Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   ...   26   27   28   29   30   31   32   33   34

Skot Han: Əziz Anam
etdirmişdir.  Şərqdə  xüsusilə  ikonalar,  qərbdə  isə  həm 
heykəl, həm də şəkil olmaqla, həm şərq, həm də qərb Mər-
yəmlə bağlı bir çox möhtəşəm incəsənət mirası yığmışdır.
Şübhəsiz, Kilsənin Məryəmə bağlılığın ən məşhur və 
sevilən dua şəkli təsbehdir. Mənim də ən sevdiyim duadır.
Təsbeh  sirr  adını  verdiyimiz  İsanın  və  Məryəmin 
həyatındakı  bəzi  hadisələri  düşünərək  söylədiyimiz 
müəyyən  ədəddəki  duaların  təkrar  edilməsi  ilə  deyilir. 
Cəmi iyirmi sirr vardır.
SEVİNC SİRLƏRİ
1-  Məryəmə  Xoş  Xəbərin  verilməsi  (bax  Lk.  1:26-38). 
Mələk  Cəbrayıl  Məryəmə  Məsihin  ondan  doğulacağını 
müjdələyir.
2- Bakirə  Məryəmin  Elizabetə  baş  çəkməsi  (Lk.1:39-56). 
Məryəm qohumu Elizabeti ziyarət edir.
3- İsa Məsihin doğulması (bax Mt.1:18-25, Lk 2:1-20). İsa 
Məsih doğuldu.
4-  Həsretmə  (baxLk.  2:22-38).  Məryəm  və  Yusif  İsanı 
Rəbbə təqdim etmək üçün məbədə gedirlər.
5-   Yeniyetmə  İsanın  Məbəddə  tapılması  (Lk.  2:41-51). 
Məbədə gedərkən, İsa Məryəm və Yusifdən ayrıldı.
İŞIQ SİRLƏRİ
1- Rəbb  İsanın  İordan  çayında  vəftizi  (Mt.  3:13-17,  Mar. 
1:9-11, Lk  3:21:). İsa vəftiz olunan kimi sudan çıxdı.
2- İsa Qanadakı toyda ilk möcüzəsini edir. (Yh.2:1-12)
3-   Allahın  Səltənətinin  vəzi  və  Allaha  tərəf  dönməyə 
çağırış. (Lk.4:42-44; Mar. 1:35-39)
4-   İsa  Məsihin  surətinin  dəyişilməsi.  (Mt.  17:2-3  ; 
Mar.9:2-13; Lk.9:28-36)
121


Skot Han: Əziz Anam
5-   Evxaristiyanın  təyin  edilməsi.  (Mt   26:26-29;  Mark 
14:22-26; Lk 22:15-20; 1Kor. 11:23-25)
KƏDƏR SİRLƏRİ
1- Getsemanidə dua (Mt.26:36-46). İsa Məsih ağrılarından 
qurtulmaq üçün dua edir.
2- Qamçılanma (Mt.27:26). İsa Məsih romalılar tərəfindən 
qamçılanır.
3-   Tikanlı  tacın  qoyulması(Mt.27:29).  Romalılar  İsanın 
krallığına lağ edirlər.
4- Çarmıx yolu. (Yh. 19:17)
5-   İsa  Məsihin  çarmıxa  çəkilməsi  (Mrk.  15:22-38):  İsa 
Məsih xaç üzərində ölür.
İZZƏT SİRLƏRİ
1- Dirilmə. (Mt.28:1-10) 
2- Göylərə yüksəlmə. (Lk. 24:50-51) 
3- Müqəddəs Ruhun enməsi. (Həv. 2)
4-   Məryəm  Ananın  Göyə  Qaldırılması  (Vəhy  11:19 
-12:1):  Məryəm bədəni və ruhu ilə cənnətə girir.
5- Bakirə  Məryəmin  səmavi  izzəti  ilə  taclanması   (Vəhy 
12:1): Məryəm yerin və göyün Kraliçası olur.

Bu  sirlər  üzərində  düşünərkən,  ümumiyyətlə,  kökü 
"qızılgül çələngi" mənasını verən "rosario" adı verilən bir 
silsilə muncuqla müəyyən ədəddə dualar edilir.
Hər  sirlə  birlikdə  bir  dəfə  "Göylərdəki  Atamız",  on 
dəfə  "Salam,  Mübarək  Məryəm"  deyildikdən  sonra 
ardından  "Ataya,  Oğula  və  Müqəddəs  Ruha  indi  də, 
122


Skot Han: Əziz Anam
həmişə də, əbədi olaraq da həmd olsun. Amin." deyilir. Bu 
duaların hamısı təsbehin bir onluğunu təşkil edir. Təsbehin 
hamısı  iyirmi  onluqdan  təşkil  olunmasına  baxmayaraq, 
məsihçilər, adətən, hər gün beş onluğu söyləyirlər. Rəsmi 
sənəddə  Kilsə  təsbehin  beş  onluğunu  söylənməyi  təyin 
etdi.
ÜRƏK, ƏL VƏ SƏS
Katolik  olmayanlar  bəzən  təsbehi  mənasız,  mexaniki  və 
monoton hesab etdikləri üçün əhəmiyyət verməzlər. Hətta 
bəziləri  İsa  Məsihin  mənasız,  təkrarlanan  dualara  qarşı 
çıxdığı  sözlərinə  söykənərək  bunu  pisləyərlər  (Mt.6:7). 
Heç bir şey həqiqətən uzaq ola bilməzdi.
Əvvəla,  təsbeh  əsla  mənasız  deyil.  Həqiqətən  də 
təsbehin  meditasiya  texnikası  əsrlər  boyunca  davam  edən 
tətbiqlərlə  zehni  tamamilə  dolduracaq  qədər  inkişaf 
etmişdir.  Normal  olaraq  təsbeh  səs,  toxunulan  muncuqlar 
və zehində canlandırılan mənəvi hadisələr olmaqla yanaşı 
heç olmasa üç duyğumuza təsir edir. Bu səbəblə bütün bu 
duyğularımız  duanın  bir  parçası  halına  gəlir.  Özümüzü 
bədənimiz  və  ruhumuzla  nə  qədər  bu  duaya  versək, 
diqqətimiz o dərəcə az dağılar.
Üstəlik,  təsbeh  Müqəddəs  Kitabın  təlimi  və 
bağlılığına  yaraşan  zənginliyə  malikdir.  Göylərdəki 
Atamız  Duasını  şəxsən  İsa  Məsihin  ağzından  öyrəndik. 
Məryəm  Duası  Luka  İncilində  Cəbrayıl  və  Elizabetin 
sözləridir.  Kim  Müqəddəs  Üçlüyə  və  əzəli  Rəbbə  təriflər 
söylədiyimiz duaya söz edə bilər?
Bu Katolik dualarına edilən tənqidlərin kökündə çox 
sadə  bir  gerçək  yatır.  Necə  oldusa  bir  çox  xristian 
əzbərdən  dua  etməyin  səhv  olduğunu,  duanın  gerçək 
olması  üçün  özbaşına  inkişaf  edib  yaradıcı  və  romantik 
123


Skot Han: Əziz Anam
olması lazım olduğu fikirinə ilişib qaldılar. Amma İsa bizə 
bunu  öyrətmədi.  Əslində  özü  də  israillilərin  əzbərdən 
söylədikləri  duaları  söyləyirdi  (bax Mk  12:29;  15:34;  Yh 
7:10-14).
İsa  Məsih  boş-boşuna  mənasız  təkrarlanan  dualara 
qarşı idi, amma təkrarlanan hər şey boş və mənasız deyil. 
Katolik imanını mənimsəyən xristian bir rok musiqiçisinə 
onu  anlaya  bilməyən  pərəstişkarlarının  yönəltdiyi  sualları 
izlədiyimi  xatırlayıram.  Bir  qadın  "Dayanmadan 
təkrarlanan  boş  dualara  necə  dözürsünüz?"  deyə 
soruşmuşdu. Ona səmimiliklə, xoş bir təbəssümlə baxdı və 
belə  dedi:  "Mən  təkrardan  bezmərəm.  Mən  bas  gitarada 
çalıram,  çünki  bu  təkrarlardan  yaşamaq  üçün  pul 
qazanıram."
Eyni olan və təkrarlanan şeylər bizim üçün və başqa-
ları  ilə  olan  əlaqələrimizdə  çox  faydalı  ola  bilərlər. 
Yoldaşım  mənim  onu  nə  qədər  çox  sevdiyimi 
söyləməmdən  əsla  şikayət  etməz.  Anam  məni  böyütdüyü 
üçün ona minnətdar olmamdan və bunu dilə gətirməmdən 
narahat  olmaz.  Mənə  qarşı  olan  kəslər  onlara  “səhvlərim 
üçün təəssüf edirəm” deməmdən əsla bezməzlər. Rəbb də 
məsihçilərin  ənənəvi  olaraq  təkrar  etdikləri  Müqəddəs 
Kitabdakı 
sözlərin 
və 
duaların 
ucaldılaraq 
təkrarlanmasından  heç  bir  zaman  bezməyəcək.  Katolik 
olmayanlar  da  bilirlər  məsihçilərin  "amin",  "alleluya", 
"Rəbblə öyün" sözləri hər kəs tərəfindən təkrarlanır.
Zaman  keçdikcə  müəyyən  bir  duyğu  və  düşüncəni 
əhatə  etdiyinə  görə  Kilsədə  bəzi  ifadələr  önə  çıxmışdır. 
Ayrıca, dualar yalnız dinləyən adamın deyil, eyni zamanda 
danışanın  da  duyğularını  dərinləşdirər  və  düşüncələrinə 
aydınlıq  gətirər.  Yoldaşıma  nə  qədər  çox  səni  sevirəm 
desəm  ona  daha  dərindən  aşiq  oluram.  Anama  nə  qədər 
çox təşəkkür etsəm ona minnətdarlığım o dərəcə artır.
124


Skot Han: Əziz Anam
Səsimizi,  əllərimizi  və  ürəklərimizi  Kraliçamız, 
Anamız  və  Oğluna  sevgi  dolu  sözlərlə  uzatsaq  imanımız 
və müqəddəsliyimiz o dərəcə artacaq.
TƏSBEH NECƏ MEYDANA GƏLDİ?
Xristian  həyatında  heç  bir  nöqtə  duanın  meydana  gəliş 
şəkli  qədər  cəmiyyətdə  maraq  oyatmamışdır.  Bu,  yalnız 
katoliklər  üçün  etibarlı  deyil.  Protestant  rahib  olaraq  da 
illər  boyu  bənzər  təcrübələrim  oldu.  İllər  keçdikcə  bəzən 
qəflətən yeni dua üsulları ortaya çıxıb itir. Yenə də təsbeh 
əsrlər boyunca islahat dövründəki bütün hücumların hədəfi 
olmasına  baxmayaraq  itmədi.  Nəsildən  nəslə  bütün 
papaların  və  bir  neçə  ad  vermək  lazımdırsa,müqəddəs 
Aquinas  Tomas,  müqəddəs  Alphonsus  Liguori,  Luis 
Pasteur,  Fulton  Sheen,  Kalkütalı  Rahibə  Teresa  kimi 
seçmə imanlıların təsdiqini qazandı.
Təsbeh  ilk  harada  başladı?  Bunu  söyləmək  olduqca 
çətindir.  Dominikanların  təsisçisi,  müqəddəs  Dominikus 
Guzmana  görünən  Məryəm  Ananın  ona  təsbeh  verərək 
necə  dua  edəcəyini  öyrətdiyi  deyilir.  Həqiqətən  də 
Dominikus  və  onun  izindən  gedənlər  orta  əsrlər  boyunca 
Müqəddəs Təsbehin yayılmasına liderlik etmişlər.
Bununla  bərabər  tarix  Dominikus  daha  dünyaya 
gəlməzdən çox əvvəl məsihçilərin təsbeh duası etdiklərini 
işarə  edir.  Dua  ehtimalla  əsrlər  boyunca  inkişaf  etmişdir. 
Şərqdəki imanlıların düyünlənmiş iplər, ya da muncuqlarla 
dualarını  sayma  adəti  vardı.  Rahiblər  bu  ipləri  Müqəddəs 
Kitabdakı  150  məzmur  duasını  neçə  dəfə  oxuduqlarını 
saymaq məqsədi ilə istifadə edərdilər.
Oxuya bilməyən bir çox sıravi məsihçilər 150 duanın 
yerinə  söylədikləri  digər  duaları  saymaq  üçün  eyni 
ənənəni  davam  etdirdilər.  Beləliklə,  bu  şəkildə  edilən 
125


Skot Han: Əziz Anam
dualara  kasıb  adamın  ibadəti  deyildi.  Seçilən  dua  əsasən 
onluqlar şəklində on beş dəfə deyilən Məryəm duası idi.
Protestant  tarixçi,  Ana  Winston-Allen,  islahatdan 
əvvəlki  dövrdə  təsbehin  tamamilə  İsa  mərkəzli  bir  ibadət 
və  mənəvi  cəhətdən  yenilənmək  üçün  güclü  bir  təsir 
yaradan tək vasitə olduğunu söylədi.
Təsbehin  qaynağı  haqqında  niyə  bu  qədər  az  şey 
bilirik? Çünki təsbeh sevgi ilə ortaya çıxmışdır.
Diqqət  yetirdinizsə  filmlərdə  sevgi  və  şəfqət  təması 
işlənərkən  bu  səhnələrdə  kameralar  çəkiliş  edərkən 
diqqətimiz  ağırlaşdırılar  və  yavaşlayar.  Tarix  də  eyni 
şəkildə  işləmişdir.  İnsanlıq  qorxunc  hadisələri  ən  kiçik 
detala  qədər  yazarkən  yaşanmış  sevgilər  yenə  sevgi  ilə 
yaşadılsın  deyə  sərbəst  buraxılmışdır.  Xristian  tarixi 
dəqiqliklə  şəhidlərə  tətbiq  olunan  işgəncələr  və  ölümləri 
ilə bağlı qeydlər apararkən xristian anaların sevgilərini nə 
şəkildə göstərdikləri haqqında bizə demək olar ki, heç bir 
qeyd buraxmamışdır. Yenə də hər nəsildə imanlı anaların 
şəhid  olan  imanlılar  qədər  Xristian  yetişdirdiklərindən 
necə şübhə duya bilərik?
Tarixi  sahədə  Müqəddəs  təsbehin  qaynağı  nə  qədər 
naməlum  olursa  olsun,  içində  olduğumuz  əsr  də  daxil 
olmaqla  əsrlər  boyunca  məsihçilər  arasında  təsbehin 
bəhrələri ortadadır.
Növləri  isə  sərhədsizdir.  Mənim  ölkəmdə  insanların 
çoxu  xaç  işarəsini  edərək  duaya  başlayırlar.  Ardından 
"Böyük  İman  Duası"  deyilərkən  təsbehin  ucundakı  xaçı 
əldə tuturlar. Daha sonra "Göylərdəki Atamız" üç Məryəm 
duası  və  Rəbbə  Tərif  Duası  ilə  iman,  ümid  və 
məhəbbətimizin  artması  üçün  dua  edirlər.  Daha  sonra 
təsbehin sirləri oxunaraq davam edilir. Bəzi kəslər Rəbbə 
Tərif  Duasının  ardından  1917-ci  ildə  Portuqaliya, 
Fatimada üç kəndli uşağına açıqlandığına görə adı Fatima 
126


Skot Han: Əziz Anam
Duası  olan  duanı  söyləməyi  adət  etmişdilər.  Son  sirrin 
ardından  bir  çox  insanlar  da  digər  Məryəm  dualarından 
bəzilərini söyləyir.
İMANI DƏRİNLƏŞDİRƏRƏK YÜKSƏLTMƏK
Təsbehin  muncuqlarının  sayılması  və  duaların  təkrar 
edilməsi  ilə  necə  deyildiyinin  başa  düşülməsi  olduqca 
asandır.  Deyilişin  bu  cür  asan  olması  onun  insanlar 
arasında bu qədər yayılmasını təmin etmişdir.
Bir  çox  adamın  təsbehi  seçmə  səbəbi  isə  bu  dua  ilə 
düşünə  bilmələridir.  Sirlər  təsbehin  özəyini  təşkil  edir. 
Rəsmi  duaları  təkrarlamaqla  ağlımızı  və  ürəyimizi  İsa 
Məsihin həyatındakı hadisələrə yönəldirik. Bir tərəfdən də 
özümüzü bu hadisələrin ortasında imiş kimi düşünərək hər 
şeyi daha yaxşı qavramağa çalışırıq.
Təsbehin  işi  budur.  Bununla  belə,  təsbehi  söylərkən 
yenə də diqqətimiz çox tez dağıla bilər. Xəyal dünyamızın 
qapılarını bir dəfə açdığımız zaman ağlımıza müxtəlif, kim 
bilir daha başqa nələr gələcəkdir.
Bu  səbəblə,  bütün  təsbeh  duaları  deyilərkən  həmişə 
Müqəddəs  Kitabdakı  yazılanlara  diqqəti  cəlb  etməyi 
tövsiyə  edirəm.  Təsbehin  sirləri  ilə  bağlı  Müqəddəs 
Kitabdan  seçmə  bir  çox  yığma  götürülmüşdür.  Bu 
kitabçalar  çox  gözəldir  və  Müqəddəs  Ruh  bunlar 
sayəsində  zehnimizi  daha  çox  müdrikliyə  açacaq  və 
ürəklərimizi  bütün  pisliklərdən  təmizləməyimizi  təmin 
edəcək.  Bəzi  kitablar  söylədiyimiz  hər  Məryəm  duası  ilə 
birlikdə daha yaxşı mənimsəməyimizi   təmin etmək üçün 
yaxşı seçilmiş bir neçə sətirə yer verir. Bəziləri isə sirlərə 
başladığımız  zaman,  ya  da  təsbehin  sonuna  qədər 
oxumağımız üçün daha detallı inkişaf etdirilmiş açıqlama-
lara yer verir.
127


Skot Han: Əziz Anam
Ancaq  Müqəddəs  Kitaba  söykənərək  deyilən  tes-
behdən  bəhs  edərkən  bir  kitabçadan,  kitabdan,  hətta  ki-
tablarla dolu olan böyük bir kitabxanadan da daha çoxunu 
nəzərdə  tuturam.  Söyləmək  istədiyim  budur  ki,  katoliklər 
bu  duanı  söyləyərkən  hər  bir  sirlə  birlikdə  özlərini 
Müqəddəs  Kitabın  içindəki  hadisələrə  tamamilə  həsr 
etsinlər və bu kitabdakı saysız xəzinədən təsbeh sayəsində 
faydalana bilsinlər. İsa Məsihin həyatı ilə əlaqədar olan bu 
sirlər boş bir qaynaqdan ortaya çıxmadı. Rəbb əzəldən bəri 
bunların  hər  birini  hazırlayırdı.  Bu  kitabı  yazarkən 
başlanğıcdan  bəri  bu  nöqtəni  əhəmiyyətlə  vurğulamağa 
çalışdım.  Məsələn,  təsbehin  son  sirri  olan  zamanımızdan 
əvvəl  cənnət  bağçasında  Məryəmə  tac  qoyulmasının  sirli 
bir  şəkildə  izah  edildiyini  göstərməyə  çalışdım.  Eyni 
şəkildə  Mələyin  Məryəmə  Müjdəsi  sirri  də  burada  gizli 
idi.  Üçüncü  hissədə  izah  edilən  Məryəmin  Elizabeti 
ziyarəti  Tövratdakı  köhnə  əhd  sandığının  uzun  səfərinin 
reallaşması idi.
Üçüncü  izzət  sirri  olan  Müqəddəs  Ruhun  gəlişinə 
diqqəti  cəmləyir  özümüzü  tamamilə  Müqəddəs  Kitabın 
dərinliklərinə göndərə bilsək, bu qaynaqdan o dərəcə yaxşı 
faydalana  bilərik.  Təbii  ki,  əvvəlcə  Həvarilərin  İşləri 
bölümündəki  hadisələri  xatırlamağımız  lazım  olacaq. 
Ayrıca,  On  Əmri  aldıqları  hadisədə  İsrail  xalqının 
Müqəddəs  Ruh  gününü  də  düşünək.  Səhrada  olduqları 
ərəfədə  ağsaqqalların  üzərinə  enən  Müqəddəs  Ruhu 
xatırlayaq  (bax Saylar  11:24-29).  Alov   parçalarını  xəyal 
edəndə,  İlyas  peyğəmbərin  qurban   qəbul  edilməsi  üçün 
göydən  necə  Alov  endirdiyini  xatırlayaq  (1  Krallar 
18:24-38).  O  halda  hansı  Əhdi-Cədidin  qurbanı  da 
Müqəddəs Ruhun alovu ilə qəbul olur? Bu siz, ya da mən 
ola  bilərəmmi?  Onda  həvarilər  alovun  dilləri  ilə 
danışdıqları  zaman  təbii  olaraq  hamımız  Babil  Qülləsi 
128


Skot Han: Əziz Anam
hadisəsini  (Yaradılış  11)  və  Rəbb  insanların  dillərini 
qarışdırıb  onları  çaşdırdığı  (Yeşaya  28,11)  hadisələri 
xatırlayacağıq. Pentekost günündə Rəbbin hər şeyi tərsinə 
çevirməsinin,  yəni  hər  kəsin  bir-birini  başa  düşməsinin 
mənası nə ola bilər?
Katexizis  kitabı:  "Oxuyarkən  axtarın;  düşünərkən 
tapacaqsınız,  dua  ilə  döyün  və  kontemplasiya  ilə  sizə 
aydın olacaq"- deyir, (KKK. 2654).
Müqəddəs Kitabı tədqiq edərkən dua edərək, sistemli, 
doğrulanmış  bir  çalışma  ilə  təchizatlı  olduğumuz  zaman 
daha  dərinlərə  enə  biləcəyimizə  görə  bu  kitabda  izah 
edilən hər şey yalnız kiçik bir fayda təmin edə bilər. Daha 
sadə  söyləmək  lazımdırsa,  Müqəddəs  Kitabı  hər  gün 
oxumalıyıq, tez-tez Liturgiyada oxunan Müqəddəs Kitabın 
sözlərini 
mənimsəməliyik, 
Kilsə 
Atalarının 
və 
müqəddəslərin  Müqəddəs  Kitabda  yazılanlarla  bağlı  olan 
şərhlərini  və  düşüncələrini  oxumalıyıq  və  bütün 
ruhumuzla burada yazılanlar vasitəsilə dua etməliyik.
Belə  bir  həyatın  ortasında  söylədiyimiz  hər  tesbeh 
duası  ruhani  bir  qida  kimi  ürəyimizdən  Məryəmə,  ondan 
da  İsa  Məsihə  və  bizə  gələn  bir  dua  olacaq.  O  halda 
Müqəddəs  Kitabı  oxuyun,  təsbeh  duasını  söyləyin  və 
özünüzə  Rəbbin  xalqı  arasında  Adəmdən  İsrailə  İsa 
vasitəsilə Kilsəyə və sizin yaşadığınız tarixdə bir yer tapın.
HALQANI QOPARMAYAQ!
Sevgi sevgini yaradar. Təsbehin keçmişi və sirri budur.
Rozarini  dua  edin!  Yaxşı  niyyətli  bütün  məsihçiləri 
və  katolikləri  bu  duanı  etməyə  təşviq  etmək  istəyirəm. 
Təsbeh  duasını  söyləyin  və  bunu  hər  dəfə  söylədiyiniz 
zaman  özünüzü  əbədi  zənginliklərə  bağlayın,  nəyin 
129


Skot Han: Əziz Anam
gerçəktən əhəmiyyətli olduğunu bilməyən, başqa insanlara 
dərd olan bir günlük keçici həvəslərdən xilas olun.
Səmimiyyətlə  təsbeh  duası  söyləmək  üçün  zaman 
ayırın.  Amma  vaxtınızı  boşa  keçirdiyinizi  düşündüyünüz 
zamanlarda  da  bu  duanı  söyləyin;  məsələn,  həkimin 
gözləmə  otağında  və  ya  tıxacda  sıxışıb  qaldığınız  zaman 
bunu  edə  bilərsiniz.  Sonsuz  gerçəyin  sirlərini  düşünərək 
söylədiyiniz  dua  ilə  müqayisə  etdiyiniz  vaxt  tıxac  kimi 
ətrafınızdakı  keçici  hadisələr  həqiqətini  itirərlər. 
Əlinizdəki  təsbeh  və  duanız  önünüzdə  dayanan  arabalar-
dan və siqnal səslərindən daha gerçəkdir.
Bir  silsilə  muncuqdan  ibarət  olan  təsbehə  bir 
zamanlar  nifrətlə  baxırdım.  Təsbehi  saysız  Latın 
katolikinin  Rəbbə  gerçək  bağlılıqlarını  kölgələyən  düyün 
kimi  görürdüm.  Nənəmin  təsbehini  əlimə  alanda  bu 
halqanı  kifayət  qədər  sürətli  və  qüvvətli  şəkildə  qopara 
bilmədim.
İndi  öz  təsbehimə  baxarkən  eyni  halqanı  fərqli  bir 
gözlə görürəm. Artıq təsbeh mənim üçün kraliçalıq tacı və 
bir ananın açdığı mehriban qollarının rəmzidir.

130


Skot Han: Əziz Anam
YAZIÇI HAQQINDA
1957-ci  ildə  dünyaya  gəlmiş  və  1979-cu  ildən   Kimberli 
ilə  evli  olan  Dr.  Skot  Han  altı  uşaq  atasıdır.  Son  dərəcə 
qeyri-adi,  sevilən,  yaxşı  bir  natiq  və  müəllim  olan  Skot 
Han,  Katolik  imanı  və  Müqəddəs  Kitab  haqqında  sayısız 
mövzu üzərində milli və beynəlxalq səviyyədə konfranslar 
edir.  Bu  danışıqların  500-dən  çoxu  St.  Joseph 
Communications  şirkəti  tərəfindən  kaset  və  video  kaseti 
olaraq  çıxarılmışdır.  Bu  kasetlərin  hər  biri  minlərlə 
protestant  və  imandan  uzaqlaşmış  olan  katolikin  yenidən 
imanlarına sarılmasında təsirli olmuşdur.
1990-cı ildən bəri Franciscan University of Steubenvilledə 
ilahiyyat  professoru  olaraq  vəzifəni  yerinə  yetirir.  Ayrıca 
Saint  Paul  Center  of  Biblical  Theologynin  qurucusu  və 
idarəçisi olaraq işlərinə davam etməkdədir.
Swearto  God  (New  York,  2004),  Scripture  Matters 
(Emmaus  Road:  Steubenville,  2003)  ən  axrıncı 
kitablarının adlarıdır.
Digər kitablarından bəziləri:
• Lord Have Mercy (New York, 2003);
• Understanding Our Father (Emmaus Road: Steubenville, 
OH, 2002);
•  First  Comes  Love:  Kilsədə  və  Müqəddəs  Üçlük  içində 
ailənin olması (Doubleday: New York, 2002);
•  Hail  Holy  Queen:  Rəbbin  sözündə  Rəbbin  Anası 
(Doubleday: New York, 2001);
•  The  Lamb's  Supper:  Yer  üzündəki  Cənnət  Ayini 
(Doubleday: New York, 1999);
•  A  Father  Who  Keeps  His  Promises:  Rəbbin  Müqəddəs 
Kitabdakı  sevgi  əhdi  (Servant  Publications:  Ann  Arbor, 
MI 1998);
131


Skot Han: Əziz Anam
Yoldaşı Kimberli ilə birlikdə yazdığı
•  Rome  Sweet  Home:  Katolik  imanına  səfərimiz  olub 
(İgnatius Press: San Francisco, 1993). 
Skot Han Envoy Jurnalında nəşr olunmuşdur, redaktoru və 
məqalə yazıçısı Scripture Mattersindir.
Skot  Han,  1979-cu  ildə  Pennsylvania  Grove  City 
Collegedən  ilahiyyat,  fəlsəfə  və  Rəbbin  planı  sahələrində 
üç  əhəmiyyətli  Bachelor  of  Arts,  1982-ci  ildə 
Gordon-Conwell  Theological  Seminarydan  Masters  of 
Divinity,  1995-ci  ildə  də  Marqueffe  Universitydən 
Biblical  Theology  doktor  dərəcəsini  almışdır.  On  il 
boyunca  Protestant  pastor  olaraq  Pennsylvania,  Ohio, 
Massachusetts,  Kanzas  və  Virginiada  vəzifə  başında 
olmuşdur. Chesapeake Theological Seminarynda İlahiyyat 
professoru  olaraq  çalışmışdır.  1982-ci  ildə  Virginia, 
Fairfax Trinity Presbyterian Churchda kilsəyə özünü həsr 
etmişdir.  1986-cı  il  Pasxa  gecəsində  Katolik  Kilsəsinə 
keçid etmişdir.
132


Skot Han: Əziz Anam
Günorta vaxtında Məryəm 
Günorta vaxtı. Kilsə açıqdır. Girmək lazımdır.
İsa Məsihin Anası, sənə dua etməyə gəlirəm.
Təqdim  edəcəyim  bir  şeyim  yox,  səndən  istəyəcəyim  bir 
şey də yox.
Yalnız sənə baxmağa gəlirəm, Ana,
sənə baxmağa, xoşbəxtliklə ağlamaya,
Bu bilinməlidir ki, sənin oğlunam və sən burdasan.
Bir an üçün hər şeyin dayandığı anda.
Günorta vaxtı!
Səninlə olmaq, Məryəm, olduğun bu yerdə.
Bir şey söyləməmək, üzünə baxmaq,
Ürəyin öz dilində oxumasına nail olmaq,
Bir  şey  söyləməmək,  yalnız  mahnı  oxumaq  ürək  dolu 
olduğundan,   dözə  bilməyib,  qəfildən  melodiyasında 
düşüncəsini davam etdirən qara toyuq kimi.
Çünki gözəlsən, çünki ləkəsizsən,
Nəhayət qaytarılmış Allahın lütfü ilə dolu qadın.
İlk görkəmi ilə səhər Allahdan çıxdığı kimi.
Yaradıldığı ilk an şərəfinə və son inkişafında. 
İsa  Məsihin  Anası  olaraq  izah  edilə  bilməz  toxunulma- 
mışlığında, 
O  ki,  qollarında  yeganə  gerçək,  yeganə  ümid,  yeganə 
səmərədir. 
Çünki Qadınsan, unudulmuş köhnə sevginin Cənnəti,
Baxışı  birdən  ürəyin  yolunu  tapıb  yığılmış  yaşlarını 
hönkürdən. 
Çünki, günorta vaxtıdır və biz bu günün anındayıq. 
Çünki, həmişə burdasan, yalnız Məryəm olduğun üçün, 
yalnız var olduğun üçün. 
Həmd olsun sənə, İsa Məsihin Anası.
Paul Claudel (Döyüş şeirləri, N. R. F. 1914-1915)
133

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə