Camaat namazi



Yüklə 364,92 Kb.
Pdf görüntüsü
səhifə1/11
tarix30.10.2018
ölçüsü364,92 Kb.
#76400
  1   2   3   4   5   6   7   8   9   10   11


 

Ramil Soltanov 

 

 

 



 

 

 



 

 

CAMAAT 



NAMAZI

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Bakı-2007 

 



 

2

Camaat namazı 



 

   Həqiqətən  şükür  və  tərif  yalnız  Allaha  məxsusdur!  Biz  Ona  həmd 

edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma və bizi doğru yola 

yönəltməyi  diləyirik,  nəfslərimizin  şərindən  və  pis  əməllərimizdən 

qorunmaq  üçün  yalnız  Ona  pənah  aparırıq.  Allah  kimə  hidayət 

verərsə o, doğru yolda olar, kimi azdırarsa onu doğru yola yönəldən 

tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan 

məbud  yoxdur,  Onun  şəriki  yoxdur  və  şahidlik  edirəm  ki,  Muhəm-

məd Onun qulu və elçisidir. 

   “Ey  iman  gətirənlər!  Allahdan  lazımınca  qorxun  və  ancaq  məsəlman 

olduğunuz halda ölün!”

1

  



   “Ey  insanlar!  Sizi  tək  bir  şəxsdən  (Adəmdən)  xəlq  edən,  ondan  da  onun 

üçün zövcə (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadın (törədib 

yer  üzünə)  yayan  Rəbbinizdən  qorxun!  Adı  ilə  bir-birinizdən  (cürbəcür 

şeylər)  istədiyiniz  Allahdan  qorxun  və  qohumluq  əlaqələrini  kəsməkdən 

(həzər edin)! Həqiqətən, Allah sizə Nəzarət edəndir!”

2

 



  “Ey  iman  gətirənlər!  Allahdan  qorxun  və  doğru  söz  söyləyin!  (Əgər  belə 

etsəniz)  Allah  əməllərinizi  islah  edər  və  günahlarınızı  bağışlayar.  Hər  kəs 

Allaha və Onun elçisinə itaət etsə, böyük bir səadətə nail olar”.

3

 



   Artıq  hər  kəsin  də  bildiyi  kimi  İslamın  dirəklərindən  biri  və 

kəlimeyi  tövhiddən  sonra  ən  mühümü  namazdır.  Namaz:  lüğəti 

mənada dua deməkdir. Dində isə; məlum olan xüsusi kəlmələri ifadə 

etmək  və  hərəkətləri  yerinə  yetirməklə,  təkbirlə  başlayıb,  təslimlə 

qurtaran, niyyət ilə olunan ibadətə deyilir. 

 

Namazın hökmü   



   Namazın  İslamda  yeri  böyükdür.  O,  Allahın  təkliyinə  və  Muhəm-

mədin    Onun  qulu  və  elçisi  olduğuna  şəhadət  gətirdikdən  sonra 

yerinə  yetirilməsi  vacib  olan  ilk  əməl  və  dinin  dirəyidir.  Bütün 

                                                   

1

 Ali-İmran, 102. 



2

 ən-Nisa, 1. 

3

 əl-Əhzab, 70-71.



 


 

3

peyğəmbərlər  öz  ümmətlərinə  namaz  qılmağı  əmr  etmişlər.  Allah, 



namazı  bütün  ümmətlərə  vacib  buyurduğu  kimi  bizim  ümmətə  də 

vacib  buyurmuşdur.  Uca  Allah  buyurur:  “Halbuki  onlara,  dini  məhz 

Allaha  məxsus  edərək,  həniflər  kimi  ibadət  etmək,  namaz  qılmaq  və  zəkat 

vermək əmr olunmuşdu. Doğru din də elə budur

”.

4

 



   İbn  Ömər (r.a) rəvayət  edir  ki,  Peyğəmbər    dedi: “İslam beş  əsas 

üzərində  bina  edilmişdir:  Allahdan  başqa  ilahın  olmaması  və 

Muhəmmədin  Onun  elçisi  olmasına  şahidlik  etmək,  namaz  qılmaq, 

zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq”.

5

 

 



Namazın ibadətlər arasında yeri 

   Muhəmmədə 

  ilk  vəhyin  gəlməsindən  və  ona  peyğəmbərlik 

verilməsindən on il sonra Uca Allah namazı Peyğəmbərə   meracda 

olarkən  arada  heç  bir  vasitə  olmadan  əmr  etmişdir.  Bu  müddətə 

qədər  o,  insanlara  tək  Allaha  ibadət  etməyi,  ona  şərik  qoşmamağı 

əmr  edirdi.  Müsəlmanların  qəlbində  əqidə  möhkəmləndikdən  sonra 

Allah onlara gün ərzində beş vaxt namaz qılmağı vacib buyurdu. Uca 

Allahın Quranda namazı digər ibadətlərdən çox xatırlatması namazın 

əzəmətini  bildirir.  Bu  ibadətə  xas  olan  bəzi  xüsusiyyətlər  vardır  ki, 

bunlar  başqa  ibadətlərdə  yoxdur.  Bunlardan;  Uca  Allah  bu  ibadətin 

yerinə  yetirilməsini  hər bir  halda  vacib etmişdir.  Başqa  ibadətlərdən 

fərqli  olaraq  namazı  bütün  insanlara;  kişi  və  qadına,  qul  və  azad 

olana,  zəngin  və  kasıba,  müsafir  və  səfərdə  olmayana,  xəstə  və 

sağlama  vacib  buyurmuşdur.  Həmçinin  digər  ibadətlərdən  fərqli 

olaraq namazı Allah öz peyğəmbərlərinin dili ilə hər bir ümmətə əmr 

etmişdir. Uca Allah İbrahimin (a.s) dili ilə buyurur: “Ey Rəbbim! Məni 

də,  nəslimdən  olanları  da  namaz  qılan  et!

”.

6

 Uca  Allah  Musaya  (a.s) 



buyuraraq  deyir:  “Həqiqətən,  Mən  Allaham.  Məndən  başqa  heç  bir  ilah 

yoxdur.  Mənə ibadət  et və  Məni  xatırlamaq  üçün  namaz  qıl!”.

7

 Həmçinin 



Allah  Muhəmməd  peyğəmbərə    xitab  edərək  deyir:  “Ailənə  namaz 

                                                   

4

 əl-Beyyinə surəsi, 5 . 



5

 Səhihu-l-Buxari 8, Səhih Muslim 113. 

6

 İbrahim surəsi, 40 



7

 Taha surəsi, 14 




 

4

qılmağı əmr et, özün də onu səbirlə yerinə yetir



8

. Bu mənada olan ayələr 



Quranda çoxdur.   

 

Camaat namazının şəriətdən olması 



   Uca  Allah  bir  çox  ibadətləri  camaatla  birlikdə  yerinə  yetirməyi 

müsəlmanlara  əmr  etmişdir.  Bu  ibadətlərdən  biri  də  namazdır. 

Camaat  namazı  ibadətlərin  ən  fəzilətlilərindən  biridir.  Uca  Allah  bu 

ümmətə  müəyyən  vaxtlarda  camaat  namazı  qılmaq  üçün  bir  yerə 

toplaşmağı  buyurmuşdur.  Bunlardan  bəzisinə  hər  gün,  bəzisinə 

həftədə  bir  dəfə,  bəzisinə  ildə  bir  dəfə,  bəzisinə  isə  ancaq  səbəb 

olduqda  yığışılır.  Namazın  camaatla  qılınmasında  bir  çox  faydalar 

vardır.  Müsəlmanlar  camaat  namazına  durduqda  dövlətli  və  kasıb, 

ağ və qara eyni olur. Hamı Allahın qabağında baş əyir. Camaatın bu 

şəkildə bir yerə toplaşaraq namaz qılmalarının faydalarından; müsəl-

manlar  arasında  sevgi,  qardaşlıq, qəlblərin biri-birinə  bağlanması və 

s.  göstərmək  olar.  Müsəlmanlar  bir  yerə  toplaşdıqda  bir-biriləri  ilə 

tanış olur, dərdlərinə şərik çıxır, bir-birilərinə köməklik göstərirlər. 

   Camaat namazına gəlməyən şəxsin isə iki halı vardır.  

Birinci hal: Üzrlü səbəbdən camaat namazını tərk edir və həmin şəxsə 

niyyətinə görə savab yazılır. 

İkinci hal: Üzrsüz səbəbdən camaat namazını tərk edir və həmin şəxs 

böyük  savabdan  məhrum  olmaqla  yanaşı  həm  də  böyük  günah 

qazanır. 

 

Camaat namazının tarixi 



   Uca  Allah  namazı  camaatla  qılmağa  Məkkədə  icazə  versə  də  onu 

vacib  buyurmamışdır.  Peyğəmbər 

  meracdan  dönəndən  sonra 

Cəbrail  (a.s)  gələrək  Peyğəmbərlə    birlikdə  namaz  qılmışdır.  Bu 

hadisədən  sonra  Peyğəmbər 

  namazları  camaatla  qılmağa 

başlamışdır.  Mədinəyə  gəldikdən  sonra  isə  Peyğəmbər 

  camaat 

namazını vacib buyurmuşdur. 

 

                                                   



8

 Taha surəsi, 132 




Yüklə 364,92 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə