Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   2   3   4   5   6   7   8   9   10   ...   98

22
 
 
artist,  ölməz  qəhrəman  Xanlar  Salman  oğlu  Babanlının  məzarı 
həmişə gül - çiçəyə qərq olur. 
     İstedadlı artist, igid partizan, cəsur kəşfiyyatçı Xanlar Babanlının 
Böyük  Vətən  müharibəsində  göstərdiyi  şücaətləri  sayıb  - 
sadalamaqla  qırtarmaq  olmur.  Kiçik  bir  yazıda  cəsur  kəşfiyyatçının 
əfsanəvi  «Mixaylo»nun  qəhrəmanlıqlarını  təkrar  etməsi  səhnələrini 
geniş şəkildə vermək  mümkün deyildir. Çünki Xanlar haqqında çox 
yazılıb,  çox  söz  deyilibdir,  sənədli  filmlər  çəkilibdir,  dərsliklərə 
salınıbdır,  ensiklopediyada  haqqında  məlumat  yerilibdir.  Onun 
barəsində roman, povest, hekayələr yazılıbdır. Bütün bunlar xalqımız 
üçün  böyük  şərəfdir.  Xalqımızın  böyüklüyü  ondadır  ki,  o,  Vətənə 
həzilər,  mehdilər,  qafurlar,  gəraylar,  xanlarlar  kimi  qorxmaz,  igid, 
canını torpağından, Vətənindən əsirgəməyən övladlar bəxş etmişdir.   
           
     Qeyd:  Bu  gün  SSRİ  idman  ustası,  Azərbaycan  Respublikasının 
Əməkdar  məşqçisi,  Boks  üzrə  Beynəlxalq  dərəcəli  hakim, 
Azərbaycan Boks Federasiyasının katibi, üç övlad atası Tofiq Xanlar 
oğlu  Babanlı  atası  ilə  fəxr  edə  bilər.  Ataların  keçdiyi  şərəfli  yolları 
bu gün oğullar davam etdirir…    
 
              “Vətəndaş həmrəyliyi” qəzeti, 8-11 may 2005-ci il.
 
      
 
 
 
 
 
 
 
 
 


23
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
         Gələcəyimiz yetkin təfəkkürdən  
                           asılıdır 
 
     1988 - 90 - cı illərdə xalq hərəkatının meydan mərhələsində 
fərdlər  arasındakı  fərqlər  nisbəti  görünməz  olduğu  halda,  indi 
bu 
fərqləri 
aydınca  görüb  təhlil  etmək  və  onları 
qiymətləndirmək  mümkündür.  O  zaman  hamını  birləşdirən 
ümumi  cəhət  ümumi  psixoloq  vəziyyətin  mövcudluğunda  idi. 
Ehtiraslar  kuliminasiya  həddinə  çatmışdır.  Bu  dövrdə 
müvəqqəti  də  olsa,  “kiçik”  və  “böyük”  qruplar  arasındakı 
incikliklər “unuduldu”, adamlarda müvəqqəti psixoloji uyuşma 
prosesi başlandı. Xalqın təfəkkür tərzində, emosional aləmində, 
davranış  və  rəftarında  sürətli  dəyişikliklər  baş  verirdi.  Bu 
hərəkatda bütün etnik xüsusiyyətlər özünü həm müsbət, həm də 
mənfi  mənada  göstərirdi.    Adamlar  arasındakı  münasibətlərdə 
səmimilik,  sadəlik,  xeyirxahlıq,  bir-birini  anlama,  hörmət, 


24
 
 
ədalət hissi, mehribanlıq və s. kimi xüsusiyyətlər formalaşmağa 
başladı.  Demək  olar  ki,  etik  normanın  pozulması  halları 
müşahidə olunurdusa  da, bu, çox cüzi idi. 
      Mənfi  mənada  isə  bəzi  fərdlərin  həmin  dövrdə  əsl 
niyyətlərinin  gizlədilməsi  və  bundan  müəyyən  qrupun  sui-
istifadə  etməsi  bu  gün  özünü  aydınca  göstərir.  Deməli,  hər 
hansı bir xalq hərəkatı həmin xalqın ruhi aləmini (psixikasını) 
təcəssüm  etdirir  və  bu  zaman  onun  həyatına  psixoloji 
xüsusiyyətlərinin  labud  və  düzgün  nəticəsi  kimi  baxmaq 
lazımdır.  Bu  zaman  yaranmış  siyasi  təşkilatlarda  milli  ruh 
hakim mövqe tutdu. 
      Xalq  hərəkatının  gedişi  dövründə  hadisələrin  mahiyyətinə 
varmaq, onun açıqlanmasına diqqət  yetirmək həmişə mümkün 
olmur.  Buna  həm  fərdlər  arasındakı  düşüncə  tərzinin 
müxtəlifliyi,  həm  də  kütlə  psixozu  imkan    vermir.  Bu  zaman 
ancaq  kütlənin  ruhuna  uyğun  hərəkət  etməli,  onun  mənafeyi 
gözlənilmək  şərti  ilə  hərəkat  idarə  olunmalıdır.  Hər  hansı  bir 
mənafeyə  zidd  hərəkət  xalqın  qəzəbini  yenidən  coşdura  bilər. 
Belə  bir  məqamda  kütlənin  nəbzini  tuta  bilən,  onun  iradəsini 
ifadə  edən  “  liderlər”  meydana  çıxır.  Nəyisə  yaradacaqlarına, 
xalqın  rifahı  naminə  hər  şeyi  edəcəklərinə  kütlənin  uzun 
illərdən  bəri  itirdiyi  ümid  və  inamını  yenidən  yaranmasına 
zəmin yaradır. Bu zaman məhz lider əsas aparıcı xəttə çevrilir. 
“Kütlə-lider”  və  “xalq-  rəhbər”  münasibətləri  arasında  kəskin 
ziddiyyətlər  yaranır,  ictimai  münasibətlər  arasındakı  tarazlıq 
pozulur.  İctimai  münasibətlərin  pozulması  istər-istəməz 
cəmiyyətdə  anarxiyanın  başlanmasına  zəmin  yaradır.    Onun 
dərinləşməsinin qarşısını almaq, xalqın mənafeyinə ciddi xələl 
gətirməmək    üçün,  onun  iqtisadi  böhran  girdabına    enməməsi 
naminə  xalqın  milli  mənafeyini  hər  şeydən  üstün  tutan,  bütün 
şəxsi  ambisiyalardan  imtina  etməyə  qadir  olan,  etnik 
xüsusiyyətlərə  dərindən  bələd  olan  “rəhbər-  şəxsiyyət” 
meydana çıxır və xalq hərəkatının kortəbii mərhələsi sona çatır. 
Bundan sonra yeni yaradılacaq dövləti qoruyub saxlamaq üçün 


25
 
 
ciddi 
qanuni-nəzarət 
sistemi 
tətbiq 
olunmalıdır.  Bu, 
demokratiyanın  boğulması,  insan  hüquqlarının  tapdanması 
deyil,  əksinə,  yeni  yaradılacaq  demokaratik  dövlətin  təməlinin 
möhkəm  olmasına  zəmin  yaradır.  Əks  təqdirdə,  bizim  5  illik 
hədsiz  əziyyətlərimiz  səmərəsiz  olar,  arzuladığımız  yeni,  ali 
cəmiyyət  istəyimiz  puça  çıxar  və  biz  sadəcə  olaraq  əvvəlki 
mövcud quruluşun formasını dəyişmiş olarıq. 
     Biz  bu  gün  hər  şeyi  udan,  hər  şeyi  məhdudlaşdıran,  bütün 
vətəndaşlıq  təşəbbüslərini  mədh  edən  bir  dövlət  qurmaq 
fikrində olmalıyıq. 
     Yeni  dövlətçilik  baxımından  biz  öz  milli  qanunlarımızı 
yaratmalı  və  bu  qanunlar  xalqın  xarakterindən  süzülməli, 
millətin  taleyini  müəyyən  etməyə  qabil  olmalıdır.  Biz  öz 
Konstitusiyamıza  uyğun  özümüzün  idarəetmə  sistemimizi 
yaratmalıyıq.  Məhşur  psixoloq  Qustav  Lebon  “Xalqların  və 
kütlələrin  psixologiyası”  əsərində  çox  haqlı  olaraq  yazırdı  ki, 
hər  bir  xalq  özünə  layiq  olan  idarəetmə  formasını  əldə 
edir. Onun başqa idarə üsuluna nail olması mümkün deyil. 
 Bizim  bu  çətin  müharibə  şəraitində  dövlətimizdən  onu  tələb 
etməyə  haqqımız  olardı  ki,  idarə  etdiyi  xalqının  hiss  və 
ideyalarının  ifadəçisi  və  müdafiəçisi  olsun.  Xalqımızın  daxili 
imkanları  həddindən  artıqdır.  Lakin  böyük  milli  təbəddülat 
üçün  müəyyən  vaxt  gərəkdir.  Çünkigələcəyimiz  yetkin 
təfəkkürdən asılıdır.  
     Hazırki  dövrdə  xalqı  taleyini  zahiri  hadisələrdə  axtarmaq 
çox  yersiz  görünərdi,  çünki  taleyimiz  yalnız  və  yalnız 
özümüzdən asılıdır. 
 
 
                                     “Müxalifət” qəzeti, 18 iyun 1993-cü il. 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə