Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə4/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   2   3   4   5   6   7   8   9   ...   48

12 

 

ki,  “oğul,  gördünmü  mənimki  həyatda  heç  gətirmir.  Çünki 



bəxtim-taleyim əvvə

l

cədən qara yazılıb!” 



    Həkimdən  Klara  xalanın  sağlıq  durumunun  bundan  sonra 

necə  olacağını  soruşdum.  O,  dərindən  köks  ötürüb  dedi  ki, 

Klara  xala  möhkəm  stress  keçirib,  daxili  həyəcan  yaşayıb  və 

bunun  nəticəsində  də  geniş  infarkt    baş  verib.  Həkim  könül 

açılası, ümidverici nəsə xoş bir söz söyləmədi. Mən çox məyus 

oldum, ev sahibəsinin bu halına acıdım. 

     İki gündən sonra həkimlərin səyinə baxmayaraq, Klara xala 

dünyasını  dəyişdi.  Onun  cənazəsinə  gözləmədiyimizdən  də 

çox  adam  gəlmişdi.  Hər  kəs  onun  kimsəsiz  olduğunu  bilirdi, 

ancaq  həyətdə  və  küçədə  gördüyümüz    insan  axını 

düşündüyümüzün tam əksini göstərdi... 

    Klara  xalanın  dəfninin  sabahısı

 

günü  parkda  həmin 



skamyada oturmuş Rəhman kişini gördüm. Əvvəcə gözlərimə 

inanmadım. Bir az da yaxınlaşdım. Yox, yox o, həqiqəqtən də 

Rəhman  kişi  idi.Ona  yxınlaşıb  bu  qədər  müddətdə  harada 

olduğunu  soruşdum.  Rəhman  kişi  möhkəm  xəstələndiyini  və 

xəstəxanada yatdığını söylədi.  

-   Bəs dedilər ki, sizi oğlunuz öldürüb?! - soruşdum. 

-  Oğul,  bunlar  şayiə  və  yalan  xəbərlər    idi  haqqımda 

çıxarmışdılar. Bunların hamısı boş söz

-

söhbətlərdi. De görüm, 



Klara xanım necədir? Onu nədənsə bu gün burada görmürəm. 

- Rəhman kişi nəzərlərini mənə zillədi. 

    Mən  başımı  aşağı  dikdim.  Əvvəlcə,  ona  bu  bəd  xəbəri 

vermək istəmədim. 

-  Oğul,  nə  oldu?  Klara  xanıma  bir  şeymi  olub?!  -  Kişi 

həyəcanla soruşdu.  

-    Rəhman  əmi,  Klara  xala  artıq  yoxdu!  Dünən  onu  torpağa 

tapşırdıq!    O,  sizi  çox gözlədi.  Sizin  ölüm  xəbərinizi  eşidəndə 

bərk  sarsıldı.  Günlərlə  özünə  qapandı,  nə  bir  tikə  çörək  yedi, 

nə də bir qurtum su içdi. Sonra yatağa düşdü, kimsəylə dinib

-

danışmadı.  Iki  gündən  sonra  geniş  infarkt  keçirdi.  Görünür, 



rəhmətlik sizə qarşı biganə deyilmiş. Sən demə, Klara xalanın 


13 

 

içində  bu  yaşına  qədər  biruzə  vermədiyi  və  kimsəyə  məlum 



olmayan sevgi dolu bir dünya varmış - dedim. 

-   Necə?! Klara öldü?! - deyə həyəcanlanan  Rəhman kişi göz 

yaşlarına  hakim  ola  bilmədi.  Sonra  o,  məndən  Klara  xalanın 

hansı  qəbiristanlıqda  dəfn  olunduğunu  soruşdu.  Mən  də 

söylədim.

 

    Ev sahibəsinin ölümündən sonra kirayə pulunu onun ancaq 



ölümü  günü  peyda  olan,  tanımadığımız  uzaq  qohumuna 

verməli olduq. O, hər ayın əvvəlində gəlib kirayə pullarını alıb 

gedirdi... 

    Klara  xalanın  yeddisi  günü  həyətdəki  kirayəçilərlə  birlikdə 

onun  qəbrini  ziyarət  etməyə  getdik.  Qəbiristanlıqda  Rəhman 

kişini  gördük.  O,  Klara  xalanın  qəbri  üstünə  təzə-tər  qızıl  gül 

çiçəkləri düzmüşdü. Mən ona diqqətlə nəzər yetirdim. Rəhman 

kişinin əvvəlkinə nisbətən sanki beli bükülmüşdü.  Anladım ki, 

kişinin  belini    bükən,  yaşının  bu  ahıl  çağında  onun  həyatına 

müsafir olan və çox da gecikmiş əsl sevgi imiş... 

 

                                                                                                                                                                 

                                                                     14.02.2014 

 

 

 

 

 

 

 

 

 

 



14 

 

 



                         Ziyarət 

                                   

(hekayə) 

 

 

     



H

acı  Raziyə  xanım  Gəncədəki  İmamzadəni  ziyarət  edib, 

bayıra  çıxandan  sonra

özündə  bir  məmnunluq,



 

rahatlıq  hiss 

etdi. 

Onun  bu  ziyarətgaha  ilk  deyil,  beşinci  gəlişi  idi.  Hacı 



xanım    nəinki  Azərbaycanda  ,  eləcə  də  xarici  ölkələrdə  - 

Hindistanda,  Rusiyada,  İranda,  Gürcüstanda,  Türkiyədə, 

Suriyada,  İraqda,  İordaniyada,  Səudiyyə  Ərəbistanında, 

Mərakeşdə,  Misirdə,  İsraildə  olan  bütün  müqəddəs  yerlərin 

hamısını ziyarət edib. 

    Hacı  Raziyə  xanım  ziyarətini  başa  vurub  evə  gəlmək  üçün 

bilet  alaraq,  Gəncə-Bakı  avtobusuna  əyləşdi.  O,  avtobusun 

pəncərəsindən  gördü  ki,  iki  əsgərlə  avtobusun  sürücüsü 

aralarında  nə  barədəsə  söhbət  edirlər.  Sonda  sürücü  başını 

yırğalayaraq  əsgərlərdən  ayrılıb  avtobusa  minərək,  keçib 

sükan arxasında oturdu. Avtobusun arxa tərəfində hələ üç boş 

yer  qalmışdı.  Hacı  Raziyə  xanım  istər-istəməz  avtobusun 

yanında  çox  pərişan  halda  dayanmış  iki  əsgərə  nəzər  yetirdi. 

Onlar  da  məlul-müşkül  dayanıb,  yola  düşməkdə  olan 

avtobusun sürücüsünə baxırdılar. Bu vaxt sərnişinlərdən kimsə 

ucadan: 


-   Çox gözləyəcəyik? Sür gedək də - dedi. 

-    İndi  tərpənirik,  -  deyə  sürücü  cavab  verdi.  Sonra  o,  yerdə 

dayanmış iki əsgərə: 

-   Yaxşı, gəlin minin - dedi. 

    Əsgərlər  elə  bil  ki,  sürücünün  bu  sözünü  gözləyirmişlər. 

Onlar  tez  gəlib  avtobusa  mindilər  və  keçib  arxadakı  boş 

yerlərdə  oturdular.  Yolun  yarısında  əsgərlərdən  biri  sürücüyə 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə