Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə6/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   2   3   4   5   6   7   8   9   ...   48

18 

 

-    Mən  bunları  sizə  borc  olaraq  etmədim,  Allah  rizası  üçün 



etdim.  Narahat  olmayın,  verdiyim  pulları  sizə  ana  südü  kimi 

halal edirəm. 

-   Belə olmaz ki, bacım?! - əsgər tutuldu. 

-    Di,  sizə  yaxşı  yol,  Allah  kimsəni  yarıyolda  və  ümidsiz 

qoymasın.  Mən  tələsirəm,  məni  gözləyirlər,  -  Hacı  xanım 

tələsik əsgərlərlə sağollaşdı. 

-    Yaxşı  deyiblər,  qadın  var,  min  kişiyə  dəyər,  -  deyə  Hacı 

xanım  ovcuna  pul  basdığı  əsgər  onun  arxasınca  həsrət  dolu 

baxışlarıyla dərindən köks ötürərək dilləndi. 

     Hacı  xanım  “20  yanvar”  metrosuna  çatanda,  onun  mobil 

telefonuna zəng gəldi. Nömrə tanış deyildi. Amma Hacı xanım 

telefonu açdı.  

-  Salam,  Hacı  Raziyə  xanım.  Bilirəm,  tanımayacaqsan. 

Mənəm,  İra.  Yaxşı  ki,  nömrəni  dəyişməmisən.  Sənin  də 

yanında yalançı çıxdım. Səhvimi boynuma alıram. Gərəkdi ki, 

bu  beş  ildə  səninlə  əlaqə  saxlayaydım.  And  olsun  bir  olan 

Allaha  ki,  başım  o  qədər  qarışmışdı  ki,  heç  adımı  belə 

xatırlaya  bilmirdim.  Deyəcəksən  ki,  İra  özünə  haqq 

qazandırmaqdan  ötrü  bu  sözləri  deyir.  Bəli,  etiraf  edirəm  ki, 

sənin  qarşında  xəcalətliyəm.  Pulu  səndən  bir  aylığına 

almışdım,  amma  bir  də  beş  ildən  sonra  sənə  zəng  edirəm. 

Mən  artıq  Bakıdayam,  dünən  gəlmişəm.  Düzü,  o  zamandan 

bəri Bakıya gəlib-getmişəm, ancaq hər dəfəki gəlişim qaçaraq 

olub. Səninlə əlaqə saxlamağa heç vaxtım olmayıb. De görüm, 

indi haradasan? Səninlə təcili görüşmək istəyirəm. 

      İşə  bir  bax.  Hacı  Raziyə  xanım  həm  köhnə,  etibarsız 

rəfiqəsi  İradəni,  həm  də  ona  bir  aylığına  borc  verdiyi  1.000 

ABŞ dollarını çoxdan unutmuşdu. İlahinin qüdrətinə bir bax! Bu 

zaman  Hacı  Raziyə  xanımın  yadına  10-15  dəqiqə  bundan 

öncə  hörmət  etdiyi  çarəsiz  əsgərlər  düşdü.  Demək,  Tanrı 

bəndəsinin  etdiyi  yaxşılığın  əvəzini  gec-tez  ona  qaytarır.  O, 

İradəyə  harada  olduğunu  söylədi  və 

onunla

    tanış  olduğu  ilk 



günü  xatırladı.  İstər-istəməz  xəyal  Hacı  Raziyə  xanımı  altı  il 


19 

 

öncəyə  apardı.  O  zaman  Raziyə  yaxın  bir  tanışının  vasitəsilə 



qəzetlərin  birində  işə  düzəlmişdi.    O, 

i

ki  il  olardı  ki,  həyat 



yoldaşını Qarabağ döyüşlərində itirmişdi. Beş yaşlı qız uşağını 

böyütmək  onun  öhdəsinə  düşmüşdü.  Raziyənin  atası-anası, 

qardaşı olmasına baxmayaraq, ona heç zaman kömək əllərini 

uzatmamışdılar.  Səbəbi  isə  Raziyənin  valideynlərinin  razı 

olmadığı  bir  oğlanla  ailə  həyatı  qurması  idi.  Raziyənin 

valideynləri  varı-dövləti,  şan-şöhrəti  sevən  adamlardı.  Onlar 

istəyirdilər  ki,  ali  təhsilli  Raziyəni  varlı-karlı  bir  oğlana  ərə 

versinlər. Raziyə isə könül verdiyi tələbə yoldaşıyla ailə həyatı 

qurmağı  üstün  tutmuşdu.  Amma  valideynlərinin  xeyir

-

duası 



alınmadığı  bu  ailə  xoşbəxtliyi  elə  də  uzun  sürmədi.  Qarabağ 

savaşı digər azərbaycanlı qadınlarımızın ailə səadətini əlindən 

alıb, “ocaqlarını söndürdüyü” kimı, Raziyənin də taleyinə qara 

xətt çəkdi. Həyatının ən gözəl çağında o, dünyanın vəfasızlığı 

ilə  barışmaq  məcburiyyətində  qaldı.  O,  nə  qədər  çətin  günlər 

yaşasa  da,  kömək  üçün  kimsəyə,  hətta  ən  yaxınlarına  belə 

ağız  açmadı,  kimsənin  qarşısında  əyilmədi.  O,  bircə  balasını 

halallıqla böyüdüb, boya-başa çatdırmaqda israrlı oldu.

 

Raziyə 


çox  ağıllı,  ləyaqətli,  qürurlu,  əzmkar,  işgüzar,  mehriban, 

dostcanlı,  xoşxasiyyətli,  ağırtəbiətli,  ismətli,  abır-həyalı  bir 

xanımdı.  Bütün  bunlara  rəğmən  Raziyə  həm  də  gözəgəlimli 

qadın  idi.  On-on  beş  qadının  içərisindən  kişilərin  diqqətini 

çəkərdi.  Gəldiyi  gündən  nəşriyyatda  hamı  ona  gözaltı  nəzər 

yetirirdi.  Raziyə  isə  bu  nəzərlərə  qarşı  çox  laqeyd  və  biganə 

idi.  Raziyənin  İradə  ilə  ilk  tanışlığı  da  işlədiyi  qəzet 

redaksiyasında  olmuşdu.  O,  bir  həftə  idi  ki,  tanınmış  bir 

redaktorun  qəzetində  müxbir  kimi  işə  başlamışdı.  Raziyə  baş 

redaktorun  tapşırığı  ilə  bir  idarə  rəhbərindən  götürdüyü 

müsahibəni  hazırlayıb,  şefinin  qəbuluna  girmək  istəyirdi. 

Katibə qız Raziyəni görən kimi dedi: 

-  A-a-a! Yaxşı oldu ki, gəldiniz. Mən də sizə zəng vuracaqdım.  

Aslan  müəllim  elə  indicə  sizi  soruşurdu.  Yazı-filan  deyirdi. 

Gətirmisiz?! 



20 

 

-   Bəli, yazını hazırlamışam. Aslan müəllim yazıya baxmalıdır. 



- Raziyə utanırmış kimi astadan cavab verdi. 

-  Keçin içəri, Aslan müəllim sizi gözləyir. - Katibə qız Raziyəyə 

içəri keçməsini bildirdi. 

     Raziyə  Baş  redaktorun  kabinetinə  girmək  istəyirdi  ki,  bu 

zaman  qırlı-fırlı,  at  yerişli,  ədalı,  ucaboylu,  əndamlı  bir  xanım 

içəri girərək, üzünü katibə qıza tutub işvə-nazla: 

-    Seva, Aslançik məni gözləyir - dedi. 

-    İra, axı... 

-   Narahat olma, elə indicə onunla əl telefonunda danışmışıq, 

- deyə İra dönüb mənə baxaraq göz vurdu. - Bu gözəl xanım 

məndən sonra keçər içəri. Elə deyilmi, su sonası? 

     Az  keçməmiş  içəridən  İranın  qəhqəhə  dolu  gülüş  səsləri 

otağı başına götürdü. Bu zaman katibə qız: 

-    Xanım, adınızı da bilmirəm... 

-    Raziyə xanım. 

-    Raziyə xanım, gəlin əyləşin. İranınkı uzun sürəcək. Ayaqda 

qalmayın, - Seva oturmaq üçün ona yer göstərdi. 

-   Çox sağ olun, - deyə Raziyə qapının yanında qoyulmuş üç 

stuldan birində əyləşdi. 

      Bir azdan gülüş səsləri kəsildi. İçəridə tam sakitlik yarandı. 

Seva  sol  əlində  güzgü,  sağ  əlindəki  qırmızı  rəngli  boya  ilə 

şişmiş  dodaqlarını  boyayırdı.  Yarım  saatdan  sonra  İra  sifəti 

pörtmüş  halda  baş  redaktorun  kabinetindən  çıxdı.  Onun 

köynəyi  şalvarının  üstündən  yarı  çıxmış,  saçları  pırtlaşıq, 

boynu  və  dodaqları  gömgöy  olmuşdu.  İra  gedərkən 

gülümsəyərək, gözucu Raziyəyə baxdı və yenə də göz vurdu. 

     Raziyə  qapını  döyüb  baş  redaktorun  otağına  girdi.  Aslan 

Raziyəni  görcək  özünü  yığışdırdı  və  üzündə  süni  təbəssüm 

yaratmağa çalışdı. Onun da sir-sifəti pörtmüşdü, sanki təndirin 

alovu üzünə vurmuşdu.

 

-   Salam, Aslan müəllim - Raziyə astadan nazik səslə dedi. 



-    Salam,  xoş  gəldiniz,  Raziyə  xanım.  Gəlin  əyləşin.  Məncə, 

yazını hazırlamısınız, eləmi?

 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə