Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   2   3   4   5   6   7   8   9   ...   98

16
 
 
Azərbaycan 
Cümhuriyyətinin 
varisi 
elan 
edən 
bir 
respublikanın, həmin Cümhuriyyətin milli mənəvi dəyərlərinə, 
xüsusilə  onun  başlıca  ideoloji  prinsiplərinə  nə  dərəcədə  sahib 
çıxıb-çıxmamasına aydınlıq gətirilməlidir. 
    Tanınmış  bir  filosofun  fikrinə  görə,  Həyata  və  azadlığa 
yalnız o adam layiqdir ki, hər gün bunların uğrunda döyüşə 
gedir”. 
    Bəli,  bu  gün  bizmilli  ideyaların  uğurla  həyata  keçirilməsi, 
müstəqilliyin  möhkəmləndirilməsi  prosesində  ən  mühüm 
şərtlərdən  biri  olan  cəmiyyət  milli-mənəvi  dəyərlər  ruhunda 
səfərbər  olunmalı  və  bu  yoldahər  birimiz  özünü  milli 
mənliyimizin  yad  qəbahətlərdən  qorumaq  uğrunda  döyüş 
meydanında  yorulmadan  mübarizə  aparanlardan  hesab 
etməlidir... 
 
 
                                                           Bakı,  mart 1993-cü il. 
 
 
 
 
  
  
  
 
 
 
 
 
 
 


17
 
 
 
 
    İstedadlı artist, igid partizan, cəsur  
                        kəşfiyyatçı 
 
 
     Babanlı Xanlar Salman oğlu 1918 - ci ildə Şuşa şəhərində anadan 
olub. Sonralar ailəsi ilə birlikdə Tərtər rayonuna köçmüşdür. 
     1932 - ci ildə Xanların atası Salman kişi vəfat  etmiş, az sonra isə 
anası  dünyasını  dəyişmişdir.Balaca  Xanları  uşaq  evinə  verirlər.O, 
Tərtər  uşaq  evində  tərbiyə  almışdır.  Daha  sonra  balaca  Xanların 
təhsilə  olan  hədsiz  marağını  görən  uşaq  evinin  tərbiyəçiləri  onu 
Qusar  rayonunda  yerləşən  Aqrotexnikumuna  göndərmişdilər. 
Burada  o,  pioner  dostları  ilə  birlikdə  bir  neçə  tamaşa    hazırlayır. 
Tamaşa  zamanı  Xanların  aktyorluq  istedadını  görən  Qusar  Qızıl 
Ordu  polkunun  bədii  özfəaliyyət  dərnəyinin  rejissoru  Xanlara 
Azərbaycan  Teatr  Texnikumuna  daxil  olmasını  məsləhət  görür. 
Rejissorun  məsləhətinə  əməl  edən  Xanlar  imtahanları  uğurla  verib 
Teatr  Texnikumuna  daxil  olur  və  dörd  il  aktyorluq  sənətini 
mənimsəyir. 
    Texnikumu  bitirən  Xanlar  1936  -  cı  ildə  Naxçıvan  Dövlət    Dram 
Teatrına təyinat alır. 1936 - 37 - ci il teatr mövsümündə gənc aktyor 
bir neçə rolda çıxış etdi. Onlardan seçilən Cəfər Cabbarlının «1905 
- ci ildə» pyesində Aram obrazı olmuşdur. Bir il sonra, 1937 - ci ildə 
o, Bakıya qayıdır və Azərbaycan Dövlət estradasında bədii söz ustası 
kimi fəaliyyət göstərməyə başlayır.Bakının teatr afişlərində Xanların 
adına tez -  tez  rast  gəlinir.  Onun  rejissorluğu  ilə  ADU  -  nun  tələbə 
teatrı 
V.Şkvarkinin 
«Özgə 
uşağı» 
əsərinin 
tamaşasını 
hazırlayır.Sonra  Azərbaycan  sənaye  politexnikumunun  türk  birliyi 
Süleyman  Rüstəmin  «Yanğın»  əsərini  göstərir.Həmin  pyesin  də 
rejissorluğu  X.  Babanlıya  tapşırılır.  Gənclərin  qüvvəsi  ilə  yaranan 
tamaşa baxanların xoşuna  gəlir. 
    Azərbaycan  Dövlət  estradasında  işləyərkən  X.  Babanlı  Elmira 
Axundova,  Cahan  Talışinskaya  kimi  sevilən  aktyorlarla  birgə 


18
 
 
konsertlər  verir.Günlər  ötdükcə  gənc  aktyorun  səriştəsi  artır,  onu 
tanıyırlar. 
Nəhayət, Xanlar Babanlının ayrıca konsertini təşkil edirlər.    
    1939  -  cu  ildə  Azərbaycan  Dövlət  estradasının  gənc  aktyoru 
Xanlar Babanlı hərbi xidmətə yola düşür.  
    1941  -  ci  ildən  1944  -cü  ilədək  Ukraynada  partizan  dəstəsi 
yaradan  Xanlar  silahdaşları  ilə  birlikdə  alman  faşistlərinə  qarşı 
amansızcasına mübarizə aparmışdır. 
Xanlar erkən yaşında ailə qurur. Belə ki, o, hərbi xidmətə  gedəndə  
artıq onun iki  övladı vardı. 
 
     1941  -  ci  ilin  sentyabrında  Xanlar  Lübenin  cənubunda  gedən 
şiddətli  döyüşlər  zamanı  ağır  yaralanır  və  huşunu  itirir.O,  gözlərini 
açanda  özünü  almanların  səhra  hospitalında  görür.Almanların  hərbi 
əsirlər  xəstəxanasında  onu  müalicə  edirilər.Müalicə  başa  çatandan 
sonra onların «üzərində işləyərək» sovet ordusuna qarşı hazırlayırlar. 
Xanlar  öyrənir  ki,  onları  təlim  keçmək  adı  ilə  Almaniyaya 
aparacaqlar.Orada isə əsirləri ağır, alçaldıcı işlər gözləyirdi.Odur ki, 
götür  -  qoy  edib  «qərar»ını  verir.  Alman  ordusunda  qulluq    etməyə 
razı  olur.  Xanlar  yalnız  bu  yolla  silah  əldə  edə  bilər,  ya  da  qaça 
bilərdi. Bundan sonrakı fəaliyyətini isə o, yaxşı anlayırdı: düşməndən 
hər vasitə ilə  intiqam  almaq.  
Xanların Alman dilini bilməsi ona çox kömək etdi. Alman zabitlərini 
inandırdı,  razılıqlarını  aldı.  Bundan  sonra  onu  yalnız  bir    məsələ 
düşündürürdü: necə qaçmaq? 
     Belə  bir  imkan  1942  -  ci  ilin  dekabrında  Krasnodar  altında  ilk 
göyüşdə  yaranan  çaxnaşma  zamanı  baş  verdi.  Xanlar  çaxnaşmadan 
istifadə  edərək  cəbhə  xəttini  keçməyə  cəhd  göstərdi,  lakin 
hitlerçilərlə  üz-  üzə  gəldi.  Bir  müddət  o,  Taman  yaxınlığında 
gizləndi.  Nəhayət,  özümüzünkülərə  tərəf  keçməyin  mümkün 
olmadığını 
özündə  yəqin  edən  Xanlar  sonradan  alman 
komendantının  yanına  gələrək  hissədən  ayrı  düşdüyünü  elan  etdi. 
Alman zabiti ona inandı və kağız verdi: «Qafqaz yefreytoru Babanlı 
Slavyansk  istiqamətində  hərəkət  edir  və  hissəyə  təcili  qayıtmaq 
haqqında əmr almışdır. Xüsusi qeyd: yolüstü  nəqliyyatla».   
      Bu arayış Xanlara imkan verdi ki, axtarış və gizli əməliyyatlarını 
sərbəst  həyata  keçirsin.O,  Tamanda  faşist  düşərgələrindən  qaçan 
sovet  hərbi  əsirlərinə  rast  gəldi.  Onların  arasında  köhnə  tanışı  - 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə