Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   2   3   4   5   6   7   8   9   ...   34

Skot Han: Əziz Anam
Əgər  analarımız  bütün  diqqəti  uşaqlarına  yönəldirsə, 
Məryəm bunu daha da çox edir. 
Həqiqi  ana  olan  Məryəm  sahib  olduğu  müqəddəs 
lütfləri özünün şöhrəti saymır. Nə də olsa o: "Mən Rəbbin 
quluyam, qoy mənə sənin dediyin kimi olsun" (Luka 1:38) 
-  deyərək,  yalnız  Rəbbin  istəyini  yerinə  yetirir.  Özündə 
olan  ilahi  lütfləri  dərk  etdiyi  zaman  belə  bunları  bir 
hədiyyə  olaraq  qəbul  edir  "Bütün  nəsillər  məni  bəxtiyar 
sayacaq,  çünki  Qadir  Olan  mənim  üçün  böyük  işlər  etdi, 
Onun adı müqəddəsdir! " (Luka 1:48-49). Onun müqəddəs 
ürəyi  isə  özünü  deyil,  yalnız  Rəbbi  ucaltmaqdır  (Luka 
1:46).
Elə  isə  biz  başqasına  bu  qədər  bağlı  olan  Məryəmin 
analığına necə münasibət bəsləyəcəyik? Hər zaman diqqəti 
özündən  uzaqlaşdırıb  uşağına  çəkən  bu  qadını  necə 
anlamağa başlayacağıq?
METAFİZİK YANAŞMA
Rəbbin  anasını  anlaya  bilmək  üçün  əvvəl  Rəbbi  dərk 
etməyimiz  lazım  olacaq.  Məryəm  haqqında  tədqiqatı 
yalnız  dəqiq  ilahiyyatla  və  aydın  bir  iman  etirafı  ilə 
başlamaq olar. Məryəmin etdiyi hər şey, onun Rəbbə olan 
bağlılığından  və  Onun  müqəddəs  planına  qarşılıqlı 
münasibətindən  qaynaqlanır.  O  Rəbbin  Anası,  yoldaşı, 
Qızı və Xidmətçisidir. Əvvəlcə Rəbbin şəfqəti və yaratdığı 
xalqı  ilə  olan  münasibətini  qavramadıqca  Məryəmi 
anlamağımız da mümkün olmayacaq.
Bunu bacara bilmək bəzi insanların hesab etdiyi kimi 
asan  deyil.  Nə  də  olsa  bizlər  özümüzü  ifadə  etmək  üçün 
danışdığımız  dilin  qaydaları  ilə  məhduduq,  düşün-
cələrimizi ifadə edərkən, gözümüzün görmədiyi anlayışları 
ifadə  etməkdə  gördüklərimizə  nisbətən  daha  çox  çətinlik 
15


Skot Han: Əziz Anam
çəkirik.  Rəbb  üçün  isə  sərhəd  yoxdur.  O  səma  kimi 
sərhədsiz, alov kimi işıqlandırıcı, külək kimi hər yerdədir. 
Özümüzü Onunla müqayisə etdiyimiz zaman nə görürük? 
Biz  sərhədli,  O  əbədidir,  bizim  gücümüz  məhdud,  O  isə 
hər şeyə qadirdir.
Məntiqi yanaşma və müqayisə etmə insanların Rəbbi 
tanımada  müraciət  etdikləri  yollardan  biridir.  Bunu  nə 
qədər  uzatsaq  da,  əldə  etdiyimiz  nəticə  dəyişməyəcək. 
Yenə də özümüzdəki xüsusiyyətləri saymaqda sona çatsaq 
da, Rəbb üçün bu son heç çatmaz. Rəbb tərtəmiz ruhdur. 
Maddi düşüncə tərzimiz və məntiqimizlə Onu olduğu kimi 
nə qədər təyin etməyə çalışsaq da, bunu bacara bilmərik.
İlahiyyat,  özümüzdən  çox  Rəbbə  ilahi  yöndən 
yaxınlaşdığımız bir yoldur. Bunu bacarmağımızın asan bir 
yolu  olmadığına  görə,  İlahiyyatla  işləməyi  bacarmasaq 
imanımızın dərininə də gedə bilmərik . 
Rəbblə  bağlı  gerçək  həqiqət  yalnız  Rəbbdən  asılıdır. 
Yaradılışda  olduğu  kimi  bəzi  hadisələrə  baxaraq  Rəbbin 
varlığını  bizim  sərhədli  ifadələrimizlə  təyin  edə  bilmərik. 
Rəbbin  öz  varlığı  kainatın  yaradılışının  bir  parçası  deyil. 
Onun  Yaradıcı  olaraq  adlandırılması  belə  nisbi  bir 
yanaşma olub mütləq gerçəyi əks etdirmir. Rəbb əbədidir 
və  yaradıcıdır.  Ancaq  O,  əbədi  yaradıcı  deyil.  Çünki 
yaradılış  zaman  içində  reallaşmış  bir  hadisədir,  halbuki 
Rəbb zamanla məhdudlaşdırıla bilməz. 
Yaratmaq Rəbbin reallaşdırdığı bir hadisə olsa da, bu 
bizə  Onun  kim  olduğunu  açıqlamağa  kifayət  etməz.  Eyni 
şey xilas  və müqəddəslik  üçün də  etibarlıdır.  Hətta Allah 
Xilaskar  və  Müqəddəsləşdirən  olsa  da,  Ona  söylədiyimiz 
bu  ünvanlar  Onun  əbədi  şəxsiyyətini  açıqlamır,  yalnız 
Onun  etdiklərini  izah  etməyimizə  kömək  edir.  Yaradan, 
Xilaskar,  Qanun  verən,  Müqəddəsləşdirən  kimi  ifadələr 
dünyəvi  xüsusiyyət  daşıyarlar.  Çünki  biz  və  bütün  kainat 
16


Skot Han: Əziz Anam
yaradılmağa,  xilas  olunmağa,  istiqamətləndirilməyə  və 
müqəddəsləşdirilməyə ehtiyac duyuruq.
RƏBB KİMDİR?
Elə  isə  biz  Rəbbi  əslində  necə  tanıya  bilərik?  Əvvəlcə, 
Rəbb özünü bizə tanıtdı. O, bizə əbədi olduğunu və  adını 
açıqladı.  Müqəddəs  Matta  İncilinin  sonunda  (28:19)  İsa 
həvarilərinə  Ata,  Oğul  və  Müqəddəs  Ruh  adına  vəftiz 
etmələrini  əmr  edir.  Diqqət  yetirilsə,  O,  burada  üç  ayrı 
şəxsiyyətdən deyil, bir tək şəxsiyyətdən bəhs edir. Köhnə 
İsrail  mədəniyyətində  bir  varlığın  adı  yalnız  ona  məxsus 
idi. Elə isə bu tək ad Rəbbin əbədi şəxsiyyətini açıqlayır. 
O, Ata, Oğul və Müqəddəs Ruhdur.
İndi  haqlı  olaraq  bu  anlayışların  ölümlü  kəslərə  aid 
olduqlarını  söyləyə  bilərsiniz.  Ata  və  Oğul  bizim  ailə 
daxilində yaxınlığımızı göstərən sözlər deyilmi? 
Xeyr.  Ata  və  oğul  arasındakı  dünyəvi  münasibətlər 
əslində  müqəddəs  və  əbədi  olan  münasibətlərin 
bənzətmələridir.  Rəbbin  özü  əbədi  olaraq  mükəmməl 
ailədir.  Papa  II  İoan  Pavel:  "Rəbb  sirli  şəkildə  tənha 
olmayıb,  özündə  atalıq,  oğulluq  və  bir  ailənin  əsası  var, 
hansı  ki,  ailənin  əsası  sevgidir",-  deyə  şərh  etmişdir. 
(Puebla, 1979).
Başa düşürsünüzmü? Rəbb bir ailə kimi deyil, özü bir 
ailədir.  Əzəldən  bəri  yalnız  Rəbb   ailə  atributlarına  sahib 
olmuşdur  və  yalnız  Müqəddəs  Üçlük  bu  atributlara 
mükəmməl  şəkildə  sahibdir.  Dünyadakı  ailələrdə  bu 
atributlar olsa da, eyni mükəmməl mənanı daşımırlar. 
17


Skot Han: Əziz Anam
ALLAHIN  VARLIĞI  VƏ  ONUN  ETDİIKLƏRİ 
EYNİDİR
Rəbbin  qüdrəti  yaratdıqlarını  tamamilə  savadsızlıq 
içərisində  buraxmır.  Onun  yaratdığı  hər  şey  bizə  yaradan 
haqqında  məlumat  verir.  İncəsənət  işlərinə  baxsaq,  bu 
əsərlərin  bizə  sənətkarın  xasiyyətini  də  yansıtdığını 
söyləyə  bilərik.  O  zaman  bizlər  Rəbbin  yaratdıqlarına 
baxaraq Onu tanıya bilərik.
Bu  əməliyyatı  tamamilə  əksinə  edərək  də  eyni 
nəticəni  əldə  edə  bilərik.  Əgər  Allahın  vəhyinin  işığı  ilə 
yaradılış,  xilas  və  Rəbbin  əsərlərini  tədqiq  etsək,onları 
anlamaq  da  daha  çox  mümkün  olacaq.  Çünki  Müqəddəs 
Üçlük  Rəbbin  kim  olduğunu  və  Rəbbin  nə  etdiyini  ən 
dərin  ölçüsü  ilə  açıqlayır.  Katolik  Kilsəsinin  Katexizisi 
kitabında: "Müqəddəs Üçlüyün sirri Xristian həyatının və 
imanın mərkəzi sirridir" - deyilir (Nömrə 234). "Üçlüyün 
Birliyi  Tanrının  özündəki  sirdir.  Onda  Üçlüyün  Birliyi 
imanın  bütün  o  biri  sirlərinin  qaynağı,  onları  işıqlandıran 
işıqdır."  Elə  isə  Rəbbi  bir  ailə  kimi  anlamağımız  bütün 
Onun  əsərlərini  bu  şəkildə  anlamağımıza  təsir  etməlidir. 
Var  olan  hər  şeyə  iman  gözü  ilə  baxdığımız  zaman,  ailə 
atributlarını  tapa  bilərik.  İlahiyyat  bunu  Müqəddəs 
Üçlüyün izləri adlandırır. 
Rəbbin  sirri  və  yaradılışın  sirlərinin  qavranılması 
bir-birilərini  tamamlayır.  Katexizis  kitabında:  "Tanrının 
əsərləri  Onun  özündə  nə  olduğunu  açıqlayır  və  bunun 
əvəzində  isə  Öz  varlığının  sirri  bütün  əsərlərinin 
qavranılmasını  işıqlandırır”  -  deyə  yazılmışdır.  Eyni 
şəkildə insanlar arasında da bu, belədir. İnsan hərəkətində 
özünü  göstərir,  bir  insanı  daha  yaxşı  tanıdıqca,  onun 
hərəkətini daha yaxşı anlayırıq" (nömrə 236).
18


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə