Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   2   3   4   5   6   7   8   9   ...   98

13
 
 
bəşəriyyətin  uzun  sürən  təkamülü  prosesində,  daha  doğrusu, 
sivil  dövlətlərdə  əxlaqsızlıq,  qəbahət  və  rəzalət  içərisində 
olanlar,  hiyləgərlər,  “mühitə  uyğunlaşanlar”  yaşayış  uğrunda 
mübarizədə, xeyirxah əməllər sahiblərini, əxlaq cəngavərlərini 
sıxışdırıb  aradan  çıxartmışlar.  Bunun  nəticəsində  cəmiyyətdə 
əxlaqca  cırlaşma,  əxlaqi  tənəzzül  prosesi  baş  verir,  xeyirxah 
əməllərin  sayı  getdikcə  azalır,  əxlaqsızlığın,  qəbahətlərin,  şər 
əməllərin  sayı  isə  həddindən  artıq  çoxalır.  Əsl  əxlaq 
qəhrəmanların 
yerini 
əxlaqsızlar 
tutur. 
Cəmiyyətdə 
insanpərvərlikdən  əlçəkmə  prosesi  baş  verir,  əxlaqsızlar, 
mənəviyyatca 
kasıb  adamlar,  riyakarlar,  tamahkarlar, 
mərdimazarlar,  paxıllar,  qisasçılar  əsas  aparıcı  qüvvəyə 
çevrilirlər.  
     Beləliklə,  heyvanilik  insaniyyətə  üstün  gələrək,  vaxtilə 
boğulub  gizlədilən  vəhşi  heyvani  instinktlərin  inkişafı  üçün 
geniş meydan açılır.  
     Bəli, 
burjua  alimi  Hobbsun  ilkin  kapital  yığımı 
dövründədediyi  “insan  insanın  canavarıdır”  sözləri  indi  daha 
aydın  “insan  ən  yırtıcı  heyvandan  da  yırtıcıdır,  qəddardır”, 
“insan 
öz 
xoşbəxtliyindən 
daha 
çox 
başqalarının 
bədbəxtliyindən həzz alır”, “müasir insan vəhşiləşmişdir” kimi 
fikirləri ilə əvəz olunur. 
     Ancaq  bu  fikirlərlə  tamamilə  razılaşmaq  da  düzgün 
olmazdı.  Nə  qədər  ki,  cəmiyyətdə  diqqət  mərkəzində  olmağı 
sevməyən,  ancaq  bütün  ömrünü,  amalını  xalqının  tərəqqisinə, 
əxlaqi  və  mənəvi  cəhətdən  zənginləşməsinə  xidmət  göstərən 
alimlərimiz,  sənət  adamlarımız,  yaradıcı  ziyalılarımız  var  bu 
fikirləri özümüzə yaxın buraxmamalıyıq. 
    Bu  gün  laqeydlik  məngənəsində  sıxılan  insanları  oradan 
ancaq  inam  xilas  edə  bilər.  Heç  kəs  şöhrətə,  rütbəyə,  vəzifəyə 
arxalanıb öz insanlıq vəzifələrini unutmamalıdır. Ancaq təəssüf 
doğurası odur ki, şöhrət doymazları şöhrət qanadları altına elə 
sığınıblar ki, cəmiyyətdə gedən əxlaqi tənəzzülün sanki onlara 
qətiyyən aidiyyatı  yoxdur. Çünki bu sübut olunmuş bir faktdır 


14
 
 
ki,  yoxsullar  əxlaqsızlığı,  namussuzluğu,  qeyrətsizliyi  qan  ilə 
yumuşlar, şöhrətpərəstlər isə bu iyrənc hərəkətləri həmişə pul, 
kapital  ilə  ört-basdır etməyə  çalışmışlar. Ona  görə  də  aşağılar, 
qara camaat daha çox əzab və iztirablara düçar olurlar. 
 Filosoflardan biri yazmışdır ki, “əlacım olsaydı qatillərdən və 
cinayətkarlardan  əvvəl  yoxsulluğu  və  nadanlığı  məhkəməyə 
verərdim. Çünki bir çox bədbəxtliklərin banisi bunlardır”
    Cəmiyyətdə  baş  alıb  gedən  əxlaqsızlığın  əsas  səbəblərini 
yoxsulluqda, maddi ehtiyacda və mənəvi səbatsızlıqda görənlər 
yanılmırlar.  Bu  gün  həyatın  əxlaqsızlıq  girdabına  atılanlar  öz 
hisslərini, ehtiraslarını vaxtında cilovlamağı bacarmayanlar, ilk 
növbədə  isə  özünü  yaxşı  görə  bilməyən,  özünü  lazımınca 
qiymətləndirməyən insanlardır. 
    Həyatda 
yaxşını-pisdən, 
xeyiri-şərdən, 
xeyirxahlığı-
naqislikdən,  alicənablığı-riyakarlıqdan,  ayırd  etmək,  paxıllığı, 
mərdimazarlığı,  kinliliyi,  qısqanclığı,  qeybəti,  tamahkarlığı  və 
i.a.  kimi  qəbahətləri  konkret  şəraitdə  və  konkret  halda  görə 
bilmək  üçün  hər  kəsin  öz  ağıl  və  emosiyalarının,  zəka  və 
ehtiraslarının düzgün işləməsi, tərbiyə edilməsi lazımdır ki, bu 
da  öz  növbəsində  doğru-düzgün  dünya  görüşündən,  möhkəm 
əqidə  və  inamdan,  sarsılmaz  həyat  qanunlarına  çevrilmiş 
vərdişlərdən aslıdır. Məhz buna görə də biz özünənəzarətin, öz 
hərəkətlərini  təhlil  etməyin,  özünə  kənardan  baxa  bilməyin, 
özünü yaxşı görə bilməyin əhəmiyyətini xüsusi qeyd etməliyik. 
İnsanın böyüklüyü hər şeydən əvvəl özünü daxilən yaxşı  görə 
bilməsindədir,  öz-özünə  obyektiv  hökm  çıxara  bilməsindədir. 
Təəssüf ki, müəyyən mənada cəmiyyətdə baş alıb gedən kapital 
burulğanı  gənclərimizin  əxlaq  və  mənəvi  dünyasına  nəzər 
salmağa  imkan  belə  verməyərək,  onları  hiss  və  ehtiraslar 
dənizində öz ağuşuna alır. Bu zaman artıq gec olur. Bu dənizə 
atılmazdan  qabaq  hər  şeyi  yaxşıca,  özü    də  ağılla  götür-qoy 
etmək lazımdır. Bu dənizin sularında üzənlər, bu suyun acısını 
dadanlar sahilə çıxandan sonra canlı varlıq olsalar da, cəmiyyət 
üçün onlar artıq “əşyaya”, “alətə” çevrilirlər. Bu həyatın insana 


15
 
 
verdiyi ən amansız, həm də ən layiqli cəzasıdır. Görəsən, onları 
bu  çirkaba  atılmazdan  qabaq  saxlamaq  mümkündürmü?! 
Əlbəttə, mümkündür. Axı, onlar bu iztirablı çirkaba atılmazdan 
əvvəl  özləri  üçün  həmdəm  insan,  yoldaş,  dost  axtarışında 
olurlar.  Həyatda  əsil  dostun,  yoldaşın,  əqidənin,  etibarın, 
inamın  itdiyini  görəndən  sonra,  digər  tərəfdən  də  kapitalın 
hissolunmaz  gücü,  ecazkar  qüvvəsi  onların  səmtini  istər-
istəməz  dəyişməyə  məcbur  edir.  İnsanların  laqeyidlik  azarına 
tutulması isə bu faciənin daha da dərinləşməsinə, eyni zamanda 
kütləvi vüsət almasına şərait yaradır. Nə etməli?! 
    Yenə 
də 
əlimizi-əlimizin  üstünə  qoyub  nəyi  isə 
gözləməliyikmi?!  Xeyir!  Əsla!  Bu  gün  qəbahətlərimizə  qarşı 
açıq  mübarizəyə  qalxmaq  üçün  həyacan  təbilini  səslən-
dirməliyik! 
     Cəmiyyətdə 
baş  alıb  gedən  əxlaqsızlığı,  mənəvi 
pozğunluğu, rüşvətxorluğun doğurduğu iyrənc əməlləri yabanı 
alaq  otları  kimi  vaxtında  təmizləyə  bilməsək,  onda  gələcək 
nəsildə sağlam tərbiyəli gənclərimizin mövcudluğu sual altında 
ola bilər. Bu gün cəmiyyətimizdəki çirkab suların çoxalmasının 
əsas səbəbi digər tərəfdən də bu işdə lazımi vaxtda, düzgün və 
cəsarətli  addım  atmamağımız  səbəb  olubdur.  Artıq  bu  sahədə 
cəsarətli vəqəti addımlar atmağın  çoxdan vaxtı çatıbdır. 
      Düzdür,  bu  gün  bizi  uğursuzluq,  müvəffəqiyyətsizlik 
yaxalayıbsa,  biz  əllərimizi  göyə  qaldırıb  tez  təslim 
olmamalıyıq,  bu  baxımdan  özümüzü  məğlub  hesab 
etməməliyik.  Əgər  gələcəkdə  yaxşı,    rahat,  firavan  və 
gözəlhəyatda yaşamaq istəyiriksə, milli mənəvi dəyərlərimizin 
qorunması  yolunda  durmadan,  gecikmədən  yaxşı  da  işlər 
görməliyik. 
     Bu  gün  hamımızı  düşündürən  bir  məsələ  var.  Biz  bu  gün 
Müstəqil 
Respublika 
olaraq 
özümüzü 
Azərbaycan 
Cümhuriyyətinin  varisi,  yoxsa  Azərbaycan  SSR-nin  varisi 
hesab  etməliyik.  Milli  ideologiya  baxımından  ilk  növbədə 
Azərbaycan  Respublikasının  varislik  probleminə,  yəni  özünü 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə