Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə48/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   40   41   42   43   44   45   46   47   48

152 

 

yollarda  qoydun,  həsrət  dolu  dünyam  mənim,  xoş  baxışlı, 



Anam mənim! 

    Xeyli  vaxtdır  isti  nəfəsinə,  nəvazişinə  həsrət  qalmışıq.  Heç 

cür  rahat  ola  bilmirəm.  Gecələr  narahat  yatıram.  Həmişə 

deyərdin: “Övlad ana qoynunda yatmasa, rahat olmaz!”  

    Ana,  indi  mən  sənsizlik  dərdinin  karvanına  bir  sarvan 

olmuşam.  Bu  ayrılıq  sinəmizi  dağladı.  Hər  dəfə  məzarın 

başına  gedəndə,  sanıram  ki,  indicə  məzardan  qalxıb 

boynumuza  sarılıb  deyəcəksən:“Yaxşı  balalarım,  bəsdir 

ağladınız!  Bilirəm,  mənsiz  sizlər  üçün  çox  çətin  oldu.  İndisə 

həyatımıza  yenidən  davam  edək!  Mənsiz  günlərinizə  əlvida 

deyək!  Qoy  yenidən  həyatınız  qaynayıb,  coşsun!  O  nigaran 

baxışlara,  qəm  karvanına,  dünyanın  həsrət  yükünə  birdəfəlik 

vida deyək! Bütün aləm duysun ki, Ana övladları üçün heç bir 

zaman ölmür. Analar övladların, övladlar isə anaların qəlbində 

əbədi yaşar!”  

     Bu  təsəlliyə  mən  də  qoşuluram.  Çünki    övladlar  anaların 

gözündə    qocalmadığı  kimi,  analar  da  övladların  qəlbində  ilk 

gördükləri tək  həmişə cavan qalarlar!.. 

 

                                                                                                                            

                                                                   08. 01. 2014 

                                      

     

 

   



    

     

 

 

 

 

 

 


153 

 

               



 Başqasına dəyişdin məni 

                                        (Esse) 

 

     



M

əni    tərk  edib,  başqasına  dəyişdin.  Səni  saf,  ülvi  bir 

məhəbbətlə  sevən  birisini,  sənin  gözlərini  pul,  qızıl,  ləl-

cəvahirat,  şan-şöhrətlə  dolduran  birisiylə  əvəz  etdin.  Bu 

sahədə  siz  qadınları  o  qədər  də  qınamaq  olmur.  Çünki  sizlər 

bu  parıltılara  daha  asan  aldanırsınız,  gözləriniz  tez  qamaşır, 

başınız həmən hərlənir, bu var-dövlətdən tez məst olursunuz. 

Necə  ki  sən  də  məst  oldun.  Sən  mənim  saf,  təmənnasız 

eşqimə xəyanət etdin. Xəyanət isə heç bir zaman bağışlanmır. 

“Səni ölüncəyə qədər sevəcəyəm!” deyirdin. Bəs harda qaldı o 

sevgi,    o  eşq?!    Demək,  hamısı  yalanmış.  Sənin  mənə  qarşı 

olan sevgin də, səmimiyyətin də yalanmış, saxta imiş. Getdiyin 

oğlanı  yaxşı  tanıyıram.  Onun  məndən  heç  bir  xüsusiyyəti 

üstün deyil. Nə boy-buxunda, nə yaraşıqda, nə xasiyyətdə, nə 

də  ki  sevgidə.  Onun məndən ancaq  bir  üstün cəhəti  var  ki, o 

da  onun  varlı-karlı  olmasıdır.  Sən  vara  aldandın,  ay  vəfasız! 

Bir  gün  peşman  olacaqsan  məni  tərk  etdiyin  üçün.  O  zaman 

artıq çox gec olacaq. Çünki bizim aramızda geri qayıda biləcək 

heç  bir  körpü  qalmayacaq.  Sən  məyus  olmuş

  halda


,  yazıq 

görkəmdə  dayanıb  uzaqdan  mənə  baxacaqsan.  Mənsə  sən 

tərəfə  heç  baxmayacağam  da!    Sevgin  mənim  üçün  çox  əziz 

idi. O sevgini sındırdın, param-parça etdin. Bundan sonra hələ 

bir  sənə  yenidən baxmağımı  da  istəyirsən?!    Əsla!  Mən  sənə 

qarğış etmək istəməzdim.  Amma gör ki, məni gedişinlə necə 

yandırmısan,  onunçün  səni  qarğıyıram.  “Qoy  sənin  sevincin 

hər  zaman  kədərə  dönsün!  Qoy  sənin  sevdiyin  hər  zaman 

sındırsın səni! Görüm ki, qüssə, həsrət, qəm-kədər çöhrəndən 

heç zaman əksik olmasın! Arzun, muradın içində qalsın!”  Mən 

səni deyil, sən məni itirdin, ay bivəfa! Sən bunu daha sonralar 

anlayacaqsan.  Sən  mənim  saf  eşqimi  qarşılıqsız  buraxdın. 




154 

 

Mən  öz  eşqimə  sahib  çıxdığım  zaman,  sənsə  ona  xəyanət 



etdin. 

    Mən  sənə  olan  eşqimi  uca  dağlardan  axan  şəlalərə,  sahilə 

can  atan  dalğalara,  gecənin  qaranlığında  göydə  sayrışan 

ulduzlara, dağ çeşməsinə, şəlalənin coşqusuna bənzətdim hər 

zaman. Sənsə... 

    İndi  mən  səni  ürəyimdən  necə  qoparıb  atacağım  barədə 

düşünürəm.  Bunu  bacaracağammı?!  Bilmirəm!  İndi  mənim 

sənə qarşı olan sevgim nifrətlə əvəz olunub. Sənə hədsiz nifrət 

edirəm!  Çoxları  deyir  ki,  əgər  sən  sevginə  bu  qədər    nifrət 

edirsənsə,  deməli  onu  heç  sevməmisən.    Deyirlər  insanı 

sevmək üçün bir an belə kifayətdir. Bəs unutmaq necə? Buna 

da  bir  an  bəs  edərmi?  Amma  deyilənə  görə,  sevdiyin  insanı 

unutmaq  üçün  bəzən  bir  ömür  bəs  etməz.  Mənsə  buna 

inanmıram. Səni necə sevdiyimi sən daha yaxşı bilirdin. Daha 

yuxularıma  da  gəlməyini  istəmirəm.  Birdəfəlik  həyatımdan 

çəkilib  getməyini  istəyirəm.  Sən  gedəndən  sonra,  bəlkə 

rahatlıq tapdım. Yoxsa, bu həsrət yükü məni bitirə bilər... 

 

                                                                                                                                                                



                                                                     14.01.2014  

 

 

 

  

 

 

 


155 

 

                       Dost itkisi 

                                 

(Elegiya) 

    “

Ö

lüm  haqdır,  ondan  qaçmaq  olmaz!”  deyirlər.  Ancaq  bu 

ölüm  çox  erkən  gəldi.  Mən  istərdim  ki,  dostlarım  barədə 

həmişə  xoş  sözlər  yazım,  ancaq  bu  gün  mənə  çox  etibarlı, 

səmimi,  mehriban,  sədaqətli  bir  dostum,  tələbə  yoldaşım 

barədə  ağı,  elegiya  yazmaq  nəsib  oldu.  Əgər  Səndən 

yazmasaydım,  dəftər  də,  qələm  də  məndən  küsər,  inciyərdi. 

Amma  Səndən  yazmaq  mənim  üçün  çox  çətindir.  Axı  dost 

itkisi  ağır  olur.  Onu  hər  kəs  qaldıra  bilmir.  Elə  mən  də  xeyli 

vaxtdır  ki,  bu  əbədi  gedişə,  bu  acıya  alışa  bilmədim.  Ölüm 

xəbərini  eşidən  zaman  bir  müddət  özümə  gələ  bilmədim. 

Əvvəlcə  inanmadım.  Dedim  bəlkə,  bu  xəbər  yalan  olar. 

Bununla  özüm-özümü  aldatmaq  istədim.  Ölüm  kimsədən 

soruşmadan,  kimsəyə  xəbər  vermədən,  gözlənilmədən, 

qəfildən  qapını  döyür.  Bu  əbədi  gedişə,  “indi  ölümə  hazıram” 

deyənlər də olur, “mən hələ həyatdan doymamışam” deyənlər 

də.  Sən  bu  həyatdan  doymayan,  vaxtsız  köç  edənlərdən 

oldun,  Aygün!  Fələk  nə  tez  qıydı  Sənə?!  Çiçəkli  baharına  nə 

tez  qar  yağdı?!  Sanki  dağ  basıldı  səni  sevənlərin  köksünə. 

Sanki bir hicran yağışı yağdı səni sevənlərin qəlbinə. Özündən 

sonra  xoş  xatirələrin  qaldı.  Bu  xatirələr  səni  sevənlərin 

könlündə  əbədi  bir  heykəl  ucaltdı  ki,  heç  zaman 

unudulmayasan.  Sən  gedərkən  xatirələrin  qalsa  da,  ancaq 

içindəki gözəlliklər də Səninlə bərabər getdi. 

     Niyə  istəklilərini  belə  tez  tərk  edib  getdin,  Aygün?!  Niyə 

gözü yaşlı, qəlbi nisgilli  qoydun o, gül balaları-Aytəni, Pərvini, 




156 

 

Rənanı?  Hələ  səni  dünyalar  qədər  sevən  Arifi,  yaxınları, 



qohum-əqrabaları demirəm!.. 

    Aygünün  ölüm  xəbərini  mənə  telefon  vasitəsilə  qrup 

yoldaşım Ellada verdi. Sənin həyatda yoxluğun xəbərini mənə 

çatdıranda,  sanki  beynimdə  ildırım  çaxdı,  bir  anlıq  nitqim 

tutuldu.  Otaq  yoldaşım  Ramiz  müəllim  əhvalımın  birdən-birə 

dəyişdiyini görüb, həyəcanla soruşdu: 

-  Camal, sənə nə oldu?! 

    Telefonun  o  biri  başında  isə  Elladanın  təkrar-təkrar: 

«Camal, Camal!» - deyə

 

ucadan gələn səsi eşidilirdi. Bir azdan 



özümə  gəlib  Elladaya  cavab  verdim.  Ancaq  bu  dəfə  nə  onun 

dediyini eşidirdim, nə də ki, ona dediklərimin fərqində idim. 

    Görəsən bir nəfər tapılarmı ki, desin Aygün nə vaxtsa onun 

xətrinə  dəyib,  və  ya  kimsəni  incidib.  Oxuduğumuz  beş  il 

müddətində  hər  cür  hadisələrlə  qarşılaşmışıq.  Bəzən

 

böyüklərdən,  hətta  müəllimlərdən,  yaxınlardan,  dostlardan  və 



qrup  yoldaşlarından  gördüklərimiz  haqsızlıq,  etinasızlıq, 

xudbinlik  bizlərin  heysiyyatına  toxunur,  istər-istəməz  qəlbimizi 

incidirdi. Bütün zamanlarda insanın əsl qiymətini vermək çətin 

olub.  Müxtəlif  xarakterli,  insanlarla  dil  tapıb,  onlarla  səmimi, 

yoldaşlıq,  dostluq  körpüləri  salmaq  o  zaman  hər  qrup 

nümayəndəsinə  nəsib  olmurdu.  Amma  Aygünün  özünə  qarşı 

tələbkarlığı,  prinsipiallığı,  ətrafdakıları  dərhal  başa  düşüb, 

onlarla anlaşması, ən mübahisəli məsələləri belə sülh yolu ilə 

həll  olunmasının  tərəfində  durması,  istər-istəməz  hamının  bu 

qıza qarşı olan rəğbət hissini artırırdı. 




157 

 

     Aygün  həmişə  çalışırdı  ki,  kimsənin  qəlbinə  dəyməsin. 



Qəlbində  kin,  həsəd,  paxıllıq,  qısqanclıq,  riyakarlıq  və  s.  bu 

kimi  qeyri-insani  xüsusiyyətlərdən  onda  zərrəcə  olsun  əsər-

əlamət yox idi. Onun qəlbinə kimsə toxunurdusa, həmin adamı 

tez 


bağışlardı. 

Özünün 


çətin 

vəziyyətə 

düşməsinə 

baxmayaraq,  həmişə  qrup  yoldaşlarını  müdafiə  edərdi.  Onlar 

haqsız olsaydı da belə. Qrupumuzda bir bədxah xanım həmişə 

onun paxıllığını çəkirdi. Çünki o, Aygün kimi qrup yoldaşları ilə 

səmimi,  mehriban,  qayğıkeş  ola  bilmirdi.  Həmin  bədxah 

xanımın qəlbindəki kin-küdurət, paxıllıq, qısqanclıq, həsəd, və 

s.  xüsusiyyətlər  onu  yaxşı  xanım  olmağa  qoymurdu.  Onun 

yeganə  həmdəmi  yalqızlıq,  tənhalıq  idi.  İnsanlarla,  tələbə 

yoldaşları  ilə  səmimi  ünsiyyət  qurmağa  həmin  “xanım”ın  nə 

əxlaqi,  nə  davranışı,  nə  də  mədəniyyəti  imkan  verirdi.  O,  qız 

sanki  cəngəlliklər  qanunu  ilə  tərbiyə  alıb  böyümüşdü. 

Sonradan  öyrəndim  ki,  bu  “xanım”ı  ata,  anası  deyil,  qoca 

nənəsi  böyüdüb.  O,  bizimlə  oxuduğu    5  il  müddətində  heç 

kəslə  nə yoldaşlıq etdi, nə də  ki dostluq. Bütün tələbəlik illəri 

tək  oturdu  və  yalqız  gəzib  dolandı.  Onun  insana  yaraşmayan 

bu xüsusiyyətlərinə görə institutda heç bir tələbə onu dindirib-

danışdırmırdı... 

    Aygünün  rəfiqələrinə,  qrup  yoldaşlarına,  tələbə  dostlarına 

qarşı qayğıkeşliyi, xeyirxahlığı, səmimiliyi həmin “xanım”ın içini 

didib  parçalayırdı,  onu  daim  narahat  edirdi.  O,  Aygünə  qarşı 

dəfələrlə haqsızlıq və riyakarlıq etməsinə baxmayaraq, Aygün 

həmişə ona qarşı böyüklük və təmkinlilik nümayiş etdirirdi. 

    Əxlaqi  kamilliyin  zirvəsini  fəth  etmiş  Aygün  xanım  rəftar  və 

davranışı ilə istər tələbə yoldaşlarının, istərsə də müəllimlərinin 

dərin hörmət və rəğbətini qazanmışdı.  

    Yaxşı  yadımdadır,  bir  gün  2-ci  dərsdən  sonra  təcili  işim 

olduğu  üçün  mühazirəyə  girmədim  və  Aygünə  dedim  ki, 



158 

 

mənim  dərsdə  olmadığımı  jurnalda  qeyd  etməsin.



 

Aygün 


gülərək dedi: “Camal, buna görə

 

narahat olma. Sən işində ol.” 



O, bütün qrup yoldaşlarını həmişə hər hansı çətin vəziyyətdən 

çıxarmağı  bacarırdı.  Ona  görə  də  Aygünə  hamının  inamı 

böyük

 

idi. 



    Ertəs  gün  instituta  gələndə,  təsadüfən  jurnalda  gördüm  ki, 

adımın  qarşısında  qayib  yazılıb.  Düzü,  qəlbimdə

 

Aygündən 



incidim.  Və  bunun  səbəbini  soruşmadan  ona  qarşı  azca 

səsimin tonunu qaldırdım.  Aygün isə  mənə  heç  nə  demədən, 

bulud kimi dolmuş halda auditoriyaya keçdi. Bunu görən qrup 

yoldaşlarım məni məzəmmət etdilər. Onlar məni başa saldılar 

ki,  mənim  qarşımdakı  qayibi  Aygün  deyil,  mühazirəni  aparan 

müəllim


 

yazıb. Buna da səbəb qrupumuzdakı həmin o, bədxah 

xanım olub. O, mühazirə zamanı müəllimə deyib ki, bəzi qrup 

nümayəndələri dərsdə iştirak etməyən tələbələrə himayədarlıq 

edərək,  onlara  jurnalda  qayib  yazmırlar.  Bundan  sonra 

mühazirə  müəllimi  də

 

bütün  qrup  jurnallarını  bir-bir  özü 



yoxlayıb.  Qızlardan  bunu  eşidəndən  sonra  mən  Aygün 

xanımdan  üzr  istəmək  üçün  auditoriyaya  girdim.  Gördüm  ki, 

Aygün başını  qollarının  arasına  alıb ağlayır.  Etdiyim  hərəkətə 

görə  ona  üzrxahlığımı  bildirdim,  könlünü  aldım.  O,  heç  nə 

olmamış  kimi,  gözlərinin  yaşını  silib,  yenidən  üzümə 

gülümsədi.  Bu  Aygünün  ürəyinin  genişliyindən,  sadəliyindən, 

yoldaşa  qarşı  səmimiliyindən,  xeyirxahlığından  irəli  gəlirdi.  O, 

hamını  bağışlamağı  bacarırdı,  çünki  o,  böyük  ürək  sahibi  idi, 

onun qəlbində qətiyyən kin yox idi. 

    Gözəl  insan,  etibarlı  dost  və  yoldaş,  xoş  rəftarlı,  məsum 

baxışlı, həmişə həssas və kövrək qəlbli Aygün xanım heç vaxt 

onu sevənlərin yaddaşından silinməyəcək! 

    Allah  səni  qəni-qəni  rəhmət  eləsin,  Aygün  xanım!  Məkanın 

cənnət olsun! Amin!  




159 

 

    Səni həmişə qəlbində xoş xatirələrlə əbədi yaşadacaq qrup 



yoldaşın 

                                             

                                                                                                      

                                                   Camal  Zeynaloğlu!

 

  

     

  

 

 

 

 

 

 

 

 

 

 

 

 



160 

 

              Mündəricat 



 

Ön söz.....................................................................3 

 

                             Hekayələr 

 

Gecikmiş sevgi.......................................................6 

Ziyarət...................................................................13 

Qızıl külqabı..........................................................48 

İftira.......................................................................54 

Paxıllıq..................................................................60 

Quru çörək............................................................81 

Qonşu tikəsi.........................................................89 

Xeyirxah düşmən.................................................93 

Nərəy dərəsində qanlı döyüş............................102 

Ölüm düşərgəsindən qaçış...............................115 

 

                                 Esselər 

 

Əlim yetmədi sənə.............................................127 

Yuxularına girəcəyəm........................................131 

Sənsizəm............................................................133 

Həsrət..................................................................135 

Sən gedəni..........................................................137 

Şəhid anası.........................................................139 

Mənə dözüm ver, İlahi!......................................141 

Kaş biləydin ki....................................................144 

Həsrətə dözmür ürəyim.......................................147 

Mənimçün heç qocalmadın ki...........................149 

Başqasına dəyişdin məni...................................152 

Dost itkisi.............................................................154 

 


161 

 

 



 

 

Camal Zeynaloğlu:   “Gecikmiş sevgi” kitabı 

                                        (Azərbaycan dilində) 

 

 

Bakı, “Ünsiyyət” nəşriyyatı  – 2014, - 160 səh. 



 

 

 

Nəşriyyatın direktoru:   Bəxtiyar Əliyev 

Rəssam:                       Süleyman Mustafaoğlu  

Operator:                      Turan Zeynalova 

Korrektorlar:                  Sevinc Quliyeva   

                                      Aysel Zeynalova 

 

 

 

Çapa imzalanmışdır:     19.04.2014 

Kafız formatı:                  84 x 108    1/16 

Fiziki çap vərəqi:            10.0  

Sayı:                                500 nüsxə           

Sifariş: 50 

Müqavilə qiyməti ilə. 

 

“Uni Print” mətbəəsində çap edilmişdir. 

        

 

 



162 

 

 



 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə