Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   2   3   4   5   6   7   8   9   ...   34

Skot Han: Əziz Anam
GİRİŞ
MƏRYƏMİ  ƏHƏMİYYƏTSİZ  HESAB  EDƏN  BİR 
ÖVLADIN ETİRAFLARI
On beş yaşında mən Tanrını tapdım, amma həyatımı onun 
istədiyi kimi yaşamırdım. Yalnız bundan bir müddət sonra 
gənclik günahlarımı geridə buraxıb, Rəbb İsanı həyatımın 
Sahibi və Xilaskarım olaraq qəbul etdim. Hətta çox dindar 
olmayan ailəm belə məndəki dəyişiklikləri görüb, ürəkdən 
dəstəklədilər.  Onların  fikrincə,  məni  günahkar  bir 
həyatdan uzaq tutan şey dindirsə, qoy olsun!
Təzəcə  qovuşduğum  güclü  imanımın  atəşi  qəlbimi 
yandırırdı. Ancaq bir yaz günü, qəlbimi yandıran başqa bir 
şeyin varlığını da hiss etdim. Bütün narahatedici əlamətləri 
ilə  mədəm  ağrayırdı.  Müəllimimə  nə  baş  verdiyini  izah 
etdiyim  zaman  məni  məktəbin  tibb  bacısısına  göndərdi. 
Qızdırmamı  yoxlayan  tibb  bacısı  anama  zəng  edərkən 
məndən  uzanmağımı  istədi.  Onları  dinləyərkən  evə 
getmək  lazım  olduğunu  başa  düşdüm.  Üstümdən  bir  yük 
qalxmış kimi rahatladım və yuxuya getdim.
Daha  sonra  duyduğum  bir  səsə  diksinərək  oyandım. 
Duyduğum  anamın  səsi  idi  və  anam  şəfqətli  idi.  Orada 
uzandığımı görəndə "Ah" çəkdi.
Sonra  birdən  içimə  bir  şübhə  düşdü.  Anam  məni  evə 
aparırdı.  Birdən  yoldaşlarım  məni  anamla  birlikdə 
məktəbdən  çıxarkən  görsələr?  Birdən  anam  qolları  ilə 
məni  körpə  kimi  qucaqlasa?  Hər  kəs  mənə  lağ  etməyə 
başlayacaq. 
Alçaldılma  duyğusu  məni  məhv  edirdi.  Mənə  lağ  edəcək 
uşaqların  sözlərini  qulaqlarımda  hətta  indidən  eşitməyə 
başlamışdım:  "Gördünüz,  anası  onun  alnını  necə 
sığallayır?!" 
7


Skot Han: Əziz Anam
Əgər  katolik  olsaydım  məni  gözləyən  on  beş  dəqiqəni 
ərafdakı (dinə görə cənnətlə cəhənnəm arasında olan yer) 
anlarım olaraq fikirləşə bilərdim. Ancaq protestant olaraq 
xəyal etdiyim bu anlar elə cəhənnəmin özü idi. Tibb bacısı 
kreslosunda  uzanarkən  tavana  baxmağıma  baxmayaraq 
gördüyüm tək şey ömrü boyu uşaqların gözündə "anasının 
oğlu" olaraq qalacağım idi.
Mənə  mərhəmət  hissi  ilə  yaxınlaşan  qadınla  üzləşmək 
üçün yatdığım yerdən dik atıldım. Bu mərhəmət hissi məni 
daha da əsəbləşdirdi. Hər ananın daxilində uşaqlarının hər 
zaman  “bala”  olaraq  qalması  arzusu  var.  Bu  kiçiklik  və 
möhtac olma  isə şübhəsiz  on beş  yaşımdakı vəziyyətimlə 
üst-üstə düşmürdü. 
O  bir  söz  deməmiş  pıçıltı  ilə  "anacan"  dedim.  "Mənim 
önümdə  gedə  bilərsən?  Dostlarımın  məni  məktəbdən  evə 
aparmağa gəldiyini görməklərini istəmirəm."
Anam  heç  nə  demədi.  Üzünü  çevirdi,  tibb  bacısının 
otağından  və  məktəbdən  çölə  çıxdı  və  birbaşa 
avtomobilinə  mindi.  Məni  oradan  evə  apararkən  yolda 
özümü  necə  hiss  etdiyimi  soruşdu  və  yatmazdan  əvvəl 
məni qucaqlayıb öpərək həmişəki kimi şəfqətli sevgisi ilə 
yatmağıma kömək etdi.
Çox  çətin  bir  vəziyyətlə  qarşılaşmağıma  baxmayaraq 
məktəbdə  alçaldılmaqdan  son  anda  xilas  olmağı 
bacardığıma əmin idim. İçimdə böyük bir rahatlıqla dərin 
bir yuxuya getdim.
Həmin gecə bu məktəbdəki əhvalat haqqında yenə də 
düşünürdüm.  Atam  otağıma  gələrək  necə  olduğumu 
soruşdu.  Ona  yaxşı  olduğumu  dedim.  Sonra  üzümə  ciddi 
şəkildə baxdı.
“Skoti,"- dedi – “yalnız söhbətdən ibarət olsa dininin heç 
bir  mənası  olmaz.  Digər  insanlara  necə  davrandığını 
8


Skot Han: Əziz Anam
düşünməlisən”. Sonra ən vacib  xəbərdarlıq gəldi: "Ananla 
birlikdə görünməkdən utanmamalısan".
Bəhanə  tapacaq  vəziyyətdə  deyildim.  Atamın  haqlı 
olduğunu  gördüm  və  anamdan  utandığım  üçün  özümdən 
utandım.
RUHANİ YETKİNLİK DÖVRÜ
Eyni vəziyyət bir çox xristian üçün də belə deyilmi? Xaç 
üzərində  asılı  vəziyyətdə  ölərkən  son  arzusu  və  əmri 
olaraq İsa bizə anasını hədiyyə verdi. "İsa anasını və onun 
yanında  Öz  sevimli  şagirdinin  dayandığını  gördükdə 
anasına dedi: “Ana, bu sənin oğlundur!” Sonra isə şagirdə 
dedi:  «Bu  da  sənin  anandır!»  Həmin  andan  sonra  şagird 
onu öz evinə apardı. " (Yh 19:26-27)
Biz Rəbb İsanın sevdiyi şagirdləri, kiçik qardaşlarıyıq 
(bax İbr 2:12). Onun cənnətdəki evi bizim də evimiz, atası 
bizim  atamız,  anası  da  bizim  anamızdır.  Bunun  əvəzinə 
görəsən neçə məsihçi Məryəmi öz evinə dəvət edir?
Bəs  məsihçilərin  neçə  kilsəsində  İncildəki  vəzə  -“bütün 
nəsillər Məryəmi müqəddəs sayacaqlar” -əməl edilir? (Lk 
1:48) Protestant din xadimlərinin çoxu bunu söyləyəndə - 
keçmişdəki  öz  təcrübələrimə  söykənərək  danışıram  - 
katolik  olmaqla  mühakimə  olunmaqdan  qorxduqları  üçün 
İsanın  anasının  adını  xatırlamaqdan  çəkinirlər.  Bəzən, 
aralarındakı ən coşğun olanları belə, Katolik əleyhinə olan 
sərt  mübahisələrdən  təsirlənmişlər.  Onlara  görə  Rəbb  ilə 
insanlar  arasına  girdiyi  və  ya  İsanın  yerinə  Məryəmi 
ucaltdığı üçün Məryəmə hörmət bir növ bütpərəstlikdir. 
Bu  səbəblə  bəzi  protestant  kilsələrinin  müqəddəs 
Pavel, müqəddəs Peter, müqəddəs Yaqub, ya da müqəddəs 
Yəhya  adını  daşıdığını  görə  bilərsiniz,  amma  müqəddəs 
Məryəm  adına   tikilmiş  bir  kilsəyə  nadir  halda  rast 
9


Skot Han: Əziz Anam
gələrsiniz. Tez-tez protestant pastorların İsanın keçmişdəki 
kökündən olan İbrahim və Davud haqqında danışdıqlarını 
eşidərsiniz, amma Onun anası olan Məryəm haqqında bir 
şey 
söylədiklərinə 
heç 
vaxt 
rast 
gəlməzsiniz. 
Protestantların ondan müqəddəs biri deyə bəhs etmələri bir 
yana, nəsillər boyunca adını belə xatırlamadan yaşayıblar. 
Bu  yalnız  protestantların  problemi  deyil.  Bir  çox 
katolik və ortodoks xristian Məryəmə etdikləri zəngin dua 
mirasından  uzaqlaşmışlar.  Onlar  həddindən  artıq 
mühafi-zəkar 
protestantların 
söz 
hücumlarından 
çəkindikləri,  rişxənd  edən  din  alimlərinin  qarşı 
çıxmalarından  utanc  duyduqları  və  ya  yaxşı  niyyətlə  olsa 
belə  sırf  bəzilərini  incitməmək  üçün  səhv  istiqamətə 
yönələrək  gizlənil-mişdir.  Onlar  üçün  dua  edən,  yemək 
hazırlayan, evi yığıb yığışdıran bir anaya sahib olduqlarına 
görə xoşbəxtdirlər, amma ətrafda bunu anlaya bilməyəcək 
digər  insanlar  olduğu  zaman  analarının  göz  qarşısında 
gəzib  dolanmasından  narahat  olur,  bir  kənara  çəkilməsini 
istəyərlər.
QARŞI ÇIXDIĞIM MƏRYƏM
Mən  də  bütün  övladlar  kimi  həm  öz  anama,  həm  də  İsa 
Məsihlə  paylaşdığım  anam  Müqəddəs  Bakirə  Məryəmə 
qarşı saymaz davranaraq günah etdim. İmanıma gedən yol 
məni   cavanlıq  günahlarımdan  Protestant  rahib  olmağa 
apardı.  Yol  boyunca  Məryəmə  qarşı  çıxdığım  dövrlər 
yaşadım.
Məryəmə  bağlılıqla  dua  edilməsinə  nənəm  vəfat 
etdiyi zaman şahid oldum. Səssiz, təvazökar və dindar biri 
olan  nənəm,  ana  və  ata  tərəfimdən  ailəmdəki  yeganə 
Katolik idi. 
10


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə