Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə7/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   2   3   4   5   6   7   8   9   10   ...   48

21 

 

-  Bəli, yazı hazırdır. Buyurun, baxın, - deyə Raziyə istehsalat 



sahəsində  çalışan  bir  müdirdən  hazırladığı  müsahibəni  baş 

redaktora uzatdı. 

     Baş redaktor yazıya gözucu baxıb soruşdu: 

-    Bəs müdir sizə başqa bir şey vermədi? 

-      Başqa  nə  verəsiydi  ki,  Aslan  müəllim?  -  Raziyə  təəccüblə 

gözlərini döydü. 

-   Necə nə verəsiydi?! Bundan əlavə, müdir sizə bir məktub da 

verməliydi.- Aslan müəllim sifətini bozartdı. 

-  Mən  müsahibəni  götürəndən  sonra  müdir  mənə  nəsə 

verməyə çalışdı, ancaq mən buna imkan vermədim. 

-  Siz bacarmadığınız işi, İra xanım bacardı. Eybi yoxdur, hələ 

yenisiniz,  tezliklə  siz  də  belə  şeylərə  alışacaqsınız.  -  Baş 

redaktor  kresloya  yayxındı.  -  Siz  mənim  tövsiyələrimə  əməl 

etsəniz,  bu  sahədə  siz  də  böyük  uğurlar  qazanarsınız.  Çünki 

sizin  ağlınız,  fərasətiniz,  gözəlliyiniz,  diqqəti  ilk  anda  cəlb 

etməyiniz, xoş təbəssümünüz imkan verir ki, siz İra xanımdan 

daha qabağa gedəsiniz. 

-    Mən  ancaq  mənə  aid  olan  işi  görməyi  xoşlayıram,  Aslan 

müəllim.  Digər  işlər  mənlik  deyil.  -  Raziyə  də  söz  altında 

qalmadı və baş redaktora anlatdı ki, o, çörəyi qulağına yemir. 

-    Digər  işlər  deyəndə,  nəyi  nəzərdə  tutursunuz,  Raziyə 

xanım?  -  Aslan  müəllim  işçisini  gözaltı  süzdü  və  qımışaraq 

soruşdu. 

-    Yəni,  İra  xanımın  gördüyü  işləri  nəzərdə  tuturam.  -  Raziyə 

bu dəfə çəkinmədən hədəfə sərrast “atəş” açdı. 

-    İra  çox  zirək  qızdır,  başqalarının  bacarmadığı  müşkül  işləri 

o,  həll  edir.  Redaksiyadakı  oğlanların  heç  birisi  İranın  yerişini 

yeriyə bilməz. Bir sözlə, İranı dəyirmanın boğazına ölü atsan, 

oradan  diri  çıxar.  Onu  hara  göndərirəmsə,  heç  zaman  əliboş 

geri  qayıtmayıb.  Əsl  işçi  belə  olar.  -  Baş  redaktor  Raziyə 

xanıma bununla sanki yanmışlıq verdi. 

-   Aslan müəllim, yazıya baxmayacaqsınız? - Raziyə pörtmüş 

və əsəbi halda soruşdu. 



22 

 

-    Siz  gedə  bilərsiniz.  Yazını  oxuyandan  sonra  özüm  sizi 



çağıracağam.  –  Baş  redaktor  sanki  bu  “cansıxıcı”  xanımdan 

tez qurtulmaq istədi.  

     O,  Raziyənin  sifətinin  haldan-hala  düşməyindən  anladı  ki, 

söhbəti  bir  az  da  davam  etdirsə,  burada  nəsə  xoşagəlməz 

anlar  yaşana  bilər.  Raziyə  bir  söz  demədən,  sakitcə  baş 

redaktorun  otağını  tərk  etdi.  O,  dəhlizə  çıxanda  İranın  bir 

oğlanla  xosunlaşdığını  gördü.  İra  da  Raziyəni  görən  kimi, 

oğlandan aralanıb ona yaxınlaşdı və gülərək dedi: 

-    Raziyə  xanım,  yeni  işiniz  xeyirli  olsun.  Eşitdim  ki,  bizim 

redaksiyada  işləyəcəksiniz.  Bu  lap  yaxşı  oldu.  Mən  inanıram 

ki, bizimki bir-birimizlə tutacaq. 

-   Çox sağ olun, İra. Hardan bilir... 

-   A-a-a, adımı da bilirsiniz. Gördünmü?.. 

-  Hardan bilirsiniz ki, bizimki biri-birimizlə tutacaq? Ancaq mən 

elə düşünmürəm. Biz fərqli dünyanın adamlarıyıq, İra xanım. - 

Raziyə ilk söhbətdən İranı sancdı. 

-    Mən  tez  inciyən  xanımlardan  deyiləm.  Beləliyimə  baxma, 

Raziyə,  mən  yaxşı  rəfiqə,  etibarlı  və  sədaqətli  dost,  yoldaş 

üçün canımdan keçməyə hazır olan qadınlardanam. Təki məni 

qəlbən  başa  düşən  insan  olsun.  –    İra  sifətinə  ciddi  görkəm 

verdi. 

     Bu zaman baş redaktorun katibəsi qapını açıb dəhlizdə bizi 



görcək dedi: 

-   İra, mən də telefonla səhərdən səni axtarıram. Tez ol, Aslan 

müəllim səni çağırır. 

-  Nə oldu, bu kişiyə belə? Elə indicə onun yanından çıxmışam 

ki. Deyəsən, mənimçün darıxıb a... Raziyə, bir yerə getmirsiniz 

ki?  


-   Xeyr, xeyr, buralardayam, otaqda olacağam. 

-    Yaxşı,  mən  bu  dəqiqə  şefin  yanına  girib,  çıxıram.  Sizinlə 

daha yaxından tanış olmaq istəyirəm. Otaqda ol, indi gəlirəm, - 

deyə İra baş redaktorun yanına tələsdi. 




23 

 

     Çox  keçmədi  ki,  İradə  baş  redaktorun  yanından  çıxıb, 



Raziyəni  görmək  üçün  kompüter  otağına  girdi.  Raziyə  nəsə 

yazırdı. 

-   Raziyə, gəl aşağı, çayxanaya düşək. Orada rahatca söhbət 

edərik. Narahat olma, çaylar məndəndir, - deyə İradə ərkyana 

Raziyənin qolundan tutub, ayağa qaldırdı. 

     Raziyə  də  İranın  sözünü  yerə  salmadı.  Onlar  birlikdə 

pilləkənlərlə  çayxanaya  düşərkən  üç  dəfə  ayrı-ayrı  oğlanlar 

İranı  saxlayıb,  bir  neçə  dəqiqəliyinə  onunla  nə  barədəsə 

söhbət  etdilər.  İradənin  bu  hərəkəti  Raziyəyə  heç  də  xoş 

gəlmədi.  İradə  bunu  Raziyənin  narazı  baxışlarından  dərhal 

anladı və gülərək dedi: 

-  Bağışla,  Raziyə.  Görürsən  də  oğlanlar  imkan  vermirlər. 

Bunların hamısı belədir. Görüm bunların... Amma kişilərin nəsli 

kəsilsə,  bəs  biz  qadınlar  onlarsız  nə  edərik?  –  İra  bərkdən 

qəhqəhə 

çəkib 


güldü. 

Bilmirəm, 



bu 

nəşriyyatın 

havasındandır, yoxsa nədəndir, buraya ilk dəfə qədəm qoyan 

hər  bir  qadınla  kişilər  həmən  maraqlanmağa  başlayırlar.  Bax, 

gördünmü,  məni  saxlayıb  söhbətə  tutanların  hər  üçü  səninlə 

maraqlanırdı.  Kimdir,  nəçidir,  subaydır,  evlidir,  boşanıbdır, 

daha  nələr,  nələr...  Bax,  Raziyə  budur  sənə  deyirəm. Onların 

heç  birinə  fikir  vermə.  İlk  günlər  sənin  zəhləni  tökənlər  çox 

olacaq.  Onlarla  mülayim  davrandın  yanacaqsan,  səndən  əl 

çəkməyəcəklər. Yox əgər... 

-    İra,  mən  uşaq  deyiləm  ki,  bu  cür  məsləhətlərə  ehtiyacım 

olsun. Sən bu barədə narahat olma, onların öhdəsindən necə 

gəlməyi bilirəm. - Raziyə İranı arxayın saldı. 

    Çayxanada İra ilə Raziyə lap küncdəki boş stolda əyləşdilər. 

İra çay sifariş verdi və sonra üzünü Raziyəyə tutub soruşdu: 

-   Raziyə, nahar da edəkmi? 

-    Xeyr,  xeyr.  Mən  ac  deyiləm.  Əgər  istəyirsənsə,  sən  nahar 

edə bilərsən - Raziyə dedi. 

-    Xeyr,  mən  də  toxam,  sənə  görə  deyirdim.  -  İradə  çay 

sifarişiylə kifayətləndi. 




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə