Canli organizmləRİn müXTƏLİFLİYİ. BİTKİ Sİstematikasinin əsaslari. İBTİDAİ BİTKİLƏR. Ali



Yüklə 71,57 Kb.
Pdf görüntüsü
tarix17.01.2018
ölçüsü71,57 Kb.
#21550


MÜHAZİRƏ 4


Movzu: 

Canlı  orqanizmlərin  sistematikaksının 

əsasları. 

Müasir 

sistematikanın 

vəzifələri. 

Təsnifat, 

nomenklatura 

və 

filogenetikka, 

Taksonomik  kateqoriyalar  və  taksonlar,  binar 

nomenklatura. Sistemlərin tipləri və metodları.

İbtidai 

bitkilər. 

Ali 

sporlu 

bitkilər. 

Çılpaqtoxumlular.


Hesab  olunur ki, yer kürəsində 3 milliona yaxın 

janlı organizm var.

 

HECEYRƏSİZ 



ORQANİZMLƏR 

İMPERİYASI-



NONCELLULATA  

1.VİRUSLAR ALƏMİ

2.VİRUSOİDLƏR ALƏMİ

  

HÜCEYRƏLİ QURLUŞA 

MALİK OLAN OQANİZMLƏR 

İMPERİYASI-CELLULATA

 

PROKARİOTLAR     İMPERİYAALTI 

(əsasən bakteriyalar aiddir)



 EUKARİOTLAR       İMPERİYAALTI

      

1.GÖBƏLƏKLƏR ALƏMİ

2.BİTKİ ALƏMİ

3.HEYVANLAR ALƏMİ

4.PROTOKTİSTLƏR (PROTİSTLƏR) ALƏMİ

GÖBƏLƏKLƏRƏBƏNZƏR ORGANİZMLƏR

PROTOKTİST-YOSUNLAR

PROTOKTİST- ANEMALOİDLƏR

(Bu orqanizmlərin vegetativ orqanları 

yoxdur(tallomlardan ibarətdilər) və rüşeym 

mərhələləri olmur)


Bitkilərdə forma müxtəlifliyi

Yer  kürəsi  tarixində  törəmiş  canlı  aləmin  mühüm  hissəsini  bitkilər  təşkil  edir.  Onlar 

vaxt  keçdikcə  və  məkan  dəyişdikcə  müxtəlif  coğrafi  ərazilərdə  dəyişgənliyə  uğramış, 

müxtəlif  quruluş  qazanmış,  bir  çox  bitki  formalarına  başlanğıc  vermişdir.  Bitki  aləminin 

törəməkdə  olan  müxtəlif  quruluşlu  nümayəndələri  yer  kürəsinin  yeni-yeni  güşələrini 

tutaraq ən müxtəlif ərazilərdə yayılmışlar. Beləliklə, yer kürəsinin tarixi boyu həyat şəraiti 

dəyişdikcə müxtəlif quruluşlu bitkilərdə mühitə uyğunlaşaraq dəyişmiş və təkmilləşmişdir. 

Nəticədə,  təkhüceyrəli  orqanizmlərdən  çoxhüceyrəli  tallomlu  bitkilər,  onlardan  isə  köklü-

gövdəli  bitkilər  əmələ  gəlmişdir.Hazırda  bitkı  növlərinin  sayı  320  000-dən  artıqdır(  2010- 

cu ilin məlumatı). 

Bunlardan:

Mamırkimilər-  16 000-dən artıqdır

Ali sporlu bitkilər- 12 000-dən  artıqdır

Çılpaqtoxumlular   1000-dən artıqdır

Çiçəkli bitkilər   280 000-dən artıqdır.

Göründüyü  kimi  müasir  dövrdə  çiçəkli  bitkilər  geniş  yayılaraq  bitki  aləmində  hakim 

mövqe tuturlar. Onların hətta sonradan su şəraitinə uyğunlaşmış nümayəndələridə vardır. 

Azərbaycanda  bitən  təxminən  4500  növ  ali,  sporlu  çiçəkli  bitkilər  125  fəsilə,  920 

cinsdə  birləşir.  Növlərin  ümumi  sayına  görə  Azərbaycanın  florası  Qafqazın  başqa 

respublikalarına nisbətən xeyli zəngindir




Avtotrof bitkilər

Bu  bitkilər  bilavasitə  qeyri-üzvü  maddələrlə  qidalanıb,  həmin  maddələrdən  üzvü  maddələr 

hazırlayır,  öz  orqanizmlərini  qururlar.  Bütün  yaşıl  bitkilər  avtotrof  bitkilərə  aiddirlər.  Onlar, 

yuxarıda  qeyd  edildiyi  kimi,  qyeri-üzvü  maddələri  üzvü  maddələrə  çevirən  bəzi  bakteriyaları 

göstərmək  olar.  Bu  bakteriyalarda  xemosintez  hadisəsi  fotosintez  hadisəsini  əvəz  etdiyi  üçün, 

onlara xemotrof bitkilər də deyilir.



Hetorotrof bitkilər

Bakteriya  vo göbələklərin  çoxu yaşıl olmadığı kimi öz-özünə üzvi qida da hazırlaya bilmir. 

Bıı  səbəbə  görə  onlarda  hazır  üzvü  maddə  ilə  qidalanmaya  ehtiyac  duyulur.  Bıına  görə  də  bu 

bitkilər  parazit  və  ya  saprofit  həyat  tərzi  keçirir.  Parazit  göbələk  və  bakteriyalar  bitkilərin  və  ya 

heyvanların üzərində parazitlik edərkən çox vaxt onların xəstələnməsinə səbəb olur. Saprofitlərin 

və  parazitiərin  qidalanma  qaydaları  heterotrof  qidalanma  adlanır.  Çiçəkli  bitkilərdən  də  parazit 

olanları vardır, məsələn qızıl sarmaşıq, kohrə və s. kimi.

Miksotrof bitkilər

Bu  qrupa  daxıi  olan  bitkilər  islər  qeyri-üzvü,  istərsə  də  üzvü  maddələrlə  qidalana  bilir. 

Məsələn ağacların çətiri üzərində parazitlik edən bağamburc kolu ağacın hazır üzvü maddələrindən 

istifadə  etməsi  ilə  yanaşı,  yaşıl  olduğuna  görə,  qeyri-üzvü  maddələrdən  fotosintez  yolu  ilə  üzvü 

maddələrdə hazırlaya bilir. Bu cür bitkilər müxtəlif üsullarla qidalandıqları üçün onların qidalanma 

qaydaları  miksotrof  qidalanma  adlanır,  bu  qayda  ilə  qidalanan  bitkilərə  isə  miksotrof  bitkilər 

deyilir. 



                                                 Bitki sistematikası

Bitki sistematikası botanikanın ən qədim zamandan inkişaf edən sahələrindən biridir. 

TAKSONOMİYA( TAKSONLARI TƏSNFATLANDIRMAQ SİSTEMİ )

NOMENKLATURA(TAKSONLARI ADLANDIRMAQ SİSTEMİ)

FİLOGENETİKA( TAKSONLAR ARASIDA QOHUMLUQ ƏLAQƏSİNİ MÜƏYYƏN EDİR)

 XÜSUSİ 


BÖLÜMLƏRİ:Mikologiya göbələklərin, alqologiya – yosunların, lixenologiya şibyələrin, dendrologiya - ağac və 

kolların sistematikasını öyrənir. Xemosistematika-bitkilərin müqaisəvi kimyəvi tərkibini öyrənir və s.

Sistematikanın metodlarına 

müqayisəli morfoloji metod, müqayisəli anatomik metod, müqayisəli embrioloji metod, 

palinoloji metod, karioloji metod, ekoloji-genetik metod, coğrafi metod, paleobotanik metod, ekoloji metod, 

hidstoloji və sitoloji metodlar, biokimyəvi metod və s. aiddir.

 

Sistematik sistemlər: süni, təbii və genealoji sistemlər mövcuddur. 



Süni

 bioloji sistemlər bir və az sayda bir neçə morfoloji əlamət əsasında qurulur.  Botanika elmində süni sistemlər 

IV əsrdən XVIII əsrin ortalarına qədər hökmranlıq etmişlər. Onlardan ən məşhuru K.Linneyin sistemidir.

Süni sistemlərdən fərqli olaraq 

təbii 

sistemlərdə təsnifat üçün bir neçə əlamətdən istifadə olunur. Təbii sistemlər 



daha çox bioloji informasiyaya malikdirlər. İlk təbii sistem Jüsye tərəfindən yaradılmışdır.

Genealoji

 sistemlər XIX əsrin sonunda meydana gəlmişlər. Bu sistemlərdə bitki orqanizmlərinin oxşar və fərqli 

əlamətləri ilə yanaşı, tarixi qohumluq – filogenez də nəzərə alınır. Bir neçə filogenetik sistem mövcuddur. 

Onlardan ən geniş yayılmış Enqlerin sistemi hesab olunur.

Azərbaycanda bitki sistematikası sahəsində bir çox alimlər, o cümlədən A. Qrossgeym, L Prilipko, M. Qasımov, H. 

Qədirov,  S Musayev və başqaları çalışmışlar.

 

.. 




Müasir sistematikada  bitkilər 

«aləm(Regnum)-şöbə (Divisio)— sinif (Classis)— 

sıra (Ordo)— fəsilə(Familia) — cins(Genus) — 

növ(Species)» kateqoriyaları üzrə təsnif edilir.



                                                 Binar nomenklatura

 Linney tərəfindən bitki növlərinin elmi adlarının qeyd olunma qaydalarında hər növün 

adları 2 sözdən ibarət olur. Onlardan I –cinsi, I və II isə bir yerdə növlərin adını göstərir. I 

həmişə isim, II isə sifətdir. Bu iki sözdən sonra hərf şəklində və ya qısaldılmış formada – 

ilk dəfə bu taksonu təsvir edən alimin familyası göstərilir.

Məsələn:                           



Valeriana officinalis L.


Göbələklər aləmi -Fungi

Göbələklərin 100 000-ə qədər növü 



var. Göbələklər təbiətin canlı amilləri 

sırasına daxil olan bir canlılardır. Bu canlı 

təbiətin hər cür şəraitində yaşamağa 

uyğunlaşmışdır. Onu torpağda , ağacın 

oduncağı və yarpağı üzərində, çürümüş 

ərzağın, çörəyin, ölmüş heyvanın və hətta 

insanın və heyvanın bədənində tapmaq 

mümkündür. Göbələkləri öyrənən  

elm mikologiya adlanır.

Göbələk aləminin əsas şöbələri



  -   


Myxomycota

– Oomycota

– Glomeromycota

– Hyphochytriomycota

– Labirinthulomycota

– Chytridiomycota

– Zygomycota

      Ascomycota



– Basidiomycota

– Deuteromycota




                 Göbələk hüceyrəsinin quruluşu:

                  1-hüceyrə örtüyü; 2-plazmalemma; 3-sitoplazma; 4- nüvə membranı;

                  5- nüvə membranında poralar; 6- nüvəcik;  7-vakuol; 8- ribosomlar;

                  9-endoplazmatik retikulum; 10-yağ birləşmələri; 11-lizosomlar;

                  12-mitoxondri; 13-lomasoma

                 Göbələk hüceyrəsinin quruluşu:

                  1-hüceyrə örtüyü; 2-plazmalemma; 3-sitoplazma; 4- nüvə membranı;

                  5- nüvə membranında poralar; 6- nüvəcik;  7-vakuol; 8- ribosomlar;

                  9-endoplazmatik retikulum; 10-yağ birləşmələri; 11-lizosomlar;

                  12-mitoxondri; 13-lomasoma

• Spesifik xüsusiyyətləri:

• Göbələklər-heterotrof 

orqanizmlər olub, 

mitselidən ibarətdir .Onlar 

müxtəlif turşu birləşmələri 

(limon, oksalat, sirkə və 

başqa turşuları) sintez 

edir.Absorbsion 

qidalanmaya malikdirlər.

•  



                                     

       


Bazidiomisetlərin  xüsusi  bir 

növü  –  tozağacı  göbələyi, 

tibbdə  dəmləmə  şəklində 

xərçəng  xəstəliyi  əleyһinə 

istifadə edilir.

                                                     

     

Inonotus  obliquus(ÇAQA)-



əyriborulu qov göbələyi


Claviceps purpurea

(ÇOVDAR MAHMIZI)

Askomisetlərə aid olub, Çovdar bitkisinin 



əsasən çiçək yatağında inkişaf edərək 

mitseli,konidida daşıyıcılar və şəffaf 

təkhüceyrəli konidilər əmələ gətirir. Onun 

bu dövrü sfaseliya adlanır.Bitkinin 

yoluxmuş hissəsindən həşəratları özünə 

cəlb edən şirin şirə ifraz olunur 

ki,nəticədə konidilər həşərat vasitəsilə 

sağlam bitkilərə keçərək xəstəliyi yayır. 

Çovdar mahmızının böyük təcrübi 

əhəmiyyəti vardır. O bir tərəfdən taxıl 

bitkilərində parazitlik edərək 

məhsuldarlığı azaldır ,digər tərəfdən isə 

tərkibindəki zəhərli 

maddələrdən(alkaloidlərdən) tibdə geniş 

istifadə olunur.Onların təsirindən 

uşaqlığın əzələlər büzüşür və nəticədə 

qanaxma dayanır .Həmin maddələr 

şiddətli zəhərlənmələr (erqotizm)verir. 




Erqotizm (Antonov xəstəliyi)


Şibyələr  şöbəsi

LICHENES (Phycomycota)=

göbələk+yosun və ya sianobakteriya

Bu qrupa 400 cinsə aid 13000-17000 növ 



daxildir.

Şibyələr təbiətdə çox geniş yayılmışdır. 



Onların nümayəndələrinə qütblərdən tutmuş 

mülayim iqlim qurşaqlarına qədər hər yerdə 

rast gəlmək olur. Mülayim və soyuq iqlim 

qurşaqlarında şibyələr daha geniş 

yayılmışdır. Tundra şəraitində şibyələrin 

geniş talaları vardır. Şibyələr dağlarda, 

qayaların, ağacların üzərində çox geniş 

yayılmışdır. Ümumiyyətlə, başqa bitkilərin 

yaşaya bilmədikləri yerlərdə şibyələr yaxşı 

bitir və daşların, qayaların üzərini bəzən 

tamamilə örtür. Şibyələr məhv olduqdan 

sonra onların yaşadıqları yerlərdə 

mamırların və başqa bitkilərin yayılması 

üçün əlverişli torpaq sahələri yaranır. Buna 

görə də şibyələr bitkilərin yayılması üçün 

ilkin şərait yaradır.

  

Xanthoria 



Cladonia

 

Morfoloji tipləri: Qazmağabənzər,



yarpaqşəkilli və kolşəkilli 


Yosunlar (lat. Algae) protoktistlər aləmonə aid olub, əksər torpaqlarda, əsasən 

də üst horizontlarda geniş yayılmışdır. Bataqlıq torpaqlarda və düyü tarlalarında 

yosunlar aerasiyanı yaxşılaşdırır, həll olmuş CO2 mənimsəyir və suyu oksigenlə 

zənginləşdirir.

Yosunlar süxurların aşınmasında və ilkin torpaqəmələgəlmə proseslərində fəal 

iştirak edir

Laminaria japonica Aresch.;

 Laminaria saccharina (L.) 

Lamour.

         Fəs.Laminariaceae



Əsasən Ağ dənizidə, bütün

 Şimal və Şərq dənizlərındə  

20 m dərinlikdə geniş 

yayılmışdır.Yod və digər 

mikroelementlərlə  zəngindi, 

polisaxarid tərkiblidir.İşlədici 

kimi; zob,şəkər  və 

ateroskleroz  xəstəlikləri 

zaman istifadə olunur. 



Ali bitkilər yarımaləmi

EMBRYOPHYTA

Rhyniophyta

Bryophyte

Marchantiopsid

a

Bryopsida 



Musci

Lycopodipsid

a

Lycopodiophyta



Isoetopsida

Equisetophyt

a

Polypodiophyta



Polypodiopsida

Polypodiidae

Aspleniaceae

Pinophyta 

Gymnosperma

Magnoliophyta 



Anglospermae

Salviniidae

Salviniaceae

Azollaceae

Marsileidae 

Ali sporlu bitkilər

Toxumlu bitkilər



AYIDÖŞƏYİKİMİLƏR ŞÖBƏSİ – 

POLYPODİOPHYTA

 POLYPODIOPHYTA

Dryopteris 

filix-mas- 

  kökümsovun  tərkibində  fenol 

birləşmələri 

 

vardır 


və 

qurdqovucu  vasitə  kimi  tətbiq   

edilir. 

Ayıdöşəyikimilər    və  ya  qijilar 

ali  sporlu  bitkilərin  ən  qədim 

qrupları  sırasına    daxildirlər. 

Onlar bütün yer kürəsində geniş 

yayılmışlar  və  çox  müxtəlif   

şəraitdə həyat sürürlər. 



 

PLAUTKİMİLƏR  (QURDAYAĞA)  ŞÖBƏSİ 

– 

LYCOPODIOPHYTA

Sporofit  nəsil  kök,  gövdə  və  xırda  pulcuqlu  və 

ya  bizşəkilli  yarpaqlara  malikdir.  Bitkilərinin 

əksəriyyətinə  mikrofiliya  (yarpaqların  xırda 

olması)  xasdır.  Gövdələrində  nəzərə  çarpan 

buğum və buğumarası yoxdur. Kök və gövdələri 

dixotomik  şaxəlidir. 

Otşəkilli  formaları  iqlim 

şəraitinə  daһa  çox  uyğunlaşdıqlarından  һazırki  dövrə 

gəlib çıxmışdır.




Lycopodiophita

Lycopódium clavátum 

Huperzia selago 

Lycopodium  clavatum 

sporları  kibritotu  tozu  – 

Lycopodium  adı  altında 

һəblərin  üzərini  örtmək 

üçün  (qeyri-һiqroskopik 

maddə 


kimi), 

uşaq 


səpkilərinin  tərkibində  və 

poladəritmə  sənayesində 

istifadə edilir.

      Quzu  plaunu  -    Huperziya  selago    növü 

də  tibbi  əhəmiyyətə  malikdir  ki,  o  da 

sporlu  sünbüllərin  (strobillərin)  olmaması 

ilə  fərqlənir.  Sporangiyalar  yuuxarı 

yarpaqların 

qoltuğunda 

yerləşmişlər. 

Zəhərli 


bitkidir. 

Alkoqolizmin 

müalicəsində istifadə olunur.



                                                   

 

Çöl qatırquyruğu – Equisetum arvense. Bu çoxillik ali sporlu bitki olub, 

başqa növlərindən fərqli olaraq iki cür yerüstü gövdə əmələ 

gətirir: sporlu və vegetativ. Elmi təbabətdə dərman məqsədilə ancaq 

yay fəslində yetişən zoğlarından, yəni vegetativ gövdə və budaqlarından 

sidikqovucu vasitə kimi istifadə olunur

Equisetum arvense 

     


Müassir  qatırquyruğukimilər  ot  bitkiləridir.  Onların 

zoğları  aydın  nəzərə  çarpan  üzvlü  buğumaralarından 

təşkil  olunmuş,  yarpaqlar  reduksiya  olunaraq 

pulcuqlara  çevirilmişdir.  Bunlar  bərabər  sporlu 

bitkilərdir.  Qametofit  (ilk  cücərti)  bir  cinsli  və  ya 

ikicinslidir və ölçüsü bir neçə millimetr olan çox kiçik 

yaşıl bitki ilə təmsil olunmuşdur.

QATIRQUYRUĞUKİMİLƏR  ŞÖBƏSİ 

– 

EYUİSETOPHYTA (SPHENOPHYTA)



PINOPHYTA 

GYMNOSPERMAE

Cycadopsida 

Ephedraceae  

Pinopsida 

Pinidae  

Taxales  

Cupressales 

Cupressaceae 

Pinales  

Pinaceae  

Taxodiaceae  

Taxaceae  

Ephedrales  

Gnetopsida  




Çılpaqtoxumlular şöbəsi 

Pinophyta(Gymnospermae)

• Çılpaqtoxumlular ali  bitkilərin ən qədim qrupu olub

bütün qitələrdə geniş yayılmışlar, əsasən 

ağaclarla,nadirən odunlaşmış lianlar və kollarla təmsil 

olunmuşlar. Qozaların pulcuqlarında açıq (çılpaq) 

yerləşən və heç bir şeylə mühafizə olunmamış 

toxumlar vasitəsilə çoxalırlar. Onların qeyri cinsi 

nəsli (sporofit) çox güclü inkişaf etmiş, yaxşı inkişaf 

etmiş köklər, gövdələr və yarpaqlara malikdirlər, həm 

də bir çox nümayəndələrin yarpaqları 

iynəşəkillidirlər,  bəzən pulcuqludurlar. 






Qatırquyruğunabənzər acılıq-

E.equisetina,  orta acılıq- 

E.intermedia və d. növləri tibbi 

əhəmieeətə malikdirlər. Onlarında 

tərkibində müxtəlif allergik xarakterli və 

d. xəstələrin müalicəsində spazmolitik 

vasitə kimi tətbiq edilən efedrin 

alkaloidi vardır. 

Juniperus communis- adi ardıc

 həmişəyaşıl ağac və ya  kol bitkisidir.  



Qozaları sidikqovucu xassəyə malikdir.


DİQQƏTİNİZƏ GÖRƏ    SAĞ OLUN!

   Farmakoqnoziya və botanika    

     kafedrasının dosenti 

      Nərgiz Məmmədova

Document Outline

  • Slide 1
  • Slide 2
  • Slide 3
  • Slide 4
  • Slide 5
  • Slide 6
  • Slide 7
  • Slide 8
  • Slide 9
  • Slide 10
  • Slide 11
  • Slide 12
  • Slide 13
  • Slide 14
  • Slide 15
  • Slide 16
  • Slide 17
  • Slide 18
  • Slide 19
  • Slide 20
  • Slide 21
  • Slide 22
  • Slide 23

Yüklə 71,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə