Campanulaceae Juss. V. S. Novruzov, Y. A. Aslanova



Yüklə 73,85 Kb.
Pdf görüntüsü
tarix18.04.2018
ölçüsü73,85 Kb.
#39296


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 68, №1, səh. 35-39 (2013)

 

35 



Kiçik Qafqazın Yüksək Dağlığında Qaya və Töküntülərin Zəngçiçəyikimiləri 

(Campanulaceae Juss.) 

 

V.S. Novruzov, Y.A. Aslanova 

 

Gəncə Dövlət Universiteti,

 Gəncə şəh.,  Azərbaycan; E

-mail: vnovruzov1@rambler.ru 

 

Məqalədə Kiçik Qafqazın yüksək dağlığında qaya və töküntü bitkiliyində yayılmış Zəngçiçəyikimilərin 

(Campanulaceae  Juss.) növ tərkibi, yayılma qanunauyğunluqları, bioekoloji xüsusiyyətləri, coğrafi 

yayılması haqqında məlumat verilir. Aşkar olunmuşdur ki, qaya və töküntülərdə  fəsilənin 13 növü 

yayılmışdır. Onlardan 6-sı endem növlərdir. Zəngçiçəyikimilər, əsasən,  avtoxton yolla formalaşmışdır.  

 

Açar sözlər: qaya, töküntü bitkiləri, fəsilə,cins, növ, Zəngçiçəyikimilər 

 

 

GİRİŞ 

 

Campanulaceae  fəsiləsi kosmopolit fəsilə 

olub, fəsiləyə 50 cinsə aid 800-ə qədər növ daxildir. 

Fəsiləyə daxil olan cins və növlərin qədim areala 

malik olması Aralıq dənizi və Qafqaz floraları ilə 

əlaqəsini göstərir. Təkcə Qafqazda Campanulaceae 

fəsiləsinin 60 endemik növü yayılmışdır. Fəsilənin 

növləri eyni zamanda Şərqi Asiyanın dağ 

rayonlarını da əhatə edir. Arealın müxtəlifliyinin 

üçüncü mərkəzi Cənubi Afrikanı  əhatə edir. 

Beləliklə,  Campanulaceae  fəsiləsi qədim dövrün 

tipik fəsilələrindəndir. Yayılma yerinin hamısı dağ 

şəraiti ilə  əlaqədardır (Qurbanov, 2009; Əsgərov, 

2010; Шхагaпсоев, 2003). Kiçik Qafqazın qaya və 

töküntülərində  Campanula cinsinin 13 növü 

yayılmışdır. 

Qoşqar dağ silsiləsində  zəngçiçəyinin bitmə 

yerlərinin müqayisəli təhlili göstərir ki, Qafqaz dağ 

sistemləri Zəngçiçəyikimilərin əmələgəlmə mərkəzi 

hesab oluna bilər. Sərt qayalıqlar arasındakı  xırda 

torpaq topacıqları Qafqaz zəngçiçəyinin 

refidiumlarıdır. 

Fəsilədə arktoalp növlər müşahidə olunmur. Bu 

da dağlarda növ əmələ gəlməsini göstərir. Bütövlük-

də Campanulaceae fəsiləsinin mənşəyi Şərqi Aralıq 

dənizi və Qafqazla əlaqədardır (Hacıyev, 1971). 

Qaya və töküntülərdə özünə  məxsus edafik və 

mikroiqlim  şəraiti keçmiş geoloji dövrlərin 

xüsusiyyətlərini özündə  əks etdirən çoxlu növlər 

mövcuddur. Qaya və töküntülər qeyri-əlverişli iqlim 

şəraitində özünə sığınacaq tapmış refidiumlardır. Bu 

problemin həllində endem növlərin biologiyasının 

öyrənilməsi çox böyük material verə bilər. Bu 

cəhətdən Qafqaz zəngçiçəyi və onun analoqunun 

təkamül prosesində formalaşmış müasir formasıdır.  

Bu cür növlər qaya və toküntülər arasında az 

deyil. Bu növlər  İran, Türkiyə, Zaqafqaziyanın 

yüksək dağ rayonları ilə  əlaqədardır (Qrossheym, 

1940).  Campanula caucasica Bieb. misalında 

Campanulaceae  fəsiləsinin qaya və töküntülərdə 

yayılma qanunauyğunluqlarını izləmək mümkündür. 



Campanula caucasica Bieb. -  quru və orta 

rütubətli sahələrdə yayılır, yazda qar əriyəndən 

dərhal sonra inkişafa başlayır. Kütləvi çiçəkləmə 

ərazinin qar altından çıxmasından 30-35 gün sonra 

başlayır. Toxumlar yetişəndən sonra yarpaq və 

zoğlar quruyur növbəti vegetasiya ilində vegetativ 

zoğların (torpağın 4-5 mm dərinliyində olan ) çiçək 

tumurcuqları formalaşmağa başlayır. Subnival 

qurşaqda bəzi bitkilər vegetasiyanı başa çatdıra 

bilmir. Ayrı-ayrı illərdə  Campanula növləri bəzən 

bir ildə ikinci dəfə çiçəkləyir. Bu onu göstərir ki, 

tipin subnival qaya və töküntü florasında dinclik 

dövrü yoxdur (Hacıyev, 1971). 

Öyrəndiyimiz bitki qruplaşmalarında 



Campanula caucasica həyati uzunluğuna görə 

fərqlənir. Generativ dövr xüsusilə orta yaş dövrünü 

keçirən fərdlərdə  Campanula caucasica-nın 

həyatiliyi davamlıdır.  Campanula caucasica-nın 

ümumi həyatının uzunluğu assosiasiyalardan fərqli 

olaraq 27-39 il arasında dəyişir.  

Yaş qruplarına görə biometrik məlumatların 

təhlili göstərir ki, kolda zoğların və toxumun 

miqdarı  Campanula caucasica-nın suxur yarıqları 

arasında davamlı mövqe tutur (Şək. 1).  

Hər bir göstərici bir-biri ilə qarşılıqlı surətdə 

əlaqədar olub senopopulyasiyanın həyatında 

müəyyən rol oynayır. Aşınma nəticəsində 

suxurların parçalanması subnival qurşaqda nəhəng 

fəza  əmələ  gətirir. Qayalıqların, çılpaq suxurların 

üzərində  şibyə  və mamırların epilit xallıları 

formalaşır.  Şibyələr çılpaq qayaların  əsas 

komponentləri olub, növ müxtəlifliyinə görə 

uzaqdan belə seçilir (Novruzov, 1990). 

Qoşqar dağ sistemində suksesiya müşahidələri 

dövründə singenezin formalaşmağa başladığı 

mərhələdə nəhəng daş və qayalıqlarda əmələ gəlmiş 

Zəngçiçəyikimilərin qruplaşmaları diqqəti cəlb edir. 

Suxurların parçalanmış hissələrində isə mamır və 

şibyələrin örtüyünün altında üzvi maddələrlə zəngin  



Kiçik Qafqazın Yüksək Dağlığında Qaya 

36 


 

 

Şəkil 1. Qoşqar dağ sistemində qaya yarıqları arasında 

zəngçiçəyinin (Campanula caucasica Bieb), Qafqaz 

şehduranın (Alchemilla caucasica Bush.), taxıllar, 

şibyələr və mamırların sığınacaq tapmış refidiumları. 

 

 

primitiv torpaqlarda ali bitkilərin ayrı-ayrı nüma-



yəndələri ilə  Campanula caucasica, Campanula 

petrophila görünür. 

Tədqiqat  ərazisində  Campanula caucasica 

özünə  məxsus çiçək quruluşu və inkişaf etməsinə 

görə fərqlənir. Növ polikarp çoxillik otdur.  

 

 

MATERİAL VƏ METODLAR 

 

 

Tədqiqat materialı Kiçik Qafqazın  şimal-şərq 

hissəsinin qaya və töküntülərində geniş yayılmış və 

bu  ərazilərdə yaxşı uyğunlaşmalar qazanmış 

Zəngçiçəyikimilərdir.  

Bitkilərin təyinatı  və adlandırılmasında 

A.A.Qrossheym «Флора  Кавказа» (1950-67), 

«Флора  Азербайджана» (т. 8, 1961) və 

A.M.Əsgərov “Azərbaycan florasının konspekti” 

(2010), «Конспект  Флоры  Кавказа» (т. 3, 2008) 

istifadə edilmişdir. 

Qaya və töküntü bitkiliyi üçün 100m

2

-lik 


nümunə meydançaları  məqsədəuyğun hesab 

edilmişdir. Lakin suxurların mailliyindən asılı 

olaraq nümunə meydançalarının ölçüsü 

dəyişilmişdir. 100 m

2

-lik nümunə meydançaları 



qurmaq imkanı olmadıqda bitkiliyinin təbii 

sərhədləri üzrə təsvir aparılmışdır. Ayrı-ayrı xüsusi 

blanklarda və ya ümumi dəftərdə nümunə 

meydançalarının təsviri aşağıdakı kimi 

aparılmışdır: yerin coğrafi vəziyyəti, bitmə yerinin 

şəraiti (relyef, yamacın dikliyi və mailliyi, 

nəmlənmə vəziyyəti), bitmə yerinin fiziki vəziyyəti 

(çınqıllı, hərəkətli, daşlı, aşınma dərəcəsi və s.); tam 

floristik siyahı  tərtib olunur. Bu siyahıda bitkiliyin 

proyektiv örtüyü Drude şkalası üzrə növlərin 

bolluğu qeyd edilir. Nümunə meydançalarında 

bitkinin həyati formasını müəyyənləşdirmək üçün 

bitki qazılaraq çıxarılmış  və onun morfoloji təsviri 

aparılmışdır (Novruzov, 2010; Hacıyev, 1977). 



 

 

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

 

Ədəbiyyat məlumatları  və çöl tədqiqatları 



nəticəsində Kiçik Qafqazın  şimal-şərq hissəsinin 

yüksək dağlığının qaya və töküntülərində 



Campanulaсeae  Juss.  fəsiləsinin 13 növü aşkar 

olunmuşdur. 

Tədqiqat materialları və ədəbiyyat məlumatları 

əsasında 



Campanulaceae 

fəsiləsinin Kiçik 

Qafqazın  Şimal  Şərq hissəsində miqrasiya yolları 

araşdırılaraq aşağıdakı nəticələrə gəlmək olur. 



Campanulaceae  fəsiləsinin arealı Avroasiya, 

Afrika,  Şimali və  Cənubi Amerika və Avstraliyanı 

əhatə edir. Növ paleogendə  əmələ  gəlmişdir. 

Paleoendemik kimi Qoşqar dağ sistemində 

qayalıqlar arasında tez-tez rast gəlməsi növün 

əcdadlarının dağ sistemləri ilə  əlaqədar olmasını 

göstərir.  

Qaya yarıqları arasında mavi-bənövşəyiyə 

çalan parlaq çiçəklərə,  şux gövdəyə, uzunsov, 

parlaq yarpaqlara malikdir. Çiçəyi zəng formasında 

iridir. Dişiciyi 1-3 meyvə yarpağından  əmələ 

gəlmişdir, erkəkcikləri 3-dür (Qurbanov, 2009). 

Çiçəklər üzərinə düşən  şeh damlaları çiçək 

ləçəklərinin parlaqlığını daha da artırır. Ekstremal 

şəraitdə bitən bitki üçün yarpaqların üzərindən 

süzülərək tədricən ehtiyat suya çevrilir. 

Çiçəklərinin zəng forması alması da onların 

əcdadlarının kəskin soyuq iqlim şəraitində 

yaşamalarını göstərir. Növün dağ suxurları yarıqları 

arasında rast gəlinməsində bitmə yerinin 

karbonatlığının da əhəmiyyəti böyükdür. 

Bir çox petrofitlər dar ixtisaslaşmış bitkilər olub, 

müəyyən ekotoplarla əlaqədardır. Xırda, təcrid 

olunmuş populyasiyalar şəklində özünü biruzə verir. 

Onların singenez prosesində xüsusiyyətini 

aydınlaşdırmaq üçün nəzəri və praktik əhəmiyyət 

kəsb edir. Bizim tərəfimizdən  Draba siliquosa 

M.Bieb., Silene depressa M.Bieb., Campanula 



caucasica M.Bieb.  növlərinin populyasiyalarının 

struktur xüsusiyyətləri öyrənilmişdir. 

Populyasiyaların sıxlığı göstərilən bitki 

qruplaşmalarında yüksəkdir. 10 m

2

-də 90-120 fərd 



müşahidə olunur. Birinci qruplaşmada fərdlərin 

qaya yarıqları arasında həm üfüqi həm də  şaquli 

istiqamətdə  ləkələr  şəklində yayılaraq 9-13% 

proyektiv örtük əmələ  gətirir. Bu qruplaşmada 

generativ mərhələ qabağı  fərdlər üstünlük, virginil 

fərdlər isə azlıq təşkil edir.  

Fəsilənin çoxlu həyati formaları  məlumdur. 

Təkamülün 

əsas istiqamətləri simpodial 



 Novruzov və Aslanova

 

37 


budaqlanmadan yerüstü zoğların  əmələ  gəlmə 

istiqamətində inkişaf etmişdir. Yüksək dağlarda 

vegetasiya dövrünün qısalığı reproduktiv zoğların 

ixtisaslaşmasına  şərait yaratmışdır. Növlərdə baş 

verən morfoloji dəyişilmələr tipik uyğunlaşma 

xarakteri daşıyır.  Campanulaceae  fəsiləsinin arealı 

bütün Holarktikanı əhatə edir. Lakin areal daxilində 

növlərin yerləşməsi eyni deyildir. Endemizmin 

analizi göstərir ki, növlərin formalaşması avtoxton 

yolla Qafqazın dağ sistemlərində  əmələ  gəlmişdir. 

Növün ekologiyasının tədqiqi göstərir ki, onlar dağ 

sistemləri ilə əlaqədardır. 

Hər bir növ üçün ekoloji optimum “fərdlərin 

boy və inkişafı üçün əlverişli şərait” hesab olunur. 

Ekoloji optimumu təyin etmək üçün biz, bitkinin 

hündürlüyünü, zoğların miqdarı, ayrı-ayrı bitkilərin 

çəkisi və  həyatının uzunluğunu götürmüşük. 

Müəyyən edilmişdir ki, fərdlərin miqdarının 

azalması  nəticəsində onların ölçülərinin çoxalması 

hesabına biokütlənin miqdarı çoxalır. Eyni yaş 

qrupuna daxil olan fərdlərin biometrik göstəriciləri 

ekoloji  şəraitdən asılı olaraq dəyişir (Novruzov, 

2010; Шхагaпсоев, 2002). 

Növ üçün mühafizə  tədbirlərinin hazırlanması 

növün bioloji və reproduktiv xüsusiyyətlərinə 

əsaslanır. İndiyədək bitki üçün toxum məhsuldarlığı 

öyrənilməmişdir. Buna görə  də bizim tərəfimizdən 

toxum məhsuldarlığı öyrənilmişdir. Hər il toxum 

məhsuldarlığının aşağıdakı göstəriciləri qeyd 

olunub.  

1. Hər fərddə olan toxumların orta miqdarı 

2. Fərddə olan yumurtalıqların miqdarı 

3. Yoluxmuş toxumların miqdarı. 

Məlum oldu ki, toxum məhsuldarlığının 

miqdarına qış  və yaz aylarının qeyri-əlverişli iqlim 

şəraiti və  həşaratlar təsir göstərmişdir. Bizim 

tərəfimizdən Zəngçiçəyi (Campanula  L.) növlərinin 

bir generativ zoğunda olan toxumlarının orta miqdarı 

hesablanmışdır.  Campanula növlərində 2011-ci ildə 

8-12 çiçək müşahidə edilmişdir. 2012-ci ildə isə 



Campanula-da 16-18 çiçək, 2013-cü ildə isə 

Campanula-da 15-17 çiçək müşahidə edilmişdir. 

Şübhəsiz ki, zəngçiçəyinin mühit şəraitinin kəskin 

dəyişilməsi nəticəsində çiçəklərinin sayının 

azalmaması növün relikliyini bir daha sübut edir və 

uyğunlaşma imkanlarının yüksək olması ilə 

xarakterizə olunur. Müşahidələr göstərir ki, 

öyrəndiyimiz bütün çiçək qruplarında olan çiçəklər 

toxum verə bilmir. 40-70% çiçəkdə mayalanma 

getmir. Bunlara bu və ya digər faktorların təsiri 

öyrənilmişdir. Bu cür çiçəklər  ən çox müxtəlif 

səbəblərdən toxunulmamış çiçəklərdə müşahidə 

olunur. Bir çox hallarda isə bu proses protarangineya 

və protarandaneya nəticəsində baş verir: 

1. Yəni dişi çiçəklərin tez yetişməsi, toz 

hüceyrələrinin isə gec yetişməsi; 

2. Erkək çiçəkləri mayalanmaya hazır olduğu 

halda, dişicik ağızcığında toz hüceyrəsinin 

cücərməyə hazır olmaması (müxtəlif səbəblərdən

həşaratların dişicikləri zədələməsi nəticəsində 

vaxtsız dişicik ağızcığında olan toz hüceyrələri 

cücərə bilmir).  

Tədqiqat  ərazisində bütün dağ sistemlərində 



Campanula cinsi (13 növ) dominantlıq təşkil edir. 

Qaya və töküntü bitkiliyində  Campanulaceae alp 

və subnival qurşaqlarının emblemi sayılır 

(Шхагaпсоев, 2003). 

Aşağıda Kiçik Qafqazın qaya və töküntülərinin 

Zəngçiçəklilərinin (Campanulaceae) botaniki-

coğrafi xarakteristikası verilir. 

 

Fəs. Campanulaceae Juss. – Zəngçiçəyikimilər və 

ya Zınqırovotukimilər fəs. 

Cins Campanula L. – Zəngçiçəyi 

Campanula alliariifolia Willd. (=C. ochroleuca 

(Kem.-Nath.) - Sarımsaqyarpaq z. 

Milköklü, çöxillik, 30-70sm hündürlüyündə ot 

bitkisidir. VI-VII aylarda çiçək açır. Hemikriptofit. 

Qafqaz (Pl.). 

Qoşqar dağ sistemi, nəhəng qayaların yarıqları 

arasında 850-2300m, 18.09.2011.  

Türkiyədən təsvir olunmuşdur. 

Cənub-Qərbi Asiya (Şimali Türkiyə). 

Campanula argunensis (Rupr.) - Arqun z. 

Milköklü, çoxillik, 5-13 sm hündürlüyündə ot 

bitkisidir. V-VII aylarda çiçək açır. 

Hemikriptofit.  Euqafqaz (Pl.). 

Qoşqar, Kəpəz,  Şahdağ silsilələri, qaya və iri 

daşların arasında, kölgəli yerlərdə, 1700-3200 m, 

18.09.2011, 21.08.2011, 2.09.2011. 

Şərqi Qafqazdan təsvir olunub. 

Endem. 

Campanula aucheri (A. DC.) Oşe z. 

Çöxillik, milköklü, 5-13 sm hündürlüyündə ot 

bitkisidir. V-VII aylarda çiçək açır.  

Hemikriptofit. Qafqaz (Pl.). 

Göy-Göl, subalp qurşağında qayalıqlı, daşlı, 

yerlərdə (1400-3200 m), 20.08.2011. 

Şərqi Türkiyədən təsvir olunub. 

Cənubi-qərbi Asiya (Şimali və  Şərqi Türkiyə, 

Şimali, Şimali-qərbi İran). 

Campanula ciliata Stev. 1812, Mem. Soc. Nat. 

Moscou, 3:256. - Kirpikli z. 

Çoxillik,10-20 sm hündürlüyündə ot bitkisidir. VI-

VII aylarda çiçək açır. Hemikriptofit. Qafqaz. (Pl.) 

Qoşqar, Kəpəz,  Şahdağ silsilələri, qaya və iri 

daşların arasında, kölgəli yerlərdə, 1400-3250 m, 

18.09.2011, 21.08.2011, 2.09.2011. 

Şərqi Qafqazdan təsvir olunub. 

Qafqaz. Endem. 

Campanula caucasica Bieb. 1798, Tabl. Prov. 

Casp.:112 - Qafqaz z. 

Milköklü, çoxillik, 20-30 sm hündürlüyündə ot 

bitkisidir. VI-VII aylarda çiçək açır. 




Kiçik Qafqazın Yüksək Dağlığında Qaya 

38 


Hemikriptofit. Euqafqaz (Pl.). 

Qoşqar, Kəpəz dağ silsilələri, qaya və iri daşların 

arasında, kölgəli yerlərdə, 2700-3200 m, 

18.09.2011, 21.08.2011, 2.09.2011. 

Azərbaycandan təsvir olunub. 

Qafqaz. Endem. 



Campanula collina Sims.-

 

Təpə z. 



Milköklü, çoxillik, 10-30 sm hündürlüyündə ot 

bitkisidir. VI-VIII aylarda çiçək açır. 800-3200 m-

də yayılır.  

Hemikriptofit. Qafqaz (Pl.). 



Campanula erinus (Bieb.) L., Sp.pl., 240(1753); 

Roem. et Schult. - Birillik z. 

Qısa kökümsovlu, birillik, 10-30 sm hündürlüyündə 

ot bitkisidir. IV-V aylarda çiçək açır. 1500-2300 m 

daşlı qayalıqlarda yayılır.  

Hemikriptofitdir.Qafqaz (Pl.). 

Cənubi Avropadan təsvir olunmuşdur. 

Balkan, Kiçik Asiya, İran. 



Campanula trautvetteri Grossh. - Trautfetter z. 

Çoxillik, 25-60 sm hündürlüyündə ot bitkisidir. VI-

VIII aylarda çiçək açır.  

Hemikriptofit. Avro-Sibir (Pl.). 

Qoşqar dağ sistemi subalp və alp qurşağında 

qayalıqlarda, (2800 m-ə qədər) 18.09.2011. 

Qafqazdan təsvir olunub. 

Cənubi-qərbi Asiya (Şimal-şərqi Türkiyə,  Şimali-

qərbi İran). 

Campanula petrophila Rupr.1867, Bull. Acad. Sci. 

Petersb. - Qayalıq z. 

Tipik obliqat xasmofit olub, milköklü, çoxillik, 20-

30 sm hündürlüyündə ot bitkisidir. VI-VII aylarda 

çiçək açır. 

Qafqaz (Pl.). 

Qoşqar, Kəpəz,  Şahdağ silsilələri, qaya və iri 

daşların arasında, kölgəli yerlərdə, 2700-3200 m, 

18.09.2011, 21.08.2011, 2.09.2011. 

Dağıstandan təsvir olunub. 

Qafqaz. Endem. 

Kriofit, heliofit, fakultativ morenofit.  



Campanula stevenii Bieb. – Steven z. 

Çoxillik, 20-30 sm hündürlüyündə ot bitkisidir. VI-

VII aylarda çiçək açır.  

Hemikriptofit. Qafqaz (R.).    

Qoşqar dağ sistemi, subalp və alp qurşağında 

qayalarda, 18.09.2011. 

Cənubi Zaqafqaziyadan təsvir olunub. 

Cənubi-qərbi Asiya (Şimali və  Şərqi Türkiyə, 

Şimali, Şimali-qərbi İran). 

Hemikserofit, heliofit, lapişistofit; dekorativ. 



Campanula meyeriana (Rupr.) Meyer z. 

Çoxillik, 20-30 sm hündürlüyündə ot bitkisidir. VI-

VII aylarda çiçək açır. Hemikriptofit. Euqafqaz 

(Pl.). 


Qoşqar dağ sistemi, alp və subalp qurşağında 

(1500-2700 m) qayalarda, qaya töküntülərində  və 

çınqıllı dağ yamaclarında, 19.09.2011. 

Şərqi Qafqazdan təsvir olunub. 

Qafqaz. Endem. 

Campanula sarmatica Ker. Gawl.1817, Bot. Reg.-

Sarmat z. 

Çoxillik, 20-40 sm hündürlüyündə ot bitkisidir. VI 

ayda çiçək açır.  

Hemikriptofit. Qafqaz (Pl.). 

Qoşqar, Kəpəz dağ sistemləri, alp və subalp 

qurşağında (2700-3200 m) qayalarda, qaya 

töküntülərində  və  çınqıllı dağ yamaclarında, 

18.09.2011, 21.08.2011, 2.09.2011. 

Şərqi Qafqazdan təsvir olunub. 

Endem. 

Mezofit, heliofit, lapişistofit; dekorativ. 



Campanula tridentataSchreb. (=C. biebersteiniana 

Roem. et Schult.) - Üçdişli z. 

Qısa kökümsovlu, çoxillik, 5-10 sm hündürlüyündə 

ot bitkisidir. V-VII aylarda çiçək açır. 1400-3400 m 

daşlı qayalıqlarda yayılır. 

 Hemikriptofitdir. Qafqaz (Pl.). 

Türkiyədən təsvir olunmuşdur. 

Cənub-Qərbi Asiya (Şimali, Cənub-Qərbi,  Şərqi 

Türkiyə). 

 

 

ƏDƏBİYYAT 

 

Гаджиев 

В.Д. (1971) 

Анализ 


флоры 

высокогорий Малого Кавказа. Баку. 



Гаджиев  В.Д.,  Эфендиев  П.М. (1977) Флора и 

растительность 

скальных 

обнажений 

Бабадагского  массива.  В  сб.:  Проблемы 

ботаники. 

Флора 

и 

растительность 

высокогорий 

СССР 

и 

их 

хозяйств. 

использование. Баку, Элм: 13: 49-55. 

Гроссгейм  А.А. (1940) Реликты  Восточного 

Кавказа. Баку, Изд-во АзФАН СССР: 43 с. 



Гроссгейм A.A  Флора  Кавказа (1939-1967) 

Баку, Ленинград: 1-7 



Конспект  Флоры  Кавказа (2008) Санкт-

Петербург, (3): 469 с. 



НоврузовВ.С.(1990.) 

Флорогенетический 

анализ  лишайников  Большого  Кавказа  и 

вопросы их охраны. Баку, Элм: 321 с. 



Novruzov V.S. (2010) Fitosenologiyanın  əsasları 

(geobotanika). Bakı, Elm: 306 s. 



Гурбанов  Е. (2009) Ali bitkilərin sistematikası. 

Bakı: 420 s. 



Əsgərov A.M. (2010) Azərbaycan florasının 

konspekti. Bakı, Elm: 183 s. 



Шхагопсоев  С.Х. (2002) Волкович  В.Б. 

Растительный  покров  Кабардино-Балкарии  и 

его охрана. Нальчик, Елбрус: 244 с. 

Шхагaпсоев  С.Х. (2003) Анализ  петрофитного 

флористического  комплекса  западной  части 

центрального Кавказа. Нальчик: 217 с. 

Флора Азербайджана (1961) Ваку, (8): 652 с.  



 Novruzov və Aslanova

 

39 


 

Колокольчики (Campanulaceae Juss.) На Скалах И Осыпях  

Высокогорий Малого Кавказа 

 

В.С.Новрузов, Е.А.Асланова 

 

Гянджинский государственный университет 

 

В  статье  даются  сведения  о  видовом  составе,  распространении,  биоэкологических  особенностях 

представителей  семейства  Campanulaсeae  на  скалах  и  осыпях  высокогорий  Малого  Кавказа. 

Установлено, что на высокогорье встречаются 13 видов семейства Campanulaceae. Их местообитание 

отмечено на щебенистых и каменистых территориях. Определена потенциальная и реальная семенная 

продуктивность. Проведен систематический, ареалогический и экологобиологический анализ флоры.  

  

 

 



The Bluebell (Campanulaceae Juss.) In The Rock Debris  

Of High Upland Part Of The Small Caucasus 

 

V.S.Novruzov, Y.A.Aslanova 

 

Ganja State University  

 

13 kinds of the bluebell (Campanulaceae) family in the rock debris of high upland part of the Small 

Caucasus have been found. Their habitat has been noted in the pebbly and stony territories. The potential and 

real seed productivity have been determined. The sistematical arealogic and ecolobiological analysis of flora 

have been carried out. 

 

 



 

Yüklə 73,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə