Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə2/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   2   3   4   5   6   7   8   9   ...   48

 

psixoloji  dünyasının  güzgüsü  kimi  daxili  duyum  hissini, 



düşüncələrini  özündə  əks  etdirə  bilmişdir.  Elə  buna  görə  də 

qələm  sahibinin  kövrək  hisslər  üzərində  köklənmiş  esselərinin 

dostları  və  oxucuları  tərəfindən  uğurla  qarşılanacağına 

əminəm.  Esselərdə  öz  əksini  tapmış  inam,  etiraf,  inad, 

küskünlük,  itirdiklərindən  doğulan  can  yanğısı  düşündürücü 

olduğu  qədər  də  bir  qəlbin  etiraz  səsidir.  Bu  esseləri  düşünə-

düşünə,  təhlil  edə-edə  oxudum.  Nəhayət  ki,  səni  sıxan,  qətrə-

qətrə  ürəyində  közərən  hisslərini  ifadə  edə  biləcək  bir  üslub 

tapa bilmisən. Təbrik edirəm, dostum, qələmin kəsərli olsun! 

                                                                                           

                                                                      

                                                                                                        

                                                                  Redaktor

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 



                  Gecikmiş sevgi 

                                      (hekayə) 

 

 

     



T

ələbəlik illərində Bakının Kubinka deyilən  məhəlləsində,  

tənha  yaşayan,  kimi-kimsəsi  olmayan  Klara  xalanın  həyət 

evində  kiçik  bir  otaqda  kirayəçi  qalırdım.  Həmin  həyətdə 

məndən  başqa,  daha  iki  kirayəçi  yaşayırdı,  ancaq  onlar  ailəli 

idilər. Klara xala digər kirayəçilərinə qarşı həddindən artıq sərt  

və  ciddi  davrandığı  halda,  mənə  qarşı  həmişə  qayğıkeş  və 

mehriban  idi.  O,  mənim  doğru-dürüst,  başıaşağı,  qızdan-

gəlindən  həyalı,  əxlaqlı  və  tərbiyəli  bir  gənc  olduğumu 

bildiyindən  mənə  qarşı  bu  cür  davranırdı.  Ailəli  kirayəçilər  ev 

pulunu  vaxtından  bircə  gün  belə  kecikdirsəydilər,  o  zaman 

Klara  xala  onlara  “toy”  tuturdu;  dişinin  dibindən  çıxanı  

söyləyirdi.    Mənə  isə  bu  barədə  heç  bir  söz  deməzdi.  

Həyətdəkilər  də  Klara  xalanın  xasiyyətinin  tünd  olduğunu 

bildiklərindən  daha  onun  sözünün  qabağına  bir  söz 

deməzdilər, sadəcə başlarını aşağı dikib eləcə

  susurdular.

 O, 


evdən bayıra çox nadir hallarda çıxardı, o da mağazaya ərzaq 

almağa gedəndə. Mən orada yaşadığım müddətdə kimsə onun 

qapısını  açıb  içəri  girmədi,  kimsə  ona  baş  çəkməyə,  əhvalını 

sormağa gəlmədi.  Bu həyət də ona atasından qalıbmış. Atası 

Böyük  Vətən  müharibəsinə  gedib,  bir  də  geri  qayıtmayıb. 

Atasından  sonra  Klaranın  anası  xəstəlikdən  öləndə,  balaca 

qızcığazın  cəmi  dörd  yaşı  varmış.  Sonra  ona  xalası  sahib 

çıxıb.  Beş  ildən  sonra  Klaranın  yeganə  ümidi  olan  xalası  da 

rəhmətə  gedib.  Bundan  sonra  Klara  Allahın  ümidinə  qalmış, 

həyatın onunla oynadığı  sərt və amansız oyunlarla  baş-başa 

qalaraq,  bütün  ömrü  boyu  təkbaşına  həyatla  mücadilə  edib.  

O,  ömrünün  27  ilini,  ən  gözəl  gənclik  illərini  həbsxanada 




 

keçirib. Cinayət ələmində ona ad da verilibmiş. Onu tanıyanlar 



Klaradan həmişə çəkiniblər, onun bir sözünü iki etməyiblər. O, 

heç bir vaxt  ailə həyatı qurmayıb. Deyilənə görə, gəncliyində 

onu  sevən  birisi  olub.  Klara  cavan  vaxtı  çox  gözəl  qız  imiş. 

Oğlan uzun müddət onun arxasınca “sürünüb,” ancaq heç cür 

qızı  özünə  ram  edə  bilməyib.  Klara  həyatda  kimsəyə 

güvənmədiyindən  oğlana  heç  fikir  belə  vermirmiş.  Klara  həm 

də  digər  qızlara  nisbətən  çox inadkar,  sərt,  ciddi  və  asanlıqla 

ipə-sapa  yatmayan  birisi  olub.  O,  oğlanlara  heç  bir  zaman 

inanmayıb.  Sonda  oğlan  qızın  bu  inadkarlığını  görüb,  onun 

qarşısını  kəsərək  deyib:    “Siz  mənim  sevgimə  müsbət  cavab 

verməsəniz,  özümü  dənizə  atıb  intihar  edəcəyəm!”  Amma 

Klara  həddindən  artıq  qürurlu  olduğundan  bu  dəfə  də

 

özünü 


oğlanın qarşısında sındırmaq istəməyib.  Və cavabında həmin 

oğlana: “ Kişi, özünü hər yerdə əsl kişi kimi aparmalıdır, daha 

qadın  qarşısında  acizliyini  göstərməz!  Bunu  da  bil  ki,  özünü 

intihar  etmək,    acizlik  əlamətidir.  Mənimsə  aciz  kişilərdən 

zəhləm  gedir!”  deyib.  Əslində,  qız  da  oğlana  qarşı  biganə 

deyilmiş,  hardasa  içində  ona  qarşı  azca  da  olsa,  istək  hissi 

varmış,  ancaq  o,  bu  istəyi  oğlan  duyacaq  qədər  ona  hiss 

etdirməyib.   

     Klara  özünü  müdafiə  üçün  yanında  həmişə  düyməli  bıçaq 

gəzdirərmiş.  Sonra  günlərin  birində  o,  dənizkənarı  parkda 

həmin  oğlanı  başqa  bir  qızla  qol-boyun  gəzdiyini  görüb  ona 

yaxınlaşıb:  “sevgisi  uğrunda  özünü  dənizə  atan,  oğlan,  xoş 

gördük. Bəs bu sevginə nə vəd etmisən, ay kişi qırığı?” deyib. 

Oğlan  da  Klaranın  bu  sözündən  bərk  əsəbiləşərək,    öz 

növbəsində  qızı  hiddətləndirib,  özündən  çıxarmaq  istəyərək 

deyib: “ Mən sizin arxanızca gedərək,  sərf etdiyim vaxta indi 

çox  heyifsilənirəm.    Çünki  anladım  ki,  siz  buna  heç

 

də  layiq 



deyilmişsiniz!”    Klara  bu  sözləri oğlandan eşidəndə,  beynində 

“qırmızı  işıq”  yanıb.  “Eləmi?!”  deyərək,  yanında  gəzdirdiyi 

düyməli  bıçağı  nə  vaxt  oğlanın  ürəyinə  sancdığını  belə 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə