Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə98/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   90   91   92   93   94   95   96   97   98

322
 
 
 -  Dünyanı biz insanlar yaratmamışıq ki, onu məhv etməyə də 
qabil olaq. Yaranış və məhv haqqında bütün bilgilər təqribidir. 
Bütün həyatını elmə həsr edən Ömər Xəyyam sonda yazırdı: 
 
                 Sirri əzəli nə sən qanarsan, nə də mən, 
                 Bu tapmacanı nə sən taparsan, nə də mən. 
                 Bir pərdə dalındadır olan söhbətimiz
                 Pərdə qalxsa, nə sən qalarsan, nə də mən. 
 
     Düzdür,  termodinamikanın  ikinci  prinsipi  sonsuz  Kainata 
şamil  edən  R.  Klauziusun  və  U.  Tomsonun  irəli  sürdüyü 
fərziyyələr  qismən  qane  edicidir.  Yəni  dünyada  bütün 
cisimlərin temperaturunun tədricən bərabərləşməsi baş verərsə, 
aləmdəki  bütün  fiziki  proseslər,  bütün  dəyişikliklər  kəsiləcək, 
Kainatın soyuq cəsədi  qalacaqdır. 
    Qurani-Kərimdə dünyamızın məhvi Qiyamətin başlaması ilə 
izah  edilir.  Onun  başvermə  səbəbi  isə  insanları  öz  dinini, 
ləyaqət və şərəfini unutması haqsızlıq olacaq. 
 
-  Daha çox maraq doğuran elmi əsərləriniz haqqında nə deyə 
bilərsiniz? 
 
-  “Kainatın  başlanğıcı  haqqında  elmi  dini  mülahizələr” 
kitabı elmi monoqrafiya kimi oxucuların xoşuna gələn və daha 
yaxşı  alınan  kitab  olub.  Kitabın  elmi  redaktoru  akademik  H. 
Sultonovdur.  “Maddidən  mənəviyə,  zülmətdən  nura”  kitabı 
alman  və  ingilis  dillərinə  tərcümə  olunub.  Çox  təəssüf  ki, 
kitabın  elmi  redaktoru  akademik  A.  Hüseynov  o  kitabı  görə 
bilmədi. 
     Öz  teosofik  baxışları  ilə  Şərq  filosofları  içərisində  seçilən 
İran  filosofu  Sədrəddin  Mütəəllehi  Şiraziyə  həsr  etdiyim 
Sədrə  fəlsəfəsindən  incilər”  poeması  daha  maraqla 
qarşılanıb.  Bu  kitabda  Sədrəddin  Şirazinin  həyatı,  fəlsəfi 


323
 
 
fikirləri  nəzmə  çəkilib.  Təkrar  nəşr  olunacaq  bu  kitab 
Sədrəddin Şirazinin qarşıda gələn yubileyinə hədiyyəmdir. 
“İslam astronomiyası tarixindən” kitabı  böyük ensiklopedik 
alim  Nəsirəddin  Tusinin  800  illik  yubileyinə  töhfəmdir. 
Ensiklopedik  materialların  toplanılmasında  kitabın  elmi 
redaktorları  akademik  H.  Sultonovun  və  fizika-  riyaziyyat 
elmləri  namizədi  Ədalət  Ətayinin  mənə  böyük  köməyi  olub. 
Astronomlar,  ali  məktəblərdə  astrofizika  ixtisası  üzrə 
ixtisaslaşan tələbələr üçün dərs vəsaitidir. 
    “Yeddi  hikmətə  yeddi  cavab”  kitabı  isə  yaranış  haqqında 
Qurani-  Kərim  ayələrinin,  “  Nəhcül  Bəlağə”  kitabındakı 
kəlamların  nəzmə  çəkilməsidir.  Burada  yaranış  səma,  yer, 
Qiyamət,  Sirat  haqqında  ontoloji  izahlara  diqqət  verilməlidir. 
Kitabın elmi redaktoru Eyvaz Tahadır. 
“Canlı  həyatın  əmələ  gəlməsi,  insanın  mənşə  və  təkamülü 
haqqında  elmi  dini  mülahizələr”  kitabının  elmi  redaktoru 
Vaqif Şadlinskidir. 
     Məncə,  o  biri  kitablar  haqqında  danışmaqla  vaxtınızı  xeyli 
alacağam. 
 
-      Həqiqət  xanım,  İ.  Kantın  “Dumanlıqlar  nəzəriyyəsi”nə 
münasibətiniz. Bu nəzəriyyəyə hansı aspektdən yanaşırsınız? 
 
-    İmmanuel  Kant  təbiətşünaslıq  məsələləri  ilə  məşğul  olan, 
kosmaqoniya haqqında maraqlı əsərlər yazan filosof olmuşdur. 
Onun  “Ümumi  təbiət  tarixi  və  göy  nəzəriyyəsi”  əsərində 
günəşlə  bağlı  fərziyyələr  var.  “Dünya  sisteminin  şəhri” 
əsərində  o,  Günəş  sisteminin  dumanlıqdan  təşəkkül  tapdığını 
irəli sürür. 
    Qurani-  Kərimdə  kainatın  ilk  maddəsinin  su,  yaxud  tüstü 
kimi  havaya  qalxan  buxar,  duman  olduğu,  canlı  aləmin  və 
insanın yaş gildən nəşət  etməsi izah olunur. Biz insanlar üçün 
adi  görünən  suyun  mürəkkəb  xüsusiyyətləri  vardır.  Su 
molekulu  haqqında  olan  biliklər,  suyun  qəribəliklərini  çox 


324
 
 
təəssüf  ki,  tam  izah  etmir.  Təbiətdə  su  molekullarına  bənzər 
molekullardan  təşkil  olunmuş  mayelərin  heç  biri  suyun  qəribə 
xassələrini təkrarlamır. 
     İ.Kant  “Dumanlıqlar  nəzəriyyəsi”  ilə  “materialist  ruhlu” 
filosof  kimi  tanınsa  da,  1770-  ci  ildən  etibarən  qneseoloji 
baxımdan  həll  etməyə  çalışdığı  məsələlərdə  idealizm 
mövqeyindən  çıxış  edir.  Şey  özündələrin  dərkolunmazlığını 
irəli sürür. 
 
-    Elmi  hər  şeydən  uca  tutan  alimlərimiz  barədə  nə  deyə 
bilərsiniz? 
 
 -  Qəribə sualdır. Hər halda mən sizə öz şəxsi müşahidələrimi 
söyləyəcəyəm.  Bu  cür  alimlərimiz  çox  qəribə,  qapalı, 
əsrarəngiz  dünyaları  ilə  fərqlənirlər.  Adi  adamla  əsl  elm 
adamının  fərqi  gözəçarpacaq  qədər  diqqəti  cəlb  edir.  Belə 
adamlar  tez  əsəbiləşir,  hövsələsiz  olur,  kənar  mövzuları 
maraqsız dinləyirlər. 
    Bəzən  isə  elmə  hədsiz  aludəlik  ailə  saədətinə  kəskin  zərbə 
vurur, xoşgəlməz nəticələrə gətirib çıxarır. 
    Bu barədə başqa söz deyə bilmərəm. 
 
-    Həqiqət    xanım,  elmdə  kiməsə  paxıllığınız  tutan  anlar 
olubmu heç? 
 
-  Olub.“Şüur,  yoxsa  ruh?”  adlı  bir  kitabımı  yarımçıq 
qoymuşam. Molekulyar biologiyanı öyrənmək istəyirəm. 
    Vaxtım  çox  məhduddur.  Bu  sahənin  mütəxəssizlərinə 
paxıllığım  tutur.  Çox  gözəl  sahədir.  Qismət  olsa,  üzümüzə 
gələn ili yalnız bu sahəni öyrənməyə sərf edəcəyəm. 
 
-  Ən çox nədən zövq alırsınız? 
 


325
 
 
 -  Zövq alacağım şeylər mənə qismət olmadı. Balaca bir bağım 
olsaydı,  orada  dünyanın  ən  gözəl  güllərini  əkər,  onların  xoş 
rayihəsindən  zövq  alardım.  Ona  görə  də  mənə  və  fitri 
qabiliyyətimə həsəd aparanlara acıyıram. Axı, mən həyatda öz 
çalışmam, gecə-gündüz zəhmətim müqabilində nə qazanmışam 
ki? 
 
-  Fəlsəfə ilə psixologiyanın yaxınlığı Sizə məlumdur. Hər bir 
şəxsiyyətin  özünəməxsus  ərazisi  var.  Yəni  hər  bir  adam 
özünümüdafiə  üçün  ayrı-ayrı  şəxslərlə  ünsiyyətə  girdikləri 
zaman  müəyyən  distansiya  saxlayır.  Görürsən,  bəzi 
adamlarla  daha  tez  dil  tapmaq  olur,  bəziləriyləsə  ünsiyyət 
yaratmaq mümkün olmur. Burada məni maraqlandıran əsas 
cəhət şəxsiyyətin “ərazisi”dir. O “ərazini” qorumaq üçün bir 
qapı var. Bəzi adamlarda həmin qapıda möhkəm nəzarət var. 
Bu qapıdan ancaq ürək dostları keçə bilir, paxıl, xudpəsənd, 
riyakar  adamların  bu  “ərazi”yə  daxil  olması  qadağandır. 
Həqiqət  xanım,  bəs  Sizin  şəxsiyyətinizin  “ərazisi”  necə 
“mühafizə”  olunur?  Bu    “mühafizədən”,  “nəzarətdən” 
özünüz razısınızmı? 
 
 -    İlk  növbədə  nəzərinizə  çatdırım  ki,  mən  ciddiyyət  və 
sadəliyi 
yüksək 
qiymətləndirən 
adamam. 
Dostlarım 
çoxdur.Mən onlarda ilk növbədə əxlaqi saflıq axtarıram, sonra 
dil  tapıb  ünsiyyətə  girirəm.  Xasiyyətinin  necə  olmasının 
fərqinə baxmadan elm adamlarına xüsusi hörmət bəsləyirəm. 
    Özümə  qarşı  hörmətsizlik  görməmişəm.  Qaldı  mənim  öz 
aləmimə,  mən  bir  qədər  mürəkkəb  adamam.  Xoşagəlməz 
xüsusiyyətlərim  var.  Hər  hansı  bir  mövzu  üzərində  düşünüb, 
onun yazılması üçün plan quranda, yaxud yazmağa başlayanda 
dözülməz  oluram.  Qaradinməz,  tutqun,  heç  kimə  qaynayıb 
qarışmayan. 


326
 
 
     Ailəm  və  iş  yoldaşlarım,  məni  yaxından  tanıyanlar  bu 
tutqunluğumun  nə  ilə  bağlı  olduğunu  tez  duyurlar.  Əsər  başa 
çatana qədər adamlardan təcrid olunmalı oluram. 
     Deməli,  söylədiyiniz  o  “əraziyə”  nəinki  paxıl,  xudpəsənd 
adamlar,  heç  yaxınlarım  da  nüfuz  edə  bilmir.  Bu  cür 
“mühafizə” və “nəzarətdən” çəkinirlər. 
    “Yeddi hikmətə yeddi cavab”ı yazarkən iki gün özümü pis 
hiss  etdim.  Bir  gecə  isə  səhərə  qədər  yatmayıb  onu  bitirdim. 
Güman  etməzdim  ki,  onu    oxuyanlar  bəzi  səhifələri  belə 
məhəbbətlə öpərlər. Halbuki mən onu yazmazdan iki gün öncə 
yuxulu kimi, tutqun və əsəbi idim. Onun müvəffəq alınacağına 
o qədər də inanmırdım. 
 
-  Həqiqət xanım, hazırda çoxlu tələbələriniz var, indiyə qədər 
dərs  dediyiniz  tələbələr  arasında  heç  “tələbə  Həqiqətə”  rast 
gəlmisinizmi? 
 
 -  Bəli, rast gəlmişəm. Formal qiymət yazmağıma razı olmayıb 
biletin  suallarına  cavab  verdi  və  əla  qiymət  aldı.  O,  mənim 
canlı  keçmişim  idi.  Üzbəüz  oturmuşduq.  Sanki  yuxulu,  qəm 
dolu xatirələri mənə xatırlatmağa gəlmişdi. Xəyalımda o cür də 
qaldı:  Gözlərində  bir  yanğın  iztirab  və  ümidsizlik,  solğun 
bəniz,  yuxusuzluqdan  şişib  qızarmış  gözlər.  Bir    kəlmə 
nəvazişli sözümdən yanağına yaş damcıladı... 
 
- Həqiqət xanım, bugünkü ziyalıya bir ziyalı kimi sözünüz... 
 
 -  Mən  onları  əqidəsindən  asılı  olmayaraq  hamısını  birliyə 
çağırıram. 
 
 
                                          “Son söz” qəzeti, 1999 -cu il. 
 
 


327
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                  
 
 


328
 
 
Mündəricat 
 
Dördüncü hakimiyyətin gücü.............................................3 
 
                                    
Publisistika 
 
Keçid dövrü məngənəsində................................................11 
İstedadlı artist, igid partizan, cəsur kəşfiyyatçı..................17 
Gələcəyimiz yetkin təfəkkürdən asılıdır............................23 
İrad tutmazdan əvvəl..........................................................26 
Sadəlik böyüklükdür, Əlibala müəllim!.............................28 
Görkəmli alim, nəcib insan................................................33 
Şərəfli və mənalı ömür yolu...............................................36 
Nurlu ustad.........................................................................43 
Şəfiqə xanım böyük ürək sahibidir....................................45 
Şərəfli alim ömrü...............................................................50 
Şam tək əriyən ömür..........................................................53 
İçimizdə buz bağlamış ağrılar............................................55 
Böyük şəxsiyyət böyük iradə üzərində yüksəlir................58 
Çingiz harayı......................................................................60 
Dəli bir nərə çəkmək keçir könlümdən..............................62 
Özümüzə qayıtmalı, özümüzü dərk etməliyik!..................64 
Dənizə vurğun insan..........................................................68 
Erməni faşizmi...................................................................72 
İnam ocağı..........................................................................81 
Nadir kəşfin müəllifi azərbaycanlı qadındır.......................85 
Ailədaxili münaqişələr və onun aradan qaldırılması..........91 
Şagirdlərə fərdi yanaşma prinsipi.......................................99 
Şagirdlərin şüurlu intizam tərbiyəsi...................................104 
Şagirdlərin əmək tərbiyəsi.................................................108 
Şagidrlərin yaş xüsusiyyətləri və qabiliyyətlərin  
formalaşması......................................................................114 


329
 
 
Mənfi emosiyalar və onların aradan qaldırılmasında 
özünüələalmanın rolu.........................................................122 
Kollektivdə konflikt şəraitinin aradan qaldırılması............130 
Təlim fəaliyyətinin psixoloji cərəyanı................................135 
Stressin insan həyatına təsiri və onun aradan qaldırılması 
yolları..................................................................................151 
Örnək insan və yaradıcı şəxsiyyət.......................................162 
Bəşəri cinayət-Xocalı soyqırımı..........................................170 
Xeyirxah əməllər yolçusu....................................................190 
 
 
                                      
Müsahibələr 
 
Adamı ağrıdan o idi ki, səni öz elində yadlar mühakimə 
edirdi....................................................................................206 
Ailənin dirəyi ata, tacı anadır..............................................212 
Bu bir an idi və mən həmin an manevr etməyə məcbur 
oldum...................................................................................223 
Ekspertlər verdikləri rəylər üçün məsuliyyət daşıyırlar......229 
İnsan təbiətin səhvidirmi?...................................................236 
İ.Bəxtiyarov: “Maddi çətinliklərə görə alimlərimizin 
Respublikamızı tərk etməsi ürəyimi ağrıdır”......................244 
Mükəmməl qanunlar qəbul olunmalıdır..............................254 
Söz nazirlər kabinetinindir..................................................258 
Özəlləşmə zamanı cəmiyyətdə təbəqələr arasında kəskin 
qütbləşmə yaranacaq...........................................................261 
Polis işçisi qanun çərçivəsində sərbəst hərəkət etməlidir....264 
Şahidlərin təhlükəsizliyinin təmin edilməsi haqqında 
qanunvericilikdə heç bir normativ akt nəzərdə tutulmayıb..267 
Siz kimsiniz, “general Əli bəy?”..........................................270 
Soykökünə bağlı insan..........................................................277 
Alim və idmançı...................................................................287 
Vahid milli ideologiyanın yaradılması vacibdirmi?............292 
“Müsəlman müsəlmanın qardaşıdır”...................................298 


330
 
 
Arif Quliyev: “Sənətdə gərək fədai olasan”........................303 
Şərəfli ömür yolu.................................................................310 
Özüm də bilmirəm ki, mən kiməm?....................................317 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


331
 
 
 
 
 
Camal Zeynaloğlu:  “Ağrılı düşüncələrim”  
                                            (Azərbaycan dilində) 
 
 
 Bakı, “Print - S” nəşriyyatı – 2015,  - 332 səh. 
 
 
Nəşriyyatın direktoru:       Bəxtiyar  Əliyev 
Rəssam:                             Süleyman Mustafaoğlu 
Korrektor:                         Turan Zeynalova 
--------------------------------------------------------------------- 
Çapa imzalanmışdır:       17. 02. 2015 
Kağız formatı:                  60 x 84 1/16 
Şərti çap vərəqi:               20.4 
Sayı:                                 200 nüsxə 
Sifariş:   № 27 
Qiyməti:  5 AZN 
--------------------------------------------------------------------- 
“Print- S” mətbəəsində çap edilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


332
 
 
                 Qeyd  üçün 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə