Cahil cəMİYYƏTİ TƏrk etməK


Şeytanın küfrlə birlikdə olmağa təşviq edən mənfi təlqinləri



Yüklə 452,54 Kb.
səhifə4/10
tarix02.01.2018
ölçüsü452,54 Kb.
#19105
1   2   3   4   5   6   7   8   9   10

Şeytanın küfrlə birlikdə olmağa təşviq edən mənfi təlqinləri


Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir. Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman Allahı xatırlayar və dərhal gerçəyi görərlər. (Əraf surəsi; 200, 201)

Ey insanlar! Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu dünya sizi aldatmasın, tovlayan şeytan da sizi yoldan çıxartmasın. Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır. (Fatır surəsi; 5, 6)

Möminlərin imtahanları yalnız nəfsləriylə deyil, eyni zamanda bu nəfsi təhrik edib qızışdıran, onu azdırmaq məqsədiylə son dərəcə təfərrüatlı plan və tələlər quran, ona hiyləgərcəsinə təlqinlər verən şeytanla da olur. Nəticədə, möminin qarşısında həm öz nəfsi, həm də nəfsinin şeytanlarla ortaq şəkildə olan fəaliyyəti vardır. Bu səbəblə, hz. Adəmdən etibarən insanların əsas düşməni olan və Quranda çox geniş olaraq toxunulan İblis və onun köməkçilərini bu mövzuda gözardı etmək onların oyununa gəlmək olar.

Şeytanın xüsusilə mövzumuzla əlaqədar istifadə etdiyi təlqin və vəsvəsələrə toxunmazdan əvvəl, onun ümumi üsullarına, möminlərə qarşı dünyagörüşünə qısaca nəzər salmaq faydalı olar. Quranın "şeytanın dəstəsi" olaraq təyin etdiyi inkarçılar onsuz da doğru yoldan azmış və şeytana tabe olmuş bir qövm olduqları üçün, şeytanı əsl narahat edən möminlərin vəziyyətidir. Möminlərin, imanları səbəbiylə özündən üstün olmalarını həzm edə bilməz. Özünün Allah qatında qınanmış, qovulmuş, alçaldılmış, lənətlənmiş və əbədi olaraq cəhənnəmə məhkum olmuş, möminlərin isə təriflənmiş, yüksəldilmiş və cənnətlə müjdələnilmiş olmalarını qüruruna sığdıra bilməz. Buna görə ən çox cəhdi və mübarizəni, sonsuz bir kin və qısqanclıq bəslədiyi möminləri azdırmaq və onları doğru yoldan çıxararaq özü kimi cəhənnəmlik etmək üçün sərf edər. Quran, şeytanın bu cəhdini belə izah edir:

İblis dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub insanları tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”. (Əraf surəsi, 16-17)

Şeytan, başda möminlərin nəfslərinə xoş gələn şeyləri istifadə edərək onları azdırmağa, üsyan və günahı bəzəkli və cazibədar göstərməyə çalışar. Bunda müvəffəqiyyətli ola bilməzsə, bu dəfə də günah və pislikləri zərərsiz və qanuni bir örtükdə təqdim edərək möminləri aldatmağı sınayar. Bundan da bir nəticə əldə edə bilməzsə, yuxarıdakı ayədə söylədiyi kimi möminlərin doğru yolları üzərinə oturub onlara sağ yanlarından yaxınlaşar. Bu üsulla, Allahın razı olmadığı şeyləri din adına, Allah adına edilməsi lazımlı şeylərmiş kimi təlqin edər; tamamilə eqoist olan hərəkətləri xidmət, ibadət pərdəsilə etdirməyə çalışar. Bu sonuncu hiylənin digərlərinə görə, hiyləgər və ağlı qarışdırıcı istiqaməti daha çoxdur. Bu səbəblə, insanlar, şeytanın Allah ilə aldatmasına qarşı Quranda xüsusi olaraq xəbərdar edilərlər:

Ey insanlar! Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu dünya sizi aldatmasın, tovlayan şeytan da sizi yoldan çıxartmasın. Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır. (Fatır Surəsi; 5, 6)

Allahın xəbərdarlığını diqqətə almayıb fərqində olmadan şeytanın bu tələsinə düşənlərin çox ürəkaçıcı olmayan vəziyyətləri digər bir ayədə təsvir edilərkən, möminlər də dolayısilə yoldan təkrar xəbərdar edilərlər:

Münafiqlər onları haraylayıb deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?” Möminlər deyəcəklər: “Bəli, lakin siz öz-özünüzü aldadırdınız, möminlərə bəla üz verməsini gözləyirdiniz, haqqa şübhə edirdiniz və Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan şeytan Allah barəsində sizi yaman aldatdı. (Hədid surəsi, 14)

Görüldüyü kimi, ayədə bəhsi keçən kəslər dünyadaykən özlərini möminlərlə birlikdə sandıqları halda, həqiqətdə şeytanın tələsinə düşmüş, aldanmış və axirətdə özlərini möminlərdən çox fərqli bir mövqedə görərək qarışıqlığa düşmüşlər. Lakin, çox təəssüf ki, artıq iş-işdən keçmiş, özlərinə verilən müddət dolmuş və bu vəziyyətlərini düzəltmə imkanları qalmamışdır.

Kitabın əvvəlində araşdırmaqda olduğumuz, "zəif imana sahib kəslərin eqoist məqsədlərlə küfr mühitinə girmələri" mövzusuna gəlincə, bu, şeytanın, az əvvəl saydığımız hiylə və oyunlarının hamısını səfərbər etdiyi bir mövzudur. Çünki bu mövzu şeytanın bu cür kəsləri öz tərəflərinə çəkməsi və öz dostlarının arasına qatması üçün müraciət etdiyi ən can alan üsulu təşkil edər. Şeytan bu üsulla onları daha əvvəl yoldan çıxarıb özünə bağladığı inkarçıların arasına salaraq onların möminlərdən uzaqlaşmalarını və küfrlə yaxınlaşmalarını təmin etmək istəyər. Onların nəfslərini təhrik edib azdıraraq, Allahın sərhədlərini tapdalamalarına və bunu zamanla vərdiş halına gətirərək dindən tamamilə uzaqlaşmalarına zəmin hazırlayar.

Bu pis nəticəyə düşməmək üçün ən başda şeytanın hiylə və tələləri, təlqin metodları haqqında məlumat sahibi olmaq, hazırlıqsız və qafil olaraq ovlanmamaq lazımdır. Sonrakı səhifələrdə, şeytanın mövzumuzla əlaqədar təlqinlərini araşdıracağıq.

"Qanuni göstərmə" təlqini


Qəflət və tənbəllik anlarında nəfs, haram olmayan ancaq faydası da olmayan, "boş" işlərlə insanı məşğul etmək istəyər. Bunlar, məsələn, küçəyə çıxıb boş və məqsədsiz bir şəkildə vaxt öldürmək, yaxşı avtomobillər istifadə etmək, gözəl geyinib əyləncə yerlərinə getmək ya da bənzəri hərəkətlər ola bilər. Bunlara nəzər saldıqda həqiqətən də qanuni, halal hərəkətlərdir. Şeytan da ən çox, hadisənin bu "qanuni görünmə" istiqamətini istifadə edər.

Mövzunun başından bəri toxunduğumuz kimi möminin, sahib olduğu mövqe, məsul olduğu fəaliyyət göz önünə alındığında, hər an hər qanuni hərəkəti etməsi qanuni olmaz. Mömin, yer üzündə Allahın xəlifəsidir və həyatı boyunca Allah tərəfindən özünə ayrılmış bir vəzifəsi və mübarizəsi vardır. "(Yer üzündə) Fitnə qalmayıncaya qədər onlarla döyüşün..." (Bəqərə surəsi; 193) ayəsi, bu mübarizənin məqsədini və əhatə dairəsini çox yaxşı açıqlayar. Bu döyüşün indiki zamanda fikir və düşüncə səviyyəsində reallaşması lazım olduğu açıqdır. Ayədə nəzərdə tutulan fitnənin bu gün bütün yer üzünü bürüdüyü diqqətə alınsa, möminin iyirmi dörd saatını bu əsas vəzifəyə görə planlaması vacibdir. Quranda ifadə edilən bütün ibadətləri də əhatə edən bu mübarizə proqramı, onsuz da möminə boş və məqsədsiz keçirə biləcəyi bir zaman buraxmaz.

Bu səbəblə, möminin hər zaman hər qanuni şeyi edə bilməsinə onsuz da texniki baxımdan imkanı yoxdur. Çünki belə bir axtarışla məşğul olması, onun əvvəlcə zəruri olan şeyləri etməsinə maneə törədəcək. Qaldı ki, bu cür axtarışlara küfr mühitində girməyə cürət etmək hadisənin ciddiliyini çox daha irəliyə aparar.

Şüurlu, ağlı başında bir mömin də, yerinə yetirməli olan bu qədər məsuliyyətin arasında bilə-bilə küfrün arasına qarışıb nəfsinin sərhədsiz arzularını təmin etməklə məşğul olmasının nə qədər böyük bir vicdansızlıq olacağını dərk edər. Onsuz da, bu dünyada çox qısa zaman qalıb, getməli olan yerə gedəcəyini bilər. Dünyada özünə verilən zamanı qənimət bildiyindən, onu ən yaxşı şəkildə istifadə etməyə çalışar. Kiçik eşqbazlıqlara meyil etməz.

"Azadlığın məhdudlaşdırıldığı" təlqini


Şeytan yuxarıdakı üsulla müvəffəqiyyətə çata bilməyincə, möminə başqa bir istiqamətdən yanaşıb ona dini yaşamanın, Allaha və Rəsuluna itaət etmənin, insanın azadlığını, müstəqilliyini məhdudlaşdırıcı bir həyat tərzi olduğunu pıçıldamağa başlayar. İnkarçıların nə qədər azad və özbaşına yaşadıqlarını, diləsə onun da elə yaşaya biləcəyini təlqin edər. Şeytanın bu yalnız göz aldatmağa istiqamətli, bəzəkli təlqinlərinə qapılmamaq üçün ən əvvəl hadisələrin və anlayışların Qurana bağlı təsvirlərini bilmək lazımdır. Burada, bəhsi keçən "azadlıq" anlayışı da bunlardan biridir.

Qurana baxıldığında möminin, canını, malını Allaha satmış, Ona tamamilə təslim olmuş, yalnız Onun məmnuniyyətini axtaran və əsl yurdu olan axirəti anan bir kimsə olduğu görülər. Buna görə azadlıq anlayışı da möminin bu dünyagörüşü içində qiymətləndirilməlidir. Mömin üçün azadlıq, kafirlərin anladığı kimi Allahın sərhədlərini tapdalamada, həqiqətdə köləsi halına gəldiyi nəfsinin və digər saysız bütlərinin əmrlərini yerinə yetirmədə sahib olunan bir azadlıq deyil. Möminin azadlıq anlayışı, 24 saat açıq havada gəzməyi, məqsədsiz və mənasız rəftarlar sərgiləməyi də ehtiva etməz. Bu mənada küçədəki itlər, sudakı balıqlar, havadakı quşlar hər kəsdən daha azaddır, amma bu azadlıq onların "quş beyinli" olmalarına, heyvanlıqdan çıxmalarına çarə deyil. Küçə avaraları, əyyaşlar da tamamilə azaddırlar; istədikləri zibillikdə, bəyəndikləri körpünün altında yata bilər, dilədikləri kimi qışqırıb-çığıra bilərlər. Halbuki, əlbəttə ki, dəyər daşıyan azadlıqlar bunlar deyil.

Əsl azadlıq, ancaq əsl din tam mənasıyla yaşandığı təqdirdə əldə edilə bilər. Allahın əmrlərini güdmədən, yalnız nəfsinin istək və arzuları istiqamətində yaşayan bir insan özünün azad bir insan olduğu hissinə qapıla bilər. Çünki imanın və Allaha təslimiyyətin gətirdiyi əsl azadlığı dadmadığı üçün möminlər kimi müqayisə etmə imkanı yoxdur.. Halbuki, dindən qaçıb dindənkənar bir həyatı mənimsəyərək azadlığına qovuşacağını sanan insan, əslində tabe olduğu dindənkənar sistemin onu uymağa təhrik etdiyi bir çox məcburedici, məhdudlaşdırıcı və qadağan edici qaydalarıyla zəncirlənib çoxdan azadlığını itirmişdir belə. Artıq, bu dindənkənar sistemdə həyatını davam etdirə bilməsi üçün bu sistemin qaydalarına, adamlarına, müdirinə, işçisinə, atasına, sevgilisinə və s. Quranda heç yeri olmayan, ancaq cəmiyyətin zamanla meydana gətirdiyi adət və ənənələrə, saysız ictimai sanksiyalara, Allahın ondan istəmədiyi amma öz fanatizmindən ötəri özünə qoyduğu prinsiplərə uymaq məcburiyyətindədir. Nəticədə, Allahın qulu olmaqdan çıxıb, minlərlə saxta ilahın (bütün) əmrinə girər. Ayədə belə deyilir:

Bir çarə tapmaları üçün müşriklər Allahdan başqa məbudlar qəbul etdilər. Amma məbudlar onlara heç bir kömək edə bilməzlər. Hərçənd ki, onlar bunlar üçün hazır durmuş əsgərlərdir. (Yasin surəsi; 74,75)

Bu dindənkənar sistemin əsiri, köləsi halına gəldiyini bilsə də, bunu etiraf etməyi qüruruna sığışdıra bilməz. İçində olduğu vəziyyəti, təcrübə və yetkinlik sahibi bir filosof ədasıyla "həyatın həqiqətəri" olaraq tərif edər. Həqiqət olduqları doğrudur, lakin bunlar həyatın deyil, "küfrün həqiqətləri"dir. Yaşadıqları, başlarına gələn hər şey Allahın küfrə dünyada və axirətdə vəd etdiyi ağrılı həqiqətlərin yalnız çox kiçik bir hissəsidir. Halbuki, həyatın başqa həqiqətəri də vardır. Bunlar da "imanın həqiqətləri"dir. Küfrün həqiqətlərindən isə çox fərqlidir. Möminin, imanın həqiqətləri üzərinə qurulu həyatının da təbii olaraq küfrün əzab dolu həyatıyla heç bir bənzərliyi yoxdur.

Din hər zaman, cəmiyyətin və insanların adam üzərindəki saysız təzyiqlərini, sanksiyalarını, istiqamətləndirici qaydalarını, hətta adamın öz-özünə qoyduğu qaydaları, prinsipləri, hər cür fanatizmi və mənfi təlqini qırar, yox edər. Bunu da Quran və Onunla hökm edən elçisi vasitəsiylə reallaşdırar:

... Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır”. (Əraf surəsi, 157)

Digər əhəmiyyətli bir nöqtə də azadlıq anlayışının fiziki olaraq deyil, həqiqətdə ruhi bir anlayış olmasıdır. Azadlıq əsl olaraq, Allahın insanın ruhuna və ürəyinə hiss etdirdiyi genişlik, fərahlıq, güvən və hüzur duyğularının hamısıdır. Bu da insanın imanı, təqvası, təvəkkül və təslimiyyəti ilə bilavasitə əlaqəlidir. Bir ayə, bu metafizik vəziyyəti belə açıqlayar:

Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə cəzalandırar. (Ənam surəsi, 125)

"İman etməyənlərin köksünün dar və sıxıntılı qılınması", onların azadlıqlarını təməlindən yox edən bir vəziyyətdir. Hər nə qədər görünüşcə fiziki azadlığa sahib olsalar da, bu haldaykən o azadlığın dadını bilməz, xoşbəxt və hüzurlu yaşaya bilməzlər. Buna görə, bir kvadrat metrlik bir zindanda Allahın ürəyinə hüzur və genişlik verdiyi bir mömin olmaq, özünü azad zənn edərək dağ-dərə gəzən, sərhəd tanımayan, Allahın da ürəyini daraltdıqca daraltdığı, sıxdıqca sıxdığı bir inkarçı olmaqdan, şübhəsiz çox daha xeyirlidir.

Peyğəmbər dövründə, başlanğıcda nəfslərinə uyaraq döyüşdən geri qalan üç müsəlmanın ürəklərinə Allah tərəfindən bir xəbərdarlıq olaraq verilən sıxıntı və darlıq da, fiziki azadlığın ruhi azadlıq olmadıqca heç bir məna ifadə etmədiyinin ən gözəl nümunəsidir:

Geri qalmış üç nəfəri də bağışladı. Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri kədərdən sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra Allah peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir. (Tövbə surəsi, 118)

Bura qədər izah etdiklərimizdən möminin dünyada zindan həyatı yaşayacağı, lakin bundan məmnunluq duyması, bütün gün evdə oturub darıxdırıcı mühitlərdə olması, bir tikə, bir jiletlə idarə etməsi lazım olduğu kimi zidd mənalar çıxarmaq da insanı şeytani bir pessimizmə sürüyər. Nəzərdə tutulan şey müəyyəndir: Mömin hər anını Allahın məmnuniyyətinə ən uyğun hərəkəti edərək qiymətləndirməli, nəfsinin arzularını təmin etmək üçün Allahın sərhədlərindən heç vaxt güzəştə getməməlidir. Allah onu illərcə zindanda da saxlasa, dünya hakimi də etsə Allaha olan bağlılığından, təqvasından, imanından və əxlaqından heç bir şey itirməməlidir.

Əsl mömin, bu dünyadakı hər nemətin, hər çətinliyin, hər mühitin, hər vəziyyətin özünün necə davranacağının sınanması üçün yaradıldığını bilər. Küfr isə, hər nə qədər görünüşcə rifah içində, sərhəd tanımaz bir həyat sürsə də sonunda, "Onlar əlləri boynunda bağlı halda Cəhənnəmin dar bir yerinə atıldıqları zaman ölüm diləyərlər. Onlara deyilər: “Bu gün özünüzə bir ölüm deyil, çoxlu-çoxlu ölümlər istəyin!" (Furqan; 13-14) ayələrində ifadə edilən aqibətə uğrayacaq. Mömin, özünü azad zənn edən küfrün, azadlığını axirətdə əbədi olaraq itirəcəyini, dar bir məkanda sonsuza qədər həbs olunacağını bilər.

Buna qarşılıq olaraq mömin, sonsuz azadlığa qovuşacaq. Quran, bu vəziyyəti belə açıqlayar:

Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi göyün və yerin genişliyi qədər olan, Allaha və Onun elçilərinə iman gətirənlər üçün hazırlanmış Cənnətə tələsin. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah böyük lütf sahibidir. (Hədid surəsi, 21)

"Küfrün əlindəki nemətlərdən məhrum qalındığı" təlqini


Şeytan möminə, küfrün əlində olan bəzi nemətləri möminlərlə birlikdəykən hər zaman dada bilməyəcəyi, onları əldə edə bilməyəcəyi, onlardan məhrum qalacağı, bir daha qarşısına belə gözəl fürsətlər çıxmayacağı, buna görə də bunları əldə etmək üçün zaman-zaman küfrə yanaşması lazım olduğu kimi təlqinlər verə bilər.

İmanı zəif olanlara bəlkə bu cür vəsvəsələr təsir edə bilər. Halbuki ixlaslı mömin, "Şeytan, sizi kasıblıqla qorxudur və sizə çirkin -həyasızlığı əmr edir. Allah isə, sizə özündən bağışlama və bol lütfkarlıq (fəzl) vəd edir. Allah (rəhmətiylə) geniş olandır, biləndir." (Bəqərə surəsi, 268) ayəsinin hökmüylə ürəyində belə məhrumiyyət narahatlıqlarına yer verməz. Hadisələrin tamamilə Allahın idarəsində olduğunun şüurundadır.

Hətta, küfrü və cahil cəmiyyəti tərk etmənin, onlardan qopub-ayrılmanın məhrumiyyətə deyil, tam tərsinə Allahın rəhmətinə və nemətinə qovuşmağa vəsilə olacağına dair Quranda çoxlu nümunələr vardır. Bunlardan Kəhf (mağara) əhlinin vəziyyəti də belədir:

Madam ki, siz onları və Allahdan savayı ibadət etdiklərini tərk etdiniz, onda mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və işinizdə sizin üçün fayda hazırlasın (Kəhf surəsi, 16)

Hz. İbrahim üçün də eyni vəziyyət baş vermişdir:

Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz bütləri tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım”. İbrahim onları və onların Allahdan başqa yalvardıqlarını tərk etdiyi zaman Biz ona İshaqı və Yaqubu bəxş etdik. Biz onların hər ikisini peyğəmbər etdik. Biz onlara öz mərhəmətimizdən əta etdik və gələcək nəsillər həmişə yada salsın deyə onlara yaxşı ad qismət elədik. (Məryəm surəsi, 48-50)

Ayrıca Allah, şirk qoşmayan, ixlaslı möminlərə axirətdə olduğu kimi dünyada da nemətindən bol-bol verəcəyini vəd etmişdir:

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)

Əgər bir insan həqiqətən iman edib saleh əməllər edərsə və Allaha heç bir şeyi şərik qoşmursa, bu ayənin işarəsinə görə onsuz da dərd və narahatlıq edəcək heç bir şeyi olmamalıdır. Bu səbəblə, ağıllı bir mömin, kiçik mənfəətlərə tamah edərək Allahın bu vədlərinə qovuşmağı riskə atmaz.

Münafiq xarakterli olanlar isə, möminlərin əksinə, zamana qarşı səbirsiz olduqlarından, gələcək narahatlığı, yaşlılıq qorxusu, etdikləri hesabların tutmaması, gözlədiklərinin təxmin etdikləri müddətdə çıxmaması kimi səbəblərlə, bir müddət sonra dünyalarını qurtarma axtarışına girərlər. Allah bu münafiq zehniyyətini belə təsvir edər:

Sən qəlbində xəstəlik olanların: “Qorxuruq ki, başımıza bir fəlakət gələ” – deyərək onların Kitab əhli arasında vurnuxduqlarını görürsən. Ola bilsin ki, Allah qələbə bəxş etsin və ya Öz tərəfindən bir əmr versin və onlar ürəklərində gizlətdiklərindən peşman olsunlar. (Maidə surəsi, 52)

İlk əvvəl, mömin görünüşündə digər möminlərlə birlikdə hərəkət edən münafiqlər, zamanla İslam fəaliyyətindən dünyəvi bir qazanc əldə edə bilməyəcəkləri narahatlığına qapılıb geridən geriyə dönərlər. O ana qədər mömin birliyi içində keçirdikləri müddəti də boş bir aldanış olaraq görərlər. Zamanın münafiqlər üzərindəki bu bezdirici təsiri başqa ayələrdə də müxtəlif istiqamətlərdən toxunular:

O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Allah və Onun Elçisi bizə ancaq yalan vədə vermişdir” – deyirdilər. (Əhzab surəsi, 12)

Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!” – deyə Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir. (Tövbə surəsi, 42)

Münafiqlərin tam tərsinə, saleh bir mömin onsuz da "şübhəsiz olaraq (axirətdəki əsl) yurdu düşünüb-anan ixlas sahibləri (Sad; 46)"-ndən olduğu üçün bütün həyatı boyunca əziyyət çəkəcəyini, yoxsul qalacağını, çətinliklərlə mübarizə edəcəyini bilsə belə Allahın yolundan dönməz, Allahın razılığının ən çoxunu güdməkdən heç bir zaman güzəştə getməz. Allah lazım olsa, mömini sınamaq, onun günahlarını bağışlamaq, axirətdəki mövqesini yüksəltmək, ruhunu incəltmək, ürəyindəki pislikləri təmizləmək və onu təmizləmək üçün bütün ömrü boyunca çətinlik, darlıq və əziyyət də verə bilər. Bu vəziyyətdə belə səmimi mömin, Allahın rəhmətindən ümidini kəsərək müvəqqəti mənfəət və zövqlər üçün, küfrə, dünyaya ən kiçik bir meyil göstərməz, səbir edər, Allahın özü üçün yazdığını istəyər. Qədərinə razı olar.

Monoton həyat təlqini




Müəyyən şərtlər altında, saf niyyətlə edilən bir hərəkət zamanla vərdiş halına gələ bilər. Bu vəziyyətdə insan, haqqında danışılan hərəkəti, gərək qalmadığı təqdirdə də davam etdirmək istəyər. Halbuki, Allahın razılığının ən çox olduğu davranış forması, fərqli zaman və şərtlərə görə dəyişə bilər. Ağıllı mömin də həmişə dəyişə bilən bu şərtləri qiymətləndirərək, ən ideal hərəkət və davranış tərzini qavrayıb tətbiq edən mömindir. Ağlını istifadə etməyə vərdiş etməyən kəslər isə, hər vəziyyətdə müəyyən sabit davranış qəliblərini tətbiq edər, bunun müvəffəqiyyətsiz nəticələrindən də ibrət götürməzlər.

Bir gün İslamın mənfəətinə olan bir işi, başqa bir gün yenidən etmək olduqca boş və mənasız ola bilər. Bunun kimi, müəyyən zamanlarda gedilməli bir yerə həmişə getməyi vərdiş halına gətirmək, tamamilə zaman itkisinə səbəb olar. Şeytan da düşünmə və ağlını işlətmə tənbəlliyi ilə əziyyət çəkən kəslərə bu yolla vəsvəsə verər. Onları nə İslama, nə də özlərinə fayda verməyən, əksinə zərər gətirən, əhəmiyyətsiz, cansıxıcı və qəlibləşmiş işlərlə məşğul etməyə çalışar. Onlara bu etdiklərini faydalı və lazımlı şeylərmiş kimi göstərib möminləri əsl hədəflərindən, əsas mövzulardan uzaqlaşdırmağa, onları passivləşdirib, geri buraxaraq İslam fəaliyyətini baltalamağa çalışar. Onları bu şəkildə, küfrlə və küfr sistemiylə boş yerə qaynayıb-qarışacağı mühitlərə tez-tez salaraq imani dərinliklərinin azalmasını, küfrün bol mənfi təlqinlərinə məruz qalıb mənəvi istiqamətdən çökmələrini istəyər.

Qurana görə hərəkət edən, onun əmr və qadağalarına uyan bir möminin onsuz da ağlı və şüuru son dərəcə açıq olar. Buna görə, Şeytanın tələlərinə aldanaraq şüurunun qapalı olduğunu hiss edən bir insan əvvəlcə bütün işlərini buraxıb mövcud vəziyyətdən və "qovulmuş şeytan"dan Allaha sığınmalıdır. Daha sonra səmimi analiz edib, özündə bu vəziyyəti meydana gətirən səbəbləri tapmalıdır. Bunlar, Allah ilə olan mənəvi əlaqəsində, Qurana uymasında, Allahın sərhədlərini güdməsində ortaya çıxan nöqsan və zəifliklərdir. Bunları düzəldə bilmək üçün Allaha dua etməli, yalvarmalıdır. Çünki düşdüyü anormal ruh halından xilas olması, "şeytanın pisliklərini" üzərindən atması, ağlını qurtarması, o halıy ilə edəcəyi bütün işlərdən daha çox əhəmiyyətlidir. Çünki Peyğəmbərimizin dediyi kimi, "ağlı olmayanın dini yoxdur". Dini olmayanın da axirətdəki mövqeyi müəyyəndir: Quranın ifadəsiylə, "işləmiş, boşuna yorulmuşdur." (Ğaşiyə surəsi, 3)

"Tədbirli olma" təlqini


Bu, ümumiyyətlə, İslamiyyətlə yeni tanış olan kəslərdə rast gəlinən və İslamdan kənar bir həyatı mənimsəmiş olan yaxınlarından və əvvəlki əhatəsindən reaksiya alma, əziyyət görmə qorxusuna əsaslanan bir təlqindir. Şeytan, insandakı bu cür zəiflikləri istifadə edərək, onu köhnə dostlarıyla, ətrafıyla daima birlikdə tutmaq və onların dindənkənar təlqinlərinə məruz buraxmaq istəyər. Bunu təmin etmək üçün, insana, "köhnə əhatənə qarşı gözə batmamaq üçün onlarla da vaxt keçirməlisən" şəklində vəsvəsələr verə bilər.

Həqiqətən də, insanın müsəlman olmasından ötəri yaxın ətrafından maddi və ya mənəvi zərər görmə ehtimalı varsa, ya da dinin mənfəətləri elə tələb edirsə, Quranın ölçüləri içərisində müxtəlif tədbirləri alması lazımdır. Bu cür bir istisnaya aşağıdakı ayədə də yer verilmişdir:

Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsə bilsin ki, Allah ilə onun heç bir əlaqəsi yoxdur. Ancaq onlardan gələn təhlükədən çəkinməklə ehtiyat etməyiniz istisnadır. Allah sizi Özündən çəkindirir. Dönüş də ancaq Allahadır. (Ali İmran surəsi, 28)

Quranda müəyyən şərtlər altında küfrə qarşı tədbir görülməsi istiqamətində- özünü bəlli etməmə, imanını gizlətmə kimi-çoxlu nümunələr vardır. Təbii bunların tətbiq olunma şəkilləri də küfrün davranış tərzinə, azğınlığına görə dəyişər. Burada əhəmiyyətli olan aradakı tarazlığı çox yaxşı qura bilməkdir. Nə ucuz qəhrəmanlıq sevdasıyla lazımsız gərginliklər, süni problemlər yaradılmalı, nə də tədbir adı altında küfrlə səmimi olunmalıdır. Yalnız ibadət məqsədi davranmalı və lazımlı olan müddətdən bir dəqiqə belə çox onlarla birlikdə vaxt keçirməməyə diqqət göstərməlidir.

Əvvəl tədbir məqsədiylə başlayıb sonra hal, rəftar, davranış və düşüncə olaraq küfrün quruluşundan təsirlənməyə, narahatlıq duymamağa, hətta daha da sonrası küfrə qarşı emisional bir yaxınlıq duymağa başlamaq isə, hadisənin rəhmani ölçüdən çıxıb şeytani ölçüyə girdiyinin ən böyük əlamətidir.

Hər şeydən əvvəl, alınan tədbirin növü nə olursa olsun, həyati bir təhlükə ya da əhəmiyyətli bir fiziki zərər görmə vəziyyəti olmadığı müddətcə bu, Allahın fərz və ya haram etdiyi mövzuları pozmağa bir səbəb ola bilməz. Burada mömin sınanıldığını, ən gözəl şəkildə səbir edib köməyi Allahdan gözləməli olduğunu bilməlidir. Başda peyğəmbərlər olmaq üzrə Quranda nümunə verilən möminlərin çoxu yaxın ətraflarıyla imtahan edilmişlər, lakin Allahın dini mövzusunda güzəştə gedib zəiflik göstərməmişlər, onlara meyil etməmişlər. Digər möminlərin də mütləq küfrlə bu şəkildə sınanılacaqları və buna səbir etməli olduqları ayələrdə bildirilmişdir:

Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, bilin ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir. (Ali İmran surəsi, 186)

Xidmət təlqini

Şeytan, bu hissənin əvvəlində də izah etdiyimiz kimi, bilavasitə azdıra bilmədiyi, Allaha üsyana sürüyə bilmədiyi kəsləri Allah və din adına azdırmağa çalışar. Bu, şeytanın ən hiyləgər hiylələrindən biridir. Necə ki, Allah, möminləri, "yalançıların Allah ilə aldatması"na qarşı diqqətli olmağa çağırar:

... Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu fani dünya sizi çaşdırmasın, hiyləgər şeytan da sizi Allahın əzabından arxayınlaşdırıb tovlamasın. (Loğman surəsi, 33)

İnsan bəzi vəziyyətlərdə, din adına zənn etdiyi bir işdə, əslində tamamilə nəfsinin bəzi arzularını təmin etməklə məşğul ola bilər. Belə anlarda nəfs və onun ən böyük ağıl müəllimi olan şeytan bu istəkləri İslama xidmət örtüyünə bürümədə son dərəcə qabiliyyətlidirlər.

Allah möminin dünyadakı mübarizəsi əsnasında ona bir çox nemətlər verə bilər, onu nəfsinin xoşuna gələcək müxtəlif mühitlərə sala bilər. Möminin, fəaliyyət şüurunu itirmədiyi, niyyətini və ixlasını ən başdakı şəkliylə qoruduğu təqdirdə, Allahın qarşısına çıxardığı bu qanuni nemətlərdən zövq almasında, faydalanmasında heç bir qorxu yoxdur. Çünki Allahın verdiyi bu nemətlər onun Allaha daha çox şükür etməsi, Ona daha da yaxınlaşması üçün çox gözəl vəsilələrdir.

Ancaq başlanğıcda fəaliyyət üçün, dinin xeyiri üçün edilən bir hərəkət, bir müddət sonra məqsədindən aza bilər, fəaliyyətin imkanları və üsullarından qaynaqlanan bəzi nemətləri məqsəd halına gətirə bilər. Məhz bu nöqtədə, şeytanın tələsinə düşülər. Bu tələyə düşən insan, o işdən heç bir əcr qazana bilməyəcəyi kimi, Allah rizası bəhanəsiylə etdiyi bu işdən bütlərinə də (nəfsinə, istəyinə) pay ayırar və şüurunda olmadan Allaha şirk qoşmaq kimi ağır bir günahı işləmiş olar. Yüz faiz Allahın razılığının güdülmədiyi, eyni anda bütlərin də razılığının güdüldüyü ibadət görünüşündəki bir işin Allah qatındakı vəziyyəti və nəticəsi ayədə konkret bir bənzətməylə açıqlanmışdır:

Onlar Allah üçün Onun yaratdığı əkindən və mal-qaradan pay ayırıb öz batil iddialarına əsasən: “Bu, Allah üçündür, bu da şərik qoşduqlarımız bütlər üçündür” – deyirlər. Şərikləri üçün ayırdıqları pay Allaha çatmır, Allah üçün ayırdıqları pay isə şəriklərinə çatır. Onların verdikləri hökm necə də pisdir! (Ənam surəsi, 136)

Daha əvvəl də təfərüatlı olaraq toxunduğumuz kimi, bir zərurət ya da Quranın göstərdiyi bir hədəf olduğu zaman əlbəttə küfr mühitinə girilər. Ancaq, Allah və din adı altında, işi xidmət örtüyünə bürüyərək bir sıra eqoist məqsədlər uğruna küfrün olduğu mühitlərə girməyə çalışmaq çox böyük bir səmimiyyətsizlikdir. İnsanın, şeytanın bu cür hiyləgər yumşaq keçidlərinə qarşı son dərəcə diqqətli olub, niyyətinə nəzarət etməsi, küfrün arasına girməyi həqiqətən Allah rizası üçünmü yoxsa istək və həvəsini təmin etmək üçünmü istədiyini səmimi olaraq öz nəfsində sorğulaması lazımdır. Əslində edilən işin ixlaslı yoxsa eqoist olduğunu hər kəs öz vicdanında bilər. Xalis möminlər də ilk baxışda bunu rahatlıqla anlayar, ona görə lazım olan rəftarı sərgiləyərlər.

"İş işdən keçdi" təlqini

Bir əvvəlki hissədə toxunduğumuz ruh halının meydana gətirəcəyi ən böyük təhlükə, insanın zamanla özünə olan etibarını və səmimiyyətini itirməsidir. Bu güvən bir dəfə sarsılsa, bunun ardından, şeytanın müxtəlif vəsvəsələri ard-arda gələr. Şeytan, insana, "sən səmimiyyətsizsən, həqiqi bir mömin deyilsən" kimi təlqinlər verməyə başlayar. Bu psixologiya içində edilən bir səhv, bir-birinin ardınca gələn yeni səhvlərə gətirib çıxarar. Ara dildə "batdı balıq yan gedər" şəklində yekunlaşdırılan bu psixologiya, kiçik bir səhv etmiş olan bir insanı, qısa müddətdə böyük bir məhvə və daha böyük günahlara sürüyə bilər.

Halbuki, bu, şeytanın bir tələsidir. Qurana görə, bir insan nə qədər günah işlərsə işləsin, "geri dönülməz" bir nöqtəyə çatmaz. Bir başqa sözlə, zərərin harasından dönülsə kardır.

İnsan müxtəlif səbəblərdən ötəri nəfsinə uyaraq küfr mühitinə və həyatına meyil etmişsə dərhal səmimi olaraq tövbə edib bağışlanma diləməli, Allaha sığınıb dua etməlidir. Şeytan şübhəsiz bu vaxt, "iş işdən keçdi, artıq çox gecdir; bu qədər günahdan sonra qurtuluş olmaz; madam bu qədər günaha batdın heç olmasa haqqını ver" kimi müxtəlif vəsvəsələrlə o insanın tövbə edib doğru yola yönəlməsini maneə törətməyə çalışacaq. Halbuki, nə qədər pis bir vəziyyətdə olursa olsun səhvini bilib səmimi bir ürəklə Allahdan bağışlanma diləyən bir kimsəni Allah geri çevirməz. Bu, Allahın sonsuz mərhəmətinin bir gərəyidir:

Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl Sözə tabe olun! (Zumər surəsi, 53-55)

Allah sonsuz böyüklüyü ilə birlikdə sonsuz bir bağışlamaya malikdir. Bir insan tövbə edib günahından imtina edincə, onun köhnə pisliklərini bağışlayıb yaxşılığa çevirər. Quran, bu vəziyyəti belə ifadə edər:

Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir! Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar. (Furqan surəsi, 70-71)

İnsan əvvəldən bir neçə dəfə eyni günahı işləmiş olsa da, peşman olub yenidən tövbə edə bilər. Bu nöqtədən sonra, Allah, o insanda köklü xarakter dəyişikliyi yaradıb, onu çox daha üstün bir mövqeyə gətirə bilər. Allah münafiqlikdən belə peşman olub o mövqedə israr etməyənlər üçün tövbə qapısını açıq buraxmışdır:

Həqiqətən, münafiqlər Odun ən aşağı təbəqəsində olacaqlar; və sən onlara heç bir köməkçi tapa bilməzsən. Tövbə edənlər, əməllərini islah edənlər, Allahdan möhkəm yapışanlar və öz dinlərini Allaha məxsus edənlər istisnadır. Bunlar möminlərlə birgə olacaqlar. Möminlərə isə Allah böyük mükafat verəcəkdir. Şükür etsəniz və iman gətirsəniz, sizə əzab vermək Allahın nəyinə gərəkdir? Allah itaətkar qullarına təşəkkür edəndir, Biləndir. (Nisa surəsi, 145-147)

Allahın bu sonsuz bağışlayıcılığı həmişə ağılda tutulmalı və bunun rahatlığını yaşamalıdır. Ancaq burada incə bir xətt vardır. İnsan, heç bir zaman, "mən günah işləyim, necə olsa Allah bağışlayar" kimi yanlış bir məntiq inkişaf etdirməməlidir. Çünki Allahın bağışlaması, ancaq səmimiyyətlə mümkün olar. Halbuki, bəhs etdiyimiz məntiq tamamilə səmimiyyətsizlikdir. Bu cür bir məntiq, günahı və ixlassızlığı vərdişə çevirər. İxlassız hərəkətləri vərdiş halına gətirmək isə, insanı münafiqliyə sürüyər.

Qurana baxdığımızda, ixlassız bir davranışı, bilə-bilə vərdiş halına gətirmənin, Allahın əhəmiyyətli bir sərhədini israrla tapdalamanın, çox böyük bir təhlükə olduğunu görərik. Bu rəftarı göstərən insan, "onlar, özündən çəkindirildikləri “şeyi etməkdə israr edib baş qaldırınca” onlara: "Alçaq meymunlar olun" dedik." (Əraf surəsi, 166)" ya da cəhənnəm əhli üçün deyilən, "Onlar, böyük günah üzərində israrlı davrananlar idi. (Vaqiə surəsi, 46)" ayələrinin əhatəsinə girəcəyini unutmamalıdır. Dini tanıyıb öyrəndikdən sonra bu cür bir rəftar göstərərək küfrə düşmək, insanı digər inkarçılardan da aşağı bir mövqeyə sürüyər.

İxlassızlığı vərdiş halına gətirən insan, zamanla duyduğu vicdan əzabını ört-basdır edə bilmək üçün öz-özünü, etdiyi işin doğru olduğuna inandırmağa başlaya bilər. Və eyni şəkildə möminləri də aldatdığını, idarə etdiyini zənn edə bilər. Ayələrdə də bu vəziyyət belə təsvir edilir:

Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və bunu anlamırlar. Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də ağrılı-acılı bir əzab çəkəcəklər. (Bəqərə surəsi, 9-10)

"Mən küfrün yanında əylənərəm, sonra vicdanımı rahatlaşdırmaq üçün də möminlərin arasına dönərəm, gündəlik ibadətlərimi də edərəm" kimi ikili standart məntiqi də şeytanın ən əhəmiyyətli hiylələrindən biridir. Belə bir məntiqin Quranın ruhuna və hökmlərinə tamamilə zidd olduğu açıq şəkildə ortadadır. Quran belə kəsləri "Arada tərəddüd edib dayanarlar. Nə onlarla, nə bunlarla. Allah kimi azdırsa, artıq sən ona yol tapa bilməzsən." (Nisa surəsi, 143) ayəsiylə təsvir edər. Ayədə ifadə edilən xüsusiyyət də münafiq xüsusiyyətindən biridir. Bundan əvvəlki ayədə də bu yanlış zehniyyətə sahib münafiqlərin digər təyinedici xüsusiyyətləri sayılmışdır:

Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki Allah onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər. (Nisa surəsi, 142)

Bir insan ya müsəlmandır, ya deyil. Əgər özünə görə bir "qarışıq" meydana gətirməyə çalışar, İslamın xoşuna gələn yönlərini qəbul edib, nəfsinə ağır gələn yönlərinə üz çevirsə, "yarım müsəlman" olmaz, ya müşrik ya da münafiq olar. Bir ayə, bu kimilərinin vəziyyətini belə açıqlayar:

İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib küfrə qayıdar. O adam dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur. (Həcc surəsi, 11)

Bu yanlış zehniyyətə sahib olan münafiqlər, eyni üzsüzlüklərini sonralar da davam etdirəcək, özlərinin möminlərlə birlikdə olduqlarını iddia edəcək və "(biz də) sizinlə birlikdə deyildikmi?" (Nisa, 141) deyərək möminlərin müvəffəqiyyətindən pay almaq istəyəcəklər. Halbuki, Allah da, möminlər də kimin nə olduğunu bilirlər. Quran bu kimilər haqqında bu hökmü verər:

Onlar sizə göz qoyurlar (gözləyirlər ki sizə bir bəla gəlsin). Əgər Allahdan sizə bir qələbə gəlsə: “Məgər biz də sizinlə deyildikmi?” – deyərlər. Əgər kafirlərə bir qələbə nəsib olsa: “Məgər biz möminlərlə birlikdə sizə qalib gələ bilməzdikmi, sizi möminlərdən qorumadıqmı?” – söyləyərlər. Qiyamət günü Allah sizin aranızda hökm verəcəkdir. Allah kafirlərə möminləri məğlub etməyə yol verməyəcəkdir. (Nisa surəsi, 141)

Yüklə 452,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə