Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə8/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   4   5   6   7   8   9   10   11   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

17 


Patrisio ilə yerini doğrudan-doğruya dəyişdi. Onu öz şəxsi qabından, özü yediyi yeməklərlə 

yedirtməyə başladı. Yəni ki, işdi əgər yeməyə zəhər qatılıbsa, bir yerdə ölsünlər. «Heç olmasa 

təkcə ölməyim.» - general fikirləşdi... 

İndi hər ikisi saray otaqlarında boş-boşuna veyillənir, fil ləriplərini andıran izləri bilinməsin 

deyə, ancaq yumşaq xalıların üstü ilə yeriyir, yuxulu dənizdən içəri süzülən yaşımtıl mayak 

işığının içi ilə sanki üzürdülər. 

Dəniz daşıb kükrəyir, mayak işıq saçır, limandan uzaqlaşan gecə gəmilərinin ayrılıq fiti sahil 

boyu közərən təzəyin tüstüsünə qarışıb pəncərələrdən içəri dolurdu... Ya da hər ikisi üzücü 

sentyabr axşamları səhərdən-axşamacan pəncərənin qabağında dayanıb, əlindən bir iş gəlməyən 

aşiqlər kimi qaranquşları sayırdılar.  

General canlı həyatdan o qədər uzaqlaşmışdı ki, real həyat haqqında təsəvvürlərini elə itirmişdi 

ki, min bir əziyyətlə özünə tay düzəldib, eyni məqamda gah orda, gah burda görünə-görünə

ümumiyyətlə, mövcud olub-olmadığına camaatda şübhə oyanacağı ağlına belə gəlmirdi. Bəziləri 

hətta onun letargiya yuxusuna getdiyindən şübhələnməyə başlamışdılar. Qarovulun iki dəfə 

çoxaldılmasına, prezident sarayına heç kimin girib-çıxa bilməməsinə baxmayaraq, deyirdilər ki, 

guya kimsə sarayın içinə düşə bilib və guya kimsə orda içi ölü quşla dolu qəfəsləri, müqəddəs 

çəndən su içən inəkləri, ətirli qızılgül kolları arasında yatan cüzamlı, iflic xəstələri görüb... Onda 

bütün məmləkət dərin sükut içində donmuşdu, günortadan sonra sübhün açılacağını gözləməyə 

başlamışdı. Çünki falçının suyla dolu ləyənə baxıb dediyi kimi, onun öz əcəli ilə, öz yorğan-

döşəyində, yuxuda öldüyü barədə şayiələr gəzməyə başlamışdı və deyirdilər, yüksək rütbəli 

məmurlar bu ölüm xəbərini ona görə gizlədirlər ki, aralarında bəzi qan iyli məsələləri hələ ayırd 

edə bilməmişdilər. 

O, yaxın günlərdə taleyində nə isə baş verəcyini hiss etsə də, bütün bu söhbətlərə əhəmiyyət 

vermirdi. Hərdən bir, əvvəli-axırı bilinməyən domino oyununu yarımçıq kəsib general Rodriqo 

de Aqilardan soruşdu ki, «dostum, vəziyyət ümumiyyətlə necədir?», onda o biri: «Hər şey öz 

əlimizdədir, mənim generalım, ölkədə sakitlikdir», - deyirdisə də, o, canına yeriyən qorxudan 

azad ola bilmir, sarayın, mal təzəyindən qalanan qəramət ocaqlarında, bu ocaqların əfi dillərində 

nə isə daha qəramətli əlamətlər axtarır, öz taleyini görmək üçün suyu çəkilmiş köhnə quyuların 

dibində gəzir, oralarda da heç nə tapmayanda, həyəcandan titrəyə-titrəyə anası Bendisyon 

Alvaradonun yanına – bir vaxtlar, həyətində bitən tamarin ağaclarının sərin kölgəsində yellənə-

yellənə təmiz hava udduğu evlərinə yollanırdı. Qoca olsa da, həyat eşqiylə alışıb-yanan anası da 

köhnə yelləncəkdə onunla yanaşı oturub, təmiz havadan uda-uda yellənir, yan-yörəsində 

hərlənən toyuq-cücəni, tovuzquşuları qarğıdalı toxumu ilə yedirdir, o isə ağ, hörmə kreslosuna 

yayxanıb şlyapasıyla üzünü yelləyir, ona əlvan rəngli soyuq meyvə şirələri gətirib: «İçin, 

sərinləyin, zat-aliləri…» - deyən ucaboy, qarabuğdayı qızlara kədərlə baxır, anasına demək 

istədiyi, lakin deyə bilmədiyini ürəyində fikirləşirdi: «Ey mənim əziz anam Bendisyon Alvarado, 

sən bilsəydin ki, mən daha bu dünyayla bacara bilmirəm, artıq tükənmişəm, canımı götürüb bu 

məşəqqətdən heç özüm də bilmirəm hara qaçmaq istəyirəm!..» Bu ah-tuxun əsl səbəbindən 

xəbərsiz anası da elə bilirdi ki, oğlunu inildədib içini çəkdirən, bu qaraşın qızlardı. Odu ki, 

axşam düşən kimi, şəhərin işıqları yanar-yanmaz, o, gizli yolla öz yerinə - saraya qayıdır, 

qaranlıq dəhlizlərdən oğrun-oğrun sivişə-sivişə, qarovulun addımlarına diqqət kəsilirdi. Qəfildən 

onunla üzbəüz çıxan qarovul isə gümrah səslə: «Hər şey öz qaydasındadır, zat-aliləri! Tam 

sakitlikdir!» - deyə hesabat verirdi. O isə gözəl bilirdi ki, onlar bunu vəzifə borcları kimi, qeyri-

iradi deyir, onu da, özlərini də o səbəbdən aldadırlar ki, onlar da onun kimi qorxurdular. Bu elə 

bir gərgin dövr idi ki, heç kim özündə inam hiss eləmirdi, amma hamı da yalandan deyirdi ki, hər 

şey öz qaydasındadır. Onu rahat yaşamağa qoymayan, şan-şöhrətinin ləzzətinə zəhər qatıb 

hakimiyyətin özündən belə iyrəndirən də məhz elə bu inamsızlıq, bu anlaşılmaz xof idi. Hər şey 

də həmin o tarixi hadisədən sonra, o əlamətdar xoruz döyüşündən sonra başladı! Gecələr o, quru 

döşəmənin üstündə uzanıb, yuxusuzluqdan gözü acışa-acışa, hardansa uzaqdan - kasıbların 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

18 


toyundan eşidilən musiqinin – nə vaxtsa onun yasında da beləcə həvəslə çalınacaq barabanların, 

gecə saat ikidə mədənlərə oğurluq mal daşıyan becid gəminin sahildən uzaqlaşdıqca verdiyi asta, 

ayrılıq fitinin səsinə, səhərə yaxın kağız kimi sökülüb açılan qızılgüllərin xışıltısına qulaq asır, 

bədəni soyuq tər basa-basa içini çəkir, bircə dəqiqə belə olsun, fikrini yayındıra bilmirdi. Hansısa 

gizli duyğusu, gecənin havası, anasıgildən qayıdarkən, küçədə rastına çıxanlar ona çox şey 

deyirdi. 

Həmin gecə isə evə qayıdarkən o, küçə boyu axışan kütləni, taybatay açılan pəncərələri, şəhərin 

qeyri-adi canlanmasından həyəcanlanıb dekabr səmasının mavi ənginliklərində uçan qaranquş 

qatarını gördü və hər şeyi bir az da aydın görmək üçün karetin pərdəsini aralayıb özü-özünə: 

«Mənə əziyyət verən, bax bu idi, ana! Üzüb əldən salan bu idi! Axır ki baş verdi!» - deyə 

fikirləşdi və elə həmin an da, dekabr göyünün baharsayağı büllur işığı içində üzən rəngbərəng 

şarlara – qırmızı, yaşıl, sarı, mavi rəngli saysız-hesabsız nəhəng portağallara baxdıqca özündə 

əcayib bir yüngüllük hiss elədi. 

Sonra qəfildən nə oldusa, hürkmüş qaranquşların arasından göyə qalxan şarların hamısı birdən-

birə səssizcə partladılar… minlərlə rəngbərəng vərəqələr şəhərin üstünə səpildi və çovğunun 

süpürüb havaya dağıtdığı xəzəl kimi havada hərləndi. Prezident karetinin sürücüsü, 

qarmaqarışıqlıq idi deyə, atların başını geriyə döndərib izdihamın içindən kənara sıçradı. Heç 

kim də bu karetə fikir vermədi, tanıyan olmadı, çünki hamının başı vərəqələrə qarışmışdı. 

Camaat vərəqələri göydə tutur, ayaq altından yığırdılar, hamı bir adam kimi yığırdı, mənim 

generalım! Vərəqələrin mətnini bərkdən-bərkdən eyvanlardan oxuyurdular, döngələrdən: - 

«Rədd olsun zülm! Cəllada ölüm!» - səsləri eşidilirdi. Hətta saray qarovulunun əsgərləri belə, 

dəhlizlərə yığılıb bu qiyamçı vərəqələri bərkdən oxuyurdu: «Bir əsrlik despotizmə qarşı 

mübarizə aparan milli və sinfi birliyə eşq olsun! Satqın arvada qarşı mübarizə aparan 

vətənpərvərlərin birliyinə eşq olsun! Rədd olsun, korrupsiya! Bəsdir qan töküldüyü! Rədd olsun 

quldurluq!» Bütün ölkə minillik yuxudan ayıldığı həmin bu dəqiqələrdə ən dəhşətli xəbəri o, 

karet tövləsində aldı: «Mənim generalım, Patrisio Araqones zəhərli oxla yaralanıb!» 

Bir neçə il əvvəl, axşamüstü, ovqatının təlx vaxtı, bekarçılıqdan darıxıb üzüldüyündən, Patrisio 

Araqonesə, dəmir şahı atıb talelərini öyrənməyi təklif eləmişdi. «Pulu ataq, - demişdi – əgər 

qartal üzü düşsə, demək birinci sən öləcəksən, yox, əgər o biri üzü düşsə, mən.» Patrisio 

Araqones isə pulu atmaqdan imtina edib demişdi ki, işdi, ölməli olsaq, bir yerdə öləcəyik, pul 

atmağın da heç bir xeyri yoxdu, udan, uduzan olmayacaq. «Bəyəm unutmusunuz, pulun hər iki 

tərəfinə prezidentin profili döyülüb?» Onda general ona, talelərini dominoda sınamağı təklif etdi: 

iyirmi oyundan çox udan sağ qalacaq. «Mən razı, - Patrisio Araqones dedi – böyük 

məmnuniyyətlə, lakin bir şərtlə, mənim generalım! Mənə, sizi udmaq hüququ verilməlidir.» Bu 

hüquq ona verildi və onlar oynamağa başladılar. Əvvəllər udmaq qadağan edildiyinə görə 

generala uduzan Patrisio Araqones, iyirmi oyunun iyirmisini də dalbadal uddu, bu iyirmi gərgin 

tutuşmanın üzüntüsündən tərləyib soyuyan üzünü silərək, içini çəkdi: «Nə etməli, mənim 

generalım, təəssüf ki, mən də ölmək istəmirəm?!..» - dedi. Onda general dominoları taxta 

qutunun içinə səliqəylə sıra-sıra yığa-yığa, uşağa dərsi başa salan müəllim təbiriylə, özünün də

ələlxüsus da domino oynuna görə zorla ölməyə həvəsi olmadığından, vaxtı çatanda, öz ölümü 

ilə, öz yorğan-döşəyində, prezidentliyinin lap ilk günündən onun taleyini, su ləyəninə baxıb 

oxuyan görücü – falçı qadının dediyi kimi, yuxuda öləcəyindən bənd-bənd danışdı. «Amma, bir 

yana baxanda, - dedi - bir az da yaxşı fikirləşsək, yenə heç nə dəqiq deyil, çünki mənim anam 

Bendisyon Alvarado məni ona görə doğmayıb ki, gecə-gündüz suda çəngəllə yazılanları 

oxuyum. Mən - hökm vermək üçün doğulmuşam. Bir də, mən sən deyiləm, elə özüməm və 

Allahına şükür elə ki, bütün bunların hamısı zarafatdı.» Onda bu zarafatın heç də adi zarafat 

olmadığı onun ağlına belə gəlməmişdi, yatsa, yuxusuna da girməzdi ki, yaxın bir vaxtda ölüm 

püşkü həqiqətən də onlardan birinin payına düşəcək. Elə də oldu. 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə