Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   2   3   4   5   6   7   8   9   ...   34

Skot Han: Əziz Anam
Ailədəki  tək  dindar  adam  olduğuma  görə  nənəm  öldüyü 
zaman atam mənə Onun dinlə əlaqədar oxuduğu kitabları 
və  əşyaları  verdi.  Onlara  qorxu  ilə  baxdım.  Əlimdə 
tutduğum təsbehini parçalayarkən öz özümə: "Rəbbim onu 
məhbus edən  katolik zəncirlərindən qurtar," dedim.  Bunu 
inanaraq  söyləmişdim.  Təsbehi  və  Məryəmi  nənəmlə  İsa 
Məsih arasına girən bir mane olaraq görürdüm.
Qarşı  qoyulmaz  şəkildə  bir-birini  izləyən  təlimlər, 
məni  yavaş-yavaş  katolik  imanına  çəkən  zaman  belə 
Kilsənin Məryəmlə əlaqədar təlimini qəbul edə bilmirdim.
Yalnız  özümü  Onun  oğlu  olaraq  qollarına  buraxmağa 
qərar  verdiyim  zaman  Onun  analığının  dəlilləri  mənə 
çatacaqdı. Aldığım güclü protestant təhsilimə görə hələ bir 
neçə  il  əvvəl  nənəmin  təsbehini  qoparıb  parçalamağıma 
baxmayaraq,  bir  gün  təsbehi  yenidən  əlimə  alıb  dua 
etməyə  başladım.  Həm  də,  son  dərəcə  şəxsi,  haradasa 
qeyri-mümkün  görünən  bir  niyyətim  üçün  dua  edirdim. 
Aylar  keçdikcə  fərqinə  vardım  ki,  qeyri-mümkün  deyə 
gördüyüm  vəziyyətim  təsbeh  duasını  etməyə  başla-
dığımdan  etibarən  tərsinə  dönməyə  başlamışdı.  Dualarım 
qəbul olmuşdu.
ANAMA QOVUŞURAM
O  andan  etibarən  anamı  anlamağa  başladım.  O  gündən 
sonra  inanıram  ki,  İsanın  qardaşı  olaraq  Rəbbin  əhd 
ailəsindəki yerimi dərk etdim. Bəli, Rəbb İsa mənə Ataya 
dua etməyi öyrətmişdi. Nəhayət, ürəkdən Onun əmri olan 
öz anama sahib çıxmağın lazım olduğunu qəbul etdim.
Bu kitabla açıq ürəklə məni dinləyəcəyinə inandığım 
bütün  məsihçilərlə  Müqəddəs  Kitabın  sarsılmaz  həqiqəti 
olan  içimdəki  bu  arzunu  paylaşmaq  niyyətindəyəm. 
Xüsusilə, Latın katoliklərə səslənmək istəyirəm, çünki bir 
11


Skot Han: Əziz Anam
çoxumuzun anamızı yenidən tapması, ilk dəfə tapması, ya 
da  bəlkə  də  yeni  bir  gözlə  baxmağı  öyrənməsi  lazımdır. 
Rəbbin  anasına  hər  zaman  sadiq  qalanlar  belə  Məryəmin 
yanından  ayrılmayaraq  bağlılıqlarını  göstərərkən  onu 
müdafiə  etmələri  lazım  olmadığından  Müqəddəs  Kitabda 
yazılanların  çox  azını  mənimsəyirlər.  Məryəmlə  bağlı  ən 
son  qaynaq  gördükləri  İncildə  yazılan  bir  ovuc 
məlumatdan  möhkəmcə  yapışırlar.  Bu  yaxşı  katoliklər 
analarına  dərindən  bağlı  olsalar  da,  Rəbbin  uca  planı 
içində Məryəmin bənzərsiz rolunu tam mənası ilə qavraya 
bilməzlər.
Çünki  Məryəm  əslində  Müqəddəs  Kitabın  birinci 
səhfəsindən axırıncı səhfəsinə qədər hər səhfəni əhatə edir. 
Başlanğıcdan  etibarən  həvarilər,  kilsə  və  Xilaskar  kimi, 
Məryəm  də  Rəbbin  planında  var  idi  və  o  hər  şeyin 
reallaşdığı  ən  son  ana  qədər  də  yerində  qalacaq.  Ancaq 
yenə  də  Onun  analığını  anlamaq  üçün  çalışmağımız 
lazımdır.  Müqəddəs  Kitab  mövzusunda  yaxşı  bir 
mütə-xəssis  olduğum  və  hələ  Protestant  olduğum 
dönəmlərdə,  Müqəddəs  Kitabdakı  analıq  və  atalıq 
haqqında  bir  tədqiqat  apardım.  Atalıqla  əlaqədar  yüzlərlə 
səhifə  qaynağa  rast  gəlməyimə  baxmayaraq  analıqla 
əlaqədar yalnız bir neçə paraqraf tapa bilmişdim.
Niyə  analıq  haqqında  bu  qədər  az  məlumat  var? 
Bəlkə  də  analıq  çox  az  aydın  olub  dəyər  verildi,  çünki 
analarımız  onsuz  da  hər  zaman  bizim  yanımızdadırlar. 
Məsələn,  körpələr  uzun  bir  müddət  analarının  özlərindən 
ayrı  bir  şəxsiyyət  ola  biləcəyini  qəbul  edə  bilməzlər. 
Mütəxəssislər  körpələrin  süddən  kəsildikləri  ana  qədər 
bunu  anlaya  bilmədikləri  fikrindədirlər.  Mən  yetkinlik 
dövründə  analarımızın  bizdən  bir  neçə  addım  aralıda 
qalmasını  arzu  etsək  belə  özümüzü  fiziki  mənada,  əsla 
anamızdan qopara biləcəyimizi zənn etmirəm.
12


Skot Han: Əziz Anam
ANAMIZI QUCAQLAYAQ
O  halda  birlikdə  bir  tədqiqat  aparaq.  Cənnətdə  Rəbbin 
yaratdığı  və  günaha  görə  bu  həyatı  itirən,  bununla  belə 
Rəbbin  əmrlərini  alıb  Padşahlığın  qurulacağı  günə  qədər 
qurtuluş  sözü  alan  insanlarla  birlikdə  gəzək.  Əgər  belə 
getsək,  Müqəddəs  Kitabın  hər  küncündə  Rəbbin  xalqına 
söz verilən ana və göz qamaşdırıcı kraliçanın bizi bir evdə 
gözlədiyini görərik. Hər küncdə uşaqları üçün vasitəçillik 
edən, sözü keçən güclü bir ananın iştirak etdiyi bir evdən 
söz  verildiyini  görərik.  Ən  əhəmiyyətlisi  İsa  Məsihin 
krallığını  tamamlayacaq  olan  Kraliça  Ananın  varlığını 
görərik.
Bu  səyahətə  bir  neçə  addım  geridən,  tarixdəki 
Müqəddəs  Anadan  başlayırmış  kimi  hiss  etsəniz  belə, 
sizdən xahiş edirəm ruhdan düşməyəsiniz və yenə də yola 
mənimlə  və  Məryəmlə  birgə  ümumi  məqsədə,  yəni 
hamımızın  cənnətdəki  Yerusəlimdə  olan  ortaq  evimizə 
səyahətə birlikdə davam etməyinizi istəyəcəyəm. 
13


Skot Han: Əziz Anam
1-ci fəsil 
BİZİM ANALIQ HAQDA ANLAYIŞIMIZ
SEVGİ DOLU MƏRYƏMİN ANALIĞI
Analar  tədqiqatçılar  üçün  ən  çətin  mövzudurlar.Onlar 
bizim düşündüyümüzdən daha əlçatmazdırlar. Analıq odur 
ki, öz təbiətinə və adına uyğun olaraq mütləq münasibətdə 
yaşayır.  Yalnız  uşaqları  ilə  aralarındakı  əlaqə 
düşünül-düyündə analıq var olar. Onların bütün diqqətləri 
uşaqları  üzərində  toplandığından  bizim  də  diqqətimizi  bu 
istiqa-mətdə yönəldəcəklər.
Təbii  olaraq,  ilk  doqquz  ay  boyunca  ana  və  körpəsi 
bir-birlərindən ayrılmayan tək bir bədən kimi yaxındır. Bu 
iki  bədən  bir-biri  üçün  yaradılmışdır.  Hamiləlik  boyunca 
eyni qidanı, qanı və oksigeni paylaşırlar. Təbiət doğumdan 
sonra  da  körpənin  bəslənməsi  üçün  onu  ananın  sinəsinə 
qoyur.  Yeni  doğan  körpənin  gözləri  yalnız  anasıyla  göz 
təması qura biləcək qədər uzaqlığı seçə bilməkdədir. Onun 
kiçik  qulaqları  isə  anasının  ürək  döyüntülərini  və  şirin 
səsini aydın bir şəkildə duya bilər. Təbiət hətta qadınların 
bədənini  kişininkindən  yumşaq  etmişdir  ki,  körpənin 
həssas dərisi bundan narahat olmasın. Ana bədəni və ruhu 
bütün varlığı ilə özünü körpəsinə həsr edir.
Hər  nə  qədər  təbiət  bizi  analarımıza  bu  şəkildə 
yaxınlaşdırsa  da,  uşaqlar  üçün  analar  həmişə  sirr  kimi 
qalır.  G.  K.  Çestertondakı  “Ata  Broun”  kitabı:  "Bəzən 
gözümüzün qarşısında olanı tanımaq daha çətindir." deyir. 
Rəbbin  anası  olaraq  Məryəm,  analığın  ən  uca 
mərtəbəsindədir.Əgər analarımızı başa düşmək çətindirsə, 
Məryəmi başa düşmək daha çətindir. Bütün analar özlərini 
övladına  həsr  etdiyinə  görə  O,  bunu  qat-qat  artıq  edəcək. 
14


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə