Camal Zeynalov



Yüklə 83,81 Kb.
Pdf görüntüsü
səhifə86/100
tarix02.10.2017
ölçüsü83,81 Kb.
#2706
1   ...   82   83   84   85   86   87   88   89   ...   100

www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
275 
hakimiyyəti  kimi  gözəl  Ģüarlar  əvvəllər  olduğu  kimi  indi  də 
burjua hakimiyyətini  ört-basdır edən pərdə funksiyasını  yerinə 
yetirir.  1789-1794-cü  illər  Böyük  fransız  inqilabı  dövründə 
demokratik  azadlıq  formalaĢmamıĢdır,  bu  vaxt  cəmiyyətin 
burjuaziya  tərəfindən  idarə  olunması  metodikası  yaranmıĢdır. 
Ġctimai  proseslərin  idarə  olunmasında  piar  mühüm  rol 
oynayırdı.  Piar-  ingilis  publik  relations  (pir)  sözlərinin 
qısaldılmıĢ  formasıdır,  onun  mənası  hərfi  tərcümədə  “ictimai 
əlaqə”  və  ya  “ictimaiyyətlə  əlaqə”  mənasını  verir-  bu  söz 
termin  kimi  ABġ-ın  Müstəqillik  bəyannaməsinin  yaradıcısı 
olan, ABġ-ın  üçüncü prezidenti  mason T.Cefferson tərəfindən 
iĢlədilmiĢdir. 
 Əgər 
“piar”  anlayıĢını  bir  sözlə  ifadə  etsək,  bu 
“manipulyasiya”  sözü  ola  bilər.  Piarın  əsasını  ictimai  fikrin 
manipulyasiyası təĢkil edir. Rusiyada “piar” anlayıĢı daha çox 
siyasət  sahəsindəki  fəaliyyətdə  iĢlədilir.  Bu  da  tam  düzgün 
deyildir. Piar reklamla çox sıx kəsiĢir və iki növü var: iqtisadi 
və  siyasi.  Biz  yalnız  siaysi  piar  haqqında  danıĢacağıq.  Piar 
olduqca  mürəkkəb  fenomendir,  biz  onun  fərqləndirici  və  əsas 
xüsusiyyətləri haqqında danıĢacağıq. 
 ĠĢ  əvəzinə  söz.  Əvvəlcədən  heç  kimin  yerinə  yetirməyəcəyi 
Ģeylər  təbliğ  olunur.  Bu  piarın  siyasətçinin  ümumiyyətlə 
yalanından  mühüm  əhəmiyyət  kəsb  edən  fərqidir.  Siyasətçi 
səhv  edə  bilər,  o  yaxĢı  olmağını  istəyir,  onda  isə  “həmiĢə 
olduğu  kimi”  alınır.  O  öz  səhvini  gizlədə  bilər,  verdiyi  sözə 
əməl  etmədiyindən  əzab  çəkə  bilər,  alınmayan  iĢləri  yenidən 
həyata  keçirməyə  cəhd  edə  bilər.  Piar-  prinsipcə  baĢqadır, 
siyasətçilər əvvəlcədən yerinə yetirməyəcəkləri vədləri verirlər, 
gözəl  Ģüarlarla  dolu  olan  bəyanatlar  verirlər.  Piar-  həmiĢə 


www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
276 
əvvəlcədən  planlaĢdırılmıĢ  yalandır.  Burada  Çerçilin  sözlərini 
xatırlamaq  yerinə  düĢərdi:  “Siyasətçi  sabah  nə  olacağını 
qabaqcadan demək bacarığına malik olmalıdır və kifayət qədər 
ağıllı  olmalıdır  ki,  sabahı  gün  bu  hadisənin  niyə  baĢ 
vermədiyini izah edə bilsin”. 
 
 
Demokratiya haqqında mif 
 
XLI  yazı:  Azadlıq  o  deməkdir  ki,  sən  yalnız  o  baxışlarını 
“azad”  ifadə  edə  bilərsən  ki,  o  mövcud  qaydalara  zidd 
olmasın. 
 
Azadlığı  homoseksualistlərin  televiziyada  azad  çıxış  etməsi 
kimi qəbul etsək, demək olar ki, hər yerdə azadlıq var 
 
 Siyasətçi  verdiyi  vədi  yerinə  yetirməyə  hazırlaĢmadığı  kimi, 
bu  tədbirlərin  həm  də  qəti  əlehdarı  ola  bilər-  bununla  belə  o 
özünə  yad  olan  bu  mövqeyi  ehtirasla  müdafiə  etməyi 
bacarmalıdır. Riyakarlıq o dərəcədə böyük olmalıdır ki, seçici 
onu aldatdıqlarını baĢa düĢsə də siyasətçiyə inanmalıdır- onun 
heç  ağlına  da  gəlmir  ki,  onu  bu  cür  aldada  bilərlər.  Əgər 
siyasətçiyə  Ģəxsi-söhbət  gediĢində  desələr  ki,  o  seçiciləri 
aldadır,  onda  siyasətçi  gülümsəyir  və  “bu  ki,  piardır”  deyir. 
Ətrafdakılar 
da 
Ģizin 
sadəlöhvlüyünüzə 
lütfkarlıqla 
gülümsəyəcəklər.  Piar  həmiĢə  özündə  elektoratı  aldatmaq 
ünsürlərini birləĢdirir. 
 Piar  Ģəraitində  siyasətçinin  istiqamətləndiyi  əsas  məsələ 
reytinqdir.  Həm  də  reytinqi  qaldırmaq  üçün  siyasətçinin  real 


www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
277 
iĢləri  ilə  heç  bir  əlaqəsi  olmayan  çoxlu  vasitələr  olduğundan 
siyasətçi  cəmiyyətə  xoĢ  olan  sözlər  deməli,  özünə  və  onun 
arxasında  dayananlara  lazım  olan  iĢləri  görməlidir. 
Amerikalılar  deyirlər:  “Əgər  hadisəni  CNN  göstərməyibsə, 
deməli  o  olmayıb”.  Bu  piarın  əsas  qanunlarında  biridir,  bu 
qanunda deyilir: nə baĢ verdiyi əsas deyil, ən əsası KĠV-in onu 
necə  iĢıqlandırmasıdır.  Əgər  Ģəhərin  meri  yaĢıllaĢdırma 
proqramı qəbul edirsə və nəticədə 1000 ağac əkilirsə, ancaq bu 
proqram  müvafiq  Ģəkildə  piarlaĢdırılmırsa,  onda  bu  tədbir 
reytinqə  az  təsir  edir-  təsirin  güclü  olması  üçün  televiziyada 
merin  bu  tədbirdə  əlində  bel  necə  ağac  əkməsi  nümayiĢ 
etdirilməlidir.  Ona  görə  də  min  ağac  əkməkdənsə  üç  ağac 
kamera  qarĢısında  əkmək  daha  vacibdir.  YaxĢı  olar  ki,  bu  üç 
ağac əkmə kompaniyasında məĢhur aktyor, müğənni də iĢtirak 
etsin, sonra o kamera qarĢısında mer haqqında xoĢ sözlər desin: 
onun  yaĢıllaĢdırma  ilə  bağlı  hərəkətkərini,  sadə  adamların 
qayğısına qalmasını və s. tərifləsin.  
 Çoxları  bilmir  ki,  fransız  inqilabı  vaxtı  xüsusi  xəfiyyələr 
ayırırdılar və onlar meydanlarda “yaĢlıların siyasi tərbiyəsi ilə 
məĢğul  olur  və  onları  inqilabın  tərəfinə  çəkirdilər”.  Bu 
xəfiyyələri  əsasən  hərbidən  qaçanların  hesabına  yığırdılar, 
onlar Parisə  axıb  gəlirdilər. Xəfiyyə  gördüyü iĢin müqabilində 
gündə 5 livr alırdı, sonra onların sayı artdığından bu məbləğ 20 
su oldu. Əgər əvvəllər inqilab daha çox ruh yüksəkliyi hesabına 
baĢ verirdisə, indi bu “ruh yüksəkliyinin” də müəyyən qiyməti 
var 
idi. 
Ümumiyyətlə, 
layihənin 
əsaslı 
Ģəkildə 
maliyyələĢdirilməsi-  piarın  fərqləndirici  xüsusiyyətidir.  Haqqı 
ödənilən  mitinqlər,  haqqı  ödənilən  məqalələr,  haqqı  ödənilən 
televiziya verliĢləri, haqqı ödənilən aparıcılar s.  


Yüklə 83,81 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə