Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   2   3   4   5   6   7   8   9   ...   34

Skot Han: Əziz Anam
DƏRİN SEVGİ İZLƏRİ
Rəbbi  yalnız  ətrafımızda  və  ya  dünyada  deyil,  Allahın 
həqiqətini  açıqlamaq  üçün  Onun  tərəfindən  mükəmməl 
formada  ruhlandırılan  Müqəddəs  Kitabda  görmək  olar. 
Katexizis başa salır ki, İncildə Rəbbin özünün "ÜÇLÜK" 
varlığını tam formada vəhy etdiyini, bununla bərabər həm 
Əhdi-Ətiqdə,  həm  də  Yaradılışda  bununla  əlaqədar  bəzi 
izlər buraxdığını söyləyir (nömrə 237).
Müqəddəs  Kitab  Allahın  planının  hazırlanması  və 
yerinə  yetirilməsi  baxımından  dəyərləndirilə  bilər,  yəni 
Allah  özünü  tam  formada  İsa  Məsihdə  necə  açıqladı. 
Müqəddəs  Avqustin:  "İncil  Əhdi  Ətiqdə  gizlənib,  Əhdi 
Ətiq isə İncildə açıqlanmışdır" - deyir. Bütün tarix "Əbədi 
Söz"-ün  bəşərə  çevrilməsi  üçün  Nazaretli  gənc  bir 
bakirənin bətnində Rəbbin insan olmasına hazırlandığı bir 
müddətdir.
İsa  Məsih  kimi  Müqəddəs  Kitab  da  bənzərsizdir. 
Çünki  yalnız  bu  kitabın  yazıçısı  həm  Allah  (Müqəddəs 
Ruh),  həm  də  insandır.  İsa  Məsihin  iki  təbiəti  var:  O, 
Əbədi  Kəlam,  yəni  əsl  Allahdır  və  eyni  zamanda  da 
günahsız olaraq tarixdə bizim kimi insan oldu. Müqəddəs 
Kitab Rəbbin  ilhamlandırdığına  görə tamamilə  ilahi, eyni 
zamanda digər kitablar kimi tamamilə bəşəridir. Həm İsa, 
həm  də  Müqəddəs  Kitab  "xilasımız"  üçün  bizə 
göndərilmişdir  və  buna  görə  də  səhvsizdir.  (Vatikan 
Məclisi - Dei Verbum 11). 
Bu səbəblə, Müqəddəs Kitabı oxuduğumuz zaman iki 
istiqamətli  düşünməliyik.  Başqa  bir  ədəbi  əsəri 
oxuduğumuz  kimi  sözlərin  mənasına  diqqət  yetirərək 
oxuya  bilərik.  Həm  burada  yazılan  sözlər  vasitəsilə 
Müqəddəs Ruhun bizə nə izah etmək istədiyini qavramaq 
19


Skot Han: Əziz Anam
istəyiriksə  ruhani  gözümüzü  də  açaraq  oxumaq  lazımdır 
(KKK nömrə 115-119). 
İsa Müqəddəs Kitabı bu şəkildə oxuduğu üçün, biz də 
onu  nümunə  götürürük.  Öz  şəxsiyyətinin  izlərini  özündə 
əks  etdirən  Yunusu  (Matta  12:39),  Süleymanı  (Matta 
12:42),  məbədi  (Yəhya  2:19)  və  mis  ilanı  (Yəhya  3:14) 
göstərərək şərhlərini bildirmişdir. Luka İncilində Emmaus 
yolunda  Rəbbimizin  həvarilərinə  rast  gəldiyi  vaxt  onlara 
“Musa  ilə  bütün  peyğəmbərlərdən  başlayaraq  Müqəddəs 
Yazıların  hamısında  Özü  haqqında  olanları  onlara  izah 
etdi”-yini  oxuyuruq.  (Luka  24:27).  Köhnə  Əhdin  bu 
şəkildə  iman  gözü  ilə  oxunmasından  sonra  həvarilərin 
ürəklərinin bir odla yandığını öyrənirik.
Onların  ürəklərindəki  alovu  alışdıran  nə  idi? 
Müqəddəs  Kitabda  yazılanlar  vasitəsilə  İsa  həvarilərinə 
fiziki  olaraq  özbaşlarına  çata  bilməyəcəkləri  mənəvi 
aləmin qapılarını aralayıb. 
Yaxşı  müəllim  olan  Rəbb,  bilinənlərdən  yola  çıxaraq 
bilinməyənin  şərhini  vermişdir.  Həqiqətən  də,  bizləri 
Krallığının  görkəminə  və  gələcəyi  günə  ən  yaxşı  şəkildə 
hazırlaya bilmək üçün insanları və cəmiyyətləri bildiyimiz 
gerçəklərlə yaratdı.
20


Skot Han: Əziz Anam
PROTOTİPİ ÖYRƏNMƏ
(Prototip  =  sonra  gələn  bir  şəxsin  və  ya  şeyin  sələfi  olan 
şəxs, ya şey)
İlk  məsihçilər  Müqəddəs  Kitabı  onların  Rəbbi  kimi 
oxuyurdular.  İbranilərə  Məktubunda  Əhdi-Ətiqdəki 
"tabernaculum”  (lat.  dilində  Müqəddəs  Çadır)  və  onda 
edilən  duaları  ilahi  gerçəklərin  prototipi  kimi,  qanun  isə 
“gələcək nemətlərin kölgəsi” deyə təsvir edilir (8:5, 10:1). 
Müqəddəs Peter: "Nuh və ailəsi su sayəsində xilas oldular; 
bu  indi  sizi  xilas  edən  vəftizin  işarəsidir"  deyir  (1  Peter 
3:20-21).  Pavel  Adəmi  İsa  Məsihin  ön  prototipi  olaraq 
təsvir etmişdi.
Bəs "prototip" nədir? Prototip Əhdi-Ətiqdə gerçək bir 
insan, yer, obyekt və ya hadisədir, hansı ki, o Yeni Əhddə 
yəni  İncildə  daha  mükəmməl  formada  reallaşacaq. 
Tipologiya  İsa  Məsihin  Əhdi  Ətiqdə  olan  prototiplərini 
tədqiq edir. (KKK 128-130).
Bununla belə prototiplərin xəyali simvollar olmadığı-
nı  əhəmiyyətlə  ifadə  etməliyik.  Onlar  tarixdə  həqiqətən 
olublar.  Müqəddəs  Pavel  İbrahimin  oğulları  ilə  yaşadığı 
hadisəni  məcazi  mənada  açıqlamağa  çalışmışdır  (Gal. 
4:24). Bu hadisənin həqiqətən olmadığını söyləmir; çünki 
bu  hadisə  Rəbbin  planı  ən  son  reallaşacağı  zaman  tam 
şəkildə aydınlanacaq tarixi bir gerçəkdir.
Tipologiya  bizə  yalnız  İsanın  şəxsiyyətini  açıqla-
maqla kifayətlənmir. Cənnət, Kilsə, həvarilər, Evxaristiya, 
İsanın  doğulduğu  və  öldüyü  yerlər  və  anası  haqqında 
məlumatlar  da  verir.  İlk  məsihçilərdən  Yerusəlimdəki 
məbəd  müqəddəslərin  cənnətdə  olan  məskəninin  (2Kor 
5:1-2;  Vəhy  21:  9-22),  İsrail  xalqı  Kilsənin  (Gal.  6:16), 
Əhdi  Ətiqdəki  on  iki  patriarx  Əhdi  Cədiddəki  on  iki 
həvarinin  (Luka  22:30)  və  Əhd  Sandığı  isə  Müqəddəs 
21


Skot Han: Əziz Anam
Bakirə  Məryəmin  (Vəhy  11:19;  12:1-6,  13-17)  gizləndiyi 
prototiplər olduğunu öyrənirik.
Əhdi  Cədiddə  açıqca  ortaya  çıxarılan  Əhdi  Ətiqdəki 
prototiplərdən  başqa  eyham  (işarə)  edilən,  amma  açıqca 
bilinən daha bir çox nümunə vardır. Məsələn, İsanın kiçik 
yaşlarından  etibarən  həyatında  Müqəddəs  Yusifin  rolu 
İsrailin ilk illərində Patriarx Yusifin rolundan fərqli deyil. 
Hər ikisinin də adları eynidir, hər ikisi də doğru, dü-
rüst  insan  olaraq  təsəvvür  olunurlar;  hər  ikisi  də 
yuxularında  Rəbbin  çağırışını  eşidib  Misirə  sürgün 
edilirlər  və  daha  sonra  reallaşacaq  olan  çox  görkəmli  bir 
hadisəyə  yol  hazırlayırlar.  Patriarx  Yusifin  hadisəsində 
xilaskar  vəzifəsində  olan  Musanın  Misirdən  çıxışı, 
Müqəddəs  Yusifin  əhvalatında  isə  gerçək  xilası  təmin 
edəcək olan İsanın yolu onlar sayəsində açılmışdır.
Əhdi Ətiqdə Məryəmlə əlaqədar olan prototiplərə də 
rast  gəlirik.  Bütün  insanların  anası  olan  Həvvada, 
möcüzəvi   şəkildə  hamilə  qalan  İbrahimin  arvadı  Sarada, 
xalqını  xilas  edə  bilmək  üçün  o  yerin  kralı  ilə  görüşən 
İsrailin  kraliça  anası  Esterdə,  Annada  və  daha  bir  çox 
adamda Məryəmin şəxsiyyətinin gizləndiyini deyə bilərik. 
İncildə  haqqında  danışılan  Əhd  Sandığı  Məryəmin  elə 
özüdür.  Əhd  Sandığı  Köhnə  Əhd  daşıyıcısı  olmaq  üçün 
düzəldilmişdi,  eyni  şəkildə  Məryəm  də  Yeni  Əhdin 
daşıyıcısı olma vəzifəsini boynuna götürmüşdür.
AİLƏ SİRLƏRİ
Müqəddəs Bakirə Məryəm vasitəsilə hamımızın həyatında 
və insanlıq tarixində ən vacib fərqliliyi yaradan Yeni Əhd 
dünyaya  gəldi.  Beləcə,  əhdin  tam  şəkildə  təmin  edilməsi 
üçün  həm  Rəbb,  həm  də  insanın  arzusu  yerinə  yetdi. 
Rəbbin  İsrail  xalqı  ilə  olan  görüşü  eynilə  Adəm,  Nuh, 
22


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə