Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   2   3   4   5   6   7   8   9   ...   98

19
 
 
Gəncə  filarmoniyasının  solisti  Nadir  Teymur  oğlu  Teymurzadə  də 
var  idi. Xanlar  qərara aldı ki,  konsert  briqadası  yaratsınlar  və  bu  ad 
altındada hərəkət etsinlər. Xanlar ona verilmiş arayışa seçdiyi daha 8 
nəfərin adını əlavə etdi.Xanlar bu arayışın köməkliyi ilə Kerçi, Krım 
yarmadasını 
keçərək 
Nikolayevə 
gəlib 
çatdılar.Burada 
komendantlığın leytenantı onlara belə bir sənəd satdı: «Kunstqruppa 
(konsert    briqadası)  yefreytor  Xanlar  Babanlının  rəhbərliyi  altında 
Dnepropetrovsk,  Nikolayevsk  və  Kirovoqrad  vilayətlərinə  qastrol 
səfərinə çıxır».   
    Xanların  dəstəsi  tədricən  alman  paltarı,  silah,  at,  araba  əldə  etdi. 
Xanlar  böyük  məharətlə  rezindən  möhür  və  ştamp  düzəltməyi 
öyrəndi.Tezliklə  dəstənin  konsert  fəaliyyəti  başqa  işlə  əvəz 
olundu.Xanlar  Babanlının «artistləri»  əhali   arasındavərəqələr  yayır, 
almanlara  qarşı  təxribat  işləri  aparır,  işğalçıları  və  yerli  polisləri 
«ovlayırdılar».   
    Alman    paltarı  geymiş  azərbaycanlılar  günü  -  gündən  fəaliyyət 
dairələrini genişləndirməyə başladılar. Onlar düşmənə daha sarsıdıcı 
zərbə vurmağı planlaşdırdılar. Belə ki, «Qafqaz varyetesi»nin üzvləri 
yefreytor  Xanlar  Babanlının  rəhbərliyi  altında  almanların  ərzaq  və 
hərbi sursat anbarlarını partladır, düşmənin yüksək rütbəli zabitlərini 
aradan  götürür,  lazım  olan  məxfi  sənədləri  əldə  edirdilər.Tezliklə 
Xanlar  Krivoy-Roqda  gizli  iş  aparan  partizan  dəstəsilə  əlaqə  yarada 
bildi.Bu zaman Krivoy-Roqda Domna Samsonovna böyük gizli qrup 
yaratmışdı.Çox  keçmədən  Krivoy-Roq  vətənpərvərləri  azərbaycanlı 
«musiqiçilərin»in  timsalında  döyüş  köməyi  aldılar.  Xanlar 
Babanlının rus adı «Kostya» idi. 
    Xanlar  Babanlının  hazırladığı  saxta  sənədlərlə  yüzlərlə  əsir 
Almaniyaya  sürgün  olunmaqdan  xilas  edildi.  Onlar  tərəfindən 
hazırlanmış  ərzaq  kartoçkaları  ilə  yerli  sakinləri  və  mərkəzin  gizli 
tapşırıqlarını  yerinə  yetirən  cəsur  partizanlar  ərzaqla  təmin 
olunurdular.  Sənədlər  və  ərzaq  kartoçkaları  Xanlar  tərəfindən  elə 
məharətlə  hazırlanırdı  ki,  almanların  ekspertləri  belə  onun  saxta 
olduğunu ayırd edə bilmirdilər. 
    Xanların dəstəsi bir neçə hərbi sursat aparan qatarı da partladaraq 
düşmənə  sarsıdıcı  zərbə  vurmuşdu.Onlar  düşmənin  strateji 
əhəmiyyətli  körpülərini  partladır,  onların  əsas  hissələrlə  əlaqə 
yaranmasının  qarşısını  alırdılar.  Ardı  -  arası  kəsilməyən  dağıdıcı 
partlayışlar  almanların  yuxusunu  ərşə  çəkmişdi.  Bu  partlayışlardan  


20
 
 
gizli    partizan  hərəkatı  da  çaş  qalmışdı.  Sonradan  Krivoy-Roq  gizli 
partizan  hərəkatı  Xanların  «musiqiçiləri»nin  özfəaliyyətindən  xəbər 
tutdular və ona bir mərkəzdən idarə  olunma  tapşırığı  verildi. 
    Bundan  sonra  Xanların  dəstəsi  «Qafqazın  varyetesi»  adı  ilə 
almanların  qarşısında  müxtəlif  proqramlarla  çıxış  edir,  alman  əsgər 
və  zabitlərini  əyləndirirdilər.  Hər  dəfə  də  bu  «keyf»  almanlara  baha 
başa gəlirdi. Çünki konsertdən az sonra həmin bina göyə  sovrulurdu. 
    Almanlar  Krivoy  -  Roq  partizan  dəstəsinin  izinə  düşərək,  onun 
qərargahına  yol  tapdılar.  Bunu  hiss  edən  Xanlar  dəstəsi  ilə  birlikdə 
Odessa, Nikolayev və başqa şəhərlərə  «qastrol»  səfərinə  çıxdı. 
    Bir  dəfə  Dnepropetrovskda  zabitlər  evində  «Qafqaz  varyetesi» 
Şərq  konserti  verirdi.  Konsertin  şirin  yerində  artistlər  binanı  yerlə 
yeksan  edib,  aradan  salamat  çıxa  bildilər.  Bu  dəhşətli  partlayış 
nəticəsində bir alman generalı və 680 zabit həlak oldu. İki aydan çox 
idi  ki,  şəhərdəki  təxribatları,  hücumları,  partlayışları  hərəkətdə  olan  
fəal partizanların adına çıxırdılar. Lakin ağıllarına belə gətirmirdilər 
ki, bütün bunlar Xanların əməlləridir. Bundan sonra Xanların dəstəsi 
bu şəhərdə almanlar tərəfindən şübhə altına alındılar. Bunu hiss edən 
Xanlar şəhəri tərk etməli olur. 
    Xanların  dəstəsi  araba  ilə  şəhəri  tərkedəndə,  bu  vaxt  səmada  bir 
təyyarə 
göründü. 
Faşistlər 
hər 
tərəfdən 
təyyarəni 
atəşə 
tutdular.Təyyarə  gah  enir,gah  sürətlə  qalxır,  lakin  atəş  dairəsindən 
çıxa  bilmirdi.  Birdən  təyyarə  alışdı.Alovlanan  təyyarədən  bir 
paraşütçü ayrıldı.Bu, Xanların gözündən yayınmadı. 
    Xanlargil  arabadan  düşüb  paraşütçü  enən  tərəfə  qaçdılar. 
Paraşütçü  Xanları  və  onun  dəstəsini  alman  paltarında  görüb  təslim 
olmaq  istəmirdi.  Əlbəyaxadan  sonra  onu  tərksilah  edə  bildilər. 
Xanlar  kim  olduğunu  desə  də,  təyyarəçi  onlara  inanmırdı.  Bu  vaxt 
uzaqdan sürətlə onlara tərəf gələn yük maşını göründü. Faşistlər cəld 
yerə tökülüşərək hər tərəfdən qışqırırdılar: 
--  Onu biz vurmuşuq. Əsir bizimdir. 
-- Əsiri kim tutubsa onundur. Əsiri biz, özümüz təhvil verəcəyik.Biz 
203–cü  zonderkomandadanıq.Sizin  əsiriniz  isə  o  tərəfdədir,  --
deyərək  Xanlar  yanan  təyyarəni  göstərdi.  Lakin  alman  əsgərləri  əl 
çəkmək  istəmirdilər.  Odur  ki,  Xanlar  təyyarəçinin  papağını, 
kompasını,  çantasını,  saatını  və  boş  qoburunu  onlara  tərəf  tullayıb, 
əsirin qolundan  yapışaraq  səhraya tərəf addımladı. 
    Almanların maşını gedəndən sonra əsiri buraxıb dedi: 


21
 
 
--  Get,  bir də  əsir düşmə. 
Sonra Xanlar onun  tapançasını da qaytardı… 
…  Oktyabr  mədəni  şaxtalarının  birinin  ətrafına  uca  hasar,  onun 
üzərində  isə  bir  neçə  cərgə  tikanlı  məftil  çəkilmişdi.Şaxta  böyük 
səylə  mühafizə  olunurdu,  oraya  gələn  və  gedən  yük  maşınlarının 
kuzovu daim örtülü olurdu. Babanlı bu barədə azbaş sındırmamışdı: 
keçilməz  hasarın,  zindan  kimi  ağır  dəmir  darvazanın  arxasında  nə 
kimi sirr gizlənir?Gizli zavod?Yeni silahların saxlandığı anbar? Gizli 
təşkilatın  üzvləri  şaxtadan  çıxan  bütün  avtomaşınların  nömrəsini 
yazdılar və elə həmin gün Dolqintsevo və Pyatixatka stansiyalarında 
da  belə  bir  hesab  apardılar.Lakin  avtomaşınların  nömrələri  tuş 
gəlmirdi… 
    Nəhayət,  Xanların  zabit  forması  bu  dəfə  də  onun  karına  gəldi.O, 
gizli təşkilatın üzvü olan Aleksey Fyodorovla əlaqəyə girir.Fyodorov 
şaxtadakı  gözətçilərdən  bir  neçəsi  ilə  tanış  idi.Az  vaxt  ərzində 
gözətçi  postlarının  yerləşdiyi  yerləri,  gözətçilərin  növbəni  dəyişmə 
vaxtını,  parolu,siqnalizasiya 
sistemini 
və 
telefon 
rabitəsini 
öyrənməyə  imkan  yarandı.  Xanlar  çətinliklə  dəolsa,  öyrəndi  ki,  bu 
şaxtada almanların sovet «katyuşa»sına bənzər altılüləli minamyot - 
«vanyuşa»sı saxlanılır. Bütün hazırlıqlar görüldükdən sonra Xanların  
dəstəsi  anbarı  başdan  -  başa  minalayır.  Xanlargil  mədəndən  xeyli 
uzaqlaşandan sonra partlayışlar   başlayır. Bu almanlara vurulmuş ən 
böyük zərbə idi.  
    1943  -  cü  il  dekabrın  2-  də  Dolqintsevo  dəmir  yol  stansiyasında 
Babanlı,  Teymurzadə  və  Nəbiyev  almanların  döyüş  sursatı  ilə  dolu 
bir qatarını da partlatdılar… 
Azərbaycan  Respublikasının  Tarix  muzeyində  bir  məktub  var.  Bu 
məktub  Aleksandriya  şəhərində  yaşayan  D.  S.  Koneva  göndərib. 
Xanlar Babanlı haqqında son məlumat  həmin məktubda yazılıbdır. 
     «…Xanlar  Babanlı  tələbkar  komandir,  bacarıqlı  və  inadcıl  siyasi 
rəhbər  idi.  Yoldaşlarından  partizan  ürəyi,  partizan  dəyanəti  tələb 
edirdi. Dəstəsindəki adamlardan birinin Xanlarla arası yox idi, gözü 
onu  götürmürdü.  1944-cü  ilin  yanvarında  Sovet  Ordusunun 
Dnepropetrovska  gəlişinə  az  qalmış  xain  Xanları  kürəyindən  vurub 
öldürdü. Partizanlar Xanların qanını alaraq xaini güllələdilər…». 
     Vətəndən  uzaqlarda,  vaxtı  ilə  düşmən  tərəfindən  zəbt  edilmiş 
Nikolayev  şəhərində  «Qafqaz  varyetesi»nin  bədii  rəhbəri,  bacarıqlı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə