24
Qonşu stoldakı “şorgöz jurnalistlər” bayaqdan bəri gözlərini
Raziyədən çəkmirdilər.
- Yaxşı, Raziyə, gəl indi bir-birimizlə yaxından tanış olaq.
Əvvəlcə mən özüm haqqında yalansız-filansız danışacağam.
Evli idim. Bir qız uşağım olandan sonra ərimdən boşandıq.
Daha doğrusu, mən ondan boşandım. O, ən yaxın rəfiqəmlə
mənə xəyanət edirdi. Nəhayət, bir gün hər ikisini yataqda
tutdum. Heç bir söz demədən, hər ikisinin üzünə bir lomba
tüpürdüm və onu evdən qovdum. Evi mənə atam almışdı.O,
mənim hesabıma yaşayırdı. O vaxtdan bəri kişilərdən müxtəlif
yollarla intiqam alıram. Onları barmağıma dolayıb fırladıram,
sonra kişilik qürurlarını, hisslərini ayaqlarım altına atıb
tapdalamaqdan həzz alıram. Onları istədiyim formada alçald
a
bilirəm. Bütün bunların hamısını dəlil-sübut kimi mobilimin
kamerasına çəkib saxlayıram. Bundan sonra onlar məndən
asılı vəziyyətdə qalır. Və mənim göstərişlərimə həmişə
müntəzir olurlar. Mənə qarşı gələn olursa, görüntüləri
qarşısına qoyandan sonra quzuya dönür və ayaqlarıma düşüb
yalvarmağa başlayır.
- Amma bu çox təhlükəli oyundur. - Raziyə tez dilləndi. - Sizi
buna görə öldürə bilərlər.
- Mən orasını da düşünmüşəm. Prokurorluqda çox etibarlı bir
dostum var. O məni qoruyur, ona görə də kimdənsə qorxub-
çəkinmirəm. Bu yolla yaxşı pul da qazanıram. Bunu danmıram.
Hə, indi sən özün barədə danış görək, hardan gəlib, hara
gedirsən? - İradə gülərək soruşdu.
Raziyə də özü haqqında hər şeyi doğru-dürüst İraya
anlatdı. İra bir müddət susub danışmadı. Sifəti ciddi görkəm
almışdı, sanki gəmiləri dənizdə batan adamı xatırladırdı.
Handan-hana İra dilləndi:
- Raziyə, qəlbimə yatan insana heç vaxt yalan söyləmərəm.
Onunla həmişə açıq və səmimi olmağa çalışıram. Mən səninlə
açıq danışacağam. Düzünü deyim ki, burası, yəni bu nəşriyyat,
işlədiyin bu qəzet redaksiyası da sənlik deyil. Sən bu
25
bataqlıqda batarsan, buraya gəldiyinə peşman olarsan. Mən
sənə bir bacı kimi məsləhət görürəm ki, nə qədər gec deyil,
buradan uzaqlaş. Heç bilirsən Aslan məni ikinci dəfə nəyə
görə çağırmışdı? Sənə görə. Sənin şəxsi həyatın barədə hər
şeyi öyrənmək üçün məndən ona yardım etməyimi xahiş etdi.
- Sən də razılıq verdin, eləmi? - Raziyə tez soruşdu.
- Əlbəttə, razı oldum. Ancaq bu dəfə mən həm Aslana, həm
də onun özü kimi işərəfsiz dostlarına yaxşı bir plan
hazırlayacağam. Bu işdə əsas qəhrəman sən olacaqsan.
- Məni belə iyrənc işlərə qarışdırma, İra. - Raziyə etiraz etmək
istədi.
- Bir az keçdikdən sonra, onsuz da özündən asılı olmayaraq,
bütün iyrənc işlərin içində olacaqsan. Amma təklifimi dinləyib,
birgə hərəkət etsək, həm mənəvi cəhətdən, həm də maddi
cəhətdən böyük uğur qazana bilərik. Biqeyrət, şərəfsiz,
binamus kişiləri ifşa edib, onları yerlərində oturtmaq lazımdır
ki, bir də namuslu, şərəfli, ləyaqətli, ismətli qadınları
ləkələməsinlər, çirkaba bulaşdırmasınlar, öz oyuncaqlarına
çevirməsinlər, onları alçatmasınlar.
- Yaxşı, planın nədən ibarətdir? - Raziyə maraqla soruşdu.
- Məni yaxşıca dinlə. Danışacaqlarım ancaq ikimizin arasında
qalmalıdır. Kimsə bundan xəbər tutsa, hər ikimiz yanarıq.
Aslanın redaksiyada bir neçə “zayçik”ləri vardır. Onlar hər nə
eşidirlərsə, dərhal ona çatdırırlar. Aslan sabah günortadan
sonra səni şam yeməyinə dəvət edəcək. O, da şorgözün,
əxlaqsızın birisidir. Gözəgəlimli qızları əvvəlcə o, dişinə vurur,
ipə-sapa yatmayanları isə dost-tanışlarına “hədiyyə” edir. Əgər
sən onunla şam yeməyinə getsən, onun caynağından qurtula
bilməyəcəksən. Yox, əgər getməsən, onda səndən hökmən
intiqam almağa çalışacaq.
- Necə? - Raziyə yenidən soruşdu.
- Sən ona yaxınlıq etmədiyinə görə, səni başqalarına yem
edəcək. Onun çoxlu imkanlı müdir dostları var. Səni yazı
hazırlamaq bəhanəsilə onların yanına göndərəcək. Elə qadın
26
olmasın ki, puldan, zinət şeylərindən xoşu gəlməsin. Qadınlar
parıltıya tez aldanırlar. Əvvəlcə bahalı üzük-sırğa, daş-qaşlar
sonra da...
- Sonra da nə?! - Raziyə təəccüblə soruşdu.
- Sonra da bu akulaların iti dişlərindən çətin ki, canını qurtara
biləsən. Çünki onlar belə işlərdə çox mahirdirlər. Səni ələ
keçirmək üçün bütün iyrənc üsullardan istifadə edəcəklər,
doğulduğuna peşman edəcəklər. Onların əli uzundur, hər yerə
çatır. Hər zaman da onlar haqlı çıxırlar, bütün kirli işlərini,
ayıblarını haram yolla qazandıqları pullar vasitəsilə
təmizləməyi artıq vərdiş ediblər.
- Bəs bunların Allahdan heç qorxu-hürküləri yoxdur, bəyəm?
- Nə qorxu-filan, ay qız?! Onların kimsədən qorxub-çəkindikləri
yoxdur. Bunlar mafiyadır, zəncirvarı bir
-
birinə sarınıblar.
Yetər
ki, birinin ayağını tapdalayasan, min yerdən hücuma məruz
qalacaqsan.
Səncə, mafiyaya kimin gücü çatar?! Bunları
ancaq öz silahları ilə vurmaq lazımdır. Raziyə, yaxşı olar ki,
sən bu axşam mənim dediklərim barədə düşünəsən.
- Yaxşı, sən deyən olsun. Bu axşam dediklərin barədə
düşünəcəyəm. - Raziyə dedi.
- Elə isə, qalxaq. Mən Aslan müəllimə uydurmaq üçün bir
şeylər fikirləşərəm. - İradə də ayağa qalxdı.
Raziyə İradədən ayrılandan sonra, yeni “rəfiqə”sinin
danışdıqlarında nə qədər səmimi və doğru-dürüst olduğunu
yoxlamaq istədi.
Ertəsi gün Raziyə bilgisayar otağında oturub, qəzetin yeni
sayı üçün növbəti yazısını hazırlayırdı. Bu zaman baş
redaktorun katibəsi daxili telefonla Raziyəyə Aslan müəllimin
onu çağırdığını bildirdi. Raziyə əlindəki yazını buraxıb, baş
redaktorun otağına getdi.
Bu dəfə Aslan müəllim təzə işçisini gülərüzlə qarşıladı və
lütfkarlıq göstərərək, onunçün hələ bir çay da sifariş etdi.
Düzü, Raziyə utandı. Baş redaktor bunu görüncə dedi:
Dostları ilə paylaş: |