Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə14/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   10   11   12   13   14   15   16   17   ...   48

42 

 

-    İra,  məni  hövsələdən  çıxarma!  Bunun  kimin  işi  olduğunu 



həmən mənə söyləyəcəksən! Yoxsa, səni də bitirərəm! - Vaqif 

İradəni hədələdi. 

    Həmin  gün  söhbət  ancaq  mübahisə  ilə  bitdi.  Vaqif  əvvəlcə 

İradəni təhdid etdi, amma qız onun qarşısından qaçmadı, onu 

tutarlı  faktlarıyla  özünə  tabe  etməyə  məcbur  etdi.  Artıq 

biznesmen  İranın  arxasında  kiminsə  dayandığını  anladı  və 

bundan  sonra  onunla  danışığında  səsinin  tonunu  alçatdı.  İra 

söhbəti  həmin  gün  qəsdən  yarımçıq  saxladı  və  gedərkən 

Vaqifə sabaha kimi vaxtının olduğunu xatırlatdı.  

    Ertəsi  gün  səhər  tezdən  Aslan  hövlnak  İradəni  yanına 

çağırdı  və  ondan  Vaqif  Məmmədovla  aralarında  nə  baş 

verdiyini öyrənmək istədi. İra heç nə olmamış kimi, özünü çox 

təmkinli apararaq, bu işin yalnız ona aid olduğunu bildirdi. Baş 

redaktor  da  əvvəlcə  İradəni  hədələmək  istədi,  ancaq  o,  qızın 

əlində Aslan barədə də tutarlı dəlil-sübutun olduğunu biləndən 

sonra  yumşalıb,  quzuya  döndü  və  xanım  jurnalistlə  daha 

mehriban,  daha  ehtiyatla  davranmağı  qərara  aldı.  İradə  baş 

redaktorun nəzərinə çatdırdı ki, əgər o, Vaqifin işinə hər hansı 

vasitə  ilə  müdaxilə  etməyə  cəhd  göstərməyə  çalışarsa,  o 

zaman  İra  onunla  Vaqif  arasındakı  danışığı  da  lazım  olan 

yerlərə  çatdıracaq.  Bunu  eşitcək,  Aslanın  bənizi  qaçdı,  nitqi 

tutuldu,  gözlərindən  yalvarış  dolu  baxışlar  sezildi,  yazıq 

görkəm aldı... 

     Axşamtərəfi  Vaqif  zəng  vurub,  İra  ilə  görüşmək  istədiyini 

bildirdi.  Bu  görüşdə  o,  videodiskə  görə  İradə  ilə  bazarlıq 

etməyə  məcbur  oldu  və  xanım  jurnalistdən  diskin  qiymətini 

soruşdu. İra ona əlli min dollar oxudu. Vaqif isə məbləğin çox 

olduğunu  bildirdi.  Sonra  İra  bəyan  etdi  ki,  əgər  bu  disk  lazım 

olan yerə çatarsa, o zaman o, heç yüz min dollarla da canını 

qurtara  bilməz.  Ən  sonda  Vaqif  videodiskə  20  min  dollar 

verməyə razı oldu və tərəflər anlaşdı.  

     Ertəsi  gün  İra  surəti  çıxarılmış  üç  videodiski  də  gətirib, 

Vaqifə təqdim etdi və müqabilində ondan iyirmi min dollar aldı. 



43 

 

     İradə  pulu  alan  kimi,  Raziyəyə  zəng  vuraraq  onu  evlərinə 



dəvət etdi. Raziyə İragilə gəldi. İra gülərək “əməliyyat”ın uğurla 

nəticələndiyini sevinclə rəfiqəsinə söylədi. 

-   Raziyə, al bu da sənin payın, - deyə İra Raziyənin qarşısına 

on min dollar qoydu. 

-  İra, bilirsən 

ki, 


mən bu pulları götürə bilmərəm. Bunlar haram 

pul hesab olunur. - Raziyə pulu götürməkdən imtina etdi. 

-    Sən  nə  danışırsan,  Raziyə?  Nə  halal,  nə  haram?  Bu  pulu 

qazanmaqda  zəhmətimiz  olub;  buna  görə  planlar  qurmuşuq, 

gecələr  yatmayıb  fikirləşmişik,  qorxu,  həyəcan  keçirmişik, 

özümüzü  hətta,  alçatmışıq  da.  Bəs  bütün  bunlar  səncə  iş, 

zəhmət hesab olunmur?!  

-    İra,  mənə  haram  pul  lazım  deyil.  Mən  övladıma  heç 

zaman  haram  tikə  yedirtmərəm.  Haram  şeylərin 

fəsadları  çox  ağır  olur.  Oxuduqlarımdan  bilirəm  ki, 

haram  mal  qazanan  şəxsin  həcci  və  ümrəsi  Allah 

dərgahında  qəbul  deyil.  Məhəmməd  Peyğəmbər  (s) 

buyurur ki, “haram yeyərək ibadət etmək, qumun və ya 

başqa  sözlə  desək,  suyun  üzərində  bina  tikməyə 

bənzəyir.”  Allahın  Peyğəmbəri  (s)  daha  sonra  buyurur:  “Bir 

tikə  haramdan  imtina  etmək,  Allaha  iki  min  rikət  müstəhəbb 

namaz  qılmaqdan  daha  xoş  gəlir.”  Belə  bir  rəvayət  də 

olunur ki, Musa  peyğəmbər  ağlayaraq,  Allaha  dua edib 

yalvaran  bir  şəxsi  gördü.  Allah  tərəfindən  Musaya 

xəbər  gəldi  ki,  o  nə  qədər  dua  etsə  də,  onun  duası 

qəbul  olmayacaq.  Çünki  onun  qarnında,  belində  və 

evində  haram  vardır.”  Daha  sonra  Allahın  Rəsulu  (s) 

buyurur:  “Duasının  qəbul  olmasını  istəyən  şəxs 

yeməyini və qazancını haramdan təmizləməlidir.” 

    İra,  yəni  bunları  sənə  deməkdə  məqsədim  haram 

yeməyin  nə  qədər  böyük  günah  olduğunu  bildirməkdir. 

Mən  bu  pulu  hec  vaxt  götürə  bilmərəm,  -  deyə  Raziyə 

qəti etirazını bildirdi. 




44 

 

-    A-a-a-z,  nə  deyirsən?  İndiki  zamanda  bir  insan  məxluqi 



mənə göstər ki, halal yolla pul qazanmış olsun? Vallah, billah 

sənin  başın  xarab  olub.  Sənin  zənn  etdiyin  o  Allah  adamları 

da, Hacılar da halal pul qazana bilmirlər. İndi halalla haram bir-

birinə elə qarışıb ki, kimsə onu ayıra bilməz. Sən mənə inan, 

bacım. 

-   Xeyr, İra. Son dəfə deyirəm, mən bu pulu götürməyəcəyəm, 



daha  üz  vurma!  -  Raziyə  rəfiqəsilə  aralarındakı  mübahisəyə 

nöqtə qoydu. 

-  Yaxşı, onda özün bil. Allah sənin qəlbinə görə versin! Tanrı 

yolunu  daim  açıq  eləsin!  Allah  səni  heç  zaman  kimsəyə 

möhtac  etməsin!  Elə  isə  sənin  barəndə  başqa  bir  şey 

düşünmüşəm.  Raziyə,  əvvəlcə  günü  bu  gün  hər  ikimiz  ərizə 

yazıb  işdən  çıxaq.  Sonra  səni  bir  Allah  adamı  ilə  tanış 

edəcəyəm. O, insan əsl sən düşündüyün adamlardandır. O da 

sənin  kimi,  namaz  qılıb,  oruc  tutur,  həm  də  zəngin  adamdır; 

istər  mənəvi  cəhətdən,  istərsə  də  maddi  cəhətdən.  Onunla 

tanış  olandan sonra  mənə  haqq  qazandıracaqsan və  hələ  bir 

mənə çox sağ ol da deyəcəksən ki, səni belə bir adamla tanış 

etdim. O, səni yaxından tanıyandan sonra, istənilən köməkliyi 

sənə edəcək. - İra gülümsəyərək Raziyəni qucaqladı.  

    Ertəsi gün onların hər ikisi işdən çıxmaları barədə ərizələrini 

yazıb,  baş  redaktora  təqdim  etdilər.  Baş  redaktor  onlardan 

xahiş etdi ki, işdən çıxmasınlar. Amma... 

    İradənin tanış etdiyi adamın ayağı Raziyəyə düşərli oldu. Bu 

tanışlıq Raziyənin gələcək həyatını büs-bütün dəyişdi. Raziyə 

həmin xeyirxah insanın köməyi ilə orta məktəbdə dil-ədəbiyyat 

müəllimi kimi işə girdi. Bundan sonra Raziyə maddi cəhətdən 

çəkinlik  çəkmədi.  Onun  köməyi  vasitəsilə  Raziyənin  Həcc 

ziyarəti  də  gerçəkləşdi.  İndi  ona,  “Hacı  Raziyə  xanım”  deyə 

müraciət  edirlər.  O  bu  müraciətdən  çox  məmnun  qalır.  Uzun 

illərdən  bəri  qəlbindəki  gizli  saxladığı  arzusuna  qovuşmuşdu 

Hacı Raziyə xanım. 




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə