www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri
241
düzənli bir mason təĢkilatıdır. Bir Böyük Lojaya bağlı olan
lojaların düzənli sayılması üçün isə onun birincinin qərarlarına
uyğun fəaliyyət göstərməsi lazımdır. Əks halda, loja düzənsiz
sayılır. Tərkibində düzənsiz bir loja olan Böyük Loja da
düzənliliyini itirmiĢ sayılır.
Hər böyük loja mövcud olduğu ölkənin qanunlarına uyğun
olaraq qurulmuĢ hər hansı bir dərnək, ictimai təĢkilat kimi
fəaliyyət göstərir. Hər loja aid olduğu böyük lojada onu təmsil
edəcək nümayəndələr seçir. Nümayəndələr bir araya gələrək
böyük lojanın idarə heyətini təĢkil edir. Böyük lojanın üzvləri
bu heyətə demokratik üsullarla seçilir. Böyük lojaların üzvləri
lojalardan fərqli olaraq bir illik deyil, iki illik müddətə seçilir.
Masonluqda yalnız lojaların deyil, bütün üzvlərin də düzənli
olması vacibdir. Bir masonun düzənli intizamını qoruması
onun masonik öhdəlikləri yerinə yetirməsilə bağlıdır. Masonik
öhdəliklər ölkənin qanun və cəmiyyətin ənənələrinə uyğun
olmaq, masonluğun amac və prinsiplərini mənimsəmək, üzvü
olduğu mason təĢkilatının qərarlarına əməl etmək, təĢkilatın
toplantılarında müntəzəm iĢtirak etmək, üzvlük haqlarını
zamanında vermək, tapĢırıqları vaxtında yerinə yetirmək,
masonluqda verdiyi sözə sadiq qalmaq və bir masona yaraĢan
Ģəkildə yaĢamaq. Masonlara görə, masonluğa girdiyi kimi
masonluqdan çıxmaq da mümkündür. Ġstefaya getmiĢ mason
sadəcə “yatmıĢ masondur”. Ancaq masonların bu barədə
açıqladıqları fikirlərdə ziddiyyət var. Bir tərəfdən,
masonluqdan çıxmanın mümkün olduğunu söyləsələr də, baĢqa
bir tərəfdən də masonluqdan çıxmıĢ birisinin sadəcə “yatmıĢ
mason” olduğunu bildirirlər. Öz arzusu ilə masonluqdan çıxmıĢ
bir mason üçün dönüĢ qapısı açıq tutulur və bu səbəbdən də o,
www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri
242
çıxandan sonra da üzvlüyünü davam etdirmiĢ sayılır. Ġntizam
qaydalarına əməl etməyən bir masonun masonluqdan
çıxarılması da baĢ verə bilər. Belə halda buna “intizamsız elan
edilmiĢ” deyilir. O da öz istəyi ilə masonluqdan ayrılıb
“yuxuya getmiĢ” mason kimi bir gün “oyana” bilir.
Masonluqda “yatmıĢ” kəlməsi simvolik məna daĢıyır. Bu ifadə
hətta qapanmıĢ bir loja üçün də istifadə olunur. YatmıĢ mason
və ya lojanın təkrar hərəkətə gəlməsi üçün onun bu barədə
istəyinin müsbət qarĢılanması Ģərtdir.
OBEDĠYANS- “Böyük loja” ilə eyni məna daĢıyan bu kəlmə
əslində masonluqda bir termin kimi istifadə olunur. Böyük
lojalara bağlı olaraq fəaliyyət göstərən lojaların böyüyün
nizamnaməsinə tabe olduğunu vurğulayan bir sözdür. Böyük
lojalar bəzən mövcud olduğu ölkənin sərhədlərindən kənarda
olan lojaları da obediyansına qatmıĢ ola bilir. Ölkə daxilində
böyük lojanın yurisdiksiyası ölkə sərhədləri içində olduğu
halda ölkə xaricindən olan lojaları obediyansına qatdıqda
yurisdiksiyası mövcud olduğu ölkə sərhədlərini aĢmıĢ olur.
“Yeni ġəfəq” qəzetinin yazdıqlarına əsaslansaq, Türkiyədəki
Böyük Mason Lojası ölkə sərhədlərini aĢmağa qərar vermiĢ və
Azərbaycanda loja qurulması üçün hərəkətə gəlib. Qəzetin
yazdığına görə, Böyük Mason Lojası 2003-cü il iyunun 14-də
keçirdiyi toplantıda bu barədə qarar almıĢ, iĢ aparılması üçün
komissiya təĢkil etmiĢ, baĢına da bir azərbaycanlı gətirmiĢdi.
Diqqət etsək, masonların bura qədər özlərini anlatdıqlarında
yeni bir lojanın (həm də ölkə sərhədlərindən kənarda)
qurulması haqda baĢqa lojaların qərar verməsinin gərək
olduğunu söyləmir. Böyük lojanın qurulması üçün ən azı üç
www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri
243
lojanın olması gərək idi ki, bunun da Azərbaycanda hələ ki biri
də yox idi.
Masonluğun yüksək dərəcədə təĢkilatlanma sistemi böyük
lojaların təĢkilatlanma sistemindn bir az fərqlidir. “Yüksək
dərəcələr” olaraq izah edilən bölümlərdəki fəaliyyət ümumi
üzvlük baxımından böyük loja və lojaların fəaliyyətindən çox
da fərqli deyil. Masonlara görə, onların əsl fəaliyyətləri
lojalarda davam etdirilir. Lojaların toplantılarının çox öncədən
saatı, yeri və gündəliyi müəyyənləĢdirilmiĢ olur. Loja
toplantılarının gündəliyində yer ala biləcək məsələlərlər
ümumilikdə üçə ayrılır. Birincisi, idari məsələlər (masonluğa
namizədləri, üzvlərlə bağlı, dərəcələri yüksəldiləcək masonlarla
və yeniii üzvlərlə və s.), ikincisi- zehni məsələlər (sosial, elmi,
mədəni, fəlsəfi və gündəlik həyatla bağlı açıq müzakirələr),
üçüncüsü- rituallar (yeni üzv qəbul edilməsi, dərəcələrə
keçirilmə, yeni üzvlərin iĢə baĢlaması ilə bağlı və s). Lojanın
daxili iĢləri ilə bağlı toplantılara yalnız üzvlər qatılır ki, bu da
“ailə toplantısı” adlanır. BaĢqa toplantılara isə baĢqa lojaların
da üzvləri qatıla bilir və onlarla loja üzvləri arasında hər hansı
ayrı-seçkilik olmur.
“Mason olmayanlar girməz”- masonlar toplantıları keçirilən
qapıların üstünə bunu yazmasalar da, baĢqa tərəfdən bunu
vurğulayırlar.
Lojaların
toplantılarına
bəzən
mason
olmayanların da qatıla bildiyini söyləyən masonlar baĢqa bir
tərəfdən də, bunu yalnız üzv masonların qan qohumlarının
qatılması ilə məhdudlaĢdırırlar. Yəni, ümumilikdə digər ictimai
qurumlar kimi mason təĢkilatlarının toplantıları cəmiyyətin
hamısı üçün açıq deyil. Masonların qan qohumları isə ən azı
ildə bir dəfə keçirilən “açıq toplantı”lara qatıla bilir.
Dostları ilə paylaş: |