə bir yerdə! 

Əllərindən bir iş gəlmir!» - deyərək vaxtı uzatmağı da öyrənmişdi. Bir zamanlar atasının yanında 

şüşə üfürməklə məşğul olanda, zarafatçıl və çərənçi kimi tanın bu adam, indi həmsöhbətlərinin 

əslində nə demək tstədiklərini, onların danışığına məhəl qoymadan, gözlərinin dərinliklərindən 

oxumağı bacaran, sözdə deyilməyənləri bəbəklərdə tutan qaraqabaq qaradinməzə çevrilmişdi; 

üstəlik o, ona verilən suallara da o dəqiqə cavab verməyi tərgitmişdi, suallara: «Bəs siz necə 

bilirsiz?» - deyə sualla cavab verməyə, bir növ adət eləmişdi: çolaqları və əliləri bu yaxınlaracan 

hansı möcüzə iləsə müalicə edən bu fırıldaqçı sonradan işgüzar, ciddi bir adama çevrildi; o, bir 

dəqiqə bir yerdə oturmur, bütün günü nə isə həll eləyir, qabağına keçən arvadları qamarlayıb 

xoruz kimi belinə minir, gecələr quru döşəmənin üstündə pallı-paltarlı, döşəksiz-balışsız, üzünü 

ovuclarının içinə basıb yatırdı. Patrisio özünü, keçmişini tamam unutmaq üçün şüşəüfürən 

taleyinin üstündən birdəfəlik xətt çəkmişdi; o, bütün olan-qalanını ölüm riskinə - ali hakimiyyət 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə