Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   5   6   7   8   9   10   11   12   ...   98

30
 
 
sonu yoxmuş” əsərləri məndə müəllifə qarşı böyük sevgi hissi 
oyatmışdı. 
     Çox  istəyirdim  ki,  bu  yazıçı  ilə  şəxsən  tanış  olum.  Dörd  il 
bundan  öncə,  bir  həmyerlim  yanıma  gəlmişdi.  Məndən  xahiş 
etdi  ki,  “Şəhriyar”  qəzetinə  şeir  gətirib,  onunla  birgə  həmin 
redaksiyaya  gedək.  İndi  olduğu  kimi  mən  də  qəzetdə 
işləyirdim.  “Şeiri  kimə  verəcəksən?”-  deyə  soruşdum.  O, 
dedi:“Əlibala  müəllimə”.  Düzü,  o  zaman  bu  adın  fərqinə 
varmadım.  Redaksiyaya  daxil  olanda  həmyerlimi  yaşlı  bir 
adam  gülərüzlə  qarşıladı  və  dərhal  da  onun  kef-əhvalını 
soruşdu.  Hiss    etdim  ki,  bunlar  köhnənin  tanışlarıdır.  Sonra 
yerlim  üzünü  mənə  tutub:  “Camal,  Əlibala  müəllimlə  tanış 
deyilsən?”-  deyə  soruşdu.  Doğrusu,  tutuldum,  heç  nə  deyə 
bilmədim. O, əlavə etdi: “Bir binada işləyirsiz, amma hörmətli 
yazıçımızla tanış deyilsiz”. 
     Bundan  sonra  çoxdan  həsrətində  olduğum  sevimli  
yazıçımızın  əlini  bərk-bərk  sıxıb  ona  əsərlərinə  görə  dərin 
minnətdarlığımı  bildirdim.  O  gündən  başlayaraq  dəhlizdə  tez-
tez  Əlibala  müəllimlə  qarşılaşır  və  salamdan  sonra  gülərüzlə 
məndən:  “Necəsən,  Camal?”  deyə  soruşanda  özümdə  daxilən 
bir ruh yüksəkliyi duyurdum. Hər şeydən öncə, onun sadəliyi, 
səmimiyyəti məni heyran etmişdi. 
     Əlibala  müəllim  haqsızlığa,  riyakarlığa,  xəyanətə  qarşı 
barışmaz bir insandır. 
     Həm həyatda, həm də yaratdığı əsərlərdə o, şər qüvvələrinə 
qarşı  həmişə  mübariz,  barışmaz  mövqe  tutması  dəfələrlə  iş 
yerini  itirməsinə,  vəzifəsinin  kiçildilməsinə  səbəb  olmuşdusa 
da,  Əlibala  müəllim  heç  zaman  sınmamış,  bədxahlar  və 
məddahlar  qarşısında  öz  qüruru  ilə  seçilmiş,  sabaha  böyük 
ümid  bəsləmişdir.  Bütün  bu  xüsusiyyətlərinə  görə  Əlibala 
müəllim  həm  oxucular,  həm  də  həmkarları  arasında  böyük 
hörmət - izzət sahibidir. 


31
 
 
     Yazıçının  ilk  “Heykəl  gülür”  (1961)  kitabından  15-ci, 
“Dünyanı tanı” kitabına kimi keçdiyi ömür yolu doğrudan da 
mənalı və yaddaqalan olmuşdur. 
     Əlibala müəllimin yaradıcılığı öz orijinallığı, üslubu, dili ilə 
digər  yazarlardan  seçilir.  O,  oxucularını  səthi  və  bayağı 
düşüncələrdən  əl  çəkib  həyatın  dərinliklərinə  doğru  sövq 
edir.Yaratdığı  obrazlarda  kapital  dünyasının  çirkinliklərini, 
gənclərin mənəvi və milli dəyərlərdən uzaqlaşmasını, özündən 
müştəbehlərin  dərin  zəka  sahiblərinin  qarşısında  at 
oynatmalarına qarşı çıxması üçün həyəcan təbili səsləndirir. 
     Əlibala  müəllim  boğazdan  yuxarı  danışan,  nəyinsə  və 
kimlərinsə  xətrinə  sözlər  deyən  nasirlərdən  deyil.  O,  zahirən 
sakit  görünsə  də,  içində  daim  təlatümlü  bir  dəniz  dalğalanır. 
Adamlarda  etibarsızlığı,  xəyanəti,  yaltaqlığı,  məddahlığı, 
xudpəsəndliyi, səbatsızlığı  görəndə bu dəniz daha da  coşaraq,  
“Məhəbbət  olmayan  evdə”  (1963)  “Unutmaq  olmur” 
(1964),  “Təyyarə  kölgəsi”  (1974),  “İnam”,    “Vəfalım 
mənim”, “ Dünyanı tanı” kimi irihəcmli əsərlərə çevrildi. 
     Təkəbbürlü  adamlar    Əlibala  müəllimin  sadəliyi  qarşısında 
bir  an  da  olsa,  əriməyə  məcbur  olur.  “Sadəlik  böyüklükdür” 
deyənlər  yanılmayıblar.  O,  hamıya  qayğıkeşliklə  yanaşır, 
əlindən  gələn  köməyi  heç  kimdən  əsirgəmir.  Gənclərə  böyük 
ümid  bəsləyən  Əlibala  müəllimin  onlarda  torpağa  bağlılığı, 
milli qüruru, Vətən təəssübkeşliyi, mənəvi dəyərləri qorumağı, 
əxlaqi  kamillik  zirvəsini  fəth  etməyi  tövsiyə  edərək, 
ədalətsizliyə,  xəyanətə,  riyakarlığa,  əxlaqsızlığa,  mənəviy-
yatsızlığa qarşı barışmaz olmağa səsləyir. 
     Əlibala  müəllimin  böyüklüyü  ondadır  ki,  o,  gənc  yazarlara 
həmişə  qayğı  və  həssaslıqla  yanaşır.  Onu  qeyd  edim  ki, 
Yazıçılar  Birliyinə  üzv  qəbul  olunmaqdan  ötrü  mənə  üç 
zəmanət  lazım  idi.  Həmin  zəmanətlərdən  birini  Əlibala 
müəllim məmnuniyyətlə yazıb mənə verdi. Çünki bir neçə gün 
öncə  yenicə  çapdan  çıxmış  dördüncü,  “Ölümlə  üz-üzə” 
kitabımı  hörmətli  yazıçımıza  təqdim  etmişdim.  Bir  gün 


32
 
 
nəşriyyatda görüşəndə o, məni qucaqlayıb: “Ay Camal, o nədi 
yazmısan? Oxuyandan sonra səhərə kimi yata bilmədim”, deyə 
uğurlar  dilədi.  Əlibala  müəllimin  bu  sözündən  sonra  sanki 
dünyanı  mənə  bağışladılar.  Yazıçının  bu  sözləri  məndə 
tələbkarlıq və məsuliyyət hissini daha da artırdı. 
     Əlibala  müəllimdə  insanlara  qarşı  olan  məhəbbəti 
tükənməzdir. Çünki ən güclü məhəbbət daşürəkli adamları belə 
əritməyə  qadirdir.  Bəli,  ən  nadan  adam  belə  onunla  söhbət 
zamanı  yazıçının  mehriban,  xoş,  qəlbləri  isidən  hərarətli 
baxışları altında sanki  özünü mərhəmətlə, ülvi hisslərlə, gözəl 
duyğularla əhatə olunmuş başqa bir aləmdə hiss edir. 
     Bəli,  Əlibala  müəllim  bu  gün  zahirən  gülərüz,  xoşrəftar, 
mehriban  görünsə  də,  qəlbində  dağ  boyda  Qarabağ  dərdi 
daşıyır.  Tarixən  xalqın,  millətin  ən  ağır  dərdini  həmişə  onun 
yazıçıları, şairləri çəkibdir.Bu gün də belədir. 
     Nasir Qarabağ dərdinə dözə bilmir, o, keçirdiyi hissləri lirik 
şəkildə qələmə alır: 
                “Gecələr Qarabağımı basıb bağrıma, 
                  Körpə uşaq kimi mışıl-mışıl yatardım. 
                  Gözlərimdə şır-şır axan bulaqlar
                  Yuxularımda başı qarlı silsilə dağlar, 
                  Xəyallarımda gah çiçəkdim, gah qardım...” 
 
     Əlibala  müəllim  bu  gün  də  sakit  axan  suya  bənzəyir. 
Deyirlər, sakit axan su dərin olar. 
      Bəli,  Ə.  Hacızadənin  həm  yaradıcılığı,  həm  də  bəşəri 
duyğular üzərində köklənmiş əxlaqi kamilliyi daha dərindir. 
      Bu  dərinliyə  çatmaq  üçün  biz,  gənc  yazarlar  hələ  çox 
yuxusuz  gecələr  keçirib,  çoxlu  müşahidələr,  tədqiqatlar 
aparmalıyıq.  Əlibala  müəllimin  özünün  dediyi  kimi,  o,  dərk 
olunmamış kitabdır. 
     Əlbəttə,  biz  bu  kitabı  vərəq-vərəq  oxuyub  dərindən  dərk 
etməliyik. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə