Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
  1   2   3   4   5   6   7   8   9   ...   98


1
 
 
 
         Camal  Zeynaloğlu 
 
 
 
 
 
 
 
 
 
 Ağrılı düşüncələrim 
 
 
 
 
 
 
 
 
 
 
                 “Print - S”  nəşriyyatı 
 
               
Bakı - 2015 
 


2
 
 
 
 
Az 2 
2015 
 
 
 
Camal  Zeynaloğlu:  “Ağrılı düşüncələrim” 
                                                  (Azərbaycan dilində)    
 
Redaktor:   Həqiqət Kərimova
                        
fəlsəfə elmləri namizədi, dosent    
 
 
Bakı, “Print - S” nəşriyyatı - 2015,  - 332 səh. 
 
 
Bu kitabda yazıçı-publisist, tərcüməçi-psixoloq    
C. Zeynaloğlunun ayrı-ayrı illərdə yazdığı məqalə və 
müsahibələri toplanmışdır. Bu  müəllifin sayca on dördüncü 
kitabıdır. 
 
 
         47260006 
C---------------------   qrifli nəşr 
         
00 - 2015
 
 
İSBN: 978 - 99 - 52 - 440 - 01- 7 
 
 
                                                                  © C. Zeynaloğlu - 2015 
 
 


3
 
 
 
      Dördüncü hakimiyyətin gücü 
 
      Ümumiyyətlə,  yazmaq,  yaratmaq,  dilsiz,  boş  vərəqələri 
gözəl  misralarla  bəzəmək,  könül  oxşayan,  üzdə  təbəssüm  və 
eyni  zamanda  kədər  hissi  oyadan  həyatdan  mənzərələrə  ədəbi 
dil ilə  qulaq asmaq-bu, həm  şair, həm  yazar, həm  də dinləyici 
üçün başqa bir aləmdir. Sevinc də , kədər də, qüssə də, qəm də 
hamısı insan üçündür. Kimisi bu hissləri içində saxlayır, kimisi 
də bunları başqaları ilə bölüşür. Başqa sözlə desək, bu hissləri 
içərisində  yaşayanlara  işıq  tutub  tərcüman  olurlar.Bu  ilahidən 
gələn bir vəhdir. Hər kəsin istəsə də sahib ola bilməyəcəyi bir 
istedaddır.  
      Siyasətdə, iqtisadiyyatda, təbiətdə baş alıb gedən böhranlar, 
aşınmalar  xeyli  vaxt  idi  ki,  mənəvi  dəyər  olan  əxlaqa  da 
keçmişdi.  Şüurlu  surətdə  düşünülmüş  imperiya  siyasəti, 
nəhayət  ki,  Azərbaycan  türkünün  psixologiyasına,  durumlu 
ailə-məişət  ənənələrinə  təsir  etmişdi.  Şərqliliyi  özündə  ehtiva 
edən  xalqımızın  demoqrafik  vəziyyəti  təhlükə  qarşısında 
qalmışdı.  Belə  ki,  ərsəyə  çatan  oğlanlarımız  bir  ucdan 
təbliğatın,  bir  ucdan  da  sosial  təzyiqin  vasitəsilə  şimala 
“repressiya”  olunurdular.  Onları  getdikləri  yerlərdə  gəlirli 
bazarlar,  yüksək  maaşlı  iş  yerləri,  əcnəbi  qızlarla  ucuz  başa 
gələn toy mərasimləri gözləyirdi. Qızlarımıza qismət olunasılar 
yad ellərdə beləcə əriyib “yoxa” çıxırdılar. 
     Azərbaycandan  başlanan  və  hələ  də  davam  edən  sosial 
münaqişələr  qələm  adamlarımız  tərəfindən  oxucuların  nəzər-
diqqətinə  çatdırılmışdır.  Belə  yazarlardan  biri  də  hörmətli 
qələm  dostumuz  Camal  Zeynaloğludur.  Mən  onun  xeyli 


4
 
 
kitablarını çap etmişəm. Ümumi şəkildə bildirmək istəyirəm ki, 
onun bədii dili rəvan, canlı və səlisdir. O, təfərrüata, sözçülüyə 
uymaq azarından uzaqdır.  
      Adətən    deyirlər    ki,    qəzetin    bir    günlük    ömrü    olur. 
Doğrudur,  hətta  elə  qəzetlər,  elə  məqalələr  var  ki,  heç  bir  
gün, bir  saat  yaşamır, oxucunun  diqqətini əsla  cəlb  eləmir.   
      Ancaq  söhbət  əsil  jurnalistikadan, ictimai  məna  daşıyan,  
oxucuya    yol    göstərən,    cəmiyyəti    kamilliyə      səsləyən  
sanballı    məqalələrdən    gedir.  Elə  məqalələr    olur  ki,  elin  
qayğılarından  yaranır,qəlblərə  yol  tapır, əsil  hadisəyəçevrilir, 
əldən-ələ  gəzir,  müvafiq    qurumları    tərpədir,  konkret    tədbir  
görülməsinə  yol  açır. Bax, belə  hallarda  mətbuat   dördüncü  
hakimiyyət  rolunu  görür və dördüncü hakimiyyət adlanır.  
      Camal  Zeynaloğlunun  “Ağrılı  düşüncələrim”  kitabında 
ölkənin    ictimai-siyasi    həyatına    fəal    təsir    edən,    müəyyən   
sahələrdə  sistem  halında  kök  salmış   qüsurları,    yanlış  iş 
üslubunu   açıb  göstərən  yazılar  geniş  rəğbət  qazanır   və  bu  
zaman    jurnalistika      əslində    dördüncü    hakimiyyət    rolunu  
oynayır.  
      Bəllidir    ki,  üç      hakimiyyət    növü    mövcuddur. 
Qanunvericilik,  icra    və    məhkəmə    hakimiyyəti.  Onların    hər  
birinin    rəsmi        statusu,    konkret      təsir    sahəsi    vəüsulları  
vardır.  Dördüncü  hakimiyyət  saydığımız  jurnalistikanın  isə  
belə    statusu  yoxdur. Mətbuatın    rolu    ictimai-siyasi   dəyəri  
və      cəmiyyətə    təsir      gücü    ilə  əsaslanır.  Jurnalistikaya  
dördüncü  hakimiyyət  anlayışını  ilk  dəfə on  səkkizinci  əsrdə 
-1776-cı  ildə    ingilis    filosofu    və    publisisti    Edmund    Bek  
gətirmişdir. E.Bek  dördüncü  hakimiyyət  deyiləndə   jurnalis-
tikanın    hakim    dairələrə    nəzarət    funksiyasını    nəzərdə   
tuturdu.  


5
 
 
      Sonralar  bu  barədə  bir  sıra   fikirlər  söylənilmiş,  hətta   
“xalqdan  sonra  birinci  hakimiyyət  mətbuatdır”   deyənlər  də  
var    idi.  Mətbuata    dördüncü    hakimiyyət    funksiyası    rəsmi  
qaydada  verilmir,  dərin  ictimai məna  daşıyan  sanballı  yazı-
larla bu  mərtəbəni   özü  qazanır. Axı  mətbuat ictimai  rəyin  
formalaşmasına  ən  güclü  təsir    edən  bir    qurumdur.  Əbəs   
demirlər  ki,  mətbuat  həyatın  güzgüsüdür. Məhz  buna  görə  
də  müdrik  H.B.Zərdabi  yazırdı  ki, “hər  bir   vilayətin qəzeti 
gərək  o  vilayətin  aynası      olsun...  yaxşı-yamanlığın  aşkar  
eləsin”,    xalqın    “hər      bir    dərdi    və    xahişi    o    qəzetdə  çap  
olunsun    ki,    o    qəzetə      baxan    xalqı    aynada    görən  kimi  
görsün”. 
      Hələ  ötən    əsrin    əvvəlində,  xüsusən          əsrin    ikinci  
yarısında    ictimai    mahiyyət    daşıyan    belə    yazılar    istər  
oxucunun, istərsə  də  müvafiq  rəhbər  orqanlarının  diqqətini  
cəlb  edir,  bir qayda olaraq  irəli  sürülən   nöqsanların  aradan  
qaldırılması üçün konkret  tədbirlər  görülürdü. Bu  sahədə  ulu  
öndər    Heydər    Əliyev    çoxcəhətli    fəaliyyəti    ilə  hamıya  
nümunə  göstərirdi.  
      Gözəl    bir    ənənə    var  idi.  Mətbuatın      dəyərli    çıxışları  
iləəlaqədar    konkret    tədbirlər    görülür,    müntəzəm    surərdə  
redaksiyaya  cavablar    verilirdi.    Bu    kitabı    tərtib    eləməklə   
demək    istəyirik    ki,  bizdə    jurnalistikanın    dördüncü  
hakimiyyət  dövrü  olub  və  bu  da  ölkəyə  heç  də az  fayda  
gətirməmişdir .   
     Jurnalist  sadəcə  məqalə  yazan  mirzə  deyildi. Öz  dəyərli  
axtarışları    ilə    müəyyən    problemlərin    həllinəçalışır,  məhz  
dördüncü    hakimiyyət      rolunda      ölkənin    ictimai-siyasi  
həyatında    fəal      iştirak    edir,    kitaba    toplanan    yazıları  
nəzərdən    keçirir,  mövzuların,  məqalələrin    istiqamətinə  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə