Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   2   3   4   5   6   7   8   9   10   ...   34

Skot Han: Əziz Anam
İlk məsihçilər verdiyi gizli mesajlarla İsanı izah edən 
Tövratın,  insanın  yaradılması  və  cənnəti  itirməsi  və 
yenidən xilas olacaqlarının bildirildiyi Yaradılış bölümünü 
İncilin  ilk  nümunəsi  olaraq  qəbul  edirlər.  Bu  yanaşma 
Pavel  və  digər  Kilsə  Ataları  tərəfindən  də  qəbul  edilən 
olub  İncildə  bunun  nümunələrinə  rast  gələ  bilərik. 
Məsələn,  Adəm  kimi,  İsa  da  bağda,  Getsemani  bağında 
imtahan edildi (Mat. 26:36-46, Yh. 18:1); Adəm kimi İsa 
da  lüm-lüt  bir  ağaca  istiqamətləndirildi  (Mat.  27:31); 
Adəm kimi İsa da dərin ölüm yuxusuna getdiyi zaman yan 
tərəfindən  yeni  Həvva,  Gəlini,  Kilsəsi  doğuldu  (Yh. 
19:26-35; 1 Yh. 5:6-8).
İKİ KİTABIN OXŞAR CƏHƏTLƏRİ
Yeni  Adəm  mövzusu  Yəhya  İncilində  olduğu  kimi  başqa 
heç  bir  yerdə  bu  qədər  mahir  ifadə  edilməmişdir.  Yəhya, 
bir şərhçinin edəcəyi şəkildə fikirlərini irəli sürmür. Bunun 
yerinə  İsa  Məsihin  həyatını  izah  edir.  Bunu  edərkən  də 
Yaradılış hissəsindəki hadisəni xatırladaraq işə başlayır.
Ən  aydın  nümunə  “başlanğıcda”  sözüdür.  Hər  iki 
kitab  da  yəni  Tövratdakı  Yaradılış  və  Yəhya  İncili  eyni 
sözlərlə başlayır. Yaradılış Kitabında: "Başlanğıcda Rəbb, 
göyü  və  yeri  yaratdı"  (Yaradılış  1:1),  deyilərkən  Yəhya; 
"Başlanğıcda  Kəlam  vardı.  Kəlam   Allah  ilə  birlikdə  idi" 
(Yh.  1-1)  deyə  başlayıb.  Hər  iki  hadisədə  də  yeni  bir 
başlanğıcdan, yeni bir yaradılışdan bəhs olunur.
İkinci  əks-səda  da  dərhal  ardınca  gəlir.  Yaradılış 
(1:3-5)  hissəsində  Rəbbin  qaranlığı  işıqlandırması  üçün 
işığı yaratdığını görürük. Yəhya İncilində, "Söz"dən bəhs 
edərkən  (1:4-5):  "Həyat  onda  idi  və  bu  həyat  insanların 
nuru idi" deyilir. Müqəddəs Kitabın Yaradılış bölümündə 
"Tanrının Ruhu suların üzərində dolaşırdı" (Yaradılış 1:2). 
27


Skot Han: Əziz Anam
Yəhya  İncilində  isə  (Yh.  1:32-33)  Ruhun  vəftiz  edən 
suyun  üzərində  göyərçin  şəklində  peyda  olduğunu  izah 
edir.  Bu  nöqtədə  Yəhya  tərəfindən  danışılan  yeni 
yaradılışın  qaynağının  başladığını  görə  bilərik.  Maddi 
cəhətdən yaratma işi Rəbb Ruhunu suların üstünə üflədiyi 
andan 
etibarən 
başlamışdı. 
Halbuki 
yaradılışın 
yenilənməsi vəftiz  suyu vasitəsilə  bizə verilən  ilahi həyat 
ilə reallaşır.
SAYILI GÜNLƏR
Yəhya  İncilinin  başlanğıc  hissəsində  tamamilə  Yaradılış 
kitabında  izah  edilənlərə  paralel  bir  izah  yolu  seçdiyini 
görürük.  Qısa  bir  girişin  ardından  Yəhya,  İsa  Məsih  və 
Vəftizçi  Yəhyanın  qarşılaşdığı  hadisəni  "ertəsi  gün"  deyə 
izah  etməyə  davam  edir  (1:29).  "Ertəsi  gün"  həm  də  ilk 
həvarilərin çağırıldıqları gündür (1:35). Yenə "ertəsi gün" 
İsanın  daha  iki  həvarisini  seçdiyini  görürük.  İsadan 
danışdıqdan  sonra  bu  ertəsi  günlərə  diqqət  etdiyimiz 
zaman özümüzü dördüncü gündə tapırıq. 
Daha  sonra  Yəhya  diqqətimizi  çəkən  başqa  bir  şey 
edir.  Digər  hissədə  Qanadakı  toy  mərasimindəki  hadisəni 
izah edərkən "üçüncü gün" deyə bəhs edir ("üçüncü gün" 
həftənin günü kimi yox,   sırada gələn üçüncü   gün kimi). 
Artıq  izahat  olaraq  başlanğıcda  izah  etdiyi  hadisənin 
üçüncü  günü  keçmişdə  qaldığı  üçün  söyləmək  istədiyi 
dördüncü gündən sonra daha üç gün keçdi, deməli, bu bizi 
yeddinci günə aparır. Bundan sonra Yəhya günləri sayma 
işini qurtarır.
Bu,  sizə  tanış  gəlirmi?  Yəhyanın  izah  etdiyi  yeni 
yaradılış  eynilə  Tövratdakı  yaradılış  kimi  yeddi  gündə 
reallaşmışdır.  Altı  gündə  tamamlanan  yaradılışdan  sonra 
yeddinci 
gün 
müqəddəs 
sayılmış 
və 
28


Skot Han: Əziz Anam
mükəmməlləşdirilmişdir. Yaradılışın sona çatdığı yeddinci 
gün  daha  sonrakı  həftələrdə  olduğu  kimi  əhdin  işarəsi  və 
istirahət  etmə  günü,  Şabat  Günü  olaraq  bilinir  (bax  Çıxış 
31:16-17).  Onda  əmin  ola  bilərik  ki,  Yəhya  İncilində 
yeddinci gündə hər nə oldusa bu çox böyük bir əhəmiyyət 
daşıyır.
GÖZLƏYİRƏM
İsa  toy  mərasiminə  anası  və  həvariləri  ilə  birlikdə  gəldi. 
İsrail adətlərinə görə toy  mərasimi normal olaraq bir həftə 
davam  edərdi.  Amma  bu  hadisədə  bilirik  ki,  şərab  erkən 
tükənir.  Elə  bu  an  İsanın  anası  hər  kəsin  gördüyü  bu 
gerçəyi söz olaraq dilə gətirir: "Şərabları qalmadı" (Yəhya 
2:3).  Bu  çox  sadə  bir  gerçəyin  ifadəsidir.  Ancaq  İsa 
anasının müşahidə etdiyi bu   gerçəyə çox gözlənilməz bir 
cavab  verir:  "  Ana,  sən  nə  etməyimi  istəyirsən?  Mənim 
vaxtım hələ çatmayıb."
İsanın bu aydın olmaz şişirdilmiş reaksiyasını anlaya 
bilməyimiz  üçün:  "Məndən  nə  istəyirsən?"  sözünün 
mənasını  əvvəlcə  qavramağımız  lazımdır.  Bəzi  şərhçilərə 
görə  İsanın  anasına  verdiyi  bu  tərs  cavab  danlamadır. 
Bununla  yanaşı,  bu  şərh  kifayət  qədər  araşdırılmadan 
edilmişdir.
İlk  olaraq  buna  diqqət  yetirməliyik  ki,  sonda  İsa 
anasının  dilə  gətirdiyi  xahişini  qəbul  etmişdir.  Əgər 
məqsədi  onu  danlamaq  olsaydı,  təbii  ki,  belə  bir  şey 
etdikdən sonra ondan xahiş ediləni yerinə yetirməyəcəkdi.
Bizim  bu  səhv  nəticəyə  çatmağımıza  səbəb  deyilən 
"Məndən  nə  istəyirsən?"  sözlərinin  məzmunudur.  Bu  növ 
bir  ifadə  ibranicə  və  həmçinin  yunanca  çox  geniş  şəkildə 
istifadə  edilirdi.  Əhdi-Ətiq  və  Əhdi-Cədiddə  bir  çox 
hissədə, hətta  o dövrə  aid bir  çox qaynaqda,  buna bənzər 
29


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə