Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   2   3   4   5   6   7   8   9   ...   98

9
 
 
asan,  əlin  qazanclı  olsun  ki,  arvad-uşağın  içində,  dost-tanışın 
yanında  utanmayasan.  Çünki  indi  “dünya,  zamana  dəyişib” 
deyirlər,  bu  da  mənim  arzumdu,  amma  deyəsən  adamlıq 
dəyişib, nə isə təki sən dəyişmə. 
     Mənim  çox  adam  tərifləməkdən  xoşum  gəlmir,  amma  sən 
tərifini  özündə  gəzdirən  kişisən,  göz  qabağındasan,  ömrünə 
bərəkət. 
 
                     Adam var gözləri zülmət içində
                      Adam var xəyalı nur işığıdır, 
                      Adam var təbiət bezib əlindən
                      Adam var həyatın yaraşığıdır...      
 
       Camal müəllim, siz həqiqətən də həyatın yaraşığısız. Tanrı 
amanında!  
                                                                  Süleyman 
Mustafaoğlu,                                         
                                                              naşir-publisist 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


10
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
      P u b l i s i s t i k a 
 
             (Məqalələr) 
 
 
 
 
 
 
 
 
 


11
 
 
           Keçid dövrü məngənəsində 
 
 
      1980-ci  ilin  sonlarında  keçmiş  SSRİ-nin  iqtisadi  və  siyasi 
baxımdan  iflasa  sürüklənməsi,  imperiya  daxilində  güclənən 
etnik-milli qarşıdurmalar, habelə milli özünüdərk proseslərinin 
güclənməsi digər respublikalarla yanaşı, Azərbaycana da uzun 
illərdən  bəri  şüurumuzda  kök  atmış  milli  ideyanı  -  milli 
müstəqilliyi bərpa etməyə imkan yaratdı.  
     Bildiyimiz  kimi  hər  bir  millətin  formalaşmasında  milli 
mənəvi dəyərlər, və yaxud milli mentalitet  mühüm rol oynayır. 
Milli  mənəvi  dəyərlər  geniş  məna  kəsb  edir  və  millətin  bütün 
tarixini,  mədəniyyətini,  incəsənətini,  fəlsəfəsini,  ədəbiyyatını 
özündə  əks  etdirir.  Milli  mentalitet  isə  daha  çox  insanların 
ictimai  şüurundakı  dünyagörüşün  özünəməxsusluğunun 
ifadəsidir.  Bu  baxımdan,  milli  mentalitet  milli  mənəvi 
dəyərlərdən milli özünüdərkə bir keçid rolunu oynayır. Hər bir 
xalqda  milli  mənəvi  dəyərlərin  qiymətləndirilməsi  o  zaman 
meydana çıxır ki, həmin xalqda milli oyanışa, milli özünüdərkə 
ehtiyac  yaranır.  Yəni  milli  mentalitet  dedikdə,  hər  bir  xalqın 
özünəməxsus psixoloji, mədəni, dini və fəlsəfi həyat tərzi başa 
düşülür.  Hər  hansı  bir  millət  özünü  başqa  xalqlardan 
fərqləndirmədən, 
onun  keçmişinə  məxsus  olan  milli 
xüsusiyyətləri  müəyyənləşdirmədən  milli  istiqlal  uğrunda 
mübarizə apara bilməz. 
     Millətin  milli  inkişafı  onun  əsas  strategiyasını  təşkil  edən 
milli ideologiyasından asılıdır. Milli ideologiyanın ilk növbədə 
məram  və  məqsədləri  olmalıdır  ki,  bu  da  həmin  millətin 
şüuruna hakim kəsilməlidir. 
     Müasir  dövrdə  hər  bir  xalqın  milli  ideyası  onun  gələcək 
inkişaf  yolu,  taktiki  və  strateji  hədəfləri,  habelə  beynəlxalq 
münasibətlər  sistemindəki  yeri  barədə  aydın  təsəvvür  yaradır. 
Milli  ideyanın  hədəflədiyi,  önə  çəkdiyi  məqsədlərin 
mahiyyətindən  asılı  olaraq  xalqların  və  dövlətlərin  beynəlxalq 


12
 
 
miqyasda  imici  formalaşır.  Milli  ideya  dövlətlərin  sosial-
iqtisadi  və  intellektual  resurslarını  konkret  siyasi  məqsədlər 
naminə  səfərbərliyə  alır,  milli  ideologiya  isə  bu  prosesdə  bir 
növ vasitəçilik edir. Əgər fərdin fəaliyyətini stimullaşdıran əsas 
amil  onun  məqsəd  və  arzularıdırsa,  dövlətlərin  uğur  və 
inkişafını təmin edən başlıca meyar məhz milli ideyadır. 
     Yeni əsrdə millətlərin öz müqəddaratlarını müəyyən etməsi, 
xalqların  uzun  illərdən  bəri  böyük  dövlətlər  tərəfindən 
“müstəmləkəçilik” boyunduruğundan xilas olması, milli şüurda 
oyanışın baş verməsi, keçmiş steorotiplərdən azad olmaq üçün 
yeni  mücadilələrin  meydana  gəlməsi  və  bu  yolda  hamının 
səfərbər olması heç də asan olmayacaq. Çünki bu mübarizədə 
yeni  milli  təfəkkür  tərzinin  formalaşması  vacibdir.  Uzun 
illərdən  bəri  şüurumuzda  kök  salmış  sovet  təfəkkür  tərzini 
asanlıqla  silib  atmaq  mümkün  olacaqmı?  Bu  gün  biz    buna 
hazırıqmı?!  Keçid  dövrü  adlandırdığımız  bu  gündə  bizdə  baş 
verən  proseslərə  azca  da  olsa  nəzər  yetirmək,  günümüzün 
reallıqlarını  əks  etdirən  bir  çox  qəbahətlərimizi  işıqlandırmaq 
məncə  yerinə  düşər.  Çünki  bugünkü  qəbahətlər  bizim  deyil, 
bizə  yad  cəmiyyətdən,  yad  ünsürlərdən  miras  qalmış,  milli 
mentalitetimizə  qətiyyən  yaraşmayan,  əxlaqımıza  zidd  olan 
kənar qüvvələrin təsiri ilə cəmiyyətimizə zorla tətbiq etdirilmiş 
xarakterik xüsusiyyətlərdir. 
     Amma  ömürdən  gedən  illərin  bizdən  çox  şeylərin  götürüb 
apardığını  nədənsə  unuduruq.  Həyatımızın  bu  çətin  anlarında 
insanların ruhuna hakim kəsilmiş sərvətməndlik, kapital əxlaqı 
cəhətdən  bizi  doğrudan  da  böyük  imtahan  qarşısında 
qoymuşdu.  Vaxtilə  burjua  ölkələrində  geniş  təbliğ  olunan 
fikirlər artıq günümüzün reallığı ilə səsləşməkdədir. Əlbəttə, o 
zamanlar  biz  də  burjua  ideoloqların  fikirlərinin  sosializm 
baxımından  həmişə  tənqid  atəşinə  tuturduq.  Ancaq  bu  gün 
onların  fikirlərinin  reallığını  etiraf  etmək  məcburiyyətində 
qalırıq.  Çünki  cəmiyyətdə  rastlaşdığımız  saysız-hesabsız 
danılmaz  faktlar  bu  fikirləri  sübut  edir.  Onların  fikrincə, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə