Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
  1   2   3   4   5   6   7   8   9   ...   34


Skot Han: 
ƏZİZ ANAM


Skot Han: Əziz Anam
original: Scot Hahn – Hail Holy Queen
2


Skot Han: Əziz Anam
ÖN SÖZ
MƏRYƏM ANA ÜÇÜN
Skot  Hanın  yazdığı  “Rəbbin  sözü  ilə  Rəbbin  Anası  olan 
Əziz  Anam  (HAİL,  HOLY  QUEEN)”  adlı  kitabı  təqdim 
etmək  mənim  üçün  böyük  bir  qürur  və  xoşbəxtlikdir. 
İsanın  sirrində  Məryəmin  sirrini,  yazıçı  sadə,  açıq  və 
hörmətli  bir  şəkildə  açıqlayıb;  bunu  edərkən  də  kilsənin 
ənənəvi  və  mənəvi  təlimləri  işığında  Müqəddəs  Kitabı 
şərh etmişdir.
Hamımızın ortaq arzusu, ümidi və duası budur:
"Bizimlə gəl, Məryəm,
yol boyunca bizimlə qal.
Atdığımız hər addıma nəzarət et.
Bizi sevimli Oğlun İsaya apar,
gəl, bizimlə, Məryəm, gəl."
Keşiş TARCY MATHIAS, OFM. Cap. 
Efes - Məryəm Ana Kilsəsinin baş rahibi
ATA KİLİAN HEALY-NIN ÖN SÖZÜ
Ölümündən bir neçə ay əvvəl, Lisieuxlu müqəddəs Teresa 
Müqəddəs  Bakirə  Məryəmlə  bağlı  düşündüyü  hər  şeyi 
ilahilərlə  ifadə  etmə  xəyalını  reallaşdıra  bildi.  İyirmi  beş 
qitəlik  uzun  şeirinə  "Səni  niyə  sevirəm  Məryəm"  adını 
verdi.  Arzusu  Məryəmlə  bağlı  həqiqəti  eşitdirməkdir  və 
Məryəmlə  əlaqədar  bütün  məlumatları,  həqiqətləri, 
hadisələri  Müqəddəs  Kitabdan  götürmüşdür.  Müqəddəs 
Teresa  üçün  Rəbbin  anası  Məryəm  onun  mənəvi  anası, 
cənnətin  şahzadəsidir,  amma  adi  bir  şahzadədən  qat-qat 
3


Skot Han: Əziz Anam
üstündür.  Sayı  əllidən  çox  olan  şeirləri  arasında  bu  sevgi 
ilahisi  müqəddəs  Teresanın  bir  çox  oxucusu  və 
təqibçisinin ən çox bəyəndiyi əsər olaraq qəbul edilir. 
Skot  Han  "ƏZİZ  ANAM"  deyə  tərcümə  olunan  bu 
kitabda bizlərə Bakirə Məryəmi niyə sevdiyini və hörmət 
etdiyini  şeirlə  deyil,  nəsrlə  izah  etmişdir.  Eyni  ilə 
müqəddəs Teresa kimi o da Müqəddəs Kitabda açıqlanan 
Məryəmin  rolundan  bəhs  edərkən  onun  araşdırmaları 
bizləri daha da irəliyə aparır.
O,  müqəddəs  Avqustinin  "İncil  Tövratda  gizlənmiş, 
Tövrat  isə  İncildə  meydana  çıxmışdır"  fikri  ilə  razılaşır. 
Onda  Tövratın,  xüsusilə  də,  bütün  insanların  anası,  Əhd 
sandığının  və  Padşahın  anası  olan  Həvva,  Davud 
sülaləsinin  şahzadə  anası  olan  Məryəmdə  gizləndiyini 
söyləməsi təəccüblü deyil.
Üstəlik, Məryəm Vəhy Kitabındakı günəş geyən cənnətin 
kraliçasıdır. Kilsənin ənənəvi təlimində, xüsusilə Kilsənin 
qabaqcıl Kilsə Atalarının düşüncələri və təlimləri ilə kilsə 
iman  həqiqətlərində  (doqmalarında)  də  Məryəmin  xüsusi 
bir yeri var.
Skot  Han  kitabında  düşüncələrini  şəxsi  və  təvazökar 
şəkildə  izah  edərkən  gənclik  dövründə  katoliklərə  qarşı 
olduğunu  və  Məryəmlə  bağlı  təlimə  bəslədiyi  şərhlərin 
yanlış olduğunu hər zaman dərk edir. Bu kitabı yazmaqla 
bəzi  səhvləri  düzəltmə  imkanını  tapmışdır.  Bu  kitabı 
yazmaqda  onun  məqsədi  onu  dinləyən  bütün  məsihçilər 
üçündür,  xüsusilə  öz  həyatlarında  Məryəmin  yerinə 
hörmət etməli olan katoliklərədir. 
Bu,  bizi  bir  suala  yönəldir.  Fərqli  xristian  inancına 
sahib  olan  kəslər  görəsən  onu  dinləyəcəklərmi?  İnanıram 
ki, hə!
Keçmişdə  Məryəm  birlik  yolunda  bir  çoxları  üçün  bir 
maneə  vardı,  amma  son  otuz  ildir  ki,  II-ci  Vatikan 
4


Skot Han: Əziz Anam
məclisindən  sonra  birlik  üçün  çox  böyük  addımlar  atıldı. 
Həm  katolik,  həm  protestant  Müqəddəs  Kitab 
mütəxəssisləri,  Rəbbin  sözü  üzərində  iş  görmək  üçün  bir 
yerə  toplaşdılar.  1967-ci  ildə  İngiltərədə  "Müqəddəs 
Bakirə  Məryəm  birliyi"  işə  başladı  və  Anqlikan,  Katolik, 
Metodist, Ortodoks kilsələrinin nümayəndələri iştirak etdi. 
1976-cı  ildə  Birlik,  Washingtonda  da  quruldu  və  hələ  də 
bu  iki  qrupun  üzvləri  nizamlı  olaraq  bir  yerə  toplaşaraq 
məlumatlarını bölüşüb çap etməkdədirlər. Geniş miqyasda 
məsələlər hələ də həll edilməmiş vəziyyətdə olsa da, bəzi 
irəliləyişlər olmuş, birlik üçün çalışanlar gələcəyin ümidli 
yollarında irəliləməyi davam etdirirlər. Bütün məsihçilərin 
və  birliyin  anası  olan  Məryəm  onların  ürəyində 
məqsədlərini daşımağa və Müqəddəs Ruha təqdim edərək 
bütün məsihçilərin birliyə çatmasına köməkçi olsun. 
Sonuncu  sual  isə  budur:  Bu  kitaba  necə 
yanaşmalıyıq?  Məncə,  bu  kitab  bizi  yatızdırmaq  üçün 
istifadə  etdiyimiz  bir  kitab  deyil.  Kitabın  zəngin 
məzmununun 
yaxşıca 
düşünülüb 
mənimsənilməsi 
lazımdır.  Məryəmlə  bağlı  aparılan  tədqiqatlarda  ideal  bir 
dərslik olacaq.  
Müqəddəs Kitabı, bu kitabın işığı sayəsində daha dərin bir 
maraq və  istəklə oxuyan  oxucular Kilsənin  həqiqətləri  və 
Məryəm 
haqqında 
öyrəndiklərini 
daha 
yaxşı 
mənimsəyəcəklər.  Yalnız  tədqiqat,  düşüncə  və  dua 
vasitəsilə  aydınlanan  bu  həqiqətlər  Ana  və  Kraliça  olan 
Məryəmə  daha  çox  dəyər  və  sevgi  verməyimizə  kömək 
edəcək  və  nəticədə  onu  bizlərə  bağışlayan  mərhəmətli 
Rəbbin sevgisinə qovuşacağıq.
Müqəddəs  Teresa  tərif  ilahisini  yazanda  səbəbini  bu 
şəkildə  açıqlamışdı:  "Qüdrətli  Rəbb  səndə  möcüzələr 
yaratdı. Mən bunları düşünüb Rəbbi ucaltmaq istəyirəm."
5


Skot Han: Əziz Anam
Skot  Han  Rəbbin  Məryəmdə  etdiyi  möcüzələri 
düşünərək  bunları  bizlərlə  bölüşmək  istəyir.  Bizləri 
Anamız  və  Kraliçamız  olan  Məryəmə  sevgi  ilə  baxmağa 
dəvət  edir.  O  öz  uşaqları  üçün  nümunədir.  Bir  gün 
əlimizdən  tutaraq  bizi  nəzakətli  bir  şəkildə  Ataya,  Oğula 
və Müqəddəs Ruha aparacaq.
Sevgi ilə yazılmış olan bu kitab layiq olduğu qarşılığı 
görsün deyə dua edirəm.
6


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə